Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər
Oxunub: 6656
30 Nov 2015 | 22:08
Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü tədqiqatçı - publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) ““Kİtabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik və Azərbaycan müasir məhəbbət dastanları: Oxşar və fərqli cəhətlər” yazısını təqdim edirik:

I HİSSƏ

“Kitabi-Dədə Qorqud”da ailənin bahadırlığa dayanan təməl prinsipləri  müstəvisində yeni dastanlara baxış.
     
“Kİtabi-Dədə Qorqud” dastanında qəhrəmancasına elçilik, igidin ailə qurması, qız alması üçün yerinə yetirməsi vacib olan şərtlər, qarşıya çıxan maneələr və onların dəf edilməsi, ailənin müqəddəsliyi, qadının uca tutulması, qovğada, savaşda ərindən geri qalmaması məsələlərinə yeni  baxış bucağı altında münasibət sərgiləmək və bütün bunların fonunda müasir məhəbbət dastanlarını nəzərdən keçirməkdir.
 Türkün ən qədim qəhrəmanlıq, eləcə də mədəniyyət, mənəviyyat salnamələrindən olan “Kitabi-Dədə Qorqud” boyları özündə tarixin ən dərin qatlarından süzülüb gələn bir çox adət-ənənələrimizi yaşadır. Qədim oğuz türklərinin genetik bazası əsasında formalaşan Azərbaycan xalqı ilk növbədə bu dastanın hərtərəfli öyrənilməsi, daha dərindən dərki nəticəsində tarix səhnəsində öz yerini, rolunu, kimliyini dəqiq müəyyənləşdirə bilər. Bu baxımdan “Dədə Qorqud”un daha da hərtərəfli araşdırılmasına, son dərəcə ciddi tədqiqat obyektinə çevrilməsinə böyük ehtiyac var. Etiraf edək ki, istər sovet dönəmində, istərsə də müstəqillik illərində bu istiqamətdə bir sıra uğurlu addımlar atılmışdır. Lakin görülən işlərdə  bir qədər pərakəndəlik, təzad təşkil eləyən məqamlar özünü büruzə verməkdədir. Dastanın indiyə qədər tam öyrənilib, yekdil qənaətlərlə düzgün qiymətləndirilməməsinin bir sıra səbəblərini öncə diqqət mərkəzinə çəkməyi vacib hesab edirik. Qeyd edək ki, dastanla bağlı ən çox mübahisələr doğuran ziddiyyətli problem onun yaranma tarixi ilə bağlıdır. “Kitabi-Dədə Qorqud”un yaranma tarixinin dəqiq və düzgün müəyyənləşdirilməsini çətinləşdirən ən başlıca səbəbsə, fikrimizcə, islamiyyətin qəbulundan sonra “Dədə-Qorqud”un islami motivlərlə ifaçılar, söyləyicilər  tərəfindən kifayət qədər zənginləşdirilməsidir. Dastana sonradan daxil edilmiş çoxlu sayda islami çalarlar, əlavələr əksər hallarda araşdırıcıları çaş-baş salaraq, onun yaranma tarixini müəyyənləşdirmək işini çətinləşdirmişdir. Lakin sevindirici haldır ki, XXI əsrin ikinci onilliyinin başlanığıcından etibarən bu məsələnin aydınlaşdırılması işinin təməli qoyulmağa başlamışdır. Bu istiqamətdə atılan ən əhəmiyyətli addımlardan biri kimi filologiya elmləri doktoru, professor Füzuli Bayatın araşdırmaları və qeydləri xüsusilə  yüksək qiymətləndirilməyə layiqdir. Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanının yenidən dəyərləndirilməsi, psixoanalizinin aparılması, mahiyyətinin açılması, folklor nümunələri arasında, eləcə də xalqımızın həyatında, tarixində yerinin, mövqeyinin müəyyənləşdirilməsində adıçəkilən müəllifin izah və təhlilləri, məntiqə və tarixi qanunauyğunluqlara söykənən konsepsiyası, hesab edirik, qorqudşünaslıqda yeni mərhələdir. Kifayət qədər obyektiv tədqiqatçılardan saydığımız f.e.n. Xəliyəddin Xəlillinin onun haqqında fikrini sözə qüvvət kimi iqtibas etməyi vacib hesab edirik: “Füzuli Bayat tədqiqatları ilə Azərbaycan folklorşünaslığında oğuznamələrə (o cümlədən, “Dədə Qorqud” oğuznamələrinə ”“ C.Ç.) yeni ruh, yaşam verən, mənəvi qidaya çevirməklə yeni nəsildə milli mənlik şüurunun yaranması, möhkəmlənməsi və inkişafı üçün mənəvi-ideoloji baza yaratmağa nail olan faiz təşkil  etməyəcək sayda tədqiqatçılardan biridir.” Qeyd edək ki, bu, olduqca obyektiv qiymətləndirmədir. Xüsusilə “Kitabi-Dədə Qorqud” düyünlərinin açılmasında F.Bayat yanaşmasının uğurları göz qabağındadır. Onun əsərdəki Dədə Qorqud, Bayındır  xan, Salur Qazan kimi obrazların təhlilinə, dəyərləndirilməsinə həsr etdiyi cümlələrdən tutmuş dastanın orta çağlarda islami dəyərlərlə qaynayıb-qarışması məsələlərinə qədər verdiyi izahlar, apardığı qeydlər, araşdırmalar orijinallığı və məntiqi-tarixi dəlillərə dayanması ilə seçilir: “İslamiyyətin qəbulundan sonra canlı ifadan çıxmayan qəhrəmanlıq dastanları islami motivlərlə zənginləşdirilmiş, yeni bir dastan tipi yaradılmışdır. O baxımdan qəhrəmanlıq dastanlarının əsl məqsədi İslam dinini təbliğ etmək, yaymaq, onun dəyərlərini uca tutmaq olmuşdur. Dastanlar xalqın həyatı, düşüncə tərzi ilə  bağlı olduqları üçün islamı qəbul etdikdən sonra xalqın təfəkküründə olan çox sayda qeyri-islami inanc və düşüncələr yerini yavaş-yavaş da olsa, islami dəyərlərin nümunəsi olan motivlərə buraxmışdır. Dədə Qorqud kitabında da islam dinini oğuzların arasında təbliğ etmək əsl məqsəd olduğu üçün islami dəyərlərin ifadə olunduğu düsturlar çox ustaca işlənmişdir. ”İqtibasdan da məlum olur ki, “Kitabi-Dədə Qorqud” oğuznamələri oğuzlar arasında islamın yaranmasından çox-çox əvvəllər mövcud olmuş, islami dəyərlərlə səsləşən nə varsa, buraya sonradan dini-siyasi məqsədlər naminə xüsusi bir inadla daxil edilmişdir. O, heç də Məhəmməd peyğəmbər zamanında formalaşmamış, bu dövrdə, sadəcə, əlavə və dəyişikliklərə (təcavüzə də demək olar) məruz qalaraq, yeni funksiya və çalarlar kəsb etməyə başlamışdır. Bu acı tarixi reallıqsa daha qədim keçmişimizlə bağlı xeyli informasiya itirməyimizə səbəb olmaqla yanaşı, həm də sonrakı tədqiqatçıları bir qədər də öz diqqətsizlikləri üzündən çaş-baş salıb aldadaraq, dastanın yaranma tarixinin yanlış müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. Bunu zamanında anlayan ümummilli lider Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsinə sərəncam verməklə yanaşı, göstərilən rəqəmə şübhəylə yanaşdığını gizlətməyərək, “Kitabi-Dədə Qorqud ensiklopediyası”nın I cildinə yazdığı ön sözdə xüsusi vurğulayırdı: “Biz ötən dövrdə tariximizi özümüz istədiyimiz kimi (yəni obyektiv, olduğu kimi ”“ C.Ç.) yaza bilməmişik. Tariximizin, o cümlədən ədəbiyyat, mədəniyyət tariximizin həmişə ideologiya təsiri altında qalması, bu barədə bizim sərbəst olmamağımız vaxtilə belə böyük itkilərə gətirib çıxarmışdır. Dədə Qorqudun 1300 illik yubileyi ilə bağlı  belə hazırlığın keçirilməsi o demək deyildir ki, yubiley keçirib, hansısa konserti dinləyəsən, yaxud hansısa bir şənliyin iştirakçısı olasan. Bunların əsas mənası və məqsədi zəngin tariximizin hər bir səhifəsini açmaq, geniş tədqiq etmək, onu xalqımıza və dünyaya təqdim etmək və beləliklə də əsrlər boyu tarixşünaslıq nöqteyi-nəzərindən itirdiklərimizi bərpa etməkdir.” “Qeyd etdiyimiz kimi, iqtibasdan Ulu Öndərin Dədə Qorqudla  bağlı özü də “tarixşünaslıq nöqteyi-nəzərindən” mövcud informasiyalara şübhəylə yanaşması açıq-aydın hiss olunur. Əks halda o, “itirdiklərimizi bərpa etməliyik” deyə narahatlıqla vurğulamazdı. Buradan o da aydın olur ki, dastanın yaşının ifadə edildiyi 1300 rəqəmi belə, Heydər Əliyev üçün şərti xarakter daşıyır və bu rəqəmin daha da dəqiqləşdirilməsinə böyük ehtiyac var. Sadəcə, 1300 rəqəmi altında yubiley tədbiri keçirib, “Kitabi-Dədə Qorqud” oğuznamələrini gündəmə gətirib, yeni, daha səmərəli, daha obyektiv və dəqiq tədqiqatlara, araşdırmalara start vermək, fikrimizcə, burada ən başlıca məqsəd olmuşdur.  Lakin təəssüflə qeyd edək ki, Dədə Qorqud kitabının 1300 illik yubileyinin keçirilməsindən sonra da sovet ideologiyasının xofu canında olan tətqiqatçıların əksəriyyəti dastanın yaranma tarixinin, yaşının dəqiqləşdirilməsi, “itirdiklərimizin bərpası” istiqamətində araşdırmalar apararaq, yeni addımlar atmağa cəsarət etmədilər. Onlar “bu tarixi Heydər Əliyev müəyyənləşdirib” bəhanəsi ilə “savadsızlıqlarını süni surətdə dövlət və güclü şəxsiyyətlərin kölgəsinə sığınmaqla ört-basdır etməyə çalışdılar.” Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının yaşının xalq yazıçısı Anarın təşəbbüsü və Heydər Əliyevin razılığı ilə 1300 il müəyyənləşdirilməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası onların əsərin müqəddiməsində yer alan məlumata əsaslanmalarıdır: “Rəsul əleyhüssəlam zamanına yaxın Bayat qəbiləsində Qorqud Ata deyilən bir kişi vardı. O kişi Oğuzun bilicisi idi. O, nə desə, düz çıxardı, gələcəkdən xəbər verərdi.” Təəssüf ki, Dədə Qorqud araşdırıcılarının da əksəriyyəti bu və bu kimi digər məlumatlara əsaslanaraq, dastanın Məhəmməd peyğəmbərin zamanında yaranması ideyasını qəbul etmişdir. Bununla da yenə bir müddət əsl həqiqət diqqətdən kənarda qalmışdır. Təəssüf doğuran hallardan biri də odur ki, Dədə Qorqud oğuznamələrinin ən yaxşı araşdırıcılarından olan F.Bayat belə epopeyanın daha qədim köklərdən süzülüb gəldiyini, islamiyyətdən çox-çox əvvəllərə aid olduğunu istinad verən dəyərli izah və təhlilləri ilə yanaşı, gözlənilmədən özü-özünü təkzib edərək yazır: “Türk millətinin yaşamının, mücadiləsinin, savaşının, düşüncəsinin, təfəkkür tərzinin ilk və əsaslı abidəsi kimi bu dastan yarandığı orta çağlardan yazıya keçirildiyi XVI yüzilə qədərki bütün tarixi olayların izlərini özündə qoruya bilmişdir. Bu möhtəşəm kitabda babalarımızın savaş, insani duyğular, etnik düşüncə, vətənə, yurda bağlılıq, qəhrəmanlıq və sədaqət, olum və ölüm fəlsəfəsi kimi məsələlərə münasibəti bütün  təfərrüatı ilə əks olunmuşdur.” Göründüyü kimi, iqtibasda alimin “orta çağlar” ifadəsindən savayı bütün dedikləri həqiqətdir. Həmin ifadə söylənilən fikirlərə qətiyyən uyğun gəlmir. Nəzərə almaq lazımdır ki, Azərbaycan ərazisində orta çağlarda mövcud olmuş dövlətlərin, hər hansı olayların tarixi məlumdur və bu çağlarda Dədə Qorqud oğuznamələrində təsvir edilən hadisələrin, savaşların heç biri baş verməmişdir. Oğuz qəbilə və tayfa ittifaqlarının ümumiyyətlə mövcudluğu haqqında Azərbaycanın orta əsrlərə aid tarixində heç bir məlumat yoxdur. Digər tərəfdənsə, dastanın dili, təhkiyə üslubu, buradakı şeir parçalarının dili və forması nə qədər təhrif və dəyişikliklərə, islamlaşdırılmağa məruz qalsa belə, qətiyyən islamiyyət zamanına uyğun gəlmir. Halbuki islamiyyətin qəbulundan sonra Azərbaycan dili ciddi şəkildə ərəb və fars sözlərinin, necə deyərlər, basqınına məruz qalmış, belə demək mümkünsə, tamam ayrı, yeni bir dilə ”“ işarələr sisteminə çevrilmişdir. Və bunun nəticəsidir ki, hazırda doğma, milli kitabımız olan Dədə Qorqudu lüğət vasitəsilə oxuyuruq. Belə olan halda qədim oğuznamənin orta çağlarda yarandığını iddia etmək absurddur. Dastanın müqəddiməsində Dədə Qorqudun Rəsul əleyhüssəlam zamanına yaxın yaşaması ilə bağlı verilən məlumata gəlincə isə, əvvəla, qeyd edək ki, müqəddimə burada aşıq dastanlarındakı ustadnamələri əvəz eləyir. Ustadnaməninsə dastanla eyni vaxtda və ya eyni aşıq tərəfindən yaradılması tələb olunmur. Bir halda ki F.Bayatın özünün də vurğuladığı kimi, qəhrəmanlıq dastanları islamiyyətin yaranmasından sonra ustalıqla islami dəyərlərlə işlənib zənginləşdirilmişdir, demək, bu “əməliyyat” ilk növbədə  müqəddimədən başlanmalıdır. İkinci halda, həmin Qorqud Ata  deyilən kişi gələcəkdən xəbər vermə ”“ şamanlıq qabiliyyəti olan bir ozandır. Odur ki, o, qədim oğuznamələrin tarixin ozan sənətinin sıradan çıxmadığı istənilən çağında (o, cümlədən, Məhəmməd peyğəmbər zamanında) yaşamış söyləyicilərindən biri ola bilər. Bu isə yenə dastanın onun həmyaşı olduğunu ”“ orta əsrlərdə yarandığını söyləməyə heç bir məntiqi əsas vermir. Digər tərəfdən, islami dəyərlər “Kitabi-Dədə Qorqud” boylarına, professor F.Bayatın qeyd etdiyi kimi, nə qədər məqsədli şəkildə inad və ustalıqla işlənmiş olsa belə, iki ayrı-ayrı, tamam fərqli mədəniyyətlərə məxsus dəyərlər və ya dəyər sistemləri heç də bir-birinə hiss olunmayacaq, seçilməyəcək dərəcədə qaynayıb-qarışa, uyuşa bilməmişdir. Bu qənaətimizi təsdiq edən sübut və dəlillər dastanda kifayət qədərdir. Onları tapıb, ayırd eləyib, diqqət mərkəzinə gətirərək, əsaslandırmaq üçün ilk növbədə bilmək və qəbul etmək lazımdır ki, hələ islamın yaranmasından neçə-neçə yüzillər (bəlkə də min illər) əvvəlcədən qədim türklər (o cümlədən oğuzlar) vahid yaradıcı və idarəedici qüvvənin varlığına inanır, Göy Tanrıya sitayiş edirdilər. Yəni türklər təkallahlılıq konsepsiyasını islamdan əxz etməmişlər. Və qədim türklə Məhəmməd ümmətinin Tanrıya tapınmaları, duaları, Allahın təkliyini, böyüklüyünü, qüdrətini vəsf etmələri olduqca fərqlidir.

Bunlardan əlavə, Dədə Qorquddakı şəxs adlarının əksəriyyəti,  sevgi izhar eləyən ifadələr, öymələr-əzizləmələr, hətta qəzəb ifadə eləyən təhqiramiz, yüngül söyüş xarakterli sözlər islamiyyətin qəbulu nəticəsində orta çağlarda artıq sıradan çıxmış, onların yerini ərəb və qismən də fars mənşəli söz və ifadələr tutmuşdu. Yuxarıda qeyd edildiyi kimi, ümumiyyətlə Azərbaycan-türk dili dəhşətli dərəcədə ciddi dəyişikliklərə məruz qalmışdı.

Sözügedən çağlarda bir sıra adət-ənənələr, türkün (o cümlədən oğuz türkünün) yaşam tərzi, dünyaduyumu, düşüncə tərzi belə yenilənmiş, əski libasını dəyişmişdi. Bunlar arasında xüsusilə ailənin təməl prinsiplərinə münasibət, qız almaq, elçilik, daha dəqiq desək, yetkinlik yaşına çatmış oğuz igidinin könlünə yatan qızı almaq uğrunda uzaq və təhlükəli səfərə çıxaraq, ona şəxsən özünün qəhrəmancasına elçi düşməsi məsələləri üzərində müasir dastanlara müqayisəli şəkildə xeyli ətraflı dayanmaq tədqiqat işimizin başlıca məqsədlərindəndir. Qeyd edək ki, “Qanlı Qoca oğlu Qanturalı”, “Bayburanın oğlu Bamsı Beyrək” boyları əsasında araşdırıb təhlil edəcəyimiz bu tipli səhnələr “Kitabi-Dədə Qorqud” dastanının yaranma tarixi ilə bağlı yuxarıda söylədiklərimizi bir daha  məntiqlə əsaslandırmağımıza yardımçı olacaq. Məlumdur ki, “Kitabi-Dədə Qorqud” dastanında ailə qurmaqla, ailə-əxlaq prinsipləri ilə bağlı ənənələr istər klassik, istərsə də müasir məhəbbət dastanlarımızla müqayisədə xeyli fərqlənir. Bu fərqlənmənin kökündə, bünövrəsində isə əski türk-oğuz mədəniyyəti ilə orta çağlarda formalaşan ərəb-islam mədəniyyəti arasındakı fərqlənmələr dayanır desək, yanılmarıq. VII əsrin sonlarından başlayaraq islam dininin türk xalqlarına qəbul etdirilməsi və türklərin bu yeni fundamental konsepsiyanı sonradan sevərək öz mədəniyyətlərinə, məişətlərinə, öz dəyərlər sistemlərinə daxil etmələri, bir növ, islamla qaynayıb-qarışmaları onların tamamilə yeniləşməsinə, həyatlarının bütün sahələrində köklü dəyişikliklərə uğramasına səbəb oldu. İslamın o dövr üçün modernliyi, qəribəlikləri, türklərinsə yeniliyə meyilliliyi və emosionallığı nəticəsində əski ənənələrin, demək olar ki, əksəriyyəti islam ənənələri, dəyərləri ilə hibridləşməyə məruz qaldı. Xüsusən də ailə-əxlaq, kişi-qadın münasibətləri  get-gedə daha çox islami səciyyə daşımağa başladı. Artıq qızın onu sevən oğlanla güləşməsi, oğlanın sevdiyi qızı güləşdə yıxaraq, “üç öpüb, bir dişləməsi” kimi səhnələrin bədii  təsvirləri belə islam əxlaqına uyğun gəlmədiyi üçün aradan qalxdı. Qızın, qadının at minməsi, döyüşə getməsi, kişinin ən yaxın silahdaşı olması məsələlərinin qabardılması, oğlanın  almaq üçün igid, cəsur qız axtarması məsələləri get-gedə tarixə çevrildi. İslam mədəniyyətinin əxlaq kriteriyaları bunları artıq qəbul etmirdi. Bir sözlə, islam dininin türklər arasında qəbul olunaraq geniş yayılması, hər cür vasitələrlə təbliğ edilib, beyinlərə yeridilməsi digər türk xalqları kimi, əcdadlarımız olan oğuzları da qədim köklərdən, qan yaddaşından, milli mənlik şüurundan xeyli uzaq saldı. Adətlərin, dünyaduyum və təfəkkür tərzinin varislik əlaqəsi, demək olar ki, qırıldı. İş o yerə gəlib çatdı ki, xalqın folkloruna,  bədii təxəyyül məhsullarına da “əl gəzdirildi”. Dini ideologiya o qədər sərtləşdi,  dövlət səviyyəsində qorunub təbliğ edildi ki, xalqın tarixi-milli-mənəvi sərvəti olan nağıllar, dastanlar, poetik nümunələr, mifoloji məntlər islamlaşdırılaraq, onların da tarixilik, qədimilik baxımından əhəmiyyətlilik dərəcəsi azaldılmış oldu. Bütün bunların arasında “Kitabi-Dədə Qorqud” oğuznamələri ən çox dözümlülük nümayiş etdirib, duruş gətirə bilən az sayda mənəviyyat abidələrindəndir ki, islamlaşdırılmasından sonra da  bətnində öz ilkinliyini, tarixi baxımdan əhəmiyyətini qoruya bildi. Dastandakı sonradan edilmiş əlavələr, “islami düzəlişlər” boyların bəzilərinin özəyinə, mayasınacan işləsə də (məs: “Dirsə xan oğlu Buğac boyu”, “Duxa Qoca oğlu Dəli Domrul boyu”, “bəkil oğlu İmranın boyu”),  bir sıra boylarda keyfiyyətsiz yamaq xarakteri daşıyır və sonuncular həm dastanın yaranma tarixinin müəyyənləşdirilməsi, həm də oğuzların əski yaşamının, inanclarının, adət-ənənələrinin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır. Onlardan “Qanlı Qoca oğlu Qanturalı”, “Bayburanın oğlu Bamısı Beyrək”  kimi boylar daha çox diqqəti cəlb edir. Bu boylarda igidin qəhrəmancasına sevgilisinə elçi düşərək sınaqlardan keçməsi islam dönəminin eşq dastanlarında aşiqin sevgilisinə qovuşmaq üçün səfərə çıxaraq, sınaqlardan keçməsindən kəskin  şəkildə fərqlənir. Etiraf etmək lazımdır ki, “Bayburanın oğlu Bamısu Beyrək” boyunda da islami çalarlar açıq-aşkar duyulmaqdadır. Lakin burada həmin çalarların sonradan edilmiş əlavə olduğu apaydın görünməkdədir. Belə ki, boyun əvvəlində iki bəyin övladlarının olmaması, nəzir-niyazla, dua ilə doğulma, beşikkərtmə, sonra da qızla oğlanın qucaqlaşıb güləşməsi, oğlanın qızı yıxaraq, evlilikdən əvvəl “üç öpüb, bir dişləməsi” səhnələri daban-dabana ziddir. İslamiyyət dövründə yaranan dastanda bu ikincilər tamamilə yolverilməzdir. Elə buradanca aydın olur ki, sözügedən boyun başlanğıcı islamiyyətin qəbulundan sonra çox böyük ustalıqla yenidən işlənmişdir. Amma hadisələrin sonrakı inkişaf xəttinə o qədər də ciddi toxunulmadığından əsas özək informasiya yükünü saxlaya bilmiş, nəhayət, boyun sonluğu (Beyrəyin andına sadiq qalaraq, onu zindandan xilas eləyən kafir qızını halallıqla alıb, özünə ikinci arvad etməsi səhnəsi), çox güman ki, sovet dönəmində ixtisara məruz qalmışdır.

(ardı var...)
Oxşar xəbərlər
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:32
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:32
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO