“Millətin bu boyda yükünə Xudunun yumruq boyda ürəyi necə dözəydi?”
Oxunub: 5814
02 Dec 2015 | 23:13
“Millətin bu boyda yükünə Xudunun yumruq boyda ürəyi necə dözəydi?”
Moderator.az görkəmli alim Rafiq Əliyevin mərhum Xudu Məmmədov haqqında teleqraf.com-un əməkdaşı ilə söhbətini oxuculara təqdim edir:

”“  Rafiq müəllim, Xudu Məmmədov Ağdamın Mərzili kəndində anadan olub, siz isə Novruzlu kəndində. Bu yerlər bir-birinə çoxmu yaxındır? 

”“ Mərzili kəndi ilə Novruzlu kəndini cəmi bir dərə ayırır. Hətta əvvəllərdə yuxarı siniflərdə oxumaq üçün Mərzilidən olan şagirdlər Novruzlu orta məktəbinə gəlirdilər. Adət-ənənələri bir-birinə çox yaxındır. Elə özünə əbədi ömür qazanmış, elmimizin və ictimai fikrimizin simvollarında biri olan Xudu Məmmədovun da atası Mərzili kəndindən, anası isə Novruzlu kəndindən idi. Xudu müəllimin anası tərəf bəy nəslindən idi. Novruzlu kəndində vahid bir üçmərtəbə ev var idi ki, o da Xudu müəllimin anasıgilin evi idi. Xudu müəllimin atası da Sovetlər dövründə dövlət işlərində çalışırdı. Novruzlu kəndi haqqında ən yadımda qalan xatirələrdən biri odur ki, 1988-ci ildə mənim bu dünyalı və o dünyalı dostum general Məhəmməd Əsədov XIX əsrin sonlarında Peterburqda dərc olunmuş bir kitab göstərdi. O kitabda göstərilmişdi ki, XIX əsrdə Novruzlu kəndində 96 tüstü var idi. Aydınlıq üçün qeyd edim ki, o vaxtlar evlər sayını, əhali sayını bacadan çıxan tüstü ilə ölçürdülər.    

”“ Bildiyimə görə, siz Xudu müəllimlə həm də qohumsunuz. Yəqin, birinci onu yaxın qohum kimi tanımısınız, sonra alim, ictimai-siyasi xadim kimi, elədirmi?

”“ Təbii ki, Xudu müəllimi ilk olaraq bir qohum kimi tanıyırdım. O tez-tez kənddə nənəmgilə gələrdi. 

”“ Ana nənə?

”“ Hə, anamın anasını nəzərdə tuturam. Elə gənc ikən də o, fitri istedadı, fərqliliyi ilə fərqlənirdi. Alim kimi (burada Xudu müəllimin ifadəsi yadıma düşdü: adam da özünə alim deyərmi, alim Nyuton olar, Eynşteyn olar) “Azərbaycan gəncləri” qəzetində onun haqqında çıxan doğrudan sensasiyaya səbəb olmuş yazı ilə tanıdım.  O, Moskvada akademik Belovun, İngiltərədə Con Bernalın mötəbər elmi məktəbini keçmişdi. O məktəblər  Xudu müəllimə şərəf gətirsə də, Xudu müəllimin kristallo kimya sahəsindəki mötəbər işləri də o məktəblərə şöhrət gətirmişdi. Vətənə bağlılığı, həmişə ictimai-siyasi proseslərin nüvəsində olmağı ona İngiltərədə qalıb işləmək təklifindən imtina etməsinə səbəb olmuşdu. Xudu müəllimi ictimai xadim kimi səciyyələndirən əsas xüsusiyyət o idi ki, onda ekstremizm radikallıq elementləri qətiyyən yox idi, prosesləri dərindən təhlil etmək bacarığı var idi və bir də güclü xarizması var idi.

”“ Elə bil onun haqqında tələbələrinizə dərs deyirsiniz. Maraqlıdır, hələ haqqında heç nə eşitməyən, heç nə bilməyən tələbələrinizə Xudu müəllimi necə təqdim edərdiniz?

”“ Milləti, ölkəni, xalqı onun seçilmişləri bütün dünyada tanıdar. Seçilmişlər deyəndə yüksək peşə namusunu, dərin əxlaqi keyfiyyətləri, xalqının  mənafeyini öz mənafeyindən üstün tutan, istənilən səviyyədə neqativlərə müxalif olan, millətinin imzasını imzalar içinə qoya bilən şəxsləri nəzərdə tuturam. Belə şəxslər hər bir ölkədə o ölkənin xalqının adətən iki faizindən çox olmur. Xudu Məmmədov Azərbaycanımızın bu iki faizlik siyahısının başında duranlardan biri idi. 

”“ Onun yaxın dostları  kimlər idi, ən çox kimlərlə bir yerdə görərdiniz? 

”“ Mənim təbirimcə dost sənin aynandır. Əsl dost onda olur ki, davamlı əqidə birliyi, təmənnasız münasibətlər, dar ayaqda dayaq olmaq bacarığı olsun. Xudu müəllimin əsasən iki yaxın dostu var idi. Böyük fikir adamı, dəyərli mərhum şairimiz və mənim də əziz dostum Bəxtiyar Bahabzadə və bir də gözəl insan, təmiz əqidə sahibi professor Nurəddin Rzayev. Onlar tez-tez Azərbaycanın rayonlarına gedər, xüsusən orta məktəblərdə, Bakıda universitetlərdə birgə görüşlər keçirərdilər. Yadıma bir əhvalat düşdü. Bunu mənə Xudu müəllim dünyasını dəyişdikdən sonra Bəxtiyar Bahabzadə danışmışdı. 

”“ Buyurun...

”“ Bir gün hər üç dost Kəlbəcərə gedirlər. Ehtiram əlaməti olaraq bunların ayaqları altında qoyun kəsmək istəyirlər. Bəxtiyar müəllim deyir ki, mən uşaqlıqdan qandan qorxan olmuşam. Xahiş edirəm o qoyunu kəsməyin. Xudu müəllimin ovqatı korlanır. Bəxtiyar müəllim soruşur ki, Xudu, sənə nə oldu, kim sənə nə elədi? Xudu müəllim cavab verir: “Bəxtiyar, bundan artıq mənə nə edəcəkdin ki, qoymadın ki, Azərbaycanda bir qoyun da qoyunluğundan azad olsun”. 

”“ Bəs siz özünüz necə, Xudu müəllimlə tez-tezmi görüşürdünüz, yoxsa təsadüfi vaxlatlarda? Ümumiyyətlə, münasibətləriniz hansı səviyyədə idi? Dost, yoxsa sadəcə, qohum? 

”“ Xudu müəllimlə münasibətlərimiz qohumluqdan çox dostluq münasibətləri idi. Bu dostluğu həm də düşüncə vektorlarımızın istiqaməti, elmi fikirlərimiz dəstəkləyirdi. Xudu müəllim dünyasını dəyişməmişdən üç gün öncə qoltuğunda böyük bir qovluqla mən çalışdığım iş yerimə gəlmişdi. Bir xeyli dərdləşdikdən sonra qovluğu açdı, mənə bir rənglər çaları ilə dolu sxem göstərdi. Rafiq, bu “Şur”dur. İkinci bir şəkil göstərdi: bu “Çahargah”dır. Sonra isə bu da “Segah”dır. Onu da qeyd edim ki, Xudu müəllimin yaxşı rəssamlıq qabiliyyəti var idi. 

”“ Rəssam kimi hardasa işləmişdi? 

”“ Bəli, o, bir neçə müddət Ağdam Dövlət Dram Teatrında rəssam kimi çalışmışdı. Mənə göstərdiyi şəkil-sxemlərdə muğamlarımızın rənglərlə təsviri verilmişdi. Hələ vaxtilə böyük alim Nyuton yeddi notla yeddi rəng arasında uyğunluğu göstərmişdi ki, bu dalğa tezliklərinin uyğunluğuna əsaslanır. Əvvəlcə qeyd etdiyim kimi, Xudu müəllim düşüncə tərzində radikallıq yox idi, o, qeyri-səlis məntiqlə, tolerantlıq mətiqi ilə düşünürdü. Mənə dedi ki, dünyada yeddi rəng yox, bəlkə də yeddi milyon rəng var. Axı hər rəngin neçə çaları var. Mən bu çevirmələri, yəni muğam səslərini yeddi rəngə çevirdim, sən isə qeyri-səlis məntiqin və müasir kompüter texnologiyalarının gücündən istifadə etməklə muğamlarımızla rənglər arasındakı (məsələn, xalıdakı, gəbədəki rənglər) uyğunluğu araşdır. 

Bu söhbətin üstündən heç üç gün keçməmiş, Bəxtiyar müəllim mənə evə zəng vurur, təxminən axşam 8-9 radələrində (o vaxt hələ mobil telefonlar yox idi). Mən isə mərhum Famil Mehdigildə Famil müəllim ilə söhbət edirdim. Bəxtiyar müəllim Famil müəllimgilə zəng vurdu və ağlaya-ağlaya mənə dedi ki, Xudu dünyasını dəyişdi. 

Mənim elmi marağım olmasa da Xudu müəllimin son vəsiyyətini yerinə yetirə bildim. “Maye segah”dan başladım, muğamlarımızı qeyri-səlis məntiqlə rənglərə çevirdim, xalılarla, başqa ornamentlərlə müqayisə etdim. Bir daha Xudu müəllimin zəkasına, fəhminə, mənə verdiyi şəkil-sxemlərdəki dəqiqliyə heyran oldum. Bu tədqiqat işləri Azərbaycan Konservatoriyası, ABŞ-ın Miçiqan Universiteti və başqa Misiqi Akademiyaları tərəfindən qiymətləndirildi. Amerikada nəşr olunan “İnternational Azerbaijan” junalında Beta Bleyr bu iş haqqında məqalə dərc etdi. Bu, Xudu müəllimə verilən qiymət idi.

Sonralar Xudu müəllimin vəsiyyəti və aparılan tədqiqatlar əsasında mən “Segahı görürəm” adlı bir kitab çap elətdirdim, təxminən 20 çap listi, və o kitabı Xudu müəllimə ithaf etdim. 

”“ Rafiq müəllim, Siz bizim üçün bir çox cəhətlərinizlə dəyərlisiniz, bilmək istərdim, Xudu Məmmədovun hansı xüsusiyyətlərini özünüzdə görmək istərdiniz? 

”“ Dəfələrlə məndən soruşublar ki, siz Xudu müəllimin qohumusunuzmu? Çünki həm davranışınızda, həm xarici görünüşünüzdə, səsinizdə bir oxşarlıq var. Mən həmişə bununla fəxr etmişəm. Xudu müəllim mənim həyatımda, hər bir sahədə örnəkdir. Xüsusən ondan elmi və həyati prinsipiallığı, hadisələrin təhlilində səbəb nəticə axtarmağı, katarsis yaşamağı və təmizlənməyi, bir də elmlə sənətin vəhdətinə sadiq olmağı ondan əxz etməyə çalışmışam. Mənim də həyatda ən yaxın dostum, əqidə sirdaşım böyük şairimiz Ramiz Rövşəndir və bir də bir və ya iki sənət, fikir adamı.

”“ Bəs Xudu müəllimin ölüm səbəbi nə oldu? Hər hansı uzun sürən xəstəliyi vardı, yoxsa qəfil oldu?

”“ Xudu müəllim dünyasını dəyişməmişə kimi iki dəfə ürək iflici keçirtmişdi. Axı millətin bu boyda yükünə Xudunun yumruq boyda ürəyi necə dözəydi? Xudu müəllim həmişə mənə deyərdi, millətimizin öncülləri siyahısında Üzeyir bəy başda durur. Elə o, Üzeyir bəyin evində Qarabağ problemləri və başqa ictimai-siyasi problemlər müzakirə olunarkən qəfildən ürək iflicindən dünyasını dəyişdi. 

”“ İndi cəmiyyətimizə, ictimai-siyasi həyatımızda Xudu müəllimin yerini ən çox haralarda görürsünüz? Deyilənə görə, hadisələrə yaxşı ironiya eləyə bilirmiş. 

”“ İndi ictimai-siyasi həyatımıza baxanda tolerantlıq qıtlığı, barış nöqtələrinin yoxluğu, proseslərə adekvat münasibət çatışmazlığı nöqtələrində Xudu müəllimin yeri görünür. 

”“ Bu barədə heç məlumatım yoxdur, ona görə soruşuram. Xudu Məmmədovun övladları arasında onun yolunu davam elətdirən oldumu? Bəs nə işlə məşğuldur övladları?

”“ Xudu müəllimin bir oğlu var. Toğrul. Çox ləyaqətli vətən oğludur. İnformatika sahəsində yaxşı mütəxəssisdir. 

”“ Yaxşı bayatılar da yazıb. Ssenarilər də yazıb. Necə məsləhət görürsünüz, biz Xudu Məmmədovu əsasən, hansı istiqamətdə tanıyaq? Şair, kimyaçı alim, ssenarist, yoxsa?..

”“ Təbii ki, Xudu müəllimin fəaliyyətində elm dominantlıq təşkil edir. Xudu müəllim kristolloqrafiya sahəsində dünyada sayılıb-seçilən alimlərdən biridir.  Eyni zamanda o, sənətin vurğunu idi və onun dərinliklərinə baş vura bilirdi. Vaxtilə onun çap etdirdiyi “Qoşa qanad” kitabı əl-əl gəzirdi və bestseller olmuşdu. 

Yeri gəlmişkən onun bir bayatısını Sizə deyim:

Əlim köməyim olsun,
Elim köməyim olsun,
Kimsəyə möhtac olsam,
Ölüm köməyim olsun.

Xudu müəəllim yaşadığı mənalı ömür boyu heç kimə möhtac olmadı, heç kimə borclu qalmadı. Bir Azərbaycandan başqa. O, Azərbaycan üçün çox iş görmək istəyirdi.

”“ Rafiq müəllim, mən çox adam tanıyıram ki, Xudu Məmmədov haqqında maraqlı xatirələr danışıblar. Yəqin sizin də ürəyiniz bu cür xatirələrlə zəngindir. 

”“ Birini danışım. Bir dəfə Xudu müəllim mənə telefon açdı və dedi ki, gedək Neftçalaya, Sosialist Əməyi Qəhrəmanı Nuruş Əliyevin kolxozundakı məktəbə baxaq. Yolda maşında mənə danışdı ki, dünən bizim İnstitutda (Elmlər Akademiyasının Qeyri-Üzvi Kimya İnsitutu) Elmi Şura keçirilirdi. İnstitutun direktoru cari ildə alınan elmi nailiyyətlərdən danışdı (guya elmi nailiyyətlərdən) və dedi ki, hətta yardımçı təsərrüfatımız o qədər inkişaf edib ki, bu institutda hər adam başına 76 kq polimer düşür. Nitqini sona yetirəndən sonra soruşdu ki, kimin sualı var. Heç kim sual vermədi. Guya hər şey aydın idi. Mən əlimi qaldırdım. Soruşdum ki, hörmətli direktor, bildik ki, bu institutda hər adam başına 76 kq polimer düşür. Deyə bilərsinizmi ki, bəs hər adam başına nə qədər daş düşür? 

Son xatirələrimdən birini də danışım. Bir yerdə Nurəddin Rzayevgilə yasa getməliydik. Mən onu yaşadığı evin qarşısından təxminən axşam saat 7 radələrində götürməli idim. Hava da qaralmışdı. Biz maşına oturanda bir qoca qarı bizə yaxınlaşdı, dedi ki, oğul, evimi itirmişəm tapa bilmirəm. Düz saat 7-dən axşam saat 10-a kimi Xudu müəllim Hökümət evinin qarşısından “Qaqarin” körpüsünə kimi bütün evləri, binaları mənimlə və o qarı ilə gəzdi. Nəhayət, onu öz ailəsinə təhvil verəndən sonra gecikmiş də olsaq, yolumuza davam etdik.
Oxşar xəbərlər
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 09:08
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
01 May 2024 | 08:59
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
01 May 2024 | 08:59
Azərbaycanda bu qadağa qüvvəyə minir
01 May 2024 | 09:12
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 09:21
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!