Hacı Fuad Nurullah: “Əksər insanlar öz ölülərini yumurlar”
Müsahibə
Oxunub: 8330
24 May 2014 | 12:28
Hacı Fuad Nurullah: “Əksər insanlar öz ölülərini yumurlar”

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, İslam Universitetinin dekanı, ilahiyyatçı alim Hacı Fuad Nurullah Moderator.az-a gündəmin bir sıra aktual mövzularıyla bağlı geniş müsahibə verib. Onunla söhbətin ikininci hissəsini təqdim edirik:

-Hətta xırda bir həşərata qədər hər şey şəriət hökmlərində var. Məsələn, adi bir ağcaqanaq insanın qanın sorursa, o qan nə dərəcədə murdar və ya nə dərəcədə pakdır, yaxud ağcaqanad hər hansı bir heyvan kəsimi zamanı ətrafa sırçrayan qanın üstündə oturursa, ordan qalxdıqdan və bir neçə dəqiə keçdikdən sonra o həşəratın orqanizmində baş verən proseslərdən həmin qan ağcaqanadın öz qanına çevrilə bilirsə bu zaman necə başa düşməli? Yaxud adi bir zəli insan bədəninə yapışan zaman onun qanı öz qanımı, yoxsa insanın qanıdırmı, bunun özü də şəriət hökmlərində var. Yəni şəriət elmlərini bilən hər bir tələbə mütləq olaraq bu biliklərə də yiyələnir. Din xadimi bunların hamısını bilməlidir. Bundan əlavə Azərbaycanda sunni və şiə təriqətində olan insanlar yaşayırlar, yaratdığımız həmin komissiyada da hər təriqətdən olan insanlar var.

-Azərbaycanda qəbiristanlıq biznesinin mövcudluğunu da hər kəs bilir. Bir neçə gün öncə Moderator.az ironiya ilə VİP qəbir yerləri təklif edirdi, belə ki, Lökbatan qəbiristanlığında olan əməkdaşımız qiyməti 10 min manatlara təklif edilən xeyli sayda hətta çarhovuzlu və bahalı mərmərlərlə işlənmiş, az qala bir nəsli dəfn etməyə yetəcək qəbir yerlərinin fotolarını çəkərək mövzunu ictimailəşdirmişdi.

-Ümumiyyətlə, islamda qəbiristanlıqla bağlı aydın hökmlər var. İslamda birmənalı olaraq qəbiristanlıq torpaqları həmin ərazidə yaşayan insanların dəfn olunmaları üçün yerli bələdiyyələr tərəfindən Allahın adına vəqf olunur. Rəhmətə getmiş insanın qəbir yeri üçün pul alınması İslamda haramdır və qadağandır. Rəhmətə gedənlər orada təmənnasız dəfn olunmalıdırlar. Sadəcə olaraq ola bilər ki, bir insanın kəfəni üçün vərəsələri və özü sağlığında pul tədarük eləsin. Yaxud rəhmətə getmiş adamı maşınla harasa aparmaq üçün müəyyən xərc çəkilə bilər. Amma bir insanın hətta yuyulması, kəfənə bükülməsi, cənazə namazı qılınması, dəfn etməyin hər biri təmənnasız əməl hesab olunur. Bunlar pulsuz icra olunmalıdır.

-Amma həqiqətdə vəziyyətin necə olduğunu sübut etməyə gərək yoxdur məncə...

-Bizdə bir neçə neqativ hallar var. İnsanlar öz rəhmətə gedənlərini gətirirlər şəhərdə məscidlərin tərkibində olan yuyucu yerlərinə. Əksər insanlar öz ölülərini yumurlar. Amma İslam buyurur ki, ölü yiyələri cənazəni özləri yumalıdırlar. Məsələn, ata-ana rəhmətə gedəndə onları kim yumalıdır? Övladları və yaxın qohumları yumalıdırlar. Əgər tutaq ki, mən öz ata-anamı yumuramsa, qardaş-bacımı yumuramsa, kiminsə onun yumaq üçün boynunda haqqı yoxdur, yalnız mənim boynumda haqdır onu yumaq. Onda da mən muzdla kimsəni tutmalıyam, mənim yerimə onu icra etməlidir. Ona görə də məscidlərin nəzdində yuyucular saxlanılır. Hətta Şeyx həzrətləri təklif də edib ki, məscidlərin nəzdində olan yuyucu yerlərinə kimsə rəhmətə gedənlərini gətirərək özləri yumaq istəyirlərsə, onlara şərait yaradılmalıdır ki, onlar öz cənazələrini yusunlar və gətirdikləri kəfənlərlə kəfənləsinlər. Yalnız işlədilən suyun və elektrik enerjisinin xərci alınsın.

-Bir müddət öncə “Azəriqaz” ölkədəki bütün dini ibadətgahların pulsuz qazla təmin ediləcəyini bildirmişdi. Bu söz olaraq qaldı, yoxsa sözdən əmələ keçdilər?

-Bizə təkliflər oldu və bütün qeydiyyatdan keçmiş məscidlərimizin sənədləri onlar tərəfindən alınıb və təklif olunub ki, bu il müddətində bu iş həyata keçirilsin.

-Yəni bu günədək bu prosesə start verilməyib.

-Mən bilən, artıq ödənmə başlanır.Özü də bu güzəştlər təkcə məscidlərə deyil, kilsə və sinaqoqlara da aid ediləcək. Bildiyim qədər hər bir dini məkanlara qaz müəyyən limitdə veriləcək, ondan artıq istehlak olunan qazın pulu isə əvvəlki qaydada ödəniləcək.

-“Azərsu” və “Bakıelektrikşəbəkə” bu təşəbbüsə qoşulmadılar deyəsən...

-Qoşulsalar gözəl olardı. Amma biz onları buna məcbur edə bilmərik ki. Təşəbbüs onlardan gəlməlidir.

-Hacı, “Təzə Pir” məscidinin girişində divardan QMİ Qazilər Şurasının fətvası asılıb və gəlişigözəl sözlər yazılıb. İnsanlarımızı israfçılıqdan çəkindirən tövsiyyələr adamın könülün oxşayır. Amma bir neçə pilləkən qalxıb mərasim zalındakı mənzərəni görəndə adam heyrətini gizlədə bilmir və qeyri-ixtiyarı özünə sual edir ki, aşğıda yazılanlar nə, burdakılar nə...?

-Dünyasını dəyişənlər üçün ehsan süfrələrinin açılması şəriətdə var. Amma “Quran” buyurur ki, nəinki ehsanatda, heç bir işdə israfçılıq olmaz. Bu məsələdə də dəfələrlə təkliflərimiz və məsləhətlərimiz olub. Amma bu məsələdə qəti qərar və ya hökm yoxdur ki, ehsanlar necə tənzimlənməlidir. Əgər Azərbaycanımızda qərar çıxsa ki, bu çərçivədə ehsan süfrəsi olmalıdır, onda bunu nizama salmaq olar.

-Bunu kim etməlidir ki? Axı bu iş QMİ-likdir...

- QMİ bu məsələyə nəinki biganə qalmayıb, şoxsaylı təşəbbüslər də edilib. Bu barədə hörmətli Şeyxin məxsusi çağırışı və QMİ Qazilər Şurasının fətvası, xalqa müraciəti var ki, camaatımız ehsanatda israfaçılığa yol verməsin. Sadəcə çay, limon, xurma və halva ilə kifayətlənmək olar. Bilirsiniz, bunu insanlarımız özləri etməlidirlər. Burada ictimai qınaq da əsas şərtdir. Biri o birinə deyəndə ki, ay kişi, ayıb deyilmi, sən niyə belə edrisən, niyə Allahın və Peyğəmbərimizin dediyinin əksinə gedərək isrfaçılıq edirsən, bu qınaq cəmiyyətimizdə olsa, məncə getdikcə bu məsələdə nizam yaranar. Amma insanlarımız bu məsələyə çox bəsit yanaşırlar ki, məgər mən filankəsdən əskiyəm ki, onun kimi öz ölümə ehsanat verə bilməyim? Yəni insanlarımız Allah və Peyğəmbər deyəni demir, filankəslərin dediklərini deyirlər. İnsanlarımız bir-birinin bəhsinə bu işləri görürlər. Bildiyim qədər hətta hörmətli Şeyx həzrətləri bununla bağlı məmurlara da çağırış edib, ancaq yalnız bir nəfər yüksk rütbəli məmur bunu qəbul edib, qalanlar deyib ki, bizim imkanımız öz ölülərimizə bu cür ehsan verməyə çatırsa bunu etsək rahat olarıq.

-Axı həmin israfçılığa elə bu binada şərait yaradılır.

-Burda şərait yaradılmır. Burda sadəcə ehsanat verilməsi üçün şərait yaradılıb. Amma öz ölüsünə ehsan verən insan hansı formada istəyirsə onu təklif edir. Amma biz dəfələrlə isrfaçılığın əleyhinə açıqlamalar vermişik. Möhtərəm Şeyxin də çoxsaylı çıxışları olub ki, israf etməyin, çalışın ehsanatlarınızda zənginlik olmasın, bu doğru deyil. Allah şahiddir ki, Şeyxin çoxlu belə çağırışları olub. Amma bu məsələdə insanların özləri ixtiyar sahibidirlər.

-Şeyx haqqında vaxtaşırı mətbuatda çox güman ki, məqsədli şəkildə dezonformasiya xarakterli yazılar gedir, iddialar səslənir. Olmaz ki, Şeyx ayda, iki aydan bir məxsusi olaraq medianı toplayaraq mətbuat konfransı keçirsin, ürəyində sualı olan jurnalistlər də ondan cavab istəsinlər. Bundan həm cəmiyyət udar, həm elə Şeyxin özü.

-Şeyx həzrətləri hər zaman xalqın içində olur. Heç bir nazir Şeyx qədər mətbuatla təmasda olmur və müsahibələr vermirlər. QMİ-nin mətbuat xidməti də operativ çalışır. Mətbuat xidməti də nə deyirsə, Şeyxin sözünü deyir.

-Elə suallar var ki, mətbuat xidməti onu cavablandıra bilməz axı.

-Əgər Azərbaycanda sağlam və normal mətbuatımız olsaydı, bəlkə də Şeyx dediyiniz bu addımı da atardı. Görün bu günlərdə Şeyx həzrətlərinin ünvanına mətbuat nə qədər iftiralar, yalanlar, uydurmalar yazırlar.

-Şeyx bu iftiralara aydınlq gətirmək üçün yalnız ANS-i məqbul bildi...

-Yox niyə ki. ANS getdi Türkiyədə Şeyxdən açıqlama aldı.

-Axı mətbuatın bəllidir ki, ANS kimi imkanı yoxdu ki, onu istənilən vaxt tapıb danışdıra bilsin.

-Onda biz neynəyək ki? Şeyx mütəmadi rayonlarda olur, Bakıda da çoxsaylı tədbirlərə qatılır.

-Amma mətbuat çoxlu sualların cavabın hələ də şeyxdən almağa müvəffəq olmayıb.

-Mətbuat çox şey istəyir və çox şeyləri də qarışdırır. Buna can lazımdır dözsün. Bunu hər adam bacarmaz. Şeyx həzrətlərinin 65 yaşı var. Bu insan bu yaşında bu cür enrji ilə fəaliyyət göstərirsə, xidmətləri edirsə, bunu hər adam bacara bilməz. Amma baxın, görün dünyada din rəhbərlərinə münasibət necədir. Vatikan nələrdən keçmədi, nələr baş vermədi? Görün Vatikanın rəhbərliyinin adını bir dəfə hallandırdılarmı? Heç bir xristian dünyası onu qeyri-adi formada hallandırdımı? Xristian dünyası özünün dini rəhbərini “müqədəs ata” adlandırır.

-Şeyxin cəmiyyətdəki və MDB-dəki nüfuzu bəllidir, amma ola bilsin ki, onun daim hədəfdə olmasında dini lider kimi bəzi siyasi bəyanatları da rol oynayır.

-Mən qətiyyən sizinlə razı deyiləm və Şeyxin bütün açıqlamaları dinimizdən qaynaqlanan məsləhətlər və millətimizin xoşbəxtliyinə, firəvanlığına xidmət edən tövsiyyələridir. Bir də ki, bu cür mənasız söz-söhbətləri jurnalistikaya gəlmiş təsadüfi adamlar məqsədli şəkildə yayaraq könül bulandırmaq istəyirlər.

-Şeyx il ərzində təxminən neçə nəfəri öz xətti ilə Həcc ziyarətinə yola salır?

-Belə bir kvota yoxdur ki, nə qədər göndərməlidir. Amma hörmətli Şeyx illərlə bu cür savab işləri görür və hətta jurnalistləri də ziyarətə göndərir. Hər il bir neçə jurnalisti şəxsən Həccə göndərir. Ümidvaram, inşallah Şeyx həzrətləri bu il də müəyyən qədər jurnalistləri Məkkəyə göndərmək təşəbbüsündə olar.

-Şeyx öz təşəbbüsü ilə edir bunu, yoxsa jurnalistlər ona müraciət edirlər bu barədə?

-O barədə məlumatsızam. Amma səhv etmirəmsə bir müddət öncə müsabiqə elan olundu və müsabiqədə qalib gələn bir çox jurnalistlər Həcc ziyarətinə göndərildilər.

-Tutaq ki, mənim də belə bir istəyim var, ancaq maddi durumum buna imkan vermir. Şeyxin məni Həccə göndərməsi nə dərəcədə doğrudur?

-Əgər maddi durumu zəif olan bir insan Həccə göndərilirsə, artıq hökm olur ki, maddi durumu düzəldi ki, ona getmək nəsib oldu.

-Adam var ki, qonşusu səfalət içində yaşasa da özü 10 dəfə Həccə gedir. Məsələn, QMİ bu cür ziyarətləri məhdudlaşdıra bilərmi ki, ay filankəs, belə etmə, bu cür et?

 -QMİ şəriətə zidd olan şeylərə məhdudiyyət qoya bilməz. Bir insan neçə dəfə istəsə Həccə gedə bilər və buna ixtiyarı çatır. Məsələn, Allah sənə imkan verib var-dövlət sahibi olmusan, mənimsə yoxumdur, bu sənin öz ixtiyarında olan məsələdir və kimsə Allahla sənin arandakı münasibətləri təftiş edə bilmıəz. Bu istək könüllü olmalıdır.


moderator.az/?xeber=46539

Oxşar xəbərlər
21:38, Bu gün
İsrail HƏMAS-a bir həftə vaxt verdi
21:18, Bu gün
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
21:16, Bu gün
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
21:13, Bu gün
Məktəb direktoruna yüksək vəzifə verildi
21:00, Bu gün
29 yaşlı aktyor evində ölü tapıldı
20:59, Bu gün
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
20:57, Bu gün
Sudan prezidentinin oğlu Türkiyədə öldü
20:16, Bu gün
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
20:15, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
20:06, Bu gün
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
20:01, Bu gün
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
GÜNLÜK
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
AYLIQ
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO