”Bütün qələm dostlarımın adını telefondan sildim”
Oxunub: 4454
05 Feb 2016 | 22:57
”Bütün qələm dostlarımın adını telefondan sildim”
Moderator.az saytının bu dəfəki müsahibi ədəbi aləmdə öz dəst-xətti ilə seçilən bir şairdi. Bu şairin ”“ yəni Mahir Mehdinin öz qəribəlikləri də var. Bəlkə də o səbəbdən 3 ildir ki, yaradıcı mühitdən uzaq bir yerdə - Yevlaxda yaşayır. İşsizlikdən əziyyət çəksə də yaradıcılığını davam etdirir:

-Mahir Mehdi, necəsiz? İşsizlik deyəsən işdən çox yorur adamı. Çox yorulmusunuz?

-Üç ildir ki, işsizəm, Yexlaxda qalıram. İş üçün dostlar səviyyəsində bir çox yerlərə müraciət etdim. Hətta dövlət müşaviri Kamal Abdullaya da müraciət etdim. Axırda naəlac qalıb prezidentin şəxsi saytına yazdım. Yazdım ki, mən də yazıçıyam, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, mətbuatda xidmətlərim olub, haradasa işləməliyəm. Amma dostlara müaricətimdən bir şey çıxmadı. Gərək mənim də qabağımda dədəm olsun?! Mən Vaqif Səmədoğlu deyiləm ki, arxamda dədəmin adı olsun...

- Şair, işsizlik insanda psixoloji gərginliklər də yaradır. Sizdə bu kimi hallar hiss olunmur ki?

- Axır vaxtlar feysdə yazdığım kəskin statuslarla bağlı deyirsən?

-Yox, mən ümumi psixoloji halı dedim: bir yerdə uzun müddət hərəkətsiz qalmaq insanda psixoloji gərginlik yaradır...

- Əlbəttə elədir. Təsəvvür elə ki, səni üç il bir yerdə məhkum edib deyirlər ki, nəsə oxu və şeir yaz. Düzdü, mən şairəm və işim də şeir yazmaqdı. Amma üç il eyni yerdə nəsə yazmaq da mümkün deyil axı. Son zamanlar isə belə bir adətim yaranıb. Havalar qaralanda Yevlaxın türklər demişkən, “arxa sokaklar”ını pay-piyada gəzirəm. Bu mənə çox kömək olub. Demək olar ki, bayaq sən dediyin gərginliyi tamam aradan qaldırıb. Yevlaxda rayon qəzetində bir dostum var. Hərdən gedib onunla dərdləşirik, yaradıcılıq barəsində danışırıq. Amma ən çox gərginliyimi aparan, məni ən çox şad edən proses isə şeir yazmaqdı. İnsanlarla çox söhbətdə ola bilmirəm. Ona görə ki, bir az danışan kimi hamısı sosial problemlərini deyir. Mənimki cılız sosial insanla alınmır. Kimi dindirirsən problemdən danışır. Təbii ki, problem var. Bunu heç kim inkar etmir. Özü də Yexlaxda vəziyyət lap pisdi. Müəllim var ki, iki aydı işləyir, amma maaşı ala bilmir. Amma danışdıran kimi problemlərini demək də yaxşı deyil axı.

- Sizinki ədəbiyyat idi, amma o mühitdən də ayrılmısınız hələ ki. Kimlərlə əlaqələniz qalıb? Hansı yazar dostlar sizə zəng vurur?

- Son günlərə qədər əlaqə saxlayırdım. Amma hardasa bir 10 gün bundan qabaq nə qədər qələm dostları var, hamısının nömrəsini telefondan sildim. Çünki hər zaman mən zəng edirdim. Bir dəfə görmədim ki, kimsə məni axtarsın. Cavanları hələ qoyuram bir qırağa. Azərbayacan qələm aləminin ən üzdə olan adamlarına  ”“ Aqşin Yenisey, Fəxri Uğurlu, Hikmət Sabiroğlu, nə bilim çox adama ancaq mən zəng vururdum. Kimsə yada salmırdı. Ona görə də hamının nömrəsini də telefonumun yaddaşından sildim. Bircə Kənan Hacıdan başqa. Mən Kənanın xətrini çox istəyirəm. Vaqif Bayatlının da beyninə qan sızıb. Gərək mən ona baş çəkəm.
Amma vallah elə sən özün də mənim şeirlərimə azdan-çoxdan bələdsən. Feysbukdakı səhifəmə də baxanda görərsən ki, son şeirlərim necə gözəl şeirlərdi. Məni də saxlayan elə bu şeirlərdi, yaradıcılıqdı. Sonradan baxıb görürəm ki, bunlar sufi ruhunda şeirlərdi. Səndə sufi yaddaşı var, duya bilərsən. Bunu birinci dəfə mənə rəhmətlik Ələkbər Salahzadə deyib. Tanıyırdın da Ələkbər Salahzadəni? Əvvəl  “Ulduz” da baş redaktor oldu, sonra “Qobustan”da. Böyük şair idi. Hətta sənə deyim ki, Vaqif Səmədoğludan da böyük şair idi. Amma mənim kimi yetimin biri idi də... Eləcə ortalıqda qaldı. Bəlkə son şeirlərimdən birini deyim?

- Elə onu mən xahiş edəcəkdim. Buyurun:

- Redaktə elə şəhəri,
hər küçəmnən poz, bir adam.
Yazılmışam köhnə xətlə,
söz şəklində qarşındayam.

Yaşayıram başqa kökdə,
səsimnən yuxarı ladda.
Təkrarlanıram hər saat
ayrı tonda, özgə adda.

Neçə mən boşanıb MƏNnən,
gedən gedənə calanıb.
Birimnən min bir saxtası
çap olunub tirajlanıb.

Hansımız daha gerçəyik?
Mən “yox”am, sən də ki,”hə”sən”¦
Görünməyən tərəfinlə
görünən tərəfimdəsən.

- Gözəl şeirdi. Bakıya göndərib qonarar ala bilsəniz əla olardı...

- Vallah, bundan sonra mənə qonarar da lazım deyil!

- Bayaq dediniz ki, bir yerə məhkum olunub həm yazırsız, həm oxuyursuz. Nələri, kimləri oxuyursuz?

- Axırıncı dəfə Orxan Pamukun “Qara kitab” adlı kitabını ikinci dəfə oxudum. Mənə çox ləzzət verdi. Ondan sonra Yexlaxın “arxa sokak”larında tək başıma gəzməyə başladım. Hərdəndir saytlara baxıram. Ədəbiyyyatdan hansı sayt yazırsa ona göz atmaq istəyirəm.

- Söhbət əsnasında Vaqif Səmədoğlunun adını çox çəkdiniz. Sizin onunla çox xatirələriniz olub. Amma niyə belə incik görünürsünüz?

- Heç incik deyiləm. Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında ən səmimi şairlərdən biri idi. Deputat da olub, amma hər zaman özü olub. Bir dəfə də görmədim ki, hansısa dövlət adamını tərifləsin. Nə idisə elə özü idi. onunla Səməd Vurğun bağının yanında gəzirdik. Zarafata deyirdi ki, bu bağın ətrafındakı dükanların hərəsi 1 faiz öz qazanclarından bizə versələr milyoner olarıq. 1999-cü ildə 60 illik yubileyinə məni çağırmışdı. Onda hələ deputat deyildi. Mənim də 29 yaşım var idi. Yeyib-içib getdim ora. Gördüm ki, indi hamının hörmət etdiyi ədəbiyyat adamlarından biri danışır. Mənim ondan çox acığım gəlirdi. Uzun danışdı. Mən qalxıb dedim ki, bəsdi də danışdın. Nəsə ara qızışdı. Bir həftə sonra Vaqif Səmədoğlunu görəndə ondan üzr istədim. Dedim ki, cavanlıqdı olub. O da boynumu qucaqladı. Başqa şair olsaydı, ömrünün axırına qədər məndən küsülü qalardı. Amma o, boynumu qucaqladı. Dedi, Elçibəyin vaxtında Marqaret Tetçer Bakıya gəlmişdi. Mən də içkili getmişdim görüşə. Həmin görüş vaxtı bir kəskin söz dedim ona. Bu sözləri Vaqif bəyin özü mənə deyib...
Onu da deyim ki, poeziyada bəlkə də ən istedadlı şair elə o idi. İndi deyirlər e, Nobelə namizəd filan, məncə, ən uyğunu elə Vaqif Səmədoğlu idi. Vaqif Bayatlı Odər də çox möhtəşəmdi. Amma indi beyninə qan sızıb. Evdə xəstə yatır. Heç baş çəkməyə imkanım da yoxdu.

Elmin NURİ
Oxşar xəbərlər
17:15, Bu gün
BDU-da Respublika elmi-praktik konfransı: “Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar”
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO