Elçin Şıxlı: “İndi yəqin cızığımdan çıxmışam” ”“ sensasion müsahibə
Oxunub: 3751
21 May 2014 | 22:23
Elçin Şıxlı: “İndi yəqin cızığımdan çıxmışam”  ”“ sensasion müsahibə

“Ayna” və “Zerkalo” qəzetləri ciddi maliyyə problemləri ucbatından dövriliyini azaldıb, həftəliyə keçib, ondan artıq jurnalist ixtisar edilib. Həmçinin qəzetlərin rəhbəri Elçin Şıxlı Mətbuat Şurasının təsisçilər heyətindən çıxdığını bəyan edib. O, bu qərarı MŞ-nin “Zerkalo” qəzetinin düşdüyü ağır vəziyyətə biganə qaldığını gördükdən sonra qəbul etdiyini bildirib. 


Bir müddət əvvəl siyasi şərhçisi Rauf Mirqədirov casusluqda ittiham olunaraq həbs edilən qəzetin və qəzet rəhbərliyinin vəziyyətinin yaxşı olmadığı bildirilir. Yaranmış vəziyyətlə bağlı qəzet rəhbərliyinin fikirlərini öyrənmək məqsədilə redaksiyaya yollandıq. Redaksiyada bir neçə əməkdaş vardı. Qəzetlərin redaktoru Elçin Şıxlı isə bir neçə mətbuat orqanına ayrı-ayrılıqda müsahibə verirdi. Növbə bizə çatdıqda, biz də suallarımızı verdik və problemə media kapitanının dolğun rəyini almağa çalışdıq. Əvvəlcə E.Şıxlıdan rəhbərlik etdiyi qəzetlərin tamamilə bağlanma təhlükəsinin olub  - olmadığını soruşduq. Onun cavabı: 

- Bəli, belə bir ehtimal var.

- Təhlükə nə dərəcədədir? Qəzetlər nə qədər müddət hələ yaşaya bilər?

- Onu hesablamamışam, amma artıq çox uzatmağın mənası yoxdur. Əslində biznes nöqteyi-nəzərindən yanvar ayından qəzeti bağlamalı idim. Amma ondan əvvəl -   Azərbaycan prezidenti İlham Əliyevlə media nümayəndələrinin görüşü olmuşdu. “Medianın dostu” mükafatı təqdim olunan zaman medianın problemləri də deyilmişdi. O zaman sizin qəzetin baş redaktoru Rauf Arifoğlu məsələni qaldırmışdı ki, satış, reklam problemləri var. O zaman da prezident bütün bu məsələlərin həll edilməsi üçün cavabdeh məmurlara tapşırıq vermişdi. Mən də sadəlövhcəsinə düşünürdüm ki, çox tezliklə bütün problemlər həll olunacaq. Hər halda, ümid sonuncu ölür. Ona görə düşündüm ki, bir az da çalışmaq lazımdır və bəlkə vəziyyət düzəldi. Görünür, vəziyyətin tam dəyişməsi üçün vaxt lazımdır, çünki “Qasid” şirkəti hələ bağlanmayıb, gərək məhv edilsin, ondan sonra yenidən bir iş qurmaq olar... Hər halda, heç nə dəyişmədi, qəzet satışında problemlər qalmaqdadır. Düzdür, yeni köşklərdə bir balaca tərpəniş var, amma əslində kökündən heç nə dəyişməyib. Çünki köşklərin mülkiyyətçisi bir strukturdur, onun işçiləri kimə tabedir, məlum deyil, qəzetləri ora daşıyan isə tamam başqa bir strukturdur. Yəni qəzeti köşkə çatdıranlar nə köşkdə çalışanlara söz deyə bilər, nə qəzet satışına nəzarət edə bilər, nə də mülkiyyətçiyə ağzını açıb kəlmə söyləyə bilməz. Çünki nəhayət, böyük çalışmalardan və hay-küydən sonra məlum oldu, mülkiyyətçi guya Bakı Şəhər İcra Hakimiyyətidir. O köşklərə qəzet çatdıran adi bir redaksiya -  “Əks-səda” redaksiyası şəhər icra hakimiyyətinə nə deyə bilər? 


Jurnalist Rauf Mirqədirovu çox ağır ittihamla həbs ediblər. Mətbuat Şurasının cınqırı da çıxmır. Daha sonra 24 illik tarixi olan ilk müstəqil qəzetlərdən biri və ilk rusdilli müstəqil qəzet “Zerkalo” bağlanmaq təhlükəsindədir, dövriliyini azaltdı və mümkündür ki, ümumiyyətlə bağlanaq. Mətbuat Şurasının bundan xəbəri var, yenə də səs-səmiri çıxmır” 


Heç nə. Ona görə bu problemlər hələ də həll olunmayıb. Yerdə qalan yayım şirkətlərinə gəldikdə, əl yayımı yoxdur, metoda “Metroservis”in fəaliyyəti dayandırıldı, “Qaya” şirkəti neçə illərdir mübarizə aparır, amma onun qol-budağını kəsiblər. O, bizə lazım olan tirajı sata bilməz, bilmir də. Məsələ belədir... Bir az uzağa getsək, 150 min tirajla çıxan qəzetlər indi 2 min, 3 min, uzaqbaşı 5 min tirajla çıxsa, papağını göyə atar. Reklama gəldikdə, bizdə rəqabət şəraiti yoxdur. Çünki müəssisələrin böyük əksəriyyəti bir əldə toplanıb, inhisardır. 

Bütün dünyada, o cümlədən bizdə inhisara qarşı qanun var. Bizdə qanun var, işlədən yoxdur, müəssisələr var, kimə məxsus olması məlum deyil, məmurların bizneslə məşğul olması qadağan olunduğu halda, məşğuldur. Məmur bizneslə məşğuldursa və bütün biznes onun oturduğu kürsünün və yediyi çörəyin əleyhinə gedə bilməz. Ona görə də əgər kimsə onların nəzərincə, müəyyən qədər cızığından çıxırsa, deməli ona reklam vermək təhlükəlidir, lazım deyil. Hərçənd Azərbaycan maliyyə baxımından çox zəngin bir ölkədir. İyirmi dörd illik tarixi olan bir qəzetin redaktoru kimi mən bu məsələlər barədə danışmamalıydım və mənim belə bir problemim olmamalı idi, amma var.

- Amma sizin rəhbərlik etdiyiniz qəzetlər yaxın vaxtlara qədər reklam sarıdan korluq çəkməyən qəzetlər idi. Birdən-birə nə baş verdi?

- Yaxşı sualdır. İki-üç il bundan əvvəl hələ bu qədər inhisarlaşma, biznesin siyasiləşməsi baş verməmişdi. Və görünür, mən də bir o qədər cızığımdan çıxmamışdım. İndi yəqin cızığımdan çıxmışam, ona görə də bu məsələlər bu həddə gəlib çatıb. 

- KİV DF də yardımını dayandırdı. Bu məsələni necə tənzimləmək olar, şikayət verə bilərsiniz?


“Aprelin 4-də, Rauf mənə xəbər edəndə ki, akkreditasiyasını ləğv edirlər, mən buradakı Türkiyə səfirliyinə yazılı şəkildə müraciət etdim. Səfirlikdən də Mətbuat Şurası kimi heç bir səs-səmir çıxmadı” 


- Yox. KİV DF-dən mən heç bir şikayət edə bilmərəm, özüm də istəmərəm. Müqaviləyə əsasən, mən gündəlik çıxmaq şərti ilə ayda səhifə 20 yazı verməli idim. Mən artıq KİV DF-nin bizə hər ay ayırdığı on minin hesabına belə qəzetin xərclərini ödəyə bilmədiyimçün keçdim həftəlik formata və müqavilənin şərtlərini pozmuş oldum. Mən məktubla müraciət etmişdim ki, həftəlik qəzetə uyğun şəkildə yardım verərsinizsə, çox sağ olun, verməzsinizsə də. Mətbuat Şurası məsələsinə gəldikdə isə, bu qurumdan umacağım vardı...

- Mətbuat Şurasının təsisçilərindən biri idiniz. İllər boyu onun qəzetlərə münasibəti sizi qane etmişdimi ki, qurumdan çıxmırdınız? 

- Mənim ən böyük səhvim görünür, ondan ibarət oldu ki, 2008-ci ildə MŞ-nin nizamnaməsinə dəyişiklik edilməsinə etiraz etmədim. Nizamnaməyə görə, iki müddətdən artıq sədr olmaq olmazdı. O zaman mən dərinə getmədim, liberallıq etdim və indi başa düşürəm ki, böyük səhv etdim, boynuma alıram. Bəlkə də ən böyük səhvlərdən birini etmişəm. Bir insan bir vəzifədə çox oturmamalıdır. Amma söhbət burada təkcə o qurumun başında kiminsə durub-durmamağından getmir. Söhbət ümumiyyətlə qurumun fəaliyyətinin və bu vəziyyətə düşməsinin məni qane etməməsidir. Qurum maddi cəhətdən yaxşı təmin olundu, ofis verildi. İlk illərdə heç kim kömək etmirdi, balaca otaqda işləyirdi qurum və əla işləyirdi. Monitorinqlər keçirirdik, nəticəsində özümüzün qurultayda qəbul etdiyimiz peşə etikası kodeksini tənzimləyirdik, cızığından çıxan, kodeksi pozan qəzetlərin səhvləri bənd-bənd göstərilirdi. 


“Qardaş bildiyim Türkiyə bütün beynəlxalq qanunları pozdu, Raufu oradan çıxardanda. Onu deportasiya etməyə heç bir hüquqi əsasları yox idi. Qanunsuz olaraq, avtobusu dayandıraraq endirirlər, yoldaşını gecənin yarısı balaca uşaqla atdılar küçəyə, özünü də naməlum istiqamətə apardılar. Sanki “Qurdlar vadisi Pusu”dur. Ondan sonra da onu deportasiya etdilər ki, viza qanununu pozursan. Yalandır, düzgün deyil!” 


Qəzetlər ona uyğun fəaliyyətlərini tənzimləyirdilər, özlərini yığışdırırdılar, yalandan şayiə əsasında yazı yazmırdılar. Bütün bu artıq dayanıb, yoxdur. Şikayətlər gəlir quruma, o da icra başçılarından, bələdiyyə sədrlərindən. Reket jurnalistikası deyilən bir şey ortalığa çıxartmışıq özümüz, hamı reketçiliklə məşğul olur, onunla mübarizə aparırıq, qara siyahı yaratmışıq. Əslində hüquqi cəhətdən Mətbuat Şurasının reket qəzetlərlə bağlı qara siyahı tərtib etməyə ixtiyarı yoxdur. Bu, sadəcə olaraq ictimai qınaq məsələsi var, bunun heç bir hüquqi qüvvəsi olmamalıdır.

 Söhbət ondan gedir ki, Mətbuat Şurası Azərbaycanın əməkdar jurnalisti, ölkənin ən güclü jurnalistlərindən biri, siyasi icmalçısı, Qarabağ problemini yaxşı bilənlərdən biri, jurnalist Rauf Mirqədirovu çox ağır ittihamla həbs ediblər. Mətbuat Şurasının cınqırı da çıxmır. Daha sonra 24 illik tarixi olan ilk müstəqil qəzetlərdən biri və ilk rusdilli müstəqil qəzet “Zerkalo” bağlanmaq təhlükəsindədir, dövriliyini azaltdı və mümkündür ki, ümumiyyətlə bağlanaq. Mətbuat Şurasının bundan xəbəri var, yenə də səs-səmiri çıxmır. Yəni heç olmasa, mənə zəng vurub maraqlanmaq olardı ki, bəs nə baş verir, bəlkə bizim bir köməyimiz dəyə bilər, gəl oturaq məsələni araşdıraq, lazımdırsa müəyyən məqamlara yenə də müraciət edək. Amma 24 illik, müstəqillikdən də artıq tarixi olan bir qəzetin bağlanması yaxşı deyil, gəl oturaq məsləhətləşək. Yoxdur bu. Heç olmasa, ictimaiyyət üçün bir açıqlama vermək olardı ki, Rauf Mirqədirovun həbsi bizi Mətbuat Şurası olaraq təəssüfləndirir.     

- Siz bunu təklif etdinizmi?

- Mən niyə təklif etməliyəm? Heç olmasa, deməli idilər ki, bəli, biz “Zerkalo” qəzetinin belə vəziyyətə düşməyindən nə bilim, əndişələnmişik və çalışacağıq bu məsələ ilə maraqlanaq. Heç nə yoxdur. Bir həftə əvvəl Mətbuat Şurasına çıxmaq üçün ərizə yazmışam, səs çıxmır. Mən onların səs çıxartmağını da daha istəmirəm, lazım deyil mənə. Qərarımı vermişəm, çıxmışam, bitdi. Sadəcə olaraq, belə düşünürəm ki, bir qəzet olaraq taleyimiz yaratdığımız qurumu narahat etmirsə, belə qurumda təmsil olunmaq lüzumsuzdur artıq, heç bir əhəmiyyəti yoxdur.  

- Belə çıxmırmı ki, indiyə qədər bir qəzet redaktoru olaraq, vətəndaş olaraq ölkədə qüsurlu da olsa demokratiyanın, söz azadlığının olduğuna ümid edirsiniz. Amma indi ümidləriniz sınıb?

- Bilirsiniz, azadlığı heç kim gətirib nimçədə təqdim etmir. Bunun uğrunda müəyyən mənada çarpışmaq lazımdır. İş orasındadır ki, mən demək istədiyimi deyirəm. Sizin qəzet də, “Azadlıq” da yazır, amma öz sözünü demək istəyənlərin və deyənlərin çərçivəsi çox məhduddur, dairəsi çox azdır. Bir-iki şəxsdən başqa yoxdur. Söz azadlığının olması ondan irəli gəlir ki, mənim ağzımı heç kim yummur, yazdığımı yazıram, dediyimi deyirəm. Amma bundan sonra cəzamı da alıram. Müxtəlif şəkillərdə olur və qəzetin indiki vəziyyəti buna sübutdur. Amma söhbət ondan gedir ki, mən əgər peşəkarcasına bir işlə məşğulamsa, öz işimi düzgün yerinə yetirməliyəm. Yox, əgər yetirə bilmirəmsə, qələmimi yerə qoyub çıxıb gedib başqa işlə məşğul olmalıyam. Mən dediklərimi demişəm, bəlkə bir o qədər açıq deməmişəm, həddindən artıq intilligentcəsinə demişəm, misallar çəkə-çəkə, bədii ədəbiyyata müraciət edərək demişəm. Məsələ belədir. Bu mənada mən sərbəstəm və məni cəzalandıranlar da, bunu istəyənlər də bu hərəkətlərində sərbəstdirlər. Nəticədə nə olacaq, başqa məsələdir. 

- Redaksiyada ixtisarların olduğu bildirilir. Qəzet nə qədər işçisini itirdi? 

- Təxminən iki il bundan əvvəl 143 ştatda olan işçi var idi, əməkdaşlıq edənlər daha çox olardı. İndi təxminən 37 nəfər qalıb, bəlkə də daha az. Mirqədirov kimi bir jurnalist çox zəngin biri olmalı idi, zəngin bir vətəndaş olmalı idi. Mən ona ürəyimdən keçərdi ki, ayda bir on min manat məvacib verim. Verə bilmirəm, imkanlarım xaricindədir. Bu baxımdan, digərlərinə də ürəyimdən gələn və onların normal, yaxşı yaşamasını təmin edəcək qədər məvacib verə bilmirəm. Buna görə bir çox jurnalistlər, ümumiyyətlə, jurnalistikadan da getdilər; dövlət qurumlarına keçdilər, tənqid etdikləri işlərlə indi özləri də məşğuldur; başqa mətbu orqanlara daha yaxşı məvacib olduğuna görə gedənlər də oldu. Mənim üçün ən ağır məqamlardan biri son həftə ərzində təxminən on-on beş adamın ixtisarıdır. Mən ixtisara düşən həmkarlarımın hamısına çox minnətdaram. Çünki hamısı vəziyyətin nə yerdə olduğunu anlayırdı və mənim bu addımı nə üçün atdığımı da başa düşdülər. Mənə uğur dilədilər. İndinin özündə bununla bağlı danışmaq mənən çətindir. Bir çoxları hətta söylədi ki, nə vaxt lazım olsa, kömək edə bilərlər. Yəni belədir vəziyyət.


“Söhbət ondan gedir ki, mən əgər peşəkarcasına bir işlə məşğulamsa, öz işimi düzgün yerinə yetirməliyəm. Yox, əgər yetirə bilmirəmsə, qələmimi yerə qoyub çıxıb gedib başqa işlə məşğul olmalıyam” 



- Belə iddialar var ki, sizi Rauf Mirqədirovun işi ilə bağlı hətta  MTN-də dindiriblər. Bu iddiaların nə dərəcədə əsası var?

- Əsası yoxdur. Məni dindiriblər, amma MTN-də yox. Baş Prokurorluğun Xüsusilə Ağır Cinayətlər üzrə İdarəsində. İstintaqı Baş Prokurorluq aparır. MTN dindirilmə işi ilə məşğul deyil, onlar təhqiqat aparır. Mənim dindirilməm də indi baş verməyib, iki həftə əvvəl olub. İki dəfə dindirilmişəm, ondan sonra da dilimdən yazılı iltizam vermişəm ki, nədən danışdığımı açıqlamayacam, bu, istintaqın sirri və qanunun tələbidir. 

- “Zerkalo” qəzeti barədə bəzi ekspertlər bildirirlər ki, bu, MDB məkanında yeganə rusdilli qəzetdir ki, o, Rusiyaya qarşı yazır. Ola bilərmi ki, son baş verən proseslərlə bağlıdır qəzetə qarşı təzyiqlər? Hər hansı bağlılıq görürsünüzmü?

- Yəni yeganə qəzet olduğundan xəbərim yoxdur, amma təxminən 6-7 il bundan əvvəl Rusdilli Qəzetlərin Ümumdünya Təşkilatı adlı bir qurumun tədbirində baş nazirin müavini Elçin Əfəndiyev bir söz dedi. O söz indiyəcən yadımdadır, düzgün yanaşma idi. O, dedi ki, siz elə bilməyin Azərbaycandakı rusdilli qəzetlər rus qəzetləridir, onlar Azərbaycan qəzetidir, sadəcə olaraq dilləri rus dilidir. Biz ta əvvəldən Azərbaycan qəzeti olmuşuq. Dilin də burada rolu ondan ibarətdir ki, mən buna biznes kimi yanaşmışam, sabah ölkədə rus dilində qəzet oxuyan tapılmasa, buna görə qəzeti bağlayacam. Rus dilli qəzet ölkə sərhədlərindən kənarda da oxunur. Dağlıq Qarabağ məsələsində çox sərt və sanballı mükalimələrə girə bilirdik;  bu, Mirqədirovun yazıları vasitəsi ilə mümkün olurdu. Rauf Mirqədirovun bu məsələdə mövqeyi nə indiki Ermənistan hakimiyyətinin xoşuna gəlirdi, nə Rusiya rəhbərliyinin xoşuna gəlirdi, indiyədək də gəlmir.  
 
- Azərbaycan hakimiyyəti ilə vəziyyət necə idi?

- Azərbaycan hakimiyyətində də görünür, kimlərinsə heç xoşuna gəlmirmiş. Heç bilmirəm kimdir, ehtimalla danışmaq da mümkün deyil. Nəticədə də qardaş bildiyim Türkiyə hakimiyyətinin də xoşuna gəlməyən məqamlar vardı. Çünki ilk olaraq bütün beynəlxalq qanunları Türkiyə pozdu, Raufu Türkiyədən çıxardanda. Onu deportasiya etməyə heç bir hüquqi əsasları yox idi. Onu qanunsuz olaraq, avtobusu dayandıraraq endirirlər, yoldaşını gecənin yarısı balaca uşaqla atdılar küçəyə, özünü də naməlum istiqamətə apardılar. Sanki “Qurdlar vadisi Pusu”dur. Ondan sonra da onu deportasiya etdilər ki, viza qanununu pozursan. Yalandır, düzgün deyil. Əslində onu ekstradisiya etdilər və bu qanunları da pozdular. Çünki heç bir cinayət işi açılmamışdı və buradan heç bir rəsmi diləkçə göndərilməmişdi. Göndərilsə belə, onların Raufu tutub məhkəməsiz bura yollamaları tamamilə qanunsuzluqdur, ən böyük qanunsuzluqdur. Aprelin 4-də, Rauf mənə xəbər edəndə ki, akkreditasiyasını ləğv edirlər, mən buradakı Türkiyə səfirliyinə yazılı şəkildə müraciət etdim. Səfirlikdən də Mətbuat Şurası kimi heç bir səs-səmir çıxmadı. Belə düşünürəm ki, heç olmasa, diplomatik etika xatirinə bir cümlə yaza bilərdilər ki, məktubunuzu aldıq, çalışarıq araşdıraq. O da olmadı. Yəni tam saymazyanalıq... Bunlar adamın ürəyini bulandıran faktlardır. Sonra da bizimkilər burada öz işlərini gördülər. Bütün proseslər belə gedirdi.

- Son olaraq, media kapitanı kimi ölkədəki yazılı medianın yaxın gələcəkdəki durumu barədə hansı proqnozu verə bilərsiniz?

- Yazılı media deyəndə, mən bu saat deyim ki, vəziyyət pisdir, deyəcəklər Elçin Şıxlı yalan deyir, çünki dörd mindən artıq qəzet var. Allah xeyir versin. Mənim fikrim Allah xeyir versindir, nə deyim mən? Fikrim odur ki, tezliklə ölkədə deyəsən əhalidən çox qəzet olacaq. Amma ortalıqda heç nə yoxdur...

Musavat.com
Oxşar xəbərlər
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 08:16
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?