Təhsilimizin “yenilən batalyonu”-Metodiki Mərkəz
Köşə
Oxunub: 4064
03 Nov 2015 | 18:09

Təhsilimizin “yenilən batalyonu”-Metodiki Mərkəz
"İnsanın ömrünün yarısını mübahisələrdə keçirəcək qədər zamanı yoxdur..." Avraam Linkoln

Bəşər övladı özünü dərk etməyə başladığı vaxtdan " birinci toyuq yaranıb, yoxsa yumurta" sualı üzərində baş sındırıb. Xeyli sonralar belə məlum olub ki, yumurta qabığı ancaq toyuqların yumurtalarındakı proteindən hazırlana bilər. Bu versiyanı irəli sürınlərin fikrincə deməli, toyuq birinci yaranıb. Təkamül nəzəriyyəsini elm dünyasının gündəminə gətirən Çarlz Darvinin hipotezasına isə bir müddət keçdikdən sonra, heç bir elmı izaha və təcrübəyə əsaslanmayan elm dünyasının ən böyük yalanı kimi qiymət verənlər də oldu. Sən demə darvinizm bir nəzəriyyə kimi o dövrdə dinsiz cərəyan olan materialistlərin dəstəyi ilə möhkəmlənibmiş.

19-cu əsrdə pik zirvəsinə yüksələn materialist, idealist, pozivitist, determinist cərəyanları dövrümüzə qədər əks qütblərin qarşıdurmasını səciyyələndirib, nəzəri spekulyativliyi gücləndirib. Materiyanın və ya şüurun birinci olması, siyasətin, yoxsa iqtisadiyyatın həlledici rol oynaması, maddiyyat olmalıdır ki, yeni insan tərbiyə olunsun, yoxsa yeni insan tərbiyə olunmalıdır ki, maddiyat təmin olunsun kimi suallar zaman-zaman mübahisə obyektinə çevrilərək, ideoloji mübarizənin xarakterik xüsusiyyətlərinə çevrilib. Artıq, plüralizm şəraitində mübahisə etmək üçün, hər hansı bir fikir irəli sürmək və ya hansısa polemikaya qoşulmaqdan ötrü materalist və ya idealist olmaq, hansısa cərəyanın və ya sistemin tərafdarı, yaxud əleyhdarı mövqeyindən çıxış etmək öz əvvəlki qüvvəsini itirib.

Allah kompüteri kəşf edənın, internet şəbəkəsini yaradanların atasına rəhmət eləsin. Saatlarla kompüter qarşısında günümüzü keçirərək hansı ölkədə nə baş verdiyindən, hətta kimin belə nə dediyindən və etdiyindən dərhal xəbər tuturuq, dünyada gedən proseslərə anındaca münasibət bildiririk, əməllərimizdə onu bu və ya digər şəkildə təqlid edirik. Məsələn, dünyanın bir çox ölkəsi Halloween adlanan "Ölülər və Cadugarlar" bayramını qeyd edir, elə isə biz niyə etməyək? "Müqəddəs Valentin" bayramı və s. də elə bunun kimi. Nə demək olar, qlobalaşma dövrünü yaşayırıq, nüasirləşirik, dünyada gedən proseslərə biganə qala bilmirik. Nə isə. Deyəsən, bir az məqsədimdən uzaqlaşdım. Elə isə keçək mətləbə.

Yəni, təhsilimiz də zaman-zaman mübahisəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç də xali olmayıb. Uğurlarımız uğursuzluqlarımızla paralel inkişaf edib. Uğurlarımızı qəbul etmişik, uğursuzluqlarımızda səbəb və bəhanə axtarıb, bir birimizı günahlandırmışıq. Bir qismimiz uğurları, digər qismimiz qüsurları qabartmışıq. Təhsilimizin problemlərində bəzən təhsil alanları, bəzən də təhsil verənləri hədəfə almışıq. Təhsilə tətbiq olunan və müasir hesab edilən yanaşmalar kiminsə tərifinə, kiminsə tənqidinə tuş gəlib. Kimlərsə, artıq zamanın sınaqlarından çıxmış təhsil ənənələrimizi qoruyub saxlamağı və tədricən inkişaf etdirməyi, kimlərsə tərəddüd etmədən qərb təhsilinə inteqrasiya etməyi inkişafın əsas amili hesab edib və etməkdədirlər.

Son zamanlar təhsilimiz xarici texnologiya və innovasiyalardan o qədər təcrübə idxal edib ki, hətta təhsilin hansı formasını seçəcəyimizlə bağlı çaşıb qalmışıq. Fərdi təhsil, fasiləsiz təhsil, formal təhsil, açıq tipli təhsil, əlavə təhsil, elitar təhsil, distant təhsil, informal təhsil, öz-özünə təhsil, sərbəst təhsil, valeoqolik təhsil-bunlar hələ hamısı deyil. Digər tərəfdən müəllimlərə köməkçi verilməsi, məktəb direktorlarının idarəetmə prosesində menecer xidmətinə ehtiyaclarının olması, metodistlərin mentorlarla əvəzlənməsi, şagirdlərə ev tapşırığının qadağan edilməsi və ya kompüter vasitəsilə icra olunmasl, əllə yazının ləğv edilməsi və digər bu kimi təklif və təşəbbüslərin nə intervalı nə də ki, limiti var. Gətirdiyimiz yeganə arqument də ondan ibarətdir ki, dünyanın filan ölkəsində belə bir çey var.

Gəlin, hələ bir baxaq görək bu mentorluq deyilən şey nədir, kimlər mentor ola bilər? Sən demə yunan mifiologiyasından götürülmüş, 17-ci əsrin sonlarından bir termin kimi ışlədilən bu ifadə daha təcrübəli və ya daha çox bilikli bir adamın nisbətən az təcrübəli və ya az bilikli bir adama bələdçilik etməsi üçün yaradılmış şəxsi inkişaf əlaqəsidir və dünyanın bir çox ölkələrində belə qənaətə gəlinib ki, əgər yaxşı müəllim yetişdirmək istəyirsinizsə, sizin onlarla birgə işləyən yaxşı mentorlara ehtiyacınız var. Kəsəsi, mentor müəllimə ən müasir məslələrdə metodik dəstək ola bilən təhsil işçisidir. Mentorlar bir sıra ehtiyacların qarşılanmasında mühüm rol oynaya bilərlər. Onlar katalizator rolu oynayaraq uğurlu əməkdaşlıq strukturu təmin etmək bacarığına nail olurlar.

Bu mentorluq ideyası mənə sanki, "özümüzə umac ova bilmirik, başqasına əriştə kəsirik" el məsəlini xatırlatdı. Guya, müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivləri təmin edəcək. Halbuki, müəllimlərin tədris prosesində təlimdən əldə etdikləri bilik və bacarıqların tətbiqində bir çox problem və çətinliklərlə qarşılaşmasını qarşılamaq üçün ölkəmizdə uzun illərdən bəri metodist institutu formalaşdırılıb və bu metodistlərin Respublikamızda sayılıb-seçilən müəllim ordusunun yetişməsində əvəzsiz xidmətləri də danılmazdır.

Respublikanın 70-dən artıq şəhər və rayonunda təhsil şöbələrinin (idarələrinin) nəzdində metodik kabinetlər, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində isə Metodik Mərkəz fəaliyyət göstərib.Bu metodik kabinetlər və Metodik Mərkəzdə 700-dən artıq metodist və 100-dən artıq texniki işçı calışıb. Bir vaxtlar "öyrədənlər" adlandırılan metodistlərin günahı nə oldu ki, birdə-birə onların tədqiqatçılıq, yaradıcılıq, istiqamətvericilik fəaliyyətini məhdudlaşdırdılar, "inspektor"ları "məsləhətçi"yə çevirərək məsləhət verməli olanları məsləhət vermək hüququndan məhrum etdilər. Məktəblər metodistlərin üzünə qapadıldı.

Metodik kabinetlərə və Metodik Mərkəzə bir növ "cərimə batalyonu" kimi baxıldı. Təhsildə "başdan edilməli" kateqoriyasına daxil edilənlər 0,5 və hətta 0,25 ştat vahidi ilə bu mərkəzlərdə yerləşdirildi. Yalnız müəyyən "imtiyazları" olan metotodistlərin kiçik bir qismi məktəblərdə yarım stavka dərslə təmin olunmaq şərəfinə nail ola bildi. "Qara məni basınca, qoy qaranı mən basım " prinsipi ilə "Metodiki işin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında " imitasiya xarakterli kolleqiya iclası isə Mərdanovdan qalma xatirədən başqa bir işə yaramadı.

Halbuki, xüsusilə müəllim peşəsi üçün son dərəcə zəruri olan metodik xidmətin təşkili sahəsində mövcud təcrübəyə əsaslanaraq zamanın tələblərinə cavab verə biləcək, nisbətən məqbul variantın müəyyənləşdirilməsinə, metodik xidmətin səmərəli təşkili üçün yeni mexanizmlərin işlənib hazırlanmasına, metodik xidmət sahəsinin normativ-hüquqi bazasının yaradılması, bu qurumların ixtisaslı, yaradıcı, peşəkar kadrlarla möhkəmləndirilməsinə, metodiki sahəyə diqqət və qayğının gücləndirilməsinə ehtiyac duyulurdu.

Əgər, dünya təcrübəsinə istinad ediriksə, metodiki xidmət bütün ölkələrdə bu və ya digər formalarda tətbiq edilib və edilməkdədir. Deyək ki, məsələn ABŞ və Avstraliyada Kurikulum Departamentləri, Hollandiyada Qiymətləndirmə Mərkəzləri, qonşu Türkiyədə Təlim və Tərbiyə Qurumları, Litvada Təlimin İnkişaf Mərkəzləri, Gürcüstanda Resurs Mərkəzləri və s. bilavasitə ölkə və şəhər səviyyəsində metodiki xidmətin təmin olunmasına yönəlmişdir.

Qayıdaq nəyin birinci olması məsələsinə.Təhsilimiz aşağıdan zəif gəlir, yoxsa yuxarıdan zəif gələnlər aşağıdakıları zəifləşdirir? Başqa sözlə, daha dəqiq desək keyfiyyətlə bağlı təhsilimizə problem yaradan zəif müəllimlərdir, yoxsa zəif yetşən şagirdlər? Məntiqə görə nəzərə alsaq ki, şagirdləri yetşdirən bilavasitə müəllimdir, və müəllimlərimizi ustadımız kimi qəbul edirik, deməli müəllimdən nəsə ummağa haqqımız var. Bu mənada müəllimin hazırlıq səviyyəsi onun simasnı müəyyən edir. Deməli, müəllimə daim xidmət göstərilməli və xidmətləri müqabilində qiymət verilməlidir. İstəyiriksə bunu metodiki xidmət adlandıraq, istəyiriksə mentorluq xidmətı. Adın nə fərqi var ki... Şekspir demiş, qızılgül öz gül qoxusunu verir, istəyirsən onu qızılgül adlandır, istəyirsən yox.

Bəlkə, hesab edirik ki, heç bu quruma elə də bir ehtiyac yoxdur? Nə də olmasa kompüter əsrində yaşayırıq. Müəllimlərimiz özünütəhsil yolu ilə virtual aləmdən yararlanaraq, təlimlərə, kurslara, treninqlərə cəlb olunmaqla da öz metodiki hazırlıqlarını təmin edə bilər, nəzəri və praktik biliklərə yiyələnərlər. Elə isə, təhsilin idarəetmə sistemində xüsisi çəkiyə malik olan bu strukturu niyə saxlayırıq? Suallar çoxdur, cavab verən isə hələ ki yox.


Nə deyirik, əgər ömür vəfa etsə, bəlkə bu mentorluq fəaliyyətinin də nə olduğunu və təhsilimiz üçün hansı nəticələr verəcəyini görə bildik. Işdir-qəzadır görmək qismətimiz olsa belə, heç olmasa bu xidmət növü bizə şou-biznesimizdəki prodüsser xidmətini xatırlatmasın.
Oxşar xəbərlər
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO