Nizaminin şükürü...
Oxunub: 4722
15 Nov 2015 | 11:13
Nizaminin şükürü...
Moderator.az publisist - jurnalist Azər Qaraçənlinin "Nizaminin şükürü" əsərini hissə - hissə oxuculara təqdim edir. Əsərin qəlbində Allah sevgisi və xofu olan hər bir inanclı şəxs üçün maraq doğuracağına şübhə yoxdur:

Əvvəlini bu linkdən oxumaq olar--moderator.az/news/105888.html


...Bu daşlıq diyarda sənin hüzurun,
Ölkəmə çoxlu nemət gətirdi.
Tanrını tanıyan verilən nemət qarşısında
Tanrısına çoxlu şükür eləyər.
İndi ki Tanrı mənim nemətimi artırdı,
Tanrıma nə üçün şükür eləməyim?
Nə qədər diriyəm işim Tanrıya şükür eləməkdi,
Ağıllı adam üçün bundan gözəl şey yoxdu.

“Nə qədər diriyəm işim Tanrıya şükür eləməkdi, ağıllı adam üçün bundan gözəl şey yoxdu” misralarıyla Nizami şükranlıq haqqında daha bir ideyasını ifadə eləyir: dünyada Tanrıya şükür eləməkdən gözəl şey yoxdu. Onda niyə həmişə (nə qədər canında can var) Tanrıya şükür eləməyəsən? Beləliklə, türk xaqanın İskəndərə cavabında iki ideya ifadə olunur: Tanrını tanıyan onun verdiyi nemətlərin qarşılığında çoxlu şükür eləyər; həmişə Tanrıya şükür elə, dünyada bundan gözəl şey yoxdu.

İskəndər peyğəmbərliyə başlayır, dünya səfərinə ”“ peyğəmbərlik səfərinə çıxır. O, bir əkin yerində ayaq-başı yalın, üz-gözündən mərdlik yağan, yer belləməklə məşğul olsa da başı şahlıq tacına layiq, “məst aslan” kimi cavan bir oğlanla rastlaşır. İskəndər ondan Allah haqqında soruşur. Bəlli olur ki, oğlan Allaha inanır. Oğlan deyir gündə bir neçə dəfə yeri-göyü yaradana ibadət eləyirəm, mənə bu gözü-qaşı, daha neçə-neçə kəraməti verənə şükür eləyirəm, çünki Allahı tanıyan üçün şükür eləmək vacibdi. Oğlan İskəndərin Allah haqqında sualına cavabında deyir (“İqbalnamə”də):

Mən ürəyimi o kəsə bağladım ki, sən də ona bağlısan,
O qibləyə pərəstiş eləyirəm ki, sən də ona pərəstiş eləyirsən.
Dünyanı yaradanın,
Göy səmanı yaradanın,
Dağı, səhranı, çayı nəqş eləyənin
Önündə gecə-gündüz
Neçə dəfə üzümü yerə qoyuram.
Bu cür qəşəng gözü-qaşı
O, mən istəməyə-istəməyə mənə verib,
Mənə daha neçə-neçə kərəmini göstərib ”“
Hər birində də yüz cür fayda var.
Mən şükür eləyirəm, çünki şükür vacibdi
O adama ki, Allahı tanımış olsun.

Nizami əsərlərində naşükürlüyü həmişə qınayır. “Qınayır” demək azdı, Nizaminin naşükürü, nankoru görən gözü yoxdu. Şair “İskəndərnamə”də (“Şərəfnamə”də) yazır İran şahı Dara İskəndər Zülqərneynin atasından həmişə bac-xərac alardı. İskəndər taxta çıxandan sonra Daraya xərac verməyi dayandırır. Dara İskəndərin yanına elçi göndərib soruşur niyə çoxdandı ona bac-xərac göndərmir? İskəndər elçiyə deyir get Daraya çatdır ki, mən də onun kimi bir şaham, ona xərac vermək fikrində deyiləm. Üstəlik deyir Daranın ixtiyarında böyük bir məmləkət var, bu ona bəs eləmirmi? İskəndər elçiyə deyir Daraya belə çatdırsın:

Sən fitnə qaldırma, kini coşdurma,
İranzəminə xarabalıq gətirmə.
Sənin asudə mülkün var ”“ əzabsız, əziyyətsiz,
Bu qədər mala, sərvətə naşükür olma.
Özbaşınalığınla dünyanı təlatümə salma,
Bu xam fikirlərin üstündən qələm çək!

Daradan İskəndərə hədə dolu məktub gəlir. Məktuba cavab verəndə İskəndər Daranı yenə naşükürlük eləməməyə çağırır. İskəndər deyir sənə də, mənə də şahlığı Tanrı verib, Tanrının fərmanından heç kəs çıxa bilməz, bir də gördün götürüb dünyada tacdarlığı mənə verdi:

Sən də, ey müzəffər bəxtli padşah,
Taxtı-tacı ana bətnindən gətirməmisən.
Bu ehtişamı sənə Tanrı verib,
Tanrının verdiklərinə möhtəşəmlik eləmə.
Allaha şükür elə, çünki naşükürə
İnsantanıyan adam afərin deməz.

“İnsantanıyan adam naşükürə afərin deməz”. Yəni arif adam, sərraf adam naşükürü bəyənə bilməz, insanı tanıyan adama naşükürlüyü bəyəndirmək olmaz. İnsanı tanıyan adamlardan biri də Nizamidi. Nizami təkcə söz sərrafı deyil, həm də adam sərrafıdı. O, təkcə sözün yerini bilmir, adamın da yerini bilir, özü də sözün yerini bildiyi qədər ”“ dahiyanə bilir. Nizami kimi nəhəngə, əlbəttə ki, naşükürlüyü bəyəndirmək mümkün deyil. Nizami kimi dahinin, əlbəttə ki, naşükürü görən gözü olmamalıdı. Çünki o, həyata, insana Yaradanın gözüylə baxır. Yaradanınsa naşükürlüyü görən gözü yoxdu. “Quran”da deyilir: “Allah heç bir xaini, nankoru sevməz!” “Quran”da Tanrı naşükürlərdən həmişə qınaqla, naşükürlüyündə həddini aşan nankorlardansa qəzəblə danışır. Nizami də belədi. O, “İskəndərnamə”də (“İqbalnamə”də) yəcuclardan ”“ “Quran”da adı fitnə-fəsad tayfası kimi çəkilən bir tayfadan söz açanda dərhal belə qeyd eləyir:

Hamısı yemək-içməkdə və gəzməkdə naşükürdü,
Onlarda bir nəfər də Allahtanıyan görməzsən.

“Xosrov və Şirin”də Şirin Xosrova göndərdiyi bir kinayəli cavab məktubunda deyir:

Tanrı nemət bəxş eləyəndə günahdan keçər,
Heyran qaldığın vaxt əlindən tutar.
Ona şükür eləməyi unudanda, bizə
Qulaqburması verər ki, ayılaq.

Tanrı nemət bəxş eləyəndə günahdan keçər, onun bəxş elədiyi nemətə heyran qalanda, minnətdarlıq duyanda adamın əlindən tutar, ona şükür eləməyi unudanda qulaqburması verər ki, ayılaq ”“ Nizami buna möhkəm inanan adamlardandı. Naşükürlüyündə həddini aşanlarasa qulaqburmasından böyük cəza gəlir ”“ Tanrının hökmündə də belədi, Nizaminin yaradıcılığında da. “Quran”ın neçə-neçə ayəsində Tanrı nankorların cəzasından, şükür eləyənlərin mükafatından danışır. Tanrı deyir: “Şükür eləsəz, nemətinizi qətiyyətlə artıracam, küfrə düşsəz, Mənim əzabım doğrudan çox şiddətlidi!” Tanrı deyir: “Lut qövmü də xəbərdarlıq eləyənləri yalançı saymışdı. Biz də onların üstünə daş yağdıran yel göndərdik, ancaq öz rəhmətimizi də göstərdik ”“ Lutun ailəsini səhərçağı xilas elədik! Biz şükür eləyən kimsəni belə mükafatlandırarıq!” Nizaminin “İskəndərnamə”sində Dara naşükürlük eləyir, nemətin qədrini bilmir, üstəlik həddini aşır, İskəndərin üstünə qoşun çəkir, axırda da bunun cəzasını alır. İskəndər Daranı məğlub eləyir. Dara həlak olur. Nemətin qədrini bilən udur ”“ neməti artır, nemətin qədrini bilməyən uduzur ”“ nemətdən məhrum olur. Şükür eləyən qazanır, naşükürlük eləyən itirir, şükür eləyən mükafata, naşükürlük eləyən cəzaya çatır ”“ Nizami bunu göstərir.

Nizami Tanrının şükürə mükafat, naşükürlüyə cəza verdiyinə, şükürün neməti artırdığına, naşükürlüyün neməti azaltdığına qəti inanan adamlardandı, onun buna zərrə qədər şübhəsi yoxdu. Nizami bunu əsərlərində dönə-dönə göstərir. “Yeddi gözəl” poemasında Bəhram-Gur taxta çıxanda ədalət nitqi söyləyir. Şahın ədalət vədini eşidənlər şükür səcdəsinə dururlar. Şair yazır:

Şah öz ədalətini bəyan eləyəndən sonra
Bütün eşidənlər şükür eləmək üçün səcdəyə durdular.

Nizami adamların şükür səcdəsinə durduğunu elə-belə yazmır. Bu, gəlişigözəl bir söz deyil. Adamlar şükür elədilərsə, deməli, bunun bəhrəsi olmalıdı, onların neməti artmalıdı. Şair bunu göstərəcək, şükürü göstəribsə, deməli, elə-belə yazmayıb, bunun bəhrəsini də göstərəcək. Şah da ədalət nitqini söyləyəndə şükür eləmişdi. Demişdi:

Tacı mənə Tanrı bəxş elədi,
Tanrının verdiyi mənə mübarək olsun!
Tanrıya şükür, alqışlar olsun!
Tanrını tanıyana afərin olsun!
Tanrının nemətinə arxamı çevirmərəm,
Onun nemətinə görə şükür eləyirəm, niyə eləməyim?

Şahın, rəiyyətin şükürü, bir də şahın sözünün üstündə durub ədalət vədinə əməl eləməyi bəhrəsini verir. Verir, özü də necə! Nizami bunu təsvir eləyəndə yazır nəfəslər açıldı, qısır inəklər doğar oldu, çayların suyu artdı, ağaclar barlandı, dövlətin pulu möhkəmləndi, hər kəs layiq olduğu rütbəni aldı, kasıbların işi sahmana düşdü, qaçqınlar yurd-yuvasına qayıtdı, əluzunluğun əli qısaldı, qoyunlar canavarların zülmündən qurtardı, çalağan göyərçinə dost oldu, heç kəs ruzisiz qalmadı, xəzinələr bir ucdan şahın hüzuruna axdı, qılınc-qırmanc ölkədən sürgün salındı.

Ancaq bu firavanlıq yarıda qalır. Var-dövlət adamları azdırır. Adamlar naşükürlük eləməyə başlayırlar. Elə bilirlər şükür eləməsələr də bolluq olacaq, arxayınlaşırlar, şükürü ürəklərindən çıxarırlar. Nemətə görə şükür eləməyəndəsə, ”“ Nizami yazır, ”“ bolluq darlığa çevrilər, onda adamlar ruzini daşdan-dəmirdən çıxarmalı olarlar. Şair yazır:

Əhali öz mal-dövlətiylə qürrələnib
İllərin bolluğuna güvəndi.
Onlar Tanrı şükürünü qəlblərindən çıxardılar,
Şəfqəti sinələrindən silib atdılar.
Tanrının yaratdığı insanlar
Nemətə görə Tanrıya şükür eləməyəndə
Bolluq onlar üçün darlığa çevrilər,
Onda onlar öz ruzilərini daşdan-dəmirdən çıxarmalı olarlar.

Beləcə şükür bar verdiyi kimi, naşükürlük də barı soldurur. Tanrı şükürə cavab verdiyi kimi, naşükürlüyün də cavabını verir. Tanrı Bəhram şahın rəiyyətinə bəla göndərir. Bəla, nə bəla! Nizami bunu təsvir eləyəndə yazır toxumlar cücərib bar vermədi, qıtlıq gen dünyanı dar elədi, darlıqdan dünyanın ürəyi daraldı, qəhətlik yeməyin yolunu elə kəsdi adamlar heyvan kimi otlamağa başladılar, çörək ən bahalı daş-qaşın qiymətinə qalxdı. Vəziyyəti Bəhram şaha söyləyəndə deyirlər qəhətlik dünyanı tutub, insanlar adamyeyən canavar kimi gah leş əti yeyirlər, gah da adam əti. Şah görür buğda olmazın dərəcədə bahalaşıb, anbarların qapısını taybatay açdırır. Göstəriş verir buğdanı adamların imkanına uyğun qiymətə satsınlar, imkanı olmayanlara pulsuz paylasınlar, anbarlarda yerdə qalan dəni quşların qabağına töksünlər ki, heç bir canlı acından ölməsin. Qıtlıq-quraqlıq dörd il çəkir. Adamların naşükürlüyü üzündən gələn bəlanı Bəhram şahın mərdliyi, qayğısı, səxavəti sovuşdurur. Şahın sayəsində xalq çətin vəziyyətdən çıxır. Qeybdən səslənən mələk şaha elə belə də deyir. Deyir Tanrı bu bəlanı sənin xeyirxahlığına görə dayandırdı. Quraqlıq illərində tək bircə nəfər acından ölür. Bəhram-Gur buna görə çox pərişan olur, üzünü Tanrıya tutub bir şah kimi öz təqsirinə görə üzr istəyir, ölən kişinin yaşayışından xəbəri olmadığını, indi o öləndən sonra bundan xəbər tutmağının bir faydası qalmadığını da deyir. Tanrı Bəhram şahın dörd illik aclıqda bir nəfərin də ölməyinə razı olmadığını görüb onun ölkəsini dörd il ölümdən uzaq eləyir. Quraqlıqdan sonrakı dörd ildə Bəhram-Gurun ölkəsində bir nəfər də ölmür, adamların sayı artır, çöllər, dağlar imarətlə dolur. Nizami yazır eşitmişəm o vaxt evlər, binalar bir-birinə elə sarmaşıbmış, kor adam istəsə damların üstüylə Reydən İsfahana gedə bilərmiş[34].

Bəhram-Gurun şahlığı bundan sonra bir sınağa da tuş gəlir. Sonra bir müddət sakitlik olur, ancaq ölkə yenidən sınağa çəkilir. Yeddi iqlim şahlarının qızlarını alıb özünə arvad eləyən, könlünü şadlığa verib yeddi gözəllə cavanlığından kam almaqda olan Bəhram şah bir gün baxıb görür ölkədə vəziyyət pisləşib, xəzinə boşalıb, dövlət də, xalq da vardan-yoxdan çıxıb, qoşun ondan üz döndərib. Şah aydınlaşdırır ki, bunu eləyən vəzirdi. Şah vəziri çağırıb hesab sorur, onun törətdiyi əməlləri üzünə sadalayır, vəziri naşükürlükdə qınayır. Deyir:

Ardı var...
Oxşar xəbərlər
16:52, Bu gün
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
16:48, Bu gün
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
16:44, Bu gün
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
16:40, Bu gün
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
16:35, Bu gün
"İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir" - Umayra Tağıyeva
16:31, Bu gün
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
16:29, Bu gün
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb
16:25, Bu gün
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
16:24, Bu gün
"Buna görə çox peşmanam"
16:20, Bu gün
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
16:19, Bu gün
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
16:15, Bu gün
Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik etdi - FOTO
16:10, Bu gün
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
16:04, Bu gün
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
15:59, Bu gün
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
15:56, Bu gün
Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb - FOTOLAR
15:54, Bu gün
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
15:52, Bu gün
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
15:48, Bu gün
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
15:43, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:38, Bu gün
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
15:33, Bu gün
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
15:28, Bu gün
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
15:25, Bu gün
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
15:19, Bu gün
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
15:15, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO
15:08, Bu gün
Ekspert: "Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər"
15:03, Bu gün
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
15:00, Bu gün
Avropada baş nazirlərə sui-qəsdlər: Dinə aidiyyəti olmayan cinayətlər - TƏHLİL + FOTO
14:56, Bu gün
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
14:52, Bu gün
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
14:48, Bu gün
“Qarabağ”ın oyununda qadın hakimlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
14:37, Bu gün
Kərim Vəliyev artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTOLAR
14:31, Bu gün
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
14:28, Bu gün
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
14:26, Bu gün
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
14:22, Bu gün
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
14:18, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:16, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə
14:14, Bu gün
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
14:08, Bu gün
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
GÜNLÜK
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 17:25
Mətanət İsgəndərliyə ağır itki üz verdi
16 May 2024 | 17:37
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
16 May 2024 | 17:17
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
16 May 2024 | 17:29
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 17:41
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
16 May 2024 | 17:24
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 17:25
Mətanət İsgəndərliyə ağır itki üz verdi
16 May 2024 | 17:37
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
16 May 2024 | 17:17
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
16 May 2024 | 17:29
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 17:41
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
16 May 2024 | 17:24
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb