“Rusiya kimi Azərbaycanı da kommunist düşüncəli insanlar idarə edir”
Oxunub: 3095
26 May 2014 | 02:38
“Rusiya kimi Azərbaycanı da kommunist düşüncəli insanlar idarə edir”

Elxan Mehdiyev: “Hakimiyyət Azərbaycanın deyil, rejimin maraqlarından çıxış edir”

 

Tanınmış konfiliktoloq Elxan Mehdiyev “Hürriyyət” qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni təqdim edir.

 

- Elxan bəy Avropa Şurası Parlamnt Assambleyasının rəhbərliyi Bakıya səfəri əsnasında Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı vəziyyətin ürəkaçan olmadığı vurğuladı və iki il ərzində qurumun komitə iclaslarının ölkəmizdə keçirilməsini yasaqladı. Sizcə bütün baş verənlərdən sonra iddia etmək olarmı ki, beynəlxalq təşkilatlar nəhayət ki, hakimiyyətə qarşı ciddi təzyiqlərə başladı?

 

- Qarşıdakı iki il ərzindəki sanksiya Avropa Şurası Parlament Assambleyasının vitse-prezidentinə rəsmi Bakının viza verməməsi ilə bağlıdır. Rəsmi Bakı vitse-prezidentin Qarabağa icazəsiz səfərinə cavab olaraq belə bir addım atıb. Amma düşünürəm ki, bu qadağanı aradan qaldırsa o zaman Avropa Şurası rəhbərliyi də bu qərarını dəyişəcək. Digər tərəfdən Azərbayanda insan haqlarının bərbad vəziyyətdə olması, jurnalistlərin, hüquq müdafiəçilərinin həbs edilməsi, şantaj olunması və s. kimi qanunsuzluqlar heç kimdən gizlədiləcək səviyyədə deyil. Bütün bunlar Avropanın gözü qarşısnda baş verir. Avropa Şurasının üzvü ola-ola Azərbaycan  bu işləri törədir. Odur ki, Avropa Şurasının baş verənlərə bu cür reaksiya verməsi gözləniləndir.

 

- Madam ki, belədir, madam ki, bütün qanunsuzluqlar Qərbin gözü önündə baş verib, bəs nə üçün beynəlxalq təşkilatlar daha kəskin reaksiyanı məhz indiki məqamda sərgiləyir? Əvvələr Qərbin eyni kəskinliklə baş verənlərə münasibət bildirməsinə nə mane olurdu ki ?

 

- Neçə illərdir ki, hakimiyyət demokratik islahatlar keçirəcəyi, insan hüquq və azadlıqları sahəsindəki vəziyyəti yaxşılaşdıracağı ilə bağlı vədlər verməkdədir. Lakin indi vəd vermə prosesi başa çatıb. Məhz bu səbəbdən də biz Avropa Şurası Parlament Assambleyasının bu cür açıq tənqidlərinə şahid olmaqdayıq. Əslində, hesab edirik ki, onlar bu məsələləri lazımınca qaldırmırlar. Beynəlxalq qurumlar həmişə hakimiyyətin vədlərinə inanıb kompromisə gedirlər. Hakimiyyət isə həmişə inanıb ki, hər zaman bu cür davam edəcək. Lakin görünən odur ki, artıq bu vəziyyət beynəlxalq təşkilatları qane etmir. Avropa Şurası rəhbərliyinin Bakıdakı çıxışı da bunu göstərdi. Azərbaycanın xarici işlər naziri enerji və investisiya faktorunu önə çəkir. Halbuki, indiki dünyada insan haqları məsələsi prioritetdir.

 

- Rəsmi Bakının dünyanın aprıcı beynəlxalq təşklatları ilə etinadsız bir şəkildə, tənqid və minnət formasında danışması bu qurumlarla hakimiyyət arasındakı problemin ciddiliyi kimi başa düşülə bilərmi?

 

- Əlbəttə ki, baş verənlər beynəlxalq qurumlarla hakimiyyət arasındakı problemin göstəriciləridir. Bütün bunların hamısı rejimlə bağlıdır. Hakimiyyət Azərbaycanın maraqlarından deyil, rejimin maraqlarından çıxış edir. Rejimin maraqlarına kim toxunursa, qarşı tərəfin kimliyindən asılı olmayaraq dərhal ona qarşı mübarizəyə başlayırlar. ABŞ səfri Riçard Morninqstarın “Azadlıq” radisouna verdiyi müsahibə fonunda yaşananlara nəzər salın. Hakimiyyət Azərbaycandakı vəziyyəti şərh edən səfirin müsahibəsi ilə bağlı ona qarşı səlib yürüşünə keçib. Hansı ki, səfirin dediyi kimi, Azərbaycanın müstəqilliyini ABŞ və Avropadan başqa istəyən, dəstəkləyən yoxdur. Bu gün Amerika səfirinin üstünə guruldayanlar ona görə guruldayırlar ki, bilavasitə ABŞ və Avropanın hesabına sahib olduqları milyardları qazanıblar. Özlərinin dediyi kimi, iqtisadi müstəqilliyə nail olublar. Müstəqil dövlət qurublar.

 

- Demək belə çıxır ki, mövcud rejim öz hakimiyyətini qoruyub saxlamaq üçün hətta beynəlxalq təşkilatlarla belə üz-üzə gəlməyə hazırdır?

 

- Şübhəsiz. Məsələ rejimə gəldikdə nə BMT, nə ATƏT, nə Avropa Şurası ”“ heç nə gözə gəlmir. 20 ildir ki, torpaqlarımız erməni işağlındadır, lakin bu, hakimiyyətin heç vecinə də deyil. Kim bu haqda nə deyir, işğaldakı ərazilərdə ermənilər nə qədər adam məskunlaşdırıb, bu əraziləri Ermənistana ilhaq olunsun və s. bütün bunlar hakimiyyəti maraqlandırmır. Onları yalnız və yalnız rejimi qorumaq maraqlandırır.

 

- Beynəlxalq təşkilatlarla gərginlik fonunda hakimiyyətin Rusiya ilə yaxınlaşacağı gözləniləndirmi? Ola bilərmi ki, Qərblə münasibətlərin gərginliyi rəsmi Bakını Kremlə bir qədər də yaxınlaşmağa, onun timsalında özünə güclü bir istinadgah əldə etməyə sövq etsin?

 

- Onsuz da hakimiyyət Rusiya ilə kifayət qədər yaxındır. Azərbaycandakı mövcud siyasi durum da Rusiyadakı siyasi vəziyyətin kopyasıdır. Rusiya kimi Azərbaycanı da kommunist düşüncəli insanlar idarə edir. Rusiyada da hakimiyyətdə kommunist düşüncəli insnalardır. Bu səbəbdən də bu insanlar bir-birləri ilə çox bağlıdırlar. Bu baxımdan Azərbaycanı Rusiyadan uzaq hesab etmək olmaz. Məsələyə belə yanaşmaq yanlışdır. Sadəcə ortada rejimin maraqlarına toxunan məsələlər olub ki, zaman-zaman bu baxımdan Rusiya ilə də üz-üzə gəlmələr baş verib.

 

- Bəzi ekspertlər hesab edir ki, hakimiyyət Rusiya amilindən istifadə edərək Qərbi təhdid edir. Yəni Qərbə anlatmağa çalışır ki, onlar üçün daha bir alternativ var və Azərbaycan Rusiyadan yana birmənalı seçim edə bilər. Bu qənaəti bölüşürsünüzmü?

 

- Təbii ki, Rusiya faktorundan Azərbaycandakı mövcud rejim çox gözəl istifadə edir. Hakimiyyət ABŞ və Avropaya qarşı səlib yürüşü təşkil etməklə onlara göstərmək istəyir ki, bunlar Rusiya ilə yaxınlaşa bilər, Rusiya ilə  ittifaqa gedə bilər. Bir sözlə, Qərbdən üz döndərə bilərlər. Bu, hər zaman belə olub. Əslində bundan Qərb dünyasında da hər zaman ehtiyat ediblər. Düünüblər ki, bu rejimi çox sıxmaq lazım deyil. Çünki belə olarsa Azərbaycan tamamilə Rusiyanın ağuşuna keçə bilər. Qərbdə hər zaman belə bir düşüncə, belə bir yanaşma olub. Indiki dönəmdə isə Rusiya və Qərb arasında konfrantasiya var. Belə bir dönəmdə Azərbaycan rəsmlərinin çıxışları ilə tanış olduqca görünür ki, onlar Rusiya və İranla münasibətlərin müəyyən qədər korlanmasında da ABŞ və Avropanı günahkar hesab edirlər. Guya ABŞ və Avropanın təxribatları nəticəsində Azərbaycanın adıçəkilə ölkələrlə münasibətinin pozulmasına gətirib çıxardan hallar olub. Bu cür absurt fikirlər gündəmə gəlir ki, bu da çox gülüncdür. Azərbaycanı iqtisadi baxımdan müstəqil edən qüvvə elə Qərb dünyası olub. Yoxsa Azərbaycan da Türkmənistanın vəziyyətinə düşərdi. Ruslar neftinə istədiyi qiyməti qoyub dünya bazarında aparıb satardılar.

 

- Sizcə mövcud rejim beynəlxalq təşkilatlarla, Qərblə davamlı konfilikt fonunda  öz mövcudluğunu uzun müddət qoruyub saxlaya bilərmi?

 

- Əlbəttə, hakimiyyətin bu gərginlik fonunda da öz varlığını qoruyub saxlaması mümkündür. Necə ki, Lukaşenko öz hakimiyyətini qoruyub saxlayır, Azərbaycan hakimiyyəti də öz varlığını qoruya bilər. Hakimiyyət Rusiya və İranla daha yaxın münasibətdə olaraq Qərb dünyasından çox böyük məsafə saxlamaqla uzun müddət avtoritar sistem qurmaq, mülki cəmiyyətin bütün fəaliyyətini tamamilə qadağan etməklə öz varlığının qorunmasını təmin edə bilər. Lakin bütün bunların hamısı Azərbaycan torpaqlarının erməni işğalıda qalmasına aparan bir siyasətdir. Çünki bütün bunlardan sonra nə ABŞ, nə Avropa, nə də dünya ictimaiyyəti Azərbaycanın işğal edilən ərazilərinin geri qaytarılmasına maraq göstərməz. Heç kimin Azərbaycana rəğbəti qalmaz. Ermənilərin də elə istədiyi elə budur.

 

Seymur Əliyev

 

 

 

 


Oxşar xəbərlər
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO