Nardarandan başlayan İran bölücülüyü
Oxunub: 4152
30 Nov 2015 | 17:54
Nardarandan başlayan İran bölücülüyü
Soylu Atalı-Mütləqə İnam Ocağının Yükümlüsü

İllərdir Azərbaycanda elə görüntü yaradılır ki, elə bil hər şey göz altındadır, güc strukturları ayıq-sayıqdır. Ona görə də heç bir toplumsal sorun yarana bilməz. Yaransa da anındaca qarşısı alınar, hər şey yoluna qoyular. Təbii ki, bu bir gerçəklik deyil, yaradılan görüntüdür. Azərbaycanda yanlış yönətmə ucbatından çox sorunlar vardır. Toplumu etki altında tutmaq üçün çox oyunlara meydan verilib. Bu oyunların da əsas fəsadları dini müstəvidə özünü göstərir. Hakimiyyətimiz davranışlarının adını tolerantlıq qoyub din çətiri altında qorxulu qrupların təşkilatlanmasına ortam yaradır. Bunlardan biri Sələfi adlandırılan Vəhhabilik örgütüdür. Bu örgütü iki qrupa ayırıb birinə radikal Vəhhabilik deyilər, o birinə sivil Vəhhabilik. Ancaq anlamaq olmur ki, dünyəvi dövlətin içində hansısa dini cərəyanın radikallaşması, ya da siyasi təşkilatlanması nə deməkdir?! Ümumən bu cərəyanın radikalı necə olur, sivili necə?! Öncələrdə yazdığımız kimi, sivil deyilən qanad odur ki, istəklərini gerçəkləşdirmək üçün toplumu çaşdıran bir Orta (Mərkəz) yaradır. Bu Ortanın da arxasını bərkitmək üçün üzvlərinin bəlli bir kəsimini terror şəbəkəsinə çevirir.  Kim sübut edə bilər ki, Türkiyədəki HDP ilə PKK arasında ayrılıq var?! HDP siyasi mübarizə ilə istəklərini ortaya gətirir, bu istəkləri yeritmək üçün gərəkəndə silahlı şəbəkəsini işə qoşur. Vəhhabilik də onun kimi. Üzdən baxanda ayrı-ayrı qruplar şəklində görünür. Ancaq elə deyil. İndi qayıdaq Azərbaycan hakimiyyətinin davranışı məsələsinə. Məgər hakimiyyətin ideoloji şöbələri araşdırıb öyrənməyib ki, vəhhabilik haçağ yaranıb, kim yaradıb və nə üçün yaradıb?! XIX yüzilin başlanğıcında yaradılan Vəhhabilik Qafqazda və Orta Doğuda bəzi projeləri gerçəkləşdirmək üçün ortaya çıxarılmadımı?! Bəs qara niyyətləri doğrultmaq üçün hərəkətə gətirilən bir olaya qarşı tolerantlıq nə deməkdir?! Zaman-zaman aldadılaraq, şirnikləndirilərək tora salınan xalqın balalarına kim yiyəlik edəcək?! Bəs dövlət bundan ötrü deyilmi?! İş tamamilə tərsinə gedir. Bölücü, dağıdıcı qruplara, qüvvələrə qarşı tolerantlıq sərgilənir, onların toruna düşən xalqın balaları isə zindanlara atılır. Azərbaycan televiziyaları bircə yol bu tip məsələlərə yönəlik ifşaedici mövqe sərgiləmir, maarifçilik işi aparmır. Bütünlüklə yüngül həyat tərzi keçirənlərin anlamsız verilişlərinə yer verilir. Ara-sıra milli məsələlərə də yer verəndə elə hal yaranır ki, heç kim heç nə anlamır. Nə yaxşıdır, nə pisdirb - bilinmir. Qarışıq-dolaşıq fikirlər səslənir, qoy toplum özü gedib baş sındırsın ki, nə yaxşıdır, nə pisdir. Belə nizamsız, anlamsız üsulla toplumu necə doğru yönəltmək olar ki?! Aydın, alim o deməkdir ki, toplumu çaşdıran gedişi düzgün araşdırır, ona (topluma) gərək olanı, doğru olanı öyrədir.

Biz aydınlara, elm adamlarına, hakim strukturlara ərk edib iradlar bildiririk - buna haqq edirik. Çünkü vətənimizi, millətimizi sevirik. Onun bugünkü, ya da sabahkı taleyində yaranan, yaranacaq acılardan dolayı rahatsız oluruq.

Bu gün Bakının Nardaran kəndində baş verən olaylar əslində bir uyarılıq siqnalıdır. Bunun sonrası daha acınacaqlı şəkil ala bilər. Yaxşı, biz necə dövlətik ki, ağzımızın içində bir kənd illərdir itaətsizlik göstərib özbaşınalıq edir?! Nə vaxta qədər kəndin 3-5 adamını zindana atıb gözləmə mövqeyi tutacağıq?! Bəs soydaşlarımızı yoldan çıxaran İran-molla rejimini haçağ dövlət səviyyəsində nişan verib ifşa edəcəyik?!

Sorğular tükənmir, bu yazı da ancaq sorğulardan ibarət oldu...

Quzey Azərbaycanda illərdir İranlaşdırma prosesi aparılır. İran təhsil ünvanlarında, elm ortamlarında milli kimliyimizi danan təbliğatlar qurur. Güney Azərbaycanda özgürləşmə prosesi o qədər güclü getmir, nə ki Quzey Azərbaycanda İranlaşma prosesi. Çünkü Quzey Azərbaycanda dövlət səviyyəsində bircə yol

Güneyli soydaşlarımıza yiyə durulmadı. Ancaq İran Güneylilərin səsinə Quzeyin səs verməməsi üçün Nardaranda bölücülük şəbəkəsi qurub. Baxın, Sovetlər dağılan kimi, İran Quzey Azərbaycana hər mənada basqı göstərməyə başlayıb. Güneyin özgürləşməsinin qarşısını Quzeydə kəsir. Şaxsey-vaxsey çığırtıları ilə toplumumuzun bir kəsiminin içində o biri kəsiminə qarşı nifrət duyğusu böyüdür, vətəndaş-soydaş qarşıdurması hazırlayır. Xorasanda, Qumda eyitim verib içərimizə qaytardığı yurddaşlarımızın çağırışına baxın: - "Azərbaycan İmam Hüseyn yurdudur". Soruşan gərəkdir, bu yurdu İmam Hüseynə kim bağışlayıb, haçan bağışlayıb. Fars-molla rejimi öz ölkəsini İmam Hüseynə bağışlayırsa, özü bilər.

Azərbaycanın yiyəsi türkdür, ərəb deyil. Bu yurdun yiyəsinə arxa çevirmək, qıraqdan ona yiyə axtarmaq çox qorxulu təcrübədir ki, bunu İranın əmmaməli-çuxalı mollaları daim həyata keçirirlər. Bugünkü olayları yaradanların da adına radikal şiəçilər deyirlər. Əzizlərim, bölücülərin radikalı, sivili olmur. Bölücülüyə qarşı tolerantlıq oyununu qırağa qoymaq, ya da İrana vermək gərəkdir. Addımı dala qoyduqca üstümüzə gəlirlər, içərimizi qarışdırırlar. Özündə güc tapıb bu qara niyyətli şərə dur deməyin vaxtıdır. Bu vaxtı ötürmək, ya da hansısa çağı gözləmək doğru deyil. Televiziyalarımızda ortam yaratmaq gərəkdir, xalqa öz dəyərlərini, keçmişini, tarixini düzgün öyrətmək yönündə ciddi iş getməlidir. İranın oyunlarını açıb ortaya qoymaqdan çəkinmək olmaz. Azərbaycanı ona-buna yem eləməyə çalışanların çoxalmasının qarşısını almaq gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

29 Yağış Ayı, 37-ci il. Atakənd.

(noyabr, 2015. Bakı).
Oxşar xəbərlər
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR