“Bundan sonra Türkiyə ilə Rusiya əlaqələri heç vaxt əvvəlki kimi olmayacaq”
Maraqlı
Oxunub: 5293
27 Nov 2015 | 10:30
“Bundan sonra Türkiyə ilə Rusiya əlaqələri heç vaxt əvvəlki kimi olmayacaq”
Moderator.az Türkiyənin Böyük Britaniyadakı sabiq səfiri Ünal Çeviközün Radikal qəzetində yayınladığı köşə yazısını təqdim edir: 

"Son illər Türkiyənin xarici siyasətinin sıx-sıx rastlanan nəticələrindən biri də “artıq filan ölkə ilə əlaqələr heç zaman əvvəlki kimi olmayacaq” ifadələrinin geniş yayılmasıdır. ABŞ, İzrail, Suriya, Misir, Liviya və nəhayət indi də Rusiya...
Ancaq belə olmamalı idi. Oktyabr ayının əvvəlində Türkiyə hava sərhədi iki Rus hərbi təyyarəsi tərəfindən pozulanda Türkiyə ilə Rusiya gələcəkdə oxşar bir situasiya ilə qarşılaşmamaq, qarşılaşdığı təqdirdə də hadisəni böyütməmək və sülh yolu ilə həll etmək üçün müəyyən bir yanaşma formalaşdırmalı idilər. 
Türkiyənin 3 il əvvəl bir hərbi təyyarəsinin Suriya tərəfindən vurulması ilə elan edilən “anqajman qaydaları” Türkiyə ilə Suriya dövlətləri arasındakı gərginliyə şamil edilmişdi və belə də qalmalı idi. Rusiyanın Suriya probleminə müdaxilə etməsi və təyyarələrini Suriyaya göndərərək terrorizmlə mübarizə aparmağa başlamasından sonra mövcud anqajman qaydalarının nəzərdən keçirilməsi, Rusiya ilə bu mövzuda sağlam və etibarlı bir anlayış mexanizmi qurulması zəruri idi. Bu edilmədiyinə görə bugün yaşadığımız vəziyyətlə üz-üzəyik. Bundan sonra Türkiyə ilə Rusiya əlaqələri artıq heç vaxt əvvəlki kimi olmayacaq...
“Niyə belə oldu?”  Səbəb aydındır: Türkiyə ilə Rusiya Suriyada əks düşərgələrdədir. Əsad rejimi Türkiyənin düşmənidir, Əsada qarşı vuruşan müxalifət qüvvələrini də Türkiyə dəstəkləyir. Rusiya isə Əsad rejiminin müttəfiqidir və Əsada qarşı vuruşan müxalifət qüvvələrinin düşmənidir. Qısaca, Türkiyə ilə Rusiya Suriya konteksində bir-biri ilə hərbi nöqtəyi nəzərdən qarşı-qarşıyadır. Buna istər elan edilməmiş bir müharibə deyin, istər vəkalət (proxy) müharibələri adını verin, amma vəziyyət belədir.
Rusiya Suriyanın şimalında Bayırbucak Türkmənlərini bombalamasaydı, Rus hərbi təyyarəsinin Türkiyə hava sərhədini, bəzi açıqlamalara görə, 20 saniyədən daha qısa bir vaxt ərzində pozması bəlkə də vurulması ilə nəticələnməyəcəkdi. Suriyada Türkiyənin illərdir öz tezislərində israr edərək düşdüyü yalnızlığın nəticəsi budur: Rusiya bir hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasının “düşməncə” bir davranış kimi qəbul edəcək. Bu da Türkiyənin başını çox ağrıdacaq.
Üç gün əvvəl, Lavrovun 25 oktyabr tarixində başlaması nəzərdə tutulan səfərində nələrin müzakirə edilməli olduğunu və iki ölkənin son on ildir yüksələn xətdə inkişaf edən əlaqələrinin necə qoruna biləcəyinin nəzərdən keçirilməli olduğunu vurğulayırdıq. 
Lavrovun səfəri təxirə salındı. Bu səfərin təxirə salınması bu ilin sonunda keçirilməsi planlaşdırılan Erdoğan-Putin zirvə toplantısının də sonu deməkdir. Sadəcə zirvənin? Türkiyə ilə Rusiya arasında qurulan Üst səviyyəli Strateji Tərəfdaşlıq Şurasının da sonu deməkdir. Bütün bunların iki ölkənin 1-ci Dünya Müharibəsindən sonra başlayan diplomatik əlaqələrin 95-ci ildönümünün qeyd edildiyi bir ilə təsadüf etməsi çox məyusedicidir. 
Rusiyada da Türkiyədə olduğu kimi sərt bir idarəetmə anlayışı hakimdir. Hər iki ölkə də populist siyasətlə idarə edilən, millətçi və emosional cəmiyyətlərin mövcud olduğu ölkələrdir. Nəticə etibarə ilə, Rusiyanın təyyarəsinin vurulmasının Türkiyə üçün mütləq bir qarşılığı olacaq. Rusiya bu qarşılığın mümkün qədər yüksək olmasına çalışacaq. Son açıqlamalar göstərir ki, artıq hərbi əlaqələr dondurulub. Yəni, bundan sonra hərbi gərginliyi dayandırmaq və dramatikləşməsinə imkan verməmək üçün tələbkar olsaq da, uğursuzluğa düçar olacağımız aydındır.
İkincisi, Türkiyəyə hər il təxminən üç milyon Rusiya vətəndaşının gəlməsi artıq mümkün olmayacaq. Rusiya tur operatorları indidən rezervasiyaları dayandırmağa başlayıb. 2016 yayı Türkiyə turizm sektorunun “qara yay”ı olmağa namizəddir.
Kaş ki, bu qədəri ilə qalsa... Moskvadan yüksək çinli məmurların açıqlamalarında Türkiyənin Misir qədər təhlükəsizlik baxımından riskli bir ölkə olduğu vurğulanır və Rusiya vətəndaşlarının artıq Türkiyəyə getməmələri tövsiyə edilir. İndi bu açıqlamanın arxasında Türkiyədə terror hadisələrinin çoxalacağı hədəsi olmadığına ümid edək...
Üçüncüsü, Rusiya Türkiyədən toyuq əti almağı dayandırdığını açıqladı. İki ölkə arasında orta hesabla 30 milyard dollarlıq ticarətin sadəcə 20 faizinin Türkiyənin ixracatı olduğunu nəzərə alsaq, Türkiyənin Rusiya ilə ticarət defisiti (mənfi saldo) daha da artacaq. Türkiyənin Rusiyadakı ən uğurlu biznesi olan inşaat sektorunun və podratçılıq xidmətlərinin son gərginlikdən necə təsirlənəcəyini isə zaman göstərəcək.

Bir az da enerjidən bəhs edək. Türkiyə Rusiyadan enerji baxımından asılıdır. Ancaq bəzi “çoxbilmiş” analistlər Qazpromun Türkiyəyə qaz satışlarını dayandırmayacağını, əks təqdirdə özünü gəlirlərindən məhrum edəcəyini irəli sürərək Rusiyanın Türkiyəyə qarşı enerji silahından istifadə etməsinin mümkün olmayacağını düşünürlər. Rusiya bazar qanunlarıyla idarə edilsəydi, bu dəyərləndirmə doğru ola bilərdi. Ancaq mövzu məğrurluq və qürur məsələsi olanda Rusiyada da məntiqlə düşünmürlər. Bizdə də vəziyyətin fərqli olmadığına görə, vaxtı gələndə Rusiyanın enerji kartını istifadə etməsi surpriz olmayacaq.

Türkiyə ilə Rusiya arasındakı gərginliyi NATO-ya aid edənlərin diqqət etməli olduğu bir nüans var. Rusiya Türkiyəyə qarşı hələ ki təcavüzkar bir davranış sərgiləməyib. Ancaq qarşılıq verməsi ehtimalı yüksəkdir. Bunu da hər halda NATO-nu qarşısına almayacaq bir formada etməyə çalışacaq, fürsət axtaracaq. Türkiyə bu fürsəti verməməsi üçün artıq çox diqqətli olmalıdır".
Oxşar xəbərlər
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:39, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
GÜNLÜK
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb