“Ümid edək ki, qarşı tərəf itkin düşmüş şəxslərin taleyi və məzar yerləri barədə məlumat verəcək” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 3325
10 Apr 2023 | 13:57
“Ümid edək ki, qarşı tərəf itkin düşmüş şəxslərin taleyi və məzar yerləri barədə məlumat verəcək” - MÜSAHİBƏ

“Ümid edək ki, qarşı tərəf itkin düşmüş şəxslərin taleyi və məzar yerləri barədə məlumatları Azərbaycana təqdim edəcək”.

Bunu “Report”a müsahibəsində Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsasən hansı vəzifələri icra edir və bu sahədə ötən il hansı işlər görülüb?

- Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində baş vermiş humanitar fəlakətin aradan qaldırılması məqsədi ilə 1993-cü ildə yaradılıb. Həmin dövrdə Dövlət Komissiyasının qarşısına əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının azad olunaraq Vətənə qaytarılması, itkin düşmüş şəxslərin axtarışı kimi mühüm vəzifələr qoyulub.

Bu həssas sahəyə daim diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyev 1 mart 2001-ci il tarixdə imzaladığı Sərəncamında Dövlət Komissiyasının qarşısında Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və etnik təmizləmə siyasətini əks etdirən hüquqi-tarixi sənədlərin, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı materialların dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü işin aparılması və əsir-girovluqdan azad edilmiş vətəndaşların sosial və tibbi reabilitasiya məsələlərinin həlli kimi mühüm vəzifələr müəyyən edib.

Fəaliyyəti dövründə Dövlət Komissiyası tərəfindən I Qarabağ müharibəsində 1480 Azərbaycan vətəndaşının əsir-girovluqdan azad edilərək Vətənə qaytarılmasına nail olunub. Onlardan 378 nəfər hərbçilər, 1102 nəfər mülki şəxslərdir. Mülki şəxslərin arasında 224 uşaq, 357 qadın və 225 qoca olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilmiş böyük qələbədən sonra isə 20 hərbçi, 6 mülki olmaqla cəmi 26 nəfər Azərbaycan vətəndaşı erməni əsir-girovluğundan azad edilərək Vətənə qaytarılıb.

Ermənistanın qeyri-konstruktiv və qeyri-humanist mövqeyi nəticəsində Vətən müharibəsinə qədər işğalda olan ərazilərimizdə itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ilə bağlı axtarış-araşdırma işlərinin aparılması mümkün deyildi. Vətən müharibəsində əldə edilmiş tarixi zəfərdən sonra isə qarşımızda yeni imkanlar açılmış və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət Komissiyasının qarşısında yeni vəzifələr müəyyən edilib. Dövlət Komissiyası aidiyyəti dövlət qurumları ilə birlikdə bu vəzifələrin icrası üçün zəruri işləri davam etdirir. Qeyd olunan vəzifələr sırasında ən əsası işğaldan azad edilmiş ərazilərimizdə Dövlət Komissiyasına məlum olan məzar yerlərində qazıntı və ekshumasiya işlərinin aparılmasıdır.

Ötən il I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerlərində qazıntı işlərinin aparılması işini Dövlət Komissiyasının tarixində yeni açılmış səhifə kimi qiymətləndirmək olar. Düzdür, dövlət olaraq münaqişə nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin qazılması sahəsində ilk təcrübə 2021-ci ilin fevralında Şuşa rayonunun Daşaltı kəndində həyata keçirilib. Ancaq ötən ildən etibarən biz bu işi dünyada qəbul edilmiş norma və prinsiplər, eyni zamanda elmi əsaslara uyğun icra etdik. Tapılmış meyit qalığının kimə aid olmasının müəyyən edilməsi ekshumasiyanın elmi əsaslara uyğun aparılmasından çox asılıdır.

Əvvəla qeyd etmək yerinə düşər ki, Dövlət Komissiyası 2022-ci ildə qarşıda duran ən vacib vəzifə kimi Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid olması ehtimal edilən məzar yerlərində fevral ayından insan qalıqlarının ekshumasiyasına başlanılıb.

2022-ci ilin fevral ayında Xocavənd rayonunun Edilli kəndinin ərazisinə baş tutmuş ilk səfər zamanı I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olması ehtimal edilən dəfn yerlərində ekshumasiya prosesi nəticəsində 4 şəxsin tam anatomik skeleti və 3 şəxsə aid olan meyit qalıqları götürülüb. Eyni zamanda, həmin məzarlıqda daha çox şəxsə aid meyit qalıqlarının olması ehtimalı öz təsdiqini tapmış və axtarış-qazıntı işlərinin davam etdirilməsi məqsədəuyğun hesab olunub.

Ekshumasiya işinin yüksək səviyyədə icrası, koordinasiyalı əməkdaşlığın təmini məqsədi ilə BQXK ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata keçirilməsi qərara alınıb.

Plan üzrə qazıntı işləri keçən ilin sentyabr ayında Xocavənd rayonunun Edilli kəndində davam etdirilib. Proses zamanı cari ilin fevral ayında aparılmış qazıntı zamanı 4 şəxsə aid meyit qalığının tapıldığı kütləvi məzarlıqdan əlavə olaraq 2, həmin kütləvi məzarlığın yaxınlığında isə tək-tək basdırılmış 3 nəfərə aid meyit qalıqları, 1 və ya daha çox şəxsə aid olması ehtimal edilən sümük fraqmentləri aşkar edilərək götürülüb.

Ərazidə müəyyən edilmiş yeni sahə üzrə aparılmış qazıntı zamanı daha bir kütləvi məzarlıq aşkar olunmuş və ekshumasiya prosesində oradan 12 şəxsə aid tam anatomik skelet müəyyən edilərək götürülüb. Aşkar olunmuş artefaktlara əsasən, skeletlər Azərbaycan Ordusunun hərbi qulluqçularına aiddir.

Oktyabr ayında Xocavənd rayonunun Edilli kəndində davam etdirilən üçüncü axtarış-qazıntı prosesində daha bir kütləvi məzarlıq aşkar edilərək, 5 nəfərə aid meyit qalıqları götürülüb.

Pilot layihənin qazıntı ilə bağlı son mərhələsi isə 2022-ci ilin noyabr ayında Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində aparılıb. Toplanmış məlumatlara əsasən, həmin ərazidə kütləvi məzarlıq mövcud olub. Ancaq qazıntı prosesində kütləvi məzarlıq aşkar edilməsə də, ərazinin müxtəlif sahələrində 6 nəfərə aid sümük qalıqları aşkarlanaraq götürülüb. Mütəxəssislərin fikrinə görə, insan qalıqlarının əraziyə dağılmasının səbəbi işğal dövründə Ermənistan tərəfindən ərazidən əkin sahəsi kimi istifadə edilməsidir. 28 illik işğal dövründə dəfələlərlə ağır texnika vasitəsilə ərazidə şumlamanın aparılması kütləvi məzarlığın dəqiq yerinin itməsinə və qalıqların sahəyə yayılmasına səbəb olub. Ərazidə qazıntı işləri gələcəkdə davam etdiriləcək.

Ümumiyyətlə, ötən ilin fevral, sentyabr, oktyabr və noyabr aylarında Xocavənd rayonunun Edilli və Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazilərində aidiyyəti dövlət qurumlarının mütəxəssis qrupu və BQXK-nın ekspertlərindən ibarət heyət tərəfindən həyata keçirilmiş qazıntı və ekshumasiya prosesində 32 nəfərə aid meyit qalıqları aşkarlanaraq götürülüb və müvafiq ekspertizanın aparılması məqsədi ilə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

- Bəs Dövlət Komissiyasının builki əsas fəaliyyət istiqamətləri nələr olacaq?

- Hazırda Dövlət Komissiyasının qarşısında duran əsas vəzifə itkin düşmüş şəxslərə aid ehtimal edilən məzarlıqlarda qazıntı və ekshumasiya işlərinin davam etdirilməsi və Vətən müharibəsindən sonra tapılmış I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqlarının eyniləşdirilərək ailələrə təhvil verilməsindən ibarətdir.

- Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyata alınıb? Onların sonrakı taleyinin müəyyənləşdirilməsi istiqamətində hansı işlər görülür?

- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlardır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 nəfər yaşlı insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə bu günə kimi məlumat vermir. I Qarabağ müharibəsi dövründə itkin düşmüş həm azərbaycanlılar, həm də ermənilər vaxtilə Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə itkin düşüblər və sözsüz ki, həmin şəxslər barəsində məlumatlar Ermənistan tərəfindədir. Ancaq Ermənistan tərəfi bütün sahələrdə olduğu kimi, humanitar məsələ ilə bağlı sahədə də konstruktiv mövqe nümayiş etdirmir. Ümid edək ki, qarşı tərəf içindəki insanlıq hisslərini dinləyərək itkin düşmüş şəxslərin sonrakı taleyi, xüsusən də məzar yerləri barədə məlumatları Azərbaycan tərəfinə təqdim edəcək. Hər iki tərəfə aid itkin düşmüş şəxslərin meyit qalıqlarının tapılması qarşı tərəfin məsələyə konstruktiv münasibətindən çox asılıdır.

İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyənləşdirilməsinə mane olan digər səbəb isə işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. Qeyd edim ki, cari ilin may ayında Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində ehtimal edilən kütləvi məzarlıqda ekspedisiya qrupu tərəfindən qazıntı işləri aparılacaq. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) cari ilin əvvəlindən həmin ərazidə müvafiq təmizləmə işləri aparır. Ərazidən xeyli sayda mina və partlamamış hərbi sursat aşkarlanıb. Ərazi mina və partlamamış hərbi sursatlardan tam təmizləndikdən sonra orada müvafiq qazıntı işləri aparılacaq.

- Yuxarıda qeyd etdiniz ki, 2021-ci ilin fevral ayında Şuşanın Daşaltı kəndində müəyyən edilmiş kütləvi məzarlıqda qazıntı işləri aparılmışdı. Oradan təxminən 25 şəxsə aid olduğu ehtimal edilən meyit qalığı çıxarılmış və götürülmüşdü. Daşaltı kəndində ermənilərin qətlə yetirdiyi və kütləvi məzarlıqda basdırdığı azərbaycanlıların meyit qalıqlarının eyniləşdirilməsi işi başa çatıbmı?

- Vətən müharibəsindəki tarixi zəfərdən sonra Azərbaycan tərəfindən aşkarlanmış ilk kütləvi məzarlıq məhz Daşaltı kəndində olub. Qeyd edim ki, Daşaltı əməliyyatında 44 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Şuşa şəhəri işğaldan azad edildikdən sonra Daşaltı kəndində aparılmış qazıntı nəticəsində 25 şəxsə aid tam anatomik və bir neçə şəxsə aid olan əlavə sümük qalıqları aşkarlanaraq götürülüb. Həmin meyit qalıqları Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinə təqdim edilib. Hazırda onların eyniləşdirilməsi ilə bağlı mütəxəssislər tərəfindən müvafiq işlər davam etdirilir. Prosesin nəticəsi ilə bağlı ictimaiyyətə və itkin ailələrinə məlumat veriləcək.

Qeyd olunmalıdır ki, meyit qalıqlarının eyniləşdirilməsi üçün itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin götürülməsi vacib prosedurdur. Dövlət Komissiyası BQXK ilə imzalanmış müvafiq çərçivə sazişinə uyğun olaraq I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması işinə 2014-cü ildən etibarən başlayıb. BQXK ilə birgə icra edilmiş bu əhəmiyyətli layihə demək olar ki, başa çatdırılıb və artıq itkin düşmüş şəxslərin böyük hissəsinin ailə üzvlərindən bioloji nümunələr götürülüb. Proses zamanı ümumilikdə 3492 itkinin ailə üzvlərindən 10805 bioloji nümunə toplanaraq aidiyyəti üzrə təhvil verilib. İctimaiyyətin diqqətinə çatdırım ki, götürülmüş bioloji nümunələrin hamısından ötən il ərzində DNT profilləri çıxarılaraq arxivləşdirilib.

- Hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi Təcrübi və Tədris Birliyinin laboratoriyasında neçə meyit qalığı saxlanılır? Həmin meyit qalıqlarının kimlərə aid olduğu müəyyənləşdirildimi?

- Hazırda aidiyyəti dövlət qurumlarına aid laboratoriyalarda itkin düşmüş 415 şəxsə aid meyit qalığının eyniləşdirilməsi ilə bağlı iş aparılır. Meyit qalıqlarından 117-si üçtərəfli Bəyanat imzalandıqdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən verilib. 115 şəxsə aid meyit qalığı 2021-ci ilin fevral ayından 2022-ci ilin noyabr ayınadək işğaldan azad edilmiş Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış qazıntı və ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Kəlbəcər, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən müəyyən edilərək götürülüb. 183 meyit qalığı isə I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqda tanınmadan dəfn edilmiş şəxslərə aiddir.

Sizin imkanlarınızdan istifadə edərək ictimaiyyətin, xüsusən itkin ailələrinin diqqətinə çatdırmaq istəyirəm ki, itkin düşmüş şəxslərə aid meyit qalıqlarının tapılması, eyniləşdirilməsi uzun sürən və mürəkkəb prosesdir. Dövlət Komissiyası aidiyyəti dövlət qurumları ilə birlikdə prosesin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün zəruri tədbirləri davam etdirir

- Azad edilmiş və Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazilərimizdə I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri mövcuddurmu? Bu istiqamətdə hansı işlər görülür?

- Sözsüz ki, itkin düşmüş vətəndaşlarımızı əsasən Ermənistanın 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə axtarmalıyıq. Dövlət Komissiyası 30 illik fəaliyyəti dövründə bir sıra məsələlərlə yanaşı, məzar yerləri barədə əldə etdiyi məlumatları da sistemləşdirərək saxlayıb. Komissiyada olan, həmçinin BQXK-nın təqdim etdiyi məlumatların təhlili göstərir ki, azad edilmiş, o cümlədən hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazilərimizdə məzar yerləri mövcuddur. Həmin məzar yerləri Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı bütün rayonları əhatə edir.

Dövlət Komissiyasında olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli rayonunun Yuxarı Seyidəhmədli, Aşağı Seyidəhmədli, Məlikcanlı, Yuxarı Veysəlli kəndləri, Cəbrayıl rayonunun Dərzili, Çaytumas kəndi istiqamətində, Kəlbəcər rayonunun Bağırlı, Yanşaq, Qamışlıq, Ağdaban kəndi yaxınlığında, “Buzluq” dağı adlanan ərazidə, “Murovdağ” yüksəkliyində, Kəlbəcər şəhəri ərazisində, Suqovuşan kəndində, Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Güllücə kəndləri, Qubadlı rayonunun Göyyal kəndi, Şuşa şəhərindəki qəbiristanlıqda, Xocavənd rayonunun Edilli kəndi və hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri, Xocalı və Xocavənd rayonlarının, həmçinin keçmiş Ağdərə rayonunun ərazisində məzar yerləri mövcuddur. Dövlət Komissiyası tərəfindən toplanmış məlumatlar əsasında rayonlar üzrə məzar yerlərinə aid xəritələr tərtib edilib. Plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri aparılacaq.

- Vətən müharibəsindən sonra neçə Azərbaycan hərbçisi itkin düşmüş hesab edilir? Üçtərəfli Bəyanatdan sonra azad edilmiş ərazilərdə tapılan neçə Ermənistan hərbçisinin cəsədi qarşı tərəfə təhvil verilib və neçə erməni əsir-girov azad olunub?

- Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra Rusiya sülhməramlı kontingentinin və BQXK-nın iştirakı ilə Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət qurumları işğaldan azad olunmuş ərazilərdə birgə axtarış-araşdırma işlərinə başlayıblar. Həmin dövrdə Azərbaycanın Müdafiə Nazirliyinin Dövlət Komissiyasına təqdim etdiyi siyahıya əsasən, təxminən 300 nəfərə yaxın hərbçimiz itkin düşmüş hesab olunub. Döyüş bölgəsində aparılmış axtarışlar nəticəsində şəhidlərimizin böyük əksəriyyətinin meyitləri tapılaraq ailələrinə təhvil verilib və hərbi nizamnamənin tələblərinə uyğun olaraq dəfn ediliblər. Hazırda 6 Azərbaycan hərbçisi Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb. Onların sonrakı taleyinin aydınlaşdırlması ilə bağlı məsələ diqqət mərkəzindədir.

Qarşı tərəflə bağlı məsələyə gəldikdə isə onu deyə bilərəm ki, Vətən müharibəsindən sonra və 12-14 sentyabr 2022-ci il tarixində şərti sərhəddə baş vermiş döyüş prosesində itkin düşmüş 1870 Ermənistan hərbçisinin meyiti tapılaraq təhvil verilib. Onlardan 1713 nəfərinin meyiti Vətən müharibəsi, 157 nəfəri isə 12-14 sentyabr döyüşlərində həlak olmuş erməni hərbçilərə aiddir.

Vətən müharibəsi başa çatandan hazırkı vaxta qədər Azərbaycan Respublikası 181 erməni əsilli şəxsi azad edərək təhvil verib. Onlardan 140-ı hərbçi, 41 nəfəri isə mülki şəxsdir. Mülki şəxslərdən 5 nəfəri qadın olub. Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına sadiqliyini ifadə edərək bu addımları qısa müddət ərzində qarşı tərəfə qaytarıb. Azad edilmiş 181 erməni əsilli şəxslərdən 17 nəfəri 12-14 sentyabr hadisələrində saxlanılan Ermənistan hərbçisi olub.

- İraq və Suriyadakı baş verən silahlı münaqişələrdə saxlanılan neçə Azərbaycan vətəndaşı ölkəyə gətirilib?

- Məlumdur ki, Suriya və İraq ərazisində baş vermiş silahlı münaqişələr zamanı Azərbaycan Respublikası vətəndaşlarının da itkin düşməsi halları mövcud olub. Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyində ayrıca İşçi qrupu yaradılıb. Həmin İşçi qrupunun fəaliyyətində Dövlət Komissiyası da yaxından iştirak edir. Bu İşçi qrupunun qarşısında duran əsas vəzifələr İraq və Suriyada baş vermiş silahlı münaqişələrlə bağlı həmin ölkələrin ərazisində yerləşən həbsxana və düşərgələrdə saxlanılan şəxslərin müəyyən edilərək repatriasiyası və reabilitasiyasından, o cümlədən itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının axtarışından ibarətdir.

Azərbaycanlıların əksəriyyətinin saxlanıldığı Suriya Ərəb Respublikasının ərazisində yerləşən qaçqın düşərgələrinin və həbsxanaların qeyri-legitim qurumların, o cümlədən qanunsuz silahlı qruplaşmaların nəzarəti altında olması prosesin həyata keçirilməsinə ciddi çətinliklər yaratsa da, problemin həlli üçün bütün mümkün variantlar aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilir, həmin ərazilərdə təsir imkanlarına malik tərəfdaş ölkələrin köməkliyindən istifadə olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlər nəticəsində 2022-ci il ərzində Suriya Ərəb Respublikasından 48-i uşaq, 13-ü qadın olmaqla 61 nəfər, İraq Respublikasından 2-si uşaq, 3-ü qadın olmaqla 5 nəfər azad olunaraq respublikamıza gətirilib. Ümumiyyətlə isə, hazırkı vaxtadək 380-i uşaq, 32-si qadın olmaqla 412 nəfər Azərbaycan Respublikası vətəndaşının repatriasiyası həyata keçirilib. Bu şəxslər azad olunduqdan sonra aidiyyəti dövlət qurumları tərəfindən onların reabilitasiyası prosesi həyata keçirilir. Hazırda da bu istiqamətdə fəaliyyəti davam etdirilir.

Oxşar xəbərlər
22:08, Bu gün
İsrailin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirildi - FOTO
22:00, Bu gün
Xaçaturyan İrəvanın Bakı ilə sülh sazişini nə vaxt imzalayacağını AÇIQLADI
21:53, Bu gün
Hollandiya Ukrayna üçün PUA-ların hazırlanmasına 400 milyon ayıracaq
21:48, Bu gün
Məscidə gedərkən itkin düşən gəncin meyiti kanaldan tapıldı
21:40, Bu gün
Qərb buna görə Ermənistanı dəstəkləyir - Korotçenko
21:39, Bu gün
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
21:35, Bu gün
İsrail terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxladı
21:30, Bu gün
Putin Soçiyə gəlməkdən niyə qorxur? – “Proyekt”
21:23, Bu gün
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21:15, Bu gün
"Maşın" şouda qazandığı avtomobillə Şuşaya getdi - FOTO
21:08, Bu gün
"Aygün stil ikonası, möcüzədir"
21:00, Bu gün
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİLƏNİB - FOTO
20:52, Bu gün
Sabahın tibbi-meteoroloji PROQNOZU
20:51, Bu gün
İran ABŞ və İsrailə qarşı "Müqavimət Paktı" yaratmaq istəyir
20:44, Bu gün
"Apple" hər il yeni məhsullar təqdim etməyi dayandırır
20:36, Bu gün
İran 340 İsrail əsgərini öldürüb - "Haber Türk"
20:28, Bu gün
Lətifə virusa yoluxdu
20:21, Bu gün
"Netanyahu və onun cinayətkar dəstəsini bəşəriyyətin birliyi dayandıracaq" - Ərdoğan
20:20, Bu gün
Bu həftə cekpot vuracaq BÜRCLƏR
20:13, Bu gün
Tanınmış rəssamın qızının faciəvi ölümü - Toyu olacaqdı...
20:05, Bu gün
"Qarabağ"ın oyununda azarkeş rekordu qeydə alındı
19:55, Bu gün
“Qarabağ” ciddi itki ilə üzləşdi
19:48, Bu gün
Öskürəkdən qısa müddətdə necə qurtulmaq olar?
19:40, Bu gün
Bu müharibədə arxa cəbhə ön cəbhədən daha təhlükəlidir
19:30, Bu gün
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO
19:18, Bu gün
Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
19:10, Bu gün
Azərbaycanda 3 ulduzlu hotellər də bahalaşdı
19:05, Bu gün
Məşhur türk serialı FİNAL EDİR
19:00, Bu gün
Azərbaycanlı müğənni 2-ci dəfə ƏRƏ GEDİR
18:55, Bu gün
Astiqmatizm nədir?
18:50, Bu gün
Mask və "Tesla" üçün vacib həftə
18:45, Bu gün
Lavrovdan Laçınla bağlı təklif: Gələn il...
18:32, Bu gün
Prezident generalı nazir müavini TƏYİN ETDİ - DOSYE
18:27, Bu gün
Ermənistan Arazı çirkləndirir: Ciddi təhlükə - Rəfiyi
18:23, Bu gün
Soçidən Bakıya birbaşa aviareyslər açılır
18:21, Bu gün
Dünya Akademik Sammiti çərçivəsində BDU-ya həsr olunmuş sessiya - FOTO
18:15, Bu gün
Özünü binanın damından atan qadınla bağlı yeni xəbər - FOTO
18:13, Bu gün
Avrozona əmanətləri rekord vurdu: Avropalılar pul yığır, amerikalılar xərcləyir
18:08, Bu gün
Bu məhsullar boş yerə sağlam hesab olunur - təəccüblənəcəksiniz
18:05, Bu gün
Putin Ərdoğanla müzakirə APARDI
18:00, Bu gün
Dövlət qulluğuna qəbul imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
17:54, Bu gün
Şuşada İslam Dünyası İrs Komitəsinin iclası keçiriləcək
17:48, Bu gün
Amerika müsəlmanları Kamala Harrislə görüşdə nələri xahiş edib? - CNN
17:40, Bu gün
"Bağırov və Beriya birlikdə Müsavat hakimiyyətinin əks-kəşfiyyatında çalışıblar..."
17:36, Bu gün
Sammitdə soyuq qarşılanan Paşinyan: Ermənistanın Frankofoniya fiaskosu - ŞƏRH + FOTO
17:30, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Sabahdan...
17:24, Bu gün
Cüdoçumuz dünya çempionatında əldə etdiyi nəticə ilə adını tarixə yazdırdı
17:18, Bu gün
HƏMAS-İsrail müharibəsinin bir ili: Kim nə qazanıb? - ŞƏRH + FOTO
17:13, Bu gün
“Qarabağ”ın futbolçusu millinin heyətindən çıxarıldı - SƏBƏB
17:07, Bu gün
Azərbaycanlı aktyor səhnədə evlilik təklifi etdi - VİDEO
17:02, Bu gün
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfərdədir - FOTO
16:57, Bu gün
15 yaşlı Sevincin qətlində şübhəli bilinən şəxsin meyiti tapıldı - FOTO
16:52, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ! - Növbəti iki gündə...
16:50, Bu gün
Qəzzada müharibənin bir ili ərzində 41 mindən çox dinc insan qətlə yetirilib
16:47, Bu gün
Azərbaycanda toy paketinə görün nə atdılar - "Allah bizi belə qohumlardan..." - VİDEO
16:42, Bu gün
“Elnarənin mənə qarşı xislətinin olduğunu anladım” - VİDEO
16:37, Bu gün
Tahir Kərimli: “Greencard”a qadağa qoyulmamalıdır
16:32, Bu gün
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
16:32, Bu gün
BDU-da elmi seminar: “Kvant aləmində Furye çevirmələri”
16:27, Bu gün
MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirildi
16:22, Bu gün
Prezidentin adından saxta məlumat yayıldı
16:17, Bu gün
BDU-da Tələbələrarası Zəfər Kubokunun seçim mərhələsi keçirilib
16:12, Bu gün
Əsgərinin önündə döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı 
16:07, Bu gün
Bakıda qazanxanada partlayış: 9 nəfər yaralandı - YENİLƏNİB
16:03, Bu gün
Röya bu səhnə geyiminə 96 min manat xərclədi - FOTO
15:59, Bu gün
Çavuş arvadını öldürüb intihar etdi
15:55, Bu gün
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
15:50, Bu gün
Azad olunmuş ərazilərdə 232 mina zərərsizləşdirilib
15:38, Bu gün
Payızda sevgilisini itirəcək bürclər – Diqqətli olun
15:33, Bu gün
Azərbaycanlı gənc NASA direktoru ilə görüşdü
15:27, Bu gün
Tələbə arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
15:22, Bu gün
"Nə qədər ki, mən baş nazirəm, Ukrayna NATO-ya daxil olmayacaq" - Robert Fitso
15:17, Bu gün
Sürücülərin bu səhvi maşınlara ciddi ziyan vurur - VACİB AÇIQLAMA
15:12, Bu gün
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub - FOTO
15:07, Bu gün
Son bir həftədə 250-dən çox şəxs üçün təsərrüfatlar yaradılıb - FOTO
15:02, Bu gün
İki qızı vəhşicəsinə öldürən qatilin qonşularından ŞOK AÇIQLAMA
14:57, Bu gün
COP29 tədbirlərində 6 dildə tərcümə olacaq
14:52, Bu gün
“Başqalarının mənzilində məskunlaşmış 137 ailə geri qayıdıb”
14:48, Bu gün
“Onlar hər yerdə özlərindən geriyə ancaq qan gölü buraxırlar”
14:46, Bu gün
Tibb üzrə Nobel qalibləri açıqlandı
14:41, Bu gün
Emin Ağalarov atası ilə işbirliyinə niyə son qoydu? - AÇIQLAMA
14:30, Bu gün
"Putin Trampı Ukraynaya qarşı ovqata kökləyib və öz tərəfinə çəkib" - "The New York Times"
14:24, Bu gün
"1 şirvan qonorar aldı, öpüb alnına qoydu..." - VİDEO
14:18, Bu gün
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi - YENİLƏNİB
14:12, Bu gün
Evlərində kirayə qalan oğlanı sevdi: "Məni məcbur etdilər ki..." – ŞOK TƏFƏRRÜAT
14:06, Bu gün
“Kupçalı” ev axtaran hər kəs bu qəsəbəyə üz tutur – Paytaxta yaxın və ucuz evlər
14:00, Bu gün
Arzu Nağıyevdən ABŞ-yə şillə kimi arqumentlər
13:54, Bu gün
Belaruslu milli qəhrəmanımızın anasına hədiyyə və yardım çatdırılıb - FOTO
13:48, Bu gün
Bakı İqlim Fəaliyyəti Həftəsi ambisiyalı öhdəliklər və strateji təşəbbüslərlə yekunlaşdı - FOTO
13:42, Bu gün
Ayan ilk dəfə sevdiyi şəxsdən DANIŞDI
13:36, Bu gün
STM dövlət qurumlarının stasionar və qaynar xətlərinin fəaliyyətini qiymətləndirib
13:30, Bu gün
Siyəzən sakinində narkotik vasitə aşkarlandı - VİDEO
13:25, Bu gün
Azərbaycanda vəzifəli şəxsin 160 minlik əmlakına həbs qoyuldu - RƏSMİ
13:20, Bu gün
Oktyabrın 8-nə olan hava PROQNOZU
13:15, Bu gün
Ceyhun Bayramovla Ararat Mirzoyanın Moskvada görüşü olacaq?
13:10, Bu gün
Toyda Röyanın əlindən tutub oynadan "OLİQARX" KİMDİR? - VİDEO
13:05, Bu gün
Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edildi
13:00, Bu gün
BDU-nun şəhid məzunu Vüqar Məmmədovun məzarı ziyarət olunub - FOTO
12:57, Bu gün
Müəllim Günündə müəllim intiharı xəbəri...- Onun yerinə bir yarıçılpaq müğənni olsaydı...
12:56, Bu gün
Bu avtobusların hərəkət intervalı azaldıldı
GÜNLÜK
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
06 Oct 2024 | 23:39
Homsda güclü partlayış baş verdi
00:14, Bu gün
"Hizbullah" yaraqlıları İsrail ərazisinə sızmaq istəyərkən öldürüldülər
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
AYLIQ
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
06 Oct 2024 | 23:39
Homsda güclü partlayış baş verdi
00:14, Bu gün
"Hizbullah" yaraqlıları İsrail ərazisinə sızmaq istəyərkən öldürüldülər