“Dövlət rəssamın 15 manatına möhtacdır?”
Oxunub: 3843
16 Nov 2015 | 14:56
“Dövlət rəssamın 15 manatına möhtacdır?”
Moderator.az-ın suallarını rəssam, Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan üzrə təmsilçisi, Rəsm Komitəsi başkanı Nəvai METİN cavablandırır.

- Nəvai bəy, dünyamızın bu qarmaqarışıq zamanında çəkdikləriniz nəyə bənzəyir? Çəkdikləriniz də qarışıbmı dünyamız kimi?

- Doğrudur, indi istər sənətdə, istərsə də siyasətdə kimin əlinin kimin cibində olduğu bilinmir. Sənət gerçək həyatın kətan üzərində, musiqi notlarında, şeir misralarında inikasıdır, əksidir. Müasir sənət də elə müasir dünyaya bənzəyir. Rəssamlar, ümumiyyətlə sənətçilər özləri də çaşıb-qalıblar. Bilmirlər yaxşı nədir, pis nədir. Dünən yaxşı bildiklərimiz bu gün pis kimi qələmə verilir. Bu da təbii ki, sənətə təsir edir, bəzən elə də olur ki, eyni sənətçinin bir neçə münasibətinə rast gəlirsən. Deyəsən ərəblərin atalar sözüdür “insan öz zəmanəsinə bənzəyir”. Baxın, biz də indi tam eləyik, zəmanəmizə bənzəyirik. Bir az yaltaq, bir az qorxaq, bir az yalançı və çox az da doğru danışan... Bilirsinizmi niyə belədir?! Çünki yerimizdə deyilik. Rəhmətlik Qabilin məşhur misralarında deyildiyi kimi: “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Budur bizim bugünkü reallığımız. Ölkədə quruculuq işləri gedir və bu gözəldir, alqışlayıram. Amma bu dünyanı xilas edəcək bir yol var, o da sənət yoludur, sevgi yoludur. Bu gün siyasətçilərimiz deyir ki, Qarabağ probleminin həlli Rusiyadan asılıdır. Dindarlar da duasında Allaha yalvarır ki, Qarabağı qaytar. Bizə gəlincə isə, biz sənətçilər də elə bizik, özümüz kimi, özümüzə layiq.

- Nəvai bəy, burada sözünüzü kəsməyə məcbur olacağam. Nə sənət, hansı sənət? Dəyəri qəpikdən də dəyərsiz olmuş sənətmi? Dəyər vermədiyimiz bir nəsnə dünyamızı necə xilas edə bilər? Sənətin özünün xilasa ehtiyacı var axı...

- Baxın, elə ilk növbədə sənətə dəyəri artırmaq lazımdır ki, sənət özünü göstərə bilsin, sözünü deyə bilsin. Bu günkü durumumuza baxaq, hansısa bir rəssam respublikadan kənara çıxır ki, öz əsərləriylə canından çox sevdiyi ölkəsini tanıtsın, incəsənətini yaysın. Ancaq di gəl ki, hər apardığı əsər üçün dövlətə 15 manat məbləğində pul ödəməldir. Dəhşət burasındadır! Rəssam qəpiyi qəpiyə calayır ki, boya ala bilsin, əsər yaratsın və sonda da o əsri dünyaya çıxarmaq üçün dövlətə pul ödəsin. Həqiqətənmi Azərbaycan dövləti rəssamın 15 manatına möhtacdır?! Şəxsən mən buna inanmıram.  Təsəvvür edin ki, axı bir rəssam sərgiyə bir əsərlə getmir axı, azı 30-40 əsər aparır. Və bu rəqəm də rəssamın faciəsinə çevrilir. Təkrar deyirəm ki, dövlətin belə qərar verdiyinə inanmıram. Bu ancaq kiminsə mənafei ilə üst-üstə düşə bilər.

- Bir sənət adamı olaraq sənətin xilasını nədə görürsünüz? Nə edə bilərik ki, həm sənət xilas olsun, həm də sənətin xilas edəcəyi bəşəriyyət?

- Sənətin bəşəriyyəti xilas etməsi üçün əvvəlcə bəşər övladı sənətə diqqətini artırmalıdır. Sənətkar fərqli həyat tərzi yaşamalıdır, onun missiyası tam fərqlidir. Gündəlik həyatda, küçədə elə bir şey ola bilər ki, sıravi adam üçün adi hal olsun, amma sənətçi o andan təsirlənər, əsər yaradar, o pozitiv hadisəyə qarşı insanlarda nifrət hissi, mübarizə əzmi yarada bilər. Ümumi götürsək bütün dövrlərdə sənətkarlar zülm zillətlə yaşamış adamlardır. Bu normaldır, amma inanmıram ki, nə vaxtsa bugünkü kimi ola bilər. Bu gun sənətçiyə təcavüz var desəm daha doğru olar. Onu da deyim ki, bu təkcə Azərbaycana xas xüsusiyyətlər deyil. Təəssüflər olsun ki, bütün dünyada eyni proses gedir. Türkiyə təmsilçisi olduğum üçün deyə bilərəm ki, orda da vəziyyət eynidir. Avropada da belədir, ərəbləri demirəm heç, çünki orada heç vaxt sənət olmayıb. Təəssüf ki, Avropa da eyni faciəni yaşayır. Sənətın məhvi mollanın oğurluğa getməyi kimi bir şeydir, səsi sonra çıxacaq, 20-30 il sonra. Onda da artıq heç dönüş yeri qalmayacaq. İnsanları sənətdən uzaqlaşdırmaq işin ikinci tərəfidir, birinci tərəfi mənəviyatdan uzaqlaşdırır. Mənəvi dəyərlərdən bir az uzaqlaşan dünyamızda baxın nələr baş verir. Terror, münaqişə, savaş, qırğın haraya qədər olar?! Bunu dayandırmaq üçün, ancaq insanlarda mənəvi, insani dəyərləri inkişaf etdirmək, onlara sevgi və barış hissləri aşılamaq lazımdır. Bir misal çəkəcəm, deyək ki, bir idmançı məşq edib hazırlaşıb, öyrəndiyi hərəkətləri də hardasa göstərməlidi ya yox?! Göstərir və vurub birinin burnunu qırır. Bir silah istehsalçısı istehsal etdiyi silahı hardasa sınaqdan keçirməlidi ya yox?! Keçirir və bir şəhəri yox edir. Bu misalları uzatmaq da olar. İndi baxaq sənətçi neynir, rəssam kiminsə şəklini çəkir,  musiqiçi gitarasını çalıb könülləri oxşayır, aktyor səhnədə düşündürür, bütün bunlar  gözəldir, çox gözəl.

- Barış, sevgi missiyasını kimlər öhdəsinə götürməlidir bəs? Yurdundan didərgin salınmış, bir qarın ac, bir qarın tox yaşayan, bu ölkədən o ölkəyə qaçan, illərdir əsirlikdə inləyən, ailəsini, övladını itirən insanlarmı?

- Bu missiya ancaq sənət adamlarına aiddir. Onu da deyim ki, beynəlmiləlçi sənət adamları, amma  beynəlmiləlçiliyi millətçilikdən  keçən sənət adamları. Öz millətini, mənsub olduğun xalqı sevmədən başqa millətləri sevmək olmaz. Sənətçi bu missiyanı üzərinə o zaman götürür ki, ona bəşər övladı diqqət göstərir, onun dəyərini anlayır. O zaman sənətçi də öz sözünü deyə bilər.

- Bu missiyanı üzərinə götürmüş bir neçə təmənnasız qurumlar tanıyıram. Və elə biri də sizin Azərbaycan təmsilçisi olduğunuz UASB-dir. Orada işlər necədir? Sevgi adına barış adına yola çıxmış sənətçilər bezməyib ki? Davammı, yoxsa tamammı deyir UASB-çilər?

- Bəli, barış, sevgi missiyası ilə yola çıxmış bir neçə beynəlxalq qurumun üzvüyəm. Femin ART, UASB, USSB və başqaları, amma adını çəkdiyiniz UASB-nin təmsilçisi olduğum üçün onun haqqında daha geniş danışa bilərəm. Bu birlik  dünyada sülhün bərqərar olması üçün əlindən gələni edir, kütləvi tədbirlər keçirir, festivallar, yürüşlər təşkil edir. Və bu 15 ildə öz sözünü demiş bir birlikdir, nə xoş mənə ki, bu birliyin təmsilçisiyəm. Türkiyə Türklərinin “Çorbada duzumuz, yeməyə üzümüz” - deyə bir məsəli var. Baxın, o duz dənəsi kimi orda biz də varıqsa nə gözəldir. Təmsilçilik olaraq biz də əlimizdən gələni edirik, amma bacardığımız qədər, imkanımız daxilində. Birlik üzvlərinin fədakarlığı da bizə dəstək olur, əgər bir qarışqa yanğına ağzında dayışıya bildiyi qədər su atırsa, biz də o qarışqa obrazındayıq. Orda olduğumuzdan məmnunuq, bununla sevgimizi bildiririk, yanan dünyaya su atırıq, kömək etmək istəyirik.

- Bu yaxınlarda UASB adına Azərbaycanda yeni bir layihəyə başladınız. Bu layihə də sevgi və barışdan yanaydımı? Yoxsa ki, sırf yurdumuzun tərənnümünə həsr edilmişdi?

- “Yurdumuzu qarış-qarış gəzək” sloqanı altında layihəyə başladıq. Məqsədimiz Azərbaycanın bölgələrini gəzərək göz oxşayan mənzərələrini tabloya köçürmək idi. Düşündük ki, sonda da çəkilmiş rəsmlərdən ibarət xeyriyyə məqsədi ilə bir satış sərgisi təşkil edərik. Layihədə məqsəd sırf vətənimizə olan sevgidən qaynaqlanıb təbii ki. Belə bir təşəbbüsü irəli sürdüyümdə bu qədər geniş rezonansa səbəb olacağını düşünsəm də, ümidim az idi. Amma qısa zamanda sənətçilər arasında mövzuya çevrildi, müzakirə obyekti oldu. Bu da təbii ki, bizi çox sevindirir, orada iştirak edən sənətçilərə ilham verir. Kaş ki, Göygöldə sənətçilərimizi soyuqda, qarda görəydiniz, onlara fədailər deyirəm. Həvəslə çalışırdılar, sevinirdilər, qışda etüdə çıxmaq, soyuğa dözmək hər bir sənətçiyə xas xüsusiyyət deyil.
Onu da deyim ki, UASB təmsilçisi olaraq ideya mənim olsa da, artıq bu tədbirə Femin ART üzvləri ilə da qoşulub. Belə qərara gəldik ki, qurupun adını dəyişək və AKTİV RƏSSAMLAR QURUPU kimi fəaliyətimiz davam etdirək, kiminsə kimdənsə üstünlüyü olmasın.

- Layihə çərçivəsində hansı tədbirləri həyata keçirmisiniz?

- İndiyəcən 5 səfərimiz reallaşıb. Hər dəfə getdiyimiz səfərdə iştirakçıların müzakirəsindən sonra növbəti səfərimizin ünvanı bəlli olur. Bu dəfə səfərimiz Xızı dağlarına idi. İştirakçılar ruh yüksəkliyi nümayiş etdirilər, hər səfərimizə həvəslə hazırlaşırlar. İnanıram ki, “YURDUMUZU QARIŞ QARIŞ GƏZƏK” sloqanı ilə keçirdiyimiz bu tədbirlər uzun müddət danışılacaq, müzakirə olunacaq.

- Sənət adamlarına son olaraq nə deyərdiniz?

- Bütün sənətçilərə bircə sözüm var, dünyanı xilas etmək üçün sevgi, barış qazanına bir çimdik duz atsınlar. Yoxsa dünya məhv olacaq. Yaşasın sənət, yaşasın sevgi, yaşasın barış!

Rumiyyə MİRASLAN

Oxşar xəbərlər
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
GÜNLÜK
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb