Azad edilmiş ərazilərdə daha 62 mina aşkarlandı
Qarabağ
234
11:15, Bu gün

Azad edilmiş ərazilərdə daha 62 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (20.04.2026 – 26.04.2026) məlumat açıqlanıb.
 
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Moderator.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 39 piyada əleyhinə mina, 23 tank əleyhinə mina, 621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 1593,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər