Xalq yazıçısı Elçin: "Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim..." - Müsahibə
Müsahibə
Oxunub: 2673
22 Jun 2024 | 12:48
Xalq yazıçısı Elçin:
Moderator.az Xalq yazıçısı Elçinin Kulis.az-a yeni müsahibəsini təqdim edir.
 
- Elçin müəllim, mətbuatda, sosial şəbəkədə xəbər yayıldı ki, siz İstanbulda xəstəxanadasınız. Oxucularınız da, tamaşaçılarınız da, dostlarınız da, bir sözlə, hamımız narahat olmuşduq. İllər boyu sizinlə birlikdə işləməyimizi, münasibətimizi bilənlər mənə də çox zəng edirdilər, soruşurdular. Səbirsizliklə Bakıya qayıtmağınızı gözləyirdik. İndi isə artıq Bakıdasınız. Xoş gəlmisiniz, həmişə evdə-eşikdə. Necəsiniz?
 
- Təşəkkür, Əkrəm. Yaxşıyam, hər şey normaldır. Bu xəstəxana əhvalatı çox uzun çəkdi. Üç-dörd günlüyə sadə bir əməliyyat üçün getmişdim, ancaq qırx səkkiz gün çəkdi. Məsələ burasındadır ki, mənim qanımda trombosit aşağı idi, yəni qırmızı qan kürəciklərinin azlığı, qanın duruluğu. Əməliyyatdan sonra qanaxmanı saxlamaq çətinliklər yaratmışdı. Buna görə də bu qədər uzandı. Mən yataq xəstəsi deyildim, ayaq üstə idim. Ancaq yataq xəstəsi ol, ya da olma, xəstəxana xəstəxanadır. Düzdür, işləyirdim, ancaq aura başqa idi, işığı çatışmırdı. İşlədiyin yerdə birdən fikir səni tamam başqa illərə aparır, başqa yerlərə, başqa mətləblərə gedib çıxırsan.
 
- Başa düşürəm. Xatirələr, düşüncələr…
 
- Əlbəttə. O qırx səkkiz gün mənim üçün elə bil ki, bir axtarış məktəbi idi. Həyat nədir və nə üçündür? Bu ağlasığmaz dərəcə nəhəng, müdhiş kainatda insan kimdir və onun missiyası nədən ibarətdir? Ümumiyyətlə, belə bir missiya varmı, yoxmu? Sənə deyim ki, bu sualların dərininə getdikcə, insanın problemləri, um-küslər, xoşbəxtlik, bədbəxtlik və s. və i.a. çox xırda, hətta misgin görünür. Mən gənc çağlarımda Nizami İnstitutunda işləyəndə, unudulmaz akademik Məmməd Cəfər Cəfərov şöbəmizin müdiri idi. Rəhmətlik Məmməd Cəfər müəllim deyirdi ki, adam gecə yerinə girəndə, içindən bir filosof çıxır. Başlayır səni məzəmmət eləməyə ki, filankəslə niyə elə soyuq danışdın? Filan aspirantın ürəyinə niyə dəydin? Flan qadını niyə pərt elədin? Və s. Yavaş-yavaş yuxuya gedirsən. Səhər durursan, o filosofdan əsər-əlamət yoxdu. Bir də gecə yatanda təzədən peyda olur. Yadıma gəlir, bunu mən iyirmi beş-iyirmi altı yaşlarında yazdığım "Poçt şöbəsində xəyal" pyesinə də salmışdım. Qırx səkkiz günlük xəstəxana, əslində mənim üçün canlı bir orqanizm idi. Canlı orqanizm kimi də, bax, elə bir filosof idi, özü də gecə gəlib, sonra yox olmurdu. O filosof gecə də, gündüz də səninlə bir yerdədir. Bir dəfə yeniyetmə vaxtlarımda baxdığım və çox xoşuma gəlmiş "Fanfan-zambaq" filmi, o filmdəki gözəl Cina Lolobridjida yadıma düşdü. İnternetdə az qala yüz yaşlı Cinanın fotosunu gördüm. İllər bu gözəllər gözəlini nə günə salıb? Həyatın, dünyanın etibarsızlığı, faniliyi barədə klassik aşıqlarımızın, Ələsgərin, Xəstə Qasımın, Tufarqanlının misraları fikrimə gəldi. Faniliklə bağlı, elə bil ki, Amerikanı təzədən kəşf edirdim. Sənə deyim, Əkrəm, maraqlısı da budur ki, o cür anlarda yadıma düşən yazılı ədəbiyyat yox, folklor misraları olurdu. Ancaq, gəl, bu mövzunu saxlayaq sonralara.
 
- Mən bilirəm ki, siz səfərə çıxanda, həmişə özünüzlə kitablar götürürsüz. Bu dəfə kitablar o xəstəxana aurasına təsir edə bilmirdi?
 
- Yox, Əkrəm, özümlə kitab götürməmişdim. Təkcə köhnə notbukum idi, vəssalam. Axı, dörd günlüyə getmişdim. Ümumiyyətlə, son iki-üç ildə demək olar ki, bədii əsər oxumuram. Sənədli ədəbiyyat, məktublaşmalar, xatirələr, gündəliklər, xüsusən də sovetologiyaya aid kitablar, sənədlər, arxiv materialları. Bir müddət əvvəl "Stalin" pyesini yazdım, bizim Rus Dram Teatrında tamaşaya qoyuldu. Özüm də gözləmədən "Mir Cəfər Bağırov kim idi?" kimi böyük esse meydana çıxdı. Səndən gizlətmirəm, Əkrəm, xəstəxanadakı o günlərdə, bəlkə həyatımda ilk dəfə idi ki, kitab oxumağa həvəsim də yox idi. Təkcə gündəlik mətbuatı oxuyurdum. Bakıdan bizim uşaqlar göndərirdilər, gətirirdilər. Türk qəzetlərinə də elə orda abunə olmuşdum. Sənə maraqlı bir söz deyim. İlkin yeniyetmə çağlarımda oxuduğum, mənə təsir edən kitablar bir-bir yadıma düşürdü, özü də bu qədər illərdən sonra elə təfərrüatla ki, mat qalırdım. Elə bil, "Başsız atlı"nı, Robinzonu, Qulliveri, Qarqantyua və Pantaqryueli, Ovodu, Taraskonlu Tartareni təzədən oxuyurdum… Həm də o ləzzəti alırdım ki, elə bil, heç bir kitabdan, hətta klassikadan da o cür ləzzət almamışdım. Yay vaxtı gecənin yarısına kimi Şuşadakı gözəl Yazıçılar evinin geniş və gecə tənhalığına qapılmış şüşəbəndində, balaca bir elektrik lampasının altında Şerlok Xolmsun hekayələrini necə oxumağım və necə vahimələndiyim yadıma düşürdü. Bu da yəqin, maraqlı bir cəhətdir ki, niyə Tolstoy, ya Şekspir yox, Qulliver, ya Robinzon yada düşürdü?
 
- Bilirəm, Şuşa sizin üçün əziz bir yerdir. Rəhmətlik İlyas müəllim üçün də belə idi.
 
- Şuşa hamımız üçün əziz bir yerdir. Bu gün isə, Şuşa bizim milli qürur mənbəyimizdir.
 
- Elədir. Sizi uzun illər tanıdığım üçün, bilirəm ki, İstanbulu da çox sevirsiniz.
 
- Mənim palatamın pəncərəsindən o tərəfdə gözəl İstanbul idi, bəzən sadəcə İstanbulun küçələri ilə gəzmək üçün çox darıxırdım. Mən Türkiyəyə ilk dəfə 1979-cu ildə Əziz Nesinin dəvəti ilə getmişdim. Əziz bəy onda İstanbul Yazarlar Sintikasının başqanı idi. SSRİ Yazıçılar İttifaqından mənimlə rus şairəsi, Nazim Hikmətin məşhur tərcüməçisi Muza Pavlovanı Türkiyəyə dəvət etmişdi. Getdik, qayıdandan sonra "Türkiyədən nərgiz gülləri" adlı bir esse yazdım, "Literaturnaya qazeta"da çap olundu. Silva Kaputikyanla Sero Xanzadyan Moskvada MK-ya kəskin etiraz məktubu yazmışdılar ki, sovet yazıçısı Elçin raketləri SSRİ-yə tuşlanmış NATO ölkəsindən, yəni Türkiyədən nərgiz gülləri gətirir, "Literaturnaya qazeta" da bunu çap edir. MK-dan da bir surətini bizim MK-ya, bir surətini də SSRİ Yazıçılar İttifaqına göndərmişdilər ki, baxılsın. O surətin də surətini o zaman SSRİ Yazıçılar İttifaqında işləyən rəhmətlik Azər Mustafazadə mənə göndərmişdi. "Yaxın, uzaq Türkiyə" kitabını da onda yazdım. Sovet dönəmində yazdım o kitab bu gün də olduğu kimi nəşr olunur. O zaman İstanbuldan məni yola salan türk yazarları, mədəniyyət xadimləri ilə sağollaşa-sağollaşa fikirləşirdim ki, görəsən, bir də Türkiyəyə gəlmək mənə qismət olacaqmı? Görəsən, bir daha haçansa İstanbulu görəcəyəmmi?
 
- Elçin müəllim, xatırlayıram ki, İlyas müəllim də bir müddət Moskvada xəstəxanada yatmışdı. Sanki tarix təkrar olunur…
 
- İlyas Əfəndiyev çox sağlam adam idi, amma elə həmin 1979-cu ildə birdən-birə səhhətində problem yarandı. Bu, uzun söhbətdi, Əkrəm, qısası odur ki, Bakıda xərçəng diaqnozu qoydular. O zaman Yazıçılar İttifaqının gənc katibi idim. Rəhmətlik Tələt Qasımov da Səhiyyə naziri idi, onunla isti münasibətimiz var idi. Onun köməkliyi ilə Moskvadan akademik Malinovskini Bakıya dəvət edə bildik. Yəni səhər gəldi, axşam Moskvaya qayıtdı. İlyas Əfəndiyevə baxdı, müayinə etdi, dedi ki, qəti bir fikir söyləyə bilmərəm, ancaq məsləhətim budur ki, təcili Moskvaya, özü də Kreml xəstəxanasına aparasınız. Kreml xəstəxanasına düşmək üçün MK katibi, ən azı nazir olmalıydın, İlyas Əfəndiyev isə heç Kommunist partiyasının üzvü də deyildi. Ulu Öndər o zaman Azərbaycanda MK-nın Birinci katibi idi. Ona qısa bir məktub yazdım. Elə həmin gün mənimlə telefonla danışdı. Səhər Rəfail Allahverdiyev zəng elədi ki, İlyas müəllimi Kreml xəstəxanasında gözləyirlər. Heydər Əliyev SSRİ Səhiyyə naziri akademik Petrovski ilə danışıb, bu çətin məsələni həll etmişdi. Beləliklə, İlyas Əfəndiyevlə üç aydan çox Kreml xəstəxanasında qaldıq. Məlum oldu ki, diaqnoz düzgün qoyulmayıb. Əməliyyat keçirdi, müalicə olundu və ondan sonra 17 il yaşadı. "Geriyə baxma, qoca", "Üçatılan" kimi klassik romanlarını, "Hökmdar və qızı", yaxud "Sevgililərin cəhənnəmdə vüsalı" kimi məşhur pyeslərini, bir çox başqa əsərlərini yazdı. Bunları ona görə danışıram ki, indi özümün İstanbuldakı qırx səkkiz günlük xəstəlik məhkumluğumda o Moskva günlərini tez-tez xatırlayırdım. Moskvada adamın ürəyini qısan payız günləri idi və Mərkəzi Klinik Xəstəxananın - Kreml xəstəxanasının rəsmi adı belə idi - həyətinin ərazisi çox böyük idi. Günorta vaxtı birdən elə bil, həyətin üzərini qara buludlar alırdı, yüzlərlə qarğa dəstəsi uçub gəlib ağaclara, yerə, dama qonurdu, ağız-ağıza verib, elə bil ki, xor oxuyurdu. Günlərlə qarğalar beləcə payız xoru oxuyurdular. Bu da bir sirri-xuda idi. Qırx beş il keçib, amma indi də o mistik qarğa xoru yadıma düşəndə, elə bil, Xiçkokun filminə baxıram. İstanbulda mənim palatamla üzbəüz yeddi mərtəbəli yaşayış binası var idi. O binanın damında qağayılar yuva qurmuşdu. Yuvaları görə bilmirdim, amma dimdiyində yem gətirən qağayılar tez-tez uçub gəlirdi, təzədən yem dalınca Boğaza uçurdu. O qağayılara baxmaq, onların Boğaza uçub, qayıtmaqlarını gözləmək dediyim o auraya bir hərarət verirdi.
 
- Yəqin, dostlar da yadınıza düşürdü… Gənclik dostları. Elçin, Anar, Əkrəm Əylisli… Bu mövzu ədəbi camedə hələ də maraq doğurur. Bu barədə bir-iki söz desəniz, oxucular üçün maraqlı olar.
 
- Hə, yada düşürdü. Bəs necə? Söhbət qırx səkkiz gündən və əlli-əlli beş il bundan əvvəldən bu günə qədər bir dövrdən gedir. Vaxta görə, yaşa görə Anarla əvvəlki kimi tez-tez görüşmək mümkün olmasa da, cürbəcür tədbirlərdən-filandan başqa, ayda bir-iki dəfə zəngləşib, ikilikdə nahar edirik, söhbətləşirik. Neçə ildir ki, belə bir ənənə yaranıb. Mənim üçün çox xoş bir ənənədir. Müştərək xatirələr çoxdur. Bəzən həm şəxsi mənada, həm ictimai mənada elə söz olur, ortaya elə söhbət çıxır ki, onu bir başqasıyla danışmaq, başqasıyla bölüşmək mümkün deyil. Yəqin ona görə ki, arada illərin etibarı, məhrəmliyi olmalıdır. Bir də, görünür, aramızda ruhi bir yaxınlıq da var ki, illərin sınağından çıxıb. Hər halda mənə belə gəlir. On illiklərdir, söz-söhbət də olub, sərinlik də olub, ancaq bir qırmızı xətt var ki, onu keçmək olmaz. Keçdin, hər şey bitəcək. Təbii ki, Anar xəstəxanaya da tez-tez zəng edirdi, narahat idi, nigaran idi. Əkrəmə Əylisli ilə bağlı, sənə bir söz deyim. O ay yarım ki, xəstəxanada qaldım, Əkrəm də yadıma düşürdü. Doğrusu, o anlarda onun indiki tənhalığı mənə pis təsir edirdi. Son zamanlar elə Bakıda da onunla bağlı belə bir hiss keçirirdim. Uzun sözün qısası, Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danışmırdıq. Ünsiyyətimiz yox idi. Xeyli söhbət etdik. Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin ikinci yarısı, 70-ci illər…. Uşaqlardan, nəvələrdən danışdıq. Yazı-pozudan danışdıq. Düzünü deyim ki, elə bil, mənim çiynimdən hansısa bir yük götürüldü. Bu səmimi bir söhbət idi. Məndə xoş bir əhval, xoş bir ovqat yaratdı. Mənə elə gəlir ki, Əkrəm üçün də bu zəngləşmə, bu söhbət xoş bir hadisə oldu. Yəqin, səhv etmirəm.
 
- Siz Yazıçılar İttifaqında işləyəndə Araz Dadaşzadəni, Yusif Səmədoğlunu, Fikrət Sadığı, İntiqam Qasımzadəni tez-tez sizin otağınızda görürdük.
 
- Hə, elədir. Arazın da, Yusifin də yüksək bədii zövqləri var idi. İntiqam da eləcə. Onlar hekayələrimin, povestlərimin, "Mahmud və Məryəm"in, "Ağ dəvə"nin hələ əlyazmasında ilk oxucularından idilər. Onların rəyi ilə hesablaşırdım. Araz həqiqi mənada ensiklopedik bir adam idi. Yusif aristokrat idi. İkisi də tez getdi. Araz 55 yaşında, Yusif 60-ı təzəcə keçmişdi. İndi fikirləşirəm ki, 55-60 nə yaşdır ki? Nə qədər yazılmamış yazıları özləri ilə apardılar. İntiqamla hələ yeniyetməlik dövründən dostluq edirdik. Sonra Universitetdə eyni kursda, aspiranturada bir yerdə oxuduq. Vaqif küçəsindəki Yazıçılar Evində mənim altıncı mərtəbədə bir otaqlı mənzilim var idi, 16 kvm idi. Yeddinci mərtəbədə isə Fikrət Sadığın eynilə bu cür bir otaqlı mənzili var idi. O 16 kvm-lik mənzildə Fikrət həyat yoldaşı, kiçik oğlu İlkin və anası ilə birlikdə yaşayırdı. Çox darısqallıq idi. Axşamlar imkan olanda Fikrət bir mərtəbə aşağı düşürdü, bəzən gecənin yarısına kimi söhbət edirdik. Fikrət söhbətin də, içkinin də qədərini bilən adam idi. Nə qədər canlı-cüssəli idisə, o qədər də səmimi, təmiz, kövrək adam idi. Onun xətrini çox istəyirdim, elə bu gün də xatirəsi mənim üçün əzizdir. Yaş fərqimiz var idi, amma dostluğumuzda heç bir fərq yox idi. Söhbət hansı dinozavrlar dövründən gedir, bilirsən? Elə bunu deyim ki, indi bizim tanınmış yazıçımız Orxan Fikrətoğlu anadan olmuşdu, biz də Fikrətlə gedib, küçədə dayanıb, Doğum evinin pəncərəsindən onu ilk dəfə gördük. Sonra da gedib bu görüşü qeyd etdik. Əkrəm, bu dostlar, eləcə də adlarını çəkə bilmədiyimiz dostlar yalnız ədəbiyyat adamlarıdır, amma başqa sahələrlə məşğul olan dostlar da var idi və var. Hamı haqqında danışmaq mümkün deyil.
 
- Elçin müəllim, bir halda ki, dostlardan söhbət düşdü, bilmirəm, yeridi, ya yox. Ancaq deyirəm. O vaxtlar Yazıçılar İttifaqında, sonralar "Vətən" Cəmiyyətində sizdən sonrakı nəsillərdən olan bəzi cavan yazıçılar, şairlər, tənqidçilər tez-tez sizin yanınızda gəlirdi. Onları Yazıçılar İttifaqına cəlb edirdiniz, əsərlərinin çapına, bəzilərinin Qorki adına Ədəbiyyat İnstitunda oxumaqlarına kömək edirdiniz. Sizin vasitənizlə ilk dəfə xaricə gedənlər oldu. Hətta elələri oldu ki, məhkəmədən xilas etdiniz. Ancaq sonradan onların bir qismini sizin yanınızda görmədim.
 
- Əkrəm, gəl, onları heç yada salmayaq. Düzdür, onların bəziləri az qala mənim ailə üzvlərim kimi idi. Söhbət yalnız iki-üç nəfərdən gedə bilər. İnan ki, xəstəxanada heç biri yadıma düşmürdü. Yəqin ona görə ki, onların hansınısa yada salmağa mənim qətiyyən mənəvi ehtiyacım yoxdur. Görünür, onların da mənə ehtiyacları yoxdur. Həyatdı… Sənə başqa bir söz deyim. Yadındadı də, Yazıçılar İttifaqına yaşlı nəsildən, orta nəsildən olan məşhurlar gəlib-gedirdi. Onların hamısı eyni istedad, eyni xasiyyət sahibi deyildi. Bəziləri ilə gözəl münasibətim var idi, bəziləriylə aram yox idi, sən bilirsən, ad çəkmək istəmirəm. Ancaq bu gün mən o rəhmətlikləri xatırlayanda hamısını xoş hisslərlə xatırlayıram.
 
- Siz düz iyirmi beş il yüksək dövlət vəzifəsində çalışdınız. Mən bunun şahidiyəm ki, siz işə necə məsuliyyətlə yanaşırdınız. İşçilərdən də eyni məsuliyyəti tələb edirdiniz. Yuxarıya da, aşağıya da eyni münasibət bəsləyirdiniz. Həyatınızın bu böyük hissəsi də, şübhə etmirəm ki, sizin xəstəxana düşüncələrinizdən kənarda qalmayıb. Mən ancaq bir sualla kifayətlənəcəyəm: Yüksək dövlət vəzifəsindəki bu iyirmi beş il yazıçı Elçinin yaradıcılığına necə təsir etdi?
 
- Mənə tez-tez bu sualı verirlər. Mən də eyni cavabı verirəm. Sırf vaxt baxımından hərdən problem olurdu. Amma mahiyyət etibarilə problem olmayıb. Əksinə, yaradıcılıqla fəaliyyət bir-birini tamamlayıb. Bu mənada ki, o iyirmi beş ildə mən nə qədər insan taleyi ilə rastlaşmışam. Nə qədər sevinc də, kədər də görmüşəm. Nə qədər xoşbəxtliyin də, bədbəxtliyin də şahidi olmuşam. Ədəbiyyat da kimdən yazır və kim üçün yazır? Əlbəttə, insandan və insan üçün. Mən müstəqil Azərbaycan dövlətinin quruculuğunu, çox ciddi çətinliklərə sinə gərməsini, möhkəmlənməsini, dünya birliyi arasında get-gedə artan bir mötəbərliklə öz yerini tutmasını kənardan müşahidə etməmişəm. Mən bu tarixi prosesin iştirakçısı olmuşam, öz səlahiyyətlərim daxilində əlimdən gələni etmişəm.Yeri gəlmişkən deyim ki, Artur Rasizadə də xəstəxana günlərində tez-tez zəng edirdi, dəstək verirdi, bu qırx səkkiz gün uzunluğunu arada bir zarafata da salırdı…
 
- Elçin müəllim, qırx səkkiz günlük xəstəxana həyatı ilə bağlı daha nəyi demək istərdiniz?
 
- Mən o xəstəxana aurası haqqında dedim. Düzdür, işığı çatışmırdı, amma o auranın alt qatında başqa bir səfa, başqa bir ab-hava da var idi. Nəyi demək istəyirəm? Həmin 48 gün ki, xəstəxanadaydım, Şuşadan, Xankəndidən tutmuş Tuğacan böyük Qarabağ Zəfərinin qüruru, ikili siyasi standartlar dünyasında Prezidentimiz İlham Əliyevin ortaya qoyduğu dəmir iradənin, sarsılmaz əzmin, böyük miqyaslı siyasi səriştənin doğurduğu fəxarət hissi də mənimlə idi. O böyük Qarabağ Zəfəri, ən kiçik, ucqar kəndlərimizin belə geri qaytarılması, bax, elə səninlə danışdığım bu anlarda da, mənə möcüzə kimi görünür. Görünür deyəndə, bu, mənim üçün həqiqətən bir möcüzədir. Sən demə, möcüzə yalnız nağıllarda olmurmuş!
 
- Son olaraq oxuculara nə demək istərdiniz?
 
- Ailə üzvləri öz yerində, bu barədə danışmaq artıqdır. Amma o qırx səkkiz gündə mənim də, qızım Günay mənimlə qalırdı, onun da telefonlarımıza çox zənglər gəlirdi. Hamıyla danışmaq mümkün olmurdu. Mən bütün zəng edənlərə, yazanlara dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Həmişə sağlam olsunlar. Xəstələnməsinlər. Hamıya xoşbəxtlik və can sağlığı!
 
Oxşar xəbərlər
27 Jun 2024 | 23:53
Azərbaycanda bir gecədə üç polisin qətlə yetirilməsi ilə bağlı YENİ FAKTLAR
27 Jun 2024 | 23:48
Nepalda musson yağışlarının fəsadları səbəbindən 28 nəfər ölüb
27 Jun 2024 | 23:47
Fələstin lideri avqustda Rusiyaya səfər edə bilər
27 Jun 2024 | 23:45
Bu 3 səbəbə görə qısa boylu kişilərlə SEVGİLİ OLUN
27 Jun 2024 | 23:33
QANUNDA DƏYİŞİKLİK: Bu sürücülər 100 manat cərimələnəcək
27 Jun 2024 | 23:25
Hikmət Hacıyev: Azərbaycan qlobal problemlərin həllində daha fəal rol oynamağa davam edəcək
27 Jun 2024 | 23:20
Xorultunu aradan qaldıran dərman istehsal olunacaq - YENİLİK
27 Jun 2024 | 23:15
“O vaxtın psixoloqu oxlov idi, kürəyinin ortasından vururdular”
27 Jun 2024 | 23:10
Bakıda bu məşhur məktəb BAĞLANDI
27 Jun 2024 | 23:09
Qiymət daha da qalxacaq, gizli taksilərin sayı artacaq
27 Jun 2024 | 22:55
Keçmiş nazir vəfat etdi - FOTO
27 Jun 2024 | 22:39
DİN: Sumqayıtda yanğınla bağlı ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb - YENİLƏNİB
27 Jun 2024 | 22:24
Ərəb şeyxindən Aytac Vidadiqızına ŞOK TƏKLİF
27 Jun 2024 | 22:19
Riyaziyyat müəllimləri ən yüksək nəticə göstərən bölgələr
27 Jun 2024 | 22:13
İyunun 29-da TOEFL iBT imtahanı keçiriləcək
27 Jun 2024 | 22:06
Aysel Əlizadənin dekoltesi diqqət çəkdi - VİDEO
27 Jun 2024 | 21:55
Əsəd Suriyanın Türkiyə ilə münasibətlərini nizama salmaq qərarına gəlib
27 Jun 2024 | 21:52
Ərdoğan: Aİ-yə tamhüquqlu üzv olmaq Türkiyənin strateji hədəfi olaraq qalır
27 Jun 2024 | 21:51
Daxili işlər nazirinin müavini BMT-nin Polis Rəisləri Sammitində iştirak edir
27 Jun 2024 | 21:49
Türkiyənin ilk astronavtı BDU-nun Məzun Günündə iştirak edib
27 Jun 2024 | 21:20
İyulun 1-dən bu qanunlar QÜVVƏYƏ MİNƏCƏK
27 Jun 2024 | 20:56
80 il “gecikən” və “heç vaxt baş tutmayan oyun” bu il reallaşacaq
27 Jun 2024 | 20:51
"Şimali Koreya iyul ayında mühəndis qoşunlarını Donbasa göndərəcək" - ISW
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
27 Jun 2024 | 20:50
Quterreş: BMT-nin veto hüququ heç bir halda aradan qalxmayacaq
27 Jun 2024 | 20:48
Direktor və direktor müavinləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar
27 Jun 2024 | 20:45
İranda güclü meşə yanğınları davam edir
27 Jun 2024 | 20:42
Bakıda 52 yaşlı kişi özünü ASDI
27 Jun 2024 | 20:36
Ermənistan XİN: KTMT qarşısında heç bir maliyyə öhdəliyimiz yoxdur
27 Jun 2024 | 20:33
Ukrayna Rusiya aviasiya və kosmik sənayesinin avanqardını VURDU
27 Jun 2024 | 20:31
Qarabağdan köçən 10 mindən çox şəxs Ermənistanı tərk edib
27 Jun 2024 | 20:31
COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib
27 Jun 2024 | 20:30
Qadınlar buna görə peyğəmbər seçilməyibmiş… - Maraqlı açıqlama
27 Jun 2024 | 20:26
Ülvi Qasımov yüksək vəzifəyə TƏYİN EDİLDİ
27 Jun 2024 | 20:19
Cəlilabadda faciə: 11 yaşlı uşağın meyiti su anbarından çıxarıldı
27 Jun 2024 | 20:14
Türkiyə MN: "III Dünya Müharibəsi də daxil olmaqla istənilən ssenariyə hazırıq"
27 Jun 2024 | 20:13
“WhatsApp” "iPhone" üçün yeni funksiya yaratdı
27 Jun 2024 | 20:12
“Türk əsgəri, Azərbaycan əsgəri tarix boyu heç vaxt mülki əhaliyə zərər yetirməyib”
27 Jun 2024 | 20:12
Boşandığı bakılı əri Alsuya 2,5 milyardlıq sərvət təklif etdi
27 Jun 2024 | 20:07
"Damlanı, Günayı, Şəbnəm Tovuzlunu mən məşhurlaşdırdım"
27 Jun 2024 | 20:05
Məşhur kriminal avtoritet həbsxanada öldü
27 Jun 2024 | 19:41
Azərbaycanın müdafiə naziri Macarıstana səfər edib
27 Jun 2024 | 19:32
Elçin Babayev: "Ən böyük uğurlardan biri BDU məzunu olmaqdır"
27 Jun 2024 | 19:26
Bakının mərkəzində gənc oğlan nişanlısını yumruqladı - DETALLAR
27 Jun 2024 | 19:03
Sertifikasiyadan keçən müəllimlərin NƏZƏRİNƏ: Dərs saatı artırıla bilər
27 Jun 2024 | 18:50
Qubada sürücü avtoxuliqanlığa görə həbs edilib
27 Jun 2024 | 18:45
Kürdəmir və Lənkəranın qaz təchizatında fasilə yaranacaq
27 Jun 2024 | 18:43
Medvedev sülh danışıqları ilə bağlı Ukraynaya xəbərdarlıq edib
27 Jun 2024 | 18:33
Prezident Administrasiyasında iyul ayında vətəndaşların qəbul CƏDVƏLİ
27 Jun 2024 | 18:32
İlhamə Quliyevanın oğlu ilə bağlı yeni xəbər: Hansı ölkəyə gedib?
27 Jun 2024 | 18:05
İş həyatının 2-ci ilindən rəhbər vəzifələrdədir - “United Payment”in icraçı direktoru ilə müsahibə
27 Jun 2024 | 18:01
"Kim Çen minlərlə hərbçi yollasa da, Rusiya üçün heç bir faydası olmayacaq...”-General
27 Jun 2024 | 17:55
Yeni növraqla süslənən Sus… - VİDEO
27 Jun 2024 | 17:49
ACCA imtahanları artıq UNEC-də!
27 Jun 2024 | 17:45
Ukraynada müharibə iştirakçısı "Rusiya Qəhrəmanı" adından məhrum edildi
27 Jun 2024 | 17:40
Kürdəmirdə göldə bir nəfər batıb
27 Jun 2024 | 17:35
Rusiya hərbi gəmiləri Bakı buxtasında - FOTO
27 Jun 2024 | 17:30
Bakıda mənzildən meyit tapıldı
27 Jun 2024 | 17:25
Birinci Qarabağ müharibəsində şəhid olan Ucar Zeynalov Göygöldə dəfn edilib - FOTO
27 Jun 2024 | 17:20
14 il əvvəl taksi sürücüsünü öldürməkdə şübhəli bilinən şəxsin məhkəməsi başlayır
27 Jun 2024 | 17:16
Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonlar - Siyahı
27 Jun 2024 | 17:12
Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirildi - SİYAHI
27 Jun 2024 | 17:08
"AmCham Azərbaycan"ın Direktorlar Şurası yenidən formalaşdırılıb
27 Jun 2024 | 17:05
"Vaşinqtonun Ukrayna müharibəsi ilə bağlı mövqeyi dəyişməz qalır" - Con Kirbi
27 Jun 2024 | 17:00
Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edildi
27 Jun 2024 | 16:57
Bu seçki dairələrinin hüdudları dəyişdirildi
27 Jun 2024 | 16:53
Liftdə köməksiz qalan şəxslər xilas edildi - VİDEO
27 Jun 2024 | 16:49
İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edildi - VİDEO
27 Jun 2024 | 16:45
Rəşad Nəbiyev Ağsuda vətəndaşları qəbul edəcək
27 Jun 2024 | 16:41
Ceyranbatan su anbarında qadın meyiti AŞKARLANDI
27 Jun 2024 | 16:37
Azərbaycanın Xalq artisti rus arvadından buna görə BOŞANIB
27 Jun 2024 | 16:33
"Alatava"nın "Emka"sı: "Qətiyyən özümü kişi kimi hiss etmirəm" - MÜSAHİBƏ + FOTO
27 Jun 2024 | 16:28
Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib - FOTO
27 Jun 2024 | 16:24
Dövlət Gömrük Komitəsindən ƏMƏLİYYAT: Həbs olunanlar var - FOTO
27 Jun 2024 | 16:19
Bayden və Tramp debatlara başlayır - "Financial Times"
27 Jun 2024 | 16:14
"Qarabağ" Mahir Emreli ilə bağlı "Dinamo"ya təklif göndərdi
27 Jun 2024 | 16:10
Köhnə avtomobillərlə bağlı QƏRAR VERİLDİ - Bu tarixdən etibarən...
27 Jun 2024 | 16:07
İlham Əliyev İnger Andersonu qəbul etdi - YENİLƏNİB
27 Jun 2024 | 16:04
Arif Quliyevin xanımı vəfat etdi - ÖZƏL + FOTO
27 Jun 2024 | 16:00
Bu şəxslər gələn ildən 1000 manatdan yuxarı əməkhaqqı alacaq
27 Jun 2024 | 15:58
Cabbar Musayevlə bağlı ŞOK FAKTLAR - Arvadına görə qardaşı ilə düşmən olan bəstəkar
27 Jun 2024 | 15:56
Təhsil sisteminə 20 faiz yeni müəllim gələcək
27 Jun 2024 | 15:54
Nazir: "Astarada hər üç müəllimdən biri ilə sağollaşacağıq"
27 Jun 2024 | 15:52
Azərbaycan və Gürcüstan XİN başçıları ikitərəfli əlaqələri müzakirə ediblər - YENİLƏNİB
27 Jun 2024 | 15:50
Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş keçirildi - FOTO
27 Jun 2024 | 15:46
MİQ imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52 olub
27 Jun 2024 | 15:42
Ceyhun Bayramov Gürcüstanın parlament sədri ilə GÖRÜŞDÜ
27 Jun 2024 | 15:38
Sertifikatlaşdırmada bu rayon və şəhərlərdə ibtidai sinif müəllimləri yaxşı nəticə göstərib - SİYAHI
27 Jun 2024 | 15:34
Sertifikasiya nəticəsində işdən ayrılanları bu müəllimlər əvəz edəcək
27 Jun 2024 | 15:30
Qadın geyimində yolda qışqıran şəxs həbs edildi
27 Jun 2024 | 15:25
4030 müəllim keçid balını toplaya bilməyib - RƏSMİ
27 Jun 2024 | 15:20
Rusiya və İran arasında böyük müqavilə imzalanacağı gözlənilir
27 Jun 2024 | 15:15
Builki sertifikasiya imtahanlarında nə qədər müəllim iştirak edib? - RƏSMİ
27 Jun 2024 | 15:11
Şərurda ağır qəza: Ölən var
27 Jun 2024 | 15:07
Müşfiq Şahverdiyev məhkəmədən danışdı: "Şahid də gətirmişdim, dedilər ki..."
27 Jun 2024 | 15:03
Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov Xaçmazda dəfn edilib - FOTO
27 Jun 2024 | 14:59
Atasının başına butulka vurub öldürdü - Azərbaycanda ŞOK CİNAYƏT
27 Jun 2024 | 14:54
Stend atıcılığı üzrə Azərbaycan çempionatı başlayıb
27 Jun 2024 | 14:49
“O öləndə uşaq kimi ağlayırdım, son günündə yaddaşını itirmişdi, amma məni tanıdı” - ÖZƏL
27 Jun 2024 | 14:47
Öldürülən Turalla bağlı daha bir ŞOK: "Qanuni oğru" ilə fotosu yayıldı
GÜNLÜK
27 Jun 2024 | 07:07
Məşhur aktyor VƏFAT ETDİ
27 Jun 2024 | 07:18
Dünyanın ən seksual voleybolçusu açıq bikinidə bədənini nümayiş etdirdi
27 Jun 2024 | 16:04
Arif Quliyevin xanımı vəfat etdi - ÖZƏL + FOTO
27 Jun 2024 | 08:13
Azərbaycan əsilli milyarder ən varlı rusiyalıların siyahısında birincidir
27 Jun 2024 | 07:26
Bu şəxslərə Almanya vətəndaşlığı verilməyəcək - Yeni şərtlər AÇIQLANDI
27 Jun 2024 | 08:24
Aralıq dənizində 7 min illik yol tapıldı
27 Jun 2024 | 07:14
Putin ordusu PUA-dan birbaşa qız uşaqlarına atəş açdı...-VƏHŞƏT
27 Jun 2024 | 08:05
Toylarda zəhərlənmələr əsasən paytaxt salatından olur - AÇIQLAMA
27 Jun 2024 | 07:46
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA: "Pul qazanan kişinin xəyanətini bağışlayardım" - VİDEO
27 Jun 2024 | 07:23
“Metro Park”ın yaxınlığında güllələnən gəncin fotoları
HƏFTƏLİK
23 Jun 2024 | 10:49
İyulun 1-də pensiya artımı olacaqmı? - BU SƏNƏDLƏR LAZIMDIR
22 Jun 2024 | 09:13
Bakıda yeni metro xətlərinin çəkiləcəyi ərazilərin adları AÇIQLANDI - VİDEO
21 Jun 2024 | 09:30
"Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
22 Jun 2024 | 17:35
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - TƏHLİL
26 Jun 2024 | 09:07
Milli qəhrəmanın qardaşı: “Onun şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki...”-FOTOLAR
24 Jun 2024 | 09:16
Bakıda PULSUZ çimərliklər - Bu avtobuslarla getmək olar - SİYAHI
23 Jun 2024 | 16:05
Pensiya ilə bağlı XƏBƏR VAR!
26 Jun 2024 | 10:00
İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tarifləri artırılacaq? - Tarif Şurasından CAVAB
24 Jun 2024 | 13:00
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO
23 Jun 2024 | 09:28
İlham İsmayılın ailəsində ağır itki....
AYLIQ
27 Jun 2024 | 07:07
Məşhur aktyor VƏFAT ETDİ
27 Jun 2024 | 07:18
Dünyanın ən seksual voleybolçusu açıq bikinidə bədənini nümayiş etdirdi
27 Jun 2024 | 16:04
Arif Quliyevin xanımı vəfat etdi - ÖZƏL + FOTO
27 Jun 2024 | 08:13
Azərbaycan əsilli milyarder ən varlı rusiyalıların siyahısında birincidir
27 Jun 2024 | 07:26
Bu şəxslərə Almanya vətəndaşlığı verilməyəcək - Yeni şərtlər AÇIQLANDI
27 Jun 2024 | 08:24
Aralıq dənizində 7 min illik yol tapıldı
27 Jun 2024 | 07:14
Putin ordusu PUA-dan birbaşa qız uşaqlarına atəş açdı...-VƏHŞƏT
27 Jun 2024 | 08:05
Toylarda zəhərlənmələr əsasən paytaxt salatından olur - AÇIQLAMA
27 Jun 2024 | 07:46
Əməkdar artistdən qalmaqallı AÇIQLAMA: "Pul qazanan kişinin xəyanətini bağışlayardım" - VİDEO
27 Jun 2024 | 07:23
“Metro Park”ın yaxınlığında güllələnən gəncin fotoları