ABŞ-a qadağa qoymağa səsləyən məmurlara...
Yenə rəsmi Bakı ampluasında,
Bu kəs Amerikaya tutub qəzəbi.
Sem dayı tənqidi fikirləriylə,
Edib hökuməti çılğın, əsəbi.
Bacarmır balaca Ermənistanla,
O boyda ABŞ-a qoyur qadağa.
Bu cür məmurlarla bu ölkə Allah?
Axı necə getsin söylə, qabağa?
Verdin hər neməti bu məmləkətə,
Demirəm yenə də neft ver, taxıl ver.
Pul verdin, var verdin bizim məmura
Nə olar, bir az da ruh ver, ağıl ver.
Onsuz bu millətin günü gün deyil,
Çörək ərşə qalxıb, ümid ondan az.
Günbəgün, anbaan kəsilən başa,
Nə gərək Ağ Ev də vursun bir qapaz?
Madam ki, gücün var, göstər düşmənə,
Qoy qalxsın Şuşada yenə bayrağın
Sözdə ermənini asıb-kəsirsən
Əməldə tərpənmir niyə barmağın?
Sözdə cəngavərsən, sözdə azmansan
Sözdə verməyirsən kimsəyə aman
Sem dayı biz qədər tanıyır səni,
Əməldə acizsən, sözdə qəhrəman!
Seymur Əliyev
e-mail: [email protected]