İstanbul Universitetinin tədqiqatçısı
Artıq Amerikanın Yaxın Şərqdə sərgilədiyi bölgəsəl güclərin strateji rəqabəti və tarazlığı üzərində sürdürülən hegemonluq konsepsiyası dalana dirənir və Amerikanın özünə də zərər vərməyə başlayır. Bu konsepsiya gərəyi Türkiyənin yüksəlişini, böyük bir Sünni-İslam ittifaqının formalaşmasını əngəlləmək üçün İraq işğalı sonrası bu ölkənin İranın təsir dairəsinə girməsinə göz yumuldu, İrana embargolar ləğv edildi ( Burada əlbətdə Rusiya və nəft amili də var), Suriyədə Rus- İran- Hizbullah ittifaqının qarşısındakı Türkiyənin başını çəkdiyi bloka həllədici qələbəyə götürəcək dəstək verilmədi.
Nəhayətində bu gün gəlinən nöqtədə üzərindən embargolar götürülən İran ənənəvi müttəfiqi Çinlə imzaladığı anlaşmalarla aralarındakı ticarət həcmini 600 milyard dollara çıxartmağı hədəfləyir. Rusiya, İran bölgədə fəaliyətini getdikcə artırır və Amerikanın müttəfiqi olan Türkiyə, Səudiyə kimi ölkələrdə isə Amerikaya bu tutumu dolayısıyla etibar azalır.
Baydenin Ankara səfəri və orada İraqdan Azərbaycana qədər geniş coğrafiyalarda Türkiyənin mühüm rolundan bəhs etməsi, “Türkiyənin uğuru bizim uğurumuzdur†deməsi artıq bu ölkənin bölgənin yenidən dizaynı prosesində Türkiyənin tezislərinə yaxınlaşdığını, Ankara bölgəsəl güc mərkəzinə çevrilmədən böyük bir stratejik məkanda Çin- Rus-İran gücünün yüksəlişini durdurmağın çətin olacağını gördüyünü ortaya qoyur.