“Dövlət məhsul bolluğunu təşviq etməli, lazım olan imkanları yaratmalıdır”
Oxunub: 4867
11 Nov 2015 | 00:46
“Dövlət məhsul bolluğunu təşviq etməli, lazım olan imkanları yaratmalıdır”
SƏRBƏST AQRAR SƏNAYE BÖLGƏLƏRİ: AZƏRBAYCAN KƏNDININ ƏN SƏMƏRƏLİ İNKİŞAF MODELİ...

Azərbaycan Respublikasının müstəqillik illərində əldə etdiyi iqtisadi nailiyyətlər böyükdür və təkzib edilməzdir. Onları danmaq, görməmək ən azından insafsızlıq olardı.  

Bununla belə, ölkə iqtisadiyyatının hələ də neft və qaz hasilatından və ixracından, dünya bazarlarında cərəyan edən neft qiymətlərindən asılılığı bir həqiqət olaraq qalır. 

Milli iqtisadiyyatımız  rəqəmlərdə yüksək artım və inkişaf  nümayiş etdirsə də, insanların maddi və sosial vəziyyətinin, rifahının əsaslı şəkildə yüksəlişini təmin etməkdə hələ də çətinlik çəkir. 
Hər halda, əhalisi Azərbaycanın əhalisindən iki dəfə az, lakin cari ümumi daxili məhsulunun (ÜDM) həcmi (400 mlrd. ABŞ dolları) bizimkindən  5 dəfə çox olan, və ÜDM 71% qeyri-neft sektorunun payına düşən  Birləşmiş Ərəb Əmirlikləri səviyyəsində güclü bir iqtisadiyyat qurmaq üçün imkanlar və resurslar kifayət qədərdir.

Prezident İlham Əliyevin son çıxışlarında haqlı olaraq vurğuladığı kimi, mövcud vəziyyəti yubanmadan dəyişmək və qeyri neft sektoruna dayanan güclü iqtisadiyyata nail olmaq lazımdır. Ali hədəf olaraq, azad sahibkarlığı yeni inkişaf mərhələsinə qaldırmaq, vətəndaşların real gəlirlərinin artması, rifahının ən qabaqcıl dünya dövlətləri səviyyəsinə qaldırılması nəzərdə tutulur.

Son bir ayda ölkənin gömrük məcəlləsinə dəyişikliklər edilməsi, beynəlxalq transit  daşımaları potensialini artırmaq, inzibati yoxlamalara iki illik moratorium qoymaq haqqında verilmiş prezident fərmanları qeyd olunan istiqamətdə təsirli addımların atılacağından xəbər verir.

İqtisadi islahatların əhatə dairəsi təbii ki çox geniş ola bilər. Lakin ilk öncə diqqəti ölkənin ərzaq təhlükəsizliyini və geniş məşqulluğu təmin edə biləcək  kənd təsərrüfatı (k/t) və aqrar sənaye islahatları üzərində cəmləşdirmək daha doğru və tələb olunandır. 

Respublikanın  4.5 milyon kənd əhalisi 66 rayonu əhatə edən dörd mindən çox kənd yaşayış məntəqələrində (kənd və qəsəbələrdə) yaşayır. Kənd əhalisinin xüsusi çəkisi 49,3% təşkil edir və əsasən kənd təsərrüfatı və onunla bağlı olan sahələrdə cəmləşmişdir. 

2014-cü ildə ölkədə istehsal olunmuş 59 milyard manatlıq ÜDM strukturunda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın birlikdə payı 3,1 milyard manat, və ya 5.3% təşkil etmişdir. 

İxracın strukturunda k/t məhsullarının payı cəmi 527 milyon ABŞ dollar olmuşdur (meyvə-tərəvəz - $291.08 mln. heyvan və bitki yağları $190.33 mln. alkoqollu və alkogolsuz içkilər - $31.8 mln.  pambıq - $14.5 mln.). 
İdxal olunan ərzaq məhsullarının həcmi isə 1.4 milyard ABŞ dolları səviyyəsində olmuşdur (bütün növ ərzaq məhsulları - $1.06 mlrd. tütün və tütün məhsulları $399. 4 mln.)  İdxal olunan ərzaq məhsullarının  həcmi ÜDM strukturunda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın birlikdə payının demək olar ki, 50% -nə bərabərdir. Bundan əlavə ərzaq məhsullarının idxal həcmi xarici ticarət dövriyyəsində ümumi idxalın 60% səviyyəsindədir və daxili bazarda ərzaq məhsullarının davamlı bahalaşmasını şərtləndirən əsas amillərdən biridir. Bu bahalaşmanın hər ay ən azı 0.1% - 0.3% arasında davam etməsi də kimsəyə sirr deyildir.

Azərbaycan kəndinin davamlı inkişafını, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, kənd rayonlarında yeni aqrar-sənaye infrastrukturunu yaratmaq, insanları daimi iş yerləri və yüksək gəlirlərlə təmin etmək üçün ən səmərəli iqtisadi inkişaf modeli ”“ kənd rayonlarının Sərbəst Aqrar Sənaye Bölgələrinə (SASB) çevrilməsi ola bilər. Kənd rayonlarında SASB rejiminin tətbiq edilməsi aşağıda sadalanan çox strateji iqtisadi və sosial problemlərin həllini təmin edə bilər:

- yerli və xarici kapitala söykənən, ən müasir texnologiyalarla təmin edilmiş minlərlə yeni xırda 
  və orta kəndli/fermer təsərrüfatları (müəssisələri), kooperativlər meydana gələr
- işsizlik tam aradan qalxar, bölgələr milyonlarla yeni iş yerləri ilə təmin olunar və dövlətin  
  büdcədən yeni iş yerləri açılması üçün milyrdlarla manat xərcləməsinə ehtiyac qalmaz 
- sosial fondlara ödəmələr dəfələrlə artar, kənd əhalisinin pensiya təminatı xeyli yaxşılaşar 
- ölkənin yeni orta sahibkarlar sinfi meydana gələr, möhkəmlənər və inkişaf edər  
- istifadəsiz qalmış k/t üçün yararlı torpaqların tam istismar olunması təmin edilər
- rəqabətə davamlı, ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı durmadan artar
- diversifikasiya zəminində əkinçiliyin, pambıqçılıq, üzümçülük,  heyvandarlığın, quşçuluğun və 
  başqa istehsal və emal sahələrinin xəritəsi genişlənər və zənginləşər 
- əhalini daimi məşqulluq və yüksək gəlirlərlə təmin edən, məhsulu kəndlinin/fermerin 
  qapısından emal müəssisələrinə, yerli və xarici bazarlara çatdıra bilən  yeni kooperasiya və 
  istehlak infrastrukturu  meydana gələr 
- iqtisadi böhranlara çevik reaksiya verə bilən istehsal münasibətləri formalaşar  
- seçilən aqrar-sənaye və  istehsal mədəniyyəti yaranar, ölkənin ticarət markaları dünya 
  bazarlarında tanınar
- kənd əhalisinin  gəlirləri dəfələrlə, onların istehlak büdcəsini tam şəkildə ödəyəcək qədər artar
- ölkənin demografik vəziyyəti xeyli dərəcədə yaxşılaşar, kənd əhalisinin çörək pulu ardınca 
   paytaxta, başqa şəhərlərə, xarici ölkələrə axını dayanar, ailə-məişət münasibətləri 
   möhkəmlənər
- ölkənin ərzaq təhlükəsizliyi təmin olunar, idxaldan asılılıq aradan qalxar 
- k/t və aqrar sənaye məhsulları ixracından əldə olunan valyuta daxilolmaları kəskin şəkildə artar 
- ÜDM strukturunda k/t və aqrar sənaye məhsullarının payı dəfələrlə yüksələr 
- k/t və ərzaq məhsullarının bolluğu daxili bazarın konyukturasıda müsbət amillərə, ərzaq 
  qiymətlərinin ucuzlaşmasına, və əhalinin istehlak büdcəsinin strukturunda pozitiv dəyişikliklərə 
  səbəb olar

Yeni iqtisadi siyasət ”“ güclü mühərrik, sürətli inkişaf deməkdir. Tarixə ekskurs etsək görərik ki, müasir iqtisadi inkişaf göstəricilərinə nail olmaq üçün konservativ Böyük Britaniya 165 illik uzun bir yol qət etməli olmuşdur. Amma çevik iqtisadi siyasəti ilə Çin Xalq Respublikası Britaniyadan daha artıq yüksəlişə cəmi son 30 ilin ərzində, yəni 5 dəfə daha sürətlə, və daha tez müvəffəq ola bilmişdir. 

Cari vəziyyətdə ölkənin yeni iqtisadi inkişaf modelinin meydana gəlməsi və çalışması yalnız qanunlara əsaslanan, qanunlarla tənzimlənən daha liberal və daha çevik ticarət rejimi əsasında mümkün ola bilər. Bu qanunvericilik sərt iqtisadi və maliyyə tətbirlərini birmənalı şəkildə istisna etməlidir. Yeni iqtisadi siyasətə keçid dövründə sərt ola biləcək yalnız bir məqam ”“ qanunvericiliyə və dövlət intizamına bütün səviyyələrdə qeyri-şərti olaraq əməl edilməsi ola bilər və olmalıdır. 
  
Yeni iqtisadi siyasətin ana xəttini sərbəst bölgələrin (sosial fondlara ödəmələr istisna olunmaqla) bütün vergilərdən və lisenziyalardan azad olunması təşkil etməlidir. SASB daxilində torpaq sahələrinin, əsas fondların, və ya belə fondların (müəssisələr, fermalar, anbarlar, aqrar texniki stansiyalar, istilikxanalar, və s.) yaradılması üçün tələb olunan ərazilərin ayrılması / uzun müddətli icarəyə verilməsi qaydaları sadələşdirilmiş və asan xidmət mexanizmlərini nəzərdə tutmalıdır. Hər şey saysız-hesabsız kəndli-fermer, aqrar sənaye təsərrüfatlarının, müəssisələrinin meydana gəlməsinə, maneəsiz çalışmasına, kənd əhalisinin tam məşqulluğunu təmin etməyə, məhsul bolluğu yaratmağa,  və yeni sahibkarlar sinfinin formalaşmasına xidmət etməlidir.

Dövlət məhsul bolluğunu təşviq etməli, bu məqsədlə lazım olan imkanları yaratmalıdır. 
İslahatlar həm forma, həm məzmunca yeni dövlət satınalmaları və istehlak kooperasiyaları institutlarının formalaşması ilə müşayət olunmalıdır. Kəndli və fermer təsərrüfatları hər növbəti il üçün həm dövlət, həm də qeyri-dövlət ticarət və istehlak təşkilatlarından istehsal və emal edəcəkləri məhsulların sifarişini almalıdırlar. Bu cür satınalmalar hər mövsümün əvvəlində qabaqcadan kəndlilərə və fermerlərə istehsal və emal xərclərini qarşılaya biləcək səviyyədə ilkin ödənişlər edilməsini nəzərdə tutmalıdır. SASB ölkənin bütün kənd bölgələrini və hər bir yaşayış məntəqəsini əhatə etməlidir.

Azərbaycan Dünya Ticarət Təşkilatının üvü olmadığından, ərzaq məhsullarının topdan satışı və ixracı ilə məşqul olan ticarət və logistika şirkətlərinin dövlətin proteksionist  siyasətindən bəhrələnməsi mümkündür və bunun üçün geniş imkanlar yaradılmalıdır. Xarici ticarəti stimullaşdıra biləcək yeni/müasir dəmir yolu və avtomobil nəqliyyatı potensialı meydana gəlməlidir. Nəqliyyat tarifləri elə rəqabətə davamlı hədlərdə olmalıdır ki, həm ixracın artımını, həm daxili, həm də transit daşımalarının həcmini maksimum hədlərə qaldırmaq mümkün olsun. Qonşu dövlətlər də Azərbaycanın nəqliyyat koridorundan və potensialından istifadə etməyə üstünlük versinlər. Gömrük məntəqələrində k/t və ərzaq məhsullarının ixracı üçün 24 saat yaşıl işıq yanmalı və inzibati maneələr ləğv edilməlidir.

Yüksək aqrar texnologiyaların ölkənin kənd təsərrüfatına tətbiqini təmin etmək, əmək məhsuldarlığını dəfələrlə artırmaq, k/t və ərzaq məhsullarının maya dəyərini dəfələrlə aşağı salmaq, rəqabətə davamlı və tələb olunan məhsullarla dünya bazarlarına çıxa bilmək üçün xarici investisiyaların təşviqi gücləndirilməlidir. Xarici investisiyalar dövlət tərəfindən ən etibarlı şəkildə sığortalanmalıdır. “Açıq Qapılar” siyasəti iqtisadi islahatların həyata keçirilməsində  önəmli yer tutmalıdır.

Yüksək aqrar sənayeçilik təcrübəsi və ənənəsi olan dövlətlərlə iqtisadi əməkdaşlıq əlaqələri davamlı olaraq gücləndirilməlidir. Bu əməkdaşlıqdan yüksək keyfiyyətli kübrələr, “high-tech” maşınlar, avadanlıqlar, mexanizmlər, alətlər istehsal edə bilən yeni-yeni yerli sənaye müəssisələri və hər bir kəndi və qəsəbəni əhatə edə biləcək unikal aqrar-sənaye infrastrukturu yaratmaq üçün bəhrələnmək olar. 

Yeni iqtisadi siyasət monopolizm və korrupsiya amillərini, həmçinin yersiz inzibati müdaxilələri   tam şəkildə istisna etməli və aradan qaldırmalıdır. Vətəndaşların, iş adamlarının gəlirlərinin durmadan artması, onların legal yolla zənginləşməsi qarşısında sədlər qoyulmamalıdır. Əhalinin zənginləşməsi ”“ dövlətin zənginləşməsi deməkdir, vətəndaşın rifahda, dövlətin inkişafda, sülh və əmin-amanlıq içində yaşamasının rəhnidir. 

Azərbaycanın yeni iqtisadi inkişaf modeli siyasi iradənin və peşəkar təşkilatçılıq (top menecment) bacarığının vəhdəti müstəvisində uğurlu nəticələr verə bilər. Bir vacib məqamı da yaddan çıxarmaq olmaz: zaman vacib faktordur. 

Qüdrət Quliyev, keçmiş xarici iqtisadi əlaqələr naziri
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...