Heydər Əliyev boykot ediləndə ona mikrofon vermişəm - Mirzə Xəzər
Oxunub: 5964
13 Oct 2015 | 10:33

Heydər Əliyev boykot ediləndə ona mikrofon vermişəm  - Mirzə Xəzər
Budəfəki qonağımız Mirzə Xəzərdir - zamanın Azərbaycan qəhrəmanı. Bəli, bir zamanlar milyonlarla insan “Azadlıq” radiosunda onun xəbərlərini, şərhlərini, analizlərini dinləmək üçün səbrlə verilişlərin vaxtını gözləyərdi. Mirzə Xəzər Azərbaycanın çox ağır zamanlarında ona dayaq olmuş, bizi informasiya müharibəsindən qalib çıxarmış adamlardan-jurnalistlərdəndir. Hamıya qapı açıb, hamını tribunalandırıb, hamıya söz haqqı tanıyıb. Sovet zamanında Milli hərəkatın öndə olanlarına, Ayaz Mütəllibov zamanında AXC-yə, AXC hakimiyyətində Heydər Əliyevə, Heydər Əliyev zamanında isə ona müxalifətdə olanlara meydan tanıyıb. Sözə meydan tanıdıqca, vəzifəsini icra etdikcə, hədəfə gəlib. Bu hədəfə gəlmək onu işindən edib. 

Hə, bu dəfə “16-1”-də bu maraqlı adam ”“ Mirzə Xəzər var. İllər keçsə də, ona olan maraq azalmır. O da bizim tariximizin bir parçasıdır çünki...

 
- “Mirzə Xəzər kimdir” sualına necə cavab verərdiniz?

- Maraqlı sualdır. Mənim fikrimcə Mirzə Xəzər elə Mirzə Xəzərdir. Mirzə Xəzər - bir az jurnalist, bir az yazıçı, bir az tədqiqatçı, bir az tərcüməçi, bir az radioçu, bir az avam, bir az sadəlövh... bir insandır. Barəmdə bundan artığını demək üçün təkəbbürlü olmam lazımdır ki, lovğalıq da mənə yad hissdir.

- Haqqınızda yazılan Azərbaycan vikipediyasında  bildirilir ki, siz dağ yəhudisisiniz. Azərbaycanı nə üçün tərk etdiniz? O vaxtkı siyasi durum sizi niyə qane etmədi?

- Bəli, mən dağ yəhudisiyəm. Atam və anam da dağ yəhudiləriydilər. Ailəmizin SSRİ-dən  (Azərbaycandan) çıxıb getməyində siyasət axırıncı yerdə gəlir. Ayrı-seçkilik görməmişdik. Ailəmiz 11 nəfərdən ibarət idi: iki bacım, üç qardaşım, anam və atam, iki uşağım və həyat yoldaşım. Atam ticarət adamı idi. Uzun illər dükanları, sonra müxtəlif sexləri idarə etmişdi. Sovet sisteminin qadağalarına baxmayaraq, müəyyən var-dövlət yığmışdı. Xoşbəxt və firavan həyatımız var idi. Atamı Azərbaycanda çoxları tanıyırdı. Hörmət qazanmış bir şəxs olaraq sözünün çəkisi var idi. Həmişə “bu ölkədə azadlıq yoxdur, şəxsi təşəbbüskarlıq boğulur” deyirdi və o dövrün təbiri ilə desək, “kapitalist” ölkələrində yaşayanlara həsəd aparırdı. Bol məhsuldan sonra quraqlıq illəri gəldiyi kimi, ailəmizin də xoşbəxt günlərində quraqlıq dövrü başlandı. Atamı sıxışdırdılar. Əvvəlcə dükanları, sonra sexləri itirdi. Maddi vəziyyətinin ağırlaşması ilə yanaşı, atamın səhhətində ciddi problemlər yarandı. Atam xərçəng xəstəliyinə tutuldu. Hər tərəfdən məngənədə sıxılıb qalmışdı. Vurnuxurdu. SSRİ-də müalicəsinə inanmadığı kimi, ailənin də bataqlıqdan çıxacağına ümidini itirmişdi. Kənardan yardım edən yox idi.

1970-ci illərin əvvəlində gözlənilməz bir yola baş vurdu. Bir tanışın vasitəsi ilə İsraildən dəvətnamə gətirdə bildi. Atam sevinirdi. Əvvələn, gedib İsraildə müalicə olunacaqdı. Digər tərəfdən də atamın ən böyük arzusu sərbəst bazar iqtisadiyyatı olan bir cəmiyyətdə yaşamaq, işləmək idi və beləliklə, hər iki məqsədinə nail olacaqdı. Amma ailədə hamı sevinmirdi. Doğma yurdu qoyub naməlum və hələ heç kimin görmədiyi Yaxın Şərqə yola çıxmaq asan deyildi. Nəhayət, ailə birləşdi. Atam sənədləri Daxili İşlər Nazirliyinə təqdim edəndə DTK-ya çağırıldı. SSRİ-ni tərk etməsinin səbəbi soruşuldu. Bir neçə aylıq mübarizədən sonra mühacirət üçün rəsmi icazə gəldi. 1973-cü il oktyabr ayında atam ailəni götürüb Bakıdan çıxdı. Mən ailəmlə müvəqqəti olaraq Azərbaycanda qaldım və 1974-cü ilin iyun ayında mən də Azərbaycanla vidalaşmalı oldum. Çətin idi. SSRİ-də azadlığın olmadığını, söz və düşüncənin buxovlandığını bilirdim. Atama qarşı ədalətsizliyin səbəbkarının da sovet sistemi olduğunu dərk edirdim. Xaricdəki vəziyyətdən də xəbərim var idi. 16 yaşım olanda xaricə səyahət edib, hətta “qardaş” sosialist ölkələrində şəraitin daha yaxşı olduğunu görmüşdüm. Amma yenə də, əgər atam köçməsəydi, mən xaricə köçməyə cəsarət etməzdim. Hüquqşünas kimi karyeramın ardınca gedəcəkdim. Atam köçəndən sonra bu yol da bağlandı. Bu səbəbdən mənə dissident deyəndə cavab verirəm ki, mən dissident olmamışam. Atam 1975-ci ildə  əməliyyat olundu. Azərbaycanı tərk edəndən sonra 18 il yaşadı. 1991-ci il yanvar ayında vəfat etdi. 65 yaşında idi. Azərbaycanı heç zaman yaddan çıxartmadı. Orada yaşadığı günləri həsrətlə yad edirdi. Anam 1994-cü il yanvar ayında dünyasını dəyişdi. 65 yaşında... O da Azərbaycanı həsrətlə yad edirdi...

- Yeni tariximizdə mətbuatın “blokada”ya alındığı ən ağır günlərdə milyonlarla insanın səbirsizliklə sizi dinlədiyinin şahidiyik. Dediyiniz hər kəlməni insanlar məlhəm olaraq qəbul edirdilər, sizi özlərinə arxa bilirdilər. O günlərdən 20-25 ilə yaxın müddət keçib və Azərbaycanda çox şey dəyişib. Dünən Azərbaycan üçün qəhrəman olanlar bu gün az qala “xalq düşməni”dirlər. Sizcə, bu cür ciddi dəyişikliklərin baş verməsinin səbəbi nədir?

- Bu suala müfəssəl cavab vermək üçün “Azərbaycan inqilabı” adlandırdığımız hadisələrin kökünə qayıdıb, bütün olan-keçənləri təhlil etmək lazımdır. 20-25 il tarix baxımından çox qısa bir dövrdür və belə qısa dövrdə cəmiyyətin bizdəki kimi sarsılması, çalxalanması təsirsiz ötüşə bilməzdi. Biz, inqilabımızın rüşeymində buraxdığımız səhvlərin acı meyvəsini yeməyə məhkumuq. Biz, meydanda mikrofonu əlinə alan hər kəsi qəhrəman mərtəbəsinə yüksəldib, sonra xain kimi yerə vurmuşuq. Niyə? Çünki inamımız səmimiyyət üzərində qurulmamışdı. İlk Meydandan düz Meydan ideyasının məzarlığa basdırıldığı 1993-cü ilin iyun ayınadək Azərbaycanda fenomenal bir sintezin yarandığını müşahidə edirik: bir şəxsin içində “milli mənafe” ilə “şəxsi mənfəət” yanbayan, “dinc yanaşı yaşamağa” başladı. Xəcalət hissi qəbirə gömüldü. Dünən qəhrəman olanların sonra “xalq düşməni”nə və əksinə, dünən “xalq düşməni” olanların sonra qəhrəmana çevrilməsi prosesinin təməli elə İlk və sonrakı Meydanlarda qoyulub, AXC və Əliyev hakimiyyəti dövründə davam edib. Şəxsiyyətin erroziyası, mənəviyyatın inflyasiyası bu gün də davam etməkdədir. Çünki səhnədəki aktyorlar 26 il əvvəlki aktyorlardır. Sonra onların xələfləri ön sıralara keçəcək və dəyirman tərsinə fırlanmaqda davam edəcək...

 - Belə də demək olar, “bu rejimin gözündən niyə düşdünüz”? Nə istədilər vermədiniz? Axı zamanında normal münasibətlərinizin olduğu bilinir...

- Mənim bu hakimiyyətlə problemim yoxdur. Bu hakimiyyətin mənimlə problemi var. Bu hakimiyyət məni tanımamışdırsa, bu, onların öz günahıdır. Mən Heydər Əliyev kütləvi informasiya vasitələri tərəfindən boykot ediləndə ona mikrofon vermişəm. Mən keçmiş KQB generalı, Siyasi Büronun keçmiş üzvü Heydər Əliyevə mikrofon verdiyim üçün radionun “Broadcast Analysis Department” (Proqramların analizi departamenti) tərəfindən yüzlərlə şikayət memorandumu almışam. Dəfələrlə tənqid edilmişəm. Amma yolumdan dönməmişəm. Təmənnasız etmişəm. Ayaz Mütəllibov hakimiyyəti zamanı və ya AXC hökuməti dövründə Bakıdan şikayətlər gəlməsinə baxmayaraq, yenə də Heydər Əliyevə öz sözünü deməyə şərait yaradırdım. Təmənnasız. Marqlıdır, siyasi müxaliflərinə efir vaxtı versəm də, onu tənqid etsələr də, Ayaz Mütəllibov bir dəfə də olsun məndən və ya radiodan şikayət etməmişdi. Tamamilə əksinə, 2003-cü ildə məni vəzifədən çıxardanda məhz Ayaz Mütəllibov Moskvadan bəyanat yayaraq mənim müdafiəmə qalxdı və radionun qərarını tənqid etdi. Nə isə... Heydər Əliyev hakimiyyətə gələndən sonra Xalq Cəbhəsinə, Müsavat partiyasına və digər müxaliflərə Əliyev hökumətinə qarşı tənqidlərini, fikir və mövqelərini səsləndirməyə şərait yaratdım. Heydər Əliyevlə 1993-cü ildə Bakıda və Parisdə, 1994-cü ildə Londonda, 1998-ci ildə Bakıda görüşmüşəm. İlk iki görüş yaxşı keçdi. Lakin Londonda görüş zamanı soyuqluq hiss etdim. Görünür, müxalifətin hakimiyyətə qarşı tənqidi fikirlərini radiodan səslənməsi və mənim şərhlərimdə tənqidi fikirlərin olması Heydər Əliyevi narahat etmişdi.

Gülünc vəziyyət idi. Heydər Əliyev unudurdu ki, AXC dövründə onun Əbülfəz Əliyev hökumətinə qarşı tənqidi fikirlərinin radiodan yayılması AXC rəhbərliyini eyni dərəcədə narahat etmişdi. 1997-ci ildə Rəsul Quliyevə radionun proqramlarında yer verilməsi Əliyev hökumətini çox qəzəbləndirdi. Rəsul Quliyev hakimiyyətin zəif nöqtəsi idi. Rəsul Quliyev eyni klanın nümayəndəsi olaraq hakimiyyətin müxtəlif laylarında nüfuza malik idi. Rəsul Quliyev birbaşa Heydər Əliyevin komandasından çıxıb müxalifə çevrilən bir siyasətçi idi. Onun hər bir müsahibəsi və ya bəyanatı birbaşa hakim klanın içində mərkəzdənqaçma prosesinə təkan verirdi. Heydər Əliyev buna yol verə bilməzdi. Hakimiyyətin təməli sarsılırdı. Və elə bu üzdən Rəsul Quliyevə qarşı rəsmi kampaniya alovlandı və təbiidir ki, mən də hücumların hədəfinə çevrildim. Amma mənim mövqeyimdə qeyri-adi bir dönüş olmamışdı. Ayaz Mütəllibovun hakimiyyəti zamanı təmənnasız AXC-yə, AXC hakimiyyəti zamanı təmənnasız Heydər Əliyevə mikrofon uzadan bir radionun, Heydər Əliyevin hakimiyyəti dövründə təmənnasız Rəsul Quliyevə mikrofon açması təəccüblü deyildi. Əlbəttə, qarşı tərəf bunu başqa cür yozurdu. Mətbuatda çirkin yazılar dərc olundu. 1998-ci il yanvarın sonunda “Azad Avropa və Azadlıq” radiolarının prezidenti ilə birlikdə Bakıya rəsmi səfərlə gəlmişdik. Prezident Əliyevlə görüşümüz oldu. AzTV ilə canlı yayılan görüş zamanı mərhum Heydər Əliyev məni hədəfə alıb hücuma keçdi. Bizim üçün çox gözlənilməz oldu. “Azərbaycan Redaksiyasının rəhbəri Mirzə Xəzər iddia edir ki, mən Azərbaycanda monarxiya yaradıram və oğlumu yerimə hazırlayıram”,  - Heydər Əliyev qəzəbli idi. “Bu, qeybətdir. Məgər sizin radio qeybəti fakt kimi yayır?” Suallar radionun prezidenti üçün gözlənilməz idi. Mən susdum. Heydər Əliyevin “qeybət” adlandırdığı xəbər - fakt idi. İki gün sonra mərhum Heydər Əliyev mənimlə görüşmək istədi. Məni və qızımı Prezident Aparatına dəvət etdi. Mehriban salamlaşdıq. Elə bil, o qəzəbli Əliyevdən əsər-əlamət yox idi. Söhbət iki saat sürdü. Bir çox məsələlərə toxundu. “Monarxiya” məsələsini qaldırdım və dedim ki, Heydər müəllim, axı bu “varis” sözü qeybət deyil və bunu mən icad eləməmişəm, sizin YAP Binəqədi rayon təşkilatının sədri Abbas Mustafayev bunu rəsmən qəzetlərə bildirib. Güldü, “bilirəm, o Abbas Mustafayev qranitdən mənim büstümü düzəltdirib mənə hədiyyə göndərib”, - dedi. Hər şeydən xəbəri var idi. Bu, əsl Heydər Əliyev idi. Söhbətin sonuna doğru ciddiləşdi və üzümə baxa-baxa: “Bəli, mən varis hazırlayıram”, - dedi. Radionun tənqidlərinə toxundu, dedi ki, “mən demirəm məni tənqid etmə, amma o biri tərəfi də tənqid elə.” Cavab verdim ki, mən həmişə işimə obyektiv yanaşıram. Mehriban söhbətimiz mehribançılıqla qurtardı. Gülə-gülə bizi qapıya kimi yola saldı. Bu, Heydər Əliyev idi. O, rəhmətə gedəndən sonra hakimiyyətin və müxalifətin bəzi qurumlarının mənə qarşı meydan “savaşı” təzədən alovlandı. Tamamilə susmağımı istədilər. Onlara bunu verə bilməzdim... Nəticəsini bilirsiniz.

 - Müstəqil mətbuat. Bu haqda Azərbaycanda çox diskussiyalar, fikir mübadilələri gedir. Azərbaycan hakimiyyətilə birbaşa bağlılığı olan bir çox mətbu orqanlar da cəmiyyətə özlərini müstəqil mətbuat kimi təqdim edirlər. Müstəqil mətbuatın tərifi varmı? Siz də bir ara Azərbaycanda qəzet çıxarmağa cəhd etdiniz? Müstəqildinizmi?

- Azərbaycanda “müstəqil mətbuat” məfhumu təhrif  edilib. Mən müstəqil idim, çünki nə hakimiyyətdən asılı idim, nə müxalifətdən. Sponsorum olmadığı üçün hansısa oliqarxdan da asılılığım yox idi. Qəzetin buraxılmasını özüm maliyyələşdirirdim. Azərbaycanda hər kəs bu cür hərəkət edə bilməz. Bu səbəbdən Azərbaycanda hər hansı kütləvi informasiya vasitəsi ya hakimiyyətdən, ya müxalifətdən, yaxud da maliyyə mənbəyindən asılı vəziyyətdədir. Azərbaycan mətbuatında “reket”çilik də vüsət alıb ki, “reket”ə əl atan mətbuat vasitəsini müstəqil adlandırmaq qeyri-mümkündür. 


- Özünü “demokratik dövlət” adlandıran bir ölkədə azad, müstəqil mətbuatın varlığı, yaşaması üçün hansı vacib addımlar atılmalıdır? Əgər bunların əksi ilə qarşılaşırıqsa, o zaman dövlət demokratik deyil, yoxsa mətbuat müstəqil olmağa hazır deyil?

- Azərbaycan demokratik dövlət deyildir. Demokratik dövlət olmadığı üçün kütləvi informasiya vasitələrini öz iradəsinə tabe etdirməlidir. Təəssüflə deməliyəm ki, dövlət, cüzi istisnalar xaric, kütləvi informasiya vasitələrini “dəyənək və kökə” üsulundan istifadə edərək büsbütün öz iradəsinə tabe etdirə bilib. Və təəssüflər olsun ki, mətbuat vasitələrinin bir çoxu könüllü olaraq hakimiyyətin boyunduruğunu qəbul etməli olub. Boyunduruğu qəbul etməyənləri ya xaricə qovurlar, yaxud da Kürdəxanıya “universitetə” göndərirlər. Deməli, dövlət demokratik deyil, mətbuat isə müstəqil olmamağa məhkumdur.

- “Jurnalist siyasətə qarışmamalıdır” fikri ilə razılaşırsınızmı?

- Jurnalist siyasətə qarışmalıdır. Jurnalistin siyasi proseslərə təsiri hiss olunmalıdır. Jurnalist siyasətə qarışmırsa, siyasətdən yaza bilməz. Siyasətdən yaza bilmirsə, ölkədə yaranmış vəziyyətə dürüst şəkildə qiymət verə bilməz. Dürüst qiymət verə bilmirsə, xalqı aldatmalıdır. Xalqı aldadırsa, bunun adı mətbuat deyildir, başqa şeydir...
 

- Avropa Parlamentinin bu günlər Azərbaycanla bağlı çox önəmli qərarları qəbul olundu. Rəsmi Bakı bu qərarları Azərbaycana qarşı qaldırılan ittihamlar kimi qəbul edir. Əslində, bütün problemlərə siyasi yanaşma tərzi də budur. Sizcə, problemlərin aradan qaldırılması üçün ortaq məxrəc varmı və bunu nədə görürsünüz?

- Mən Avropa Parlamentinin obyektivliyinə şübhə edirəm. Avropa Parlamentinin tənqidləri əsassız sayılmaz, lakin Qafqazda dörd ölkə var: Rusiya, Gürcüstan, Ermənistan və Azərbaycan. Avropa Parlamenti ən çox Azərbaycan qarşı qətnamə qəbul edir. Rusiya, Gürcüstan və Ermənistan kənarda qalır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycan isə heç kimin ərazisinə qəsd etməyib. Əgər Avropa Parlamenti ədalətə sadiqdirsə, haqqın tərəfdarıdırsa, qoy bütün səylərini birləşdirib Ermənistana təzyiq göstərsin. Amma etməz... Əfsus ki, burada başqa amillərin rolu böyükdür.

- Üzərinizə təpkilər olan zamanlarda nə düşünürdünüz? Fəaliyyətinizlə bağlı nə vaxtsa peşimançılıq hissləri keçirdinizmi?

- Peşmançılıq? Yox, mən peşman deyiləm. Hər şeyi təzədən yaşamalı olsam, yenə eyni yolu gedərdim. Mənim birinci kitabımın adı “Söz uçar, yazı qalar”dır. İkinci kitabımın adı isə “Mən peşman deyiləm”dir.

- Yaradıcılıq, tərcümə işlərini davam etdirirsinizmi? Hazırda məşğul olduğunuz ədəbi işlər varmı?

- Heç özüm də bilmirəm. Yazıram, pozuram...

- Bu gün də Azərbaycan cəmiyyətinin maraq dairəsində olan şəxslərdənsiniz. Onlara bizim vasitəmizlə çatdırılacaq sözünüz varmı?

- Bütün azərbaycanlılara səmimi salamlarımı çatdırmaq istəyirəm. Xoşbəxt olun! O gün olsun layiq olduğunuz firavanlığa və azadlığa qovuşasınız!(strateq.az)
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək