Rafael Cəbrayılov: “Ömürlük azadlıqdan məhrumetmənin alternativi 15 il ola bilməz”
Oxunub: 2336
21 May 2014 | 15:23
Rafael Cəbrayılov: “Ömürlük azadlıqdan məhrumetmənin alternativi 15 il ola bilməz”

Moderator.az millət vəkili Rafael Cəbrayılovun Gün.Az-a müsahibəsini təqdim edir:

 

- Rafael müəllim, sizin də üzv olduğunuz parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 19-da keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında” Saziş ətrafında yaranmış söz-söhbətlərə, yəni, qanunsuz miqrasiya adı altında Azərbaycandan bəzi Qərb ölkələrinə bu və ya digər səbəblərdən köç etmiş şəxslərin Azərbaycana qaytarılıb gətiriləcəyi, yaxud da, mühacirət etmək niyyətində olan insanların qarşısının önlənəcəyi, təqibi olunacağı barədə yer alan iddialara münasibətiniz necədir, bu iddialar nə dərəcədə əsaslıdır?

 

 - Bilirsiniz, mətbuata açıqlamamda da qeyd etdiyim kimi, burada söhbət siyasi mühacirətdən getmir. Söhbət yalnız qanunsuz miqrasiyanın qarşısının alınmasından  və yaxud da, qanunsuz başqa bir ölkəyə gedən insanın, fərdin  həmin ölkənin hesabına geri qaytarılmasından gedir.

Yəni, dünyada gedən inteqrasiya, qloballaşma proseslərinin fonunda belə bir sifarişin qəbul olunması normal bir haldır. İnteqrasiya deyir ki, bəli, bunlar bir-birinə inteqrasiya olunmalıdır, amma bu, qanun çərçivəsində olmalıdır. Belə olan halda, indi bu cür düşünmək, məsələni başqa yerə yozmaq düzgün deyil.

Komitəmizin iclasında da heç kimin ağlına gəlməzdi və gəlməyib də ki, belə bir şey düşünülsün. Söhbət inteqrasiyadan gedir. Bu gün bütün dünya bu istiqamətdə çalışır ki, xalqlar bir-birinə inteqrasiya olunsun, amma bu, qanun çərçivəsində, miqrasiya qanunvericiliyinə riayət olunması çərçivəsində olsun. Yəni, bu vətəndaşlar öz ölkələrinə qayıdanda qanunsuz miqrasiyadan əziyyət çəkən dövlət bir daha maddi ziyana düşməsin. Söhbət bundan gedir. İndi axı, nəyə görə məsələ siyasi baxımdan anlaşılsın ki?

 

“Əsassız iddialar səsləndirmək sadəcə, siyasi səbatsızlıqdır”

 

 - Ancaq bəziləri belə düşünür ki, qanunsuz miqrasiya adı altında “siyasi mühacir ovu”na başlanıla bilər...

 

  - Qətiyyən, mən ümumiyyətlə, bu cür düşünənlərin tamamilə əleyhinəyəm. Əgər onlar belə düşünürdülərsə, o boyda Miqrasiya Məcəlləsi qəbul etmişdik, həmin müddəalar orda da var idi, onda niyə o barədə düşünmürdülər?

 

 Ã–zü də bir neçə ölkə var ki, ümumiyyətlə, heç bu sazişə qoşulmayıb. Məsələn, Böyük Britaniya Krallığı buna qoşulmayıb, Danimarka qeyd-şərtlə qoşulub. Yəni, indi heç bir səbəb olmadan bu cür düşünmək, əsassız iddialar səsləndirmək sadəcə, siyasi səbatsızlıqdır.

 

“Qanunsuz miqrasiyadan elə ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır”

 

 - Qanunsuz miqrasiyadan söz düşmüşkən, məlum sazişə qoşulmaq Azərbaycanın bu məsələdə üzləşdiyi problemlərin həllinə öz  müsbət təsirini  göstərəcəkmi?

 

 - Bildiyiniz kimi, qanunsuz miqrasiyadan elə ən çox əziyyət çəkən dövlətlərdən biri də Azərbaycandır. Bu gün Azərbaycanda sürətli inkişaf var, iqtisadiyyat güclənir, deməli, burada pul qazanmaq imkanları da artır. Ona görə baxın-görün Şərq ölkələrindən nə qədər Azərbaycana gəlib geri qayıtmaq istəməyən insanlar var. Yəni, nəticədə də Azərbaycan özü bundan əziyyət çəkir. Ona görə həmin sazişlə bağlı bir təklif etdim və komitəmiz də qərar qəbul etdi ki, bu məsələ Xarici İşlər Nazirliyi (XİN) ilə razılaşdırılsın, yəni, biz həmin sazişə öz qeyd-şərtimizlə qoşulaq...

 

 “Dağlıq Qarabağ ərazisindəki Azərbaycan vətəndaşları hansı ki, erməni olsalar belə, Azərbaycan dövləti onlara görə hansısa bir hüquqi məsuliyyət daşıya bilməz”

 

 

- Nəyə görə?

 

 - Torpaqlarımızın 20 faizi işğal olunub. Dağlıq Qarabağ ərazisindəki Azərbaycan vətəndaşları hansı ki, erməni olsalar belə, Azərbaycan dövləti onlara görə hansısa bir hüquqi məsuliyyət daşıya bilməz. Onların geri qaytarılması və yaxud da onların Azərbaycana geri qaytarılması məsələsində Azərbaycan iştirak edə bilməz. Çünki bu gün həmin işğal altında olan ərazilərimiz Azərbaycanın faktiki yurisdiksiyasından çıxarılmış ərazilərdir. Ona görə belə bir təklif irəli sürdüm və komitə də qərar çıxartdı ki, bəli, XİN-lə bu məsələ araşdırılsın və yalnız bundan sonra biz qeyd-şərtlə həmin sazişə qoşulaq...

 

“Ömürlük azadlıqdan məhrumetmənin alternativi 15 il ola bilməz”

 

 - Yeri gəlmişkən, komitənizin həmin iclasında Cinayət Məcəlləsi və digər məcəllələrə bir sıra vacib dəyişiklikləri nəzərdə tutan qanun layihələri də müzakirə olunub. Məsələn, zorlamaya görə cəzaların, sanksiyaların ağırlaşdırılması və sairə ilə bağlı cinayət qanunvericiliyinə bir sıra vacib dəyişikliklərin edilməsi təklif olunur. Bu barədə nə deyərdiniz?

 

 - Burada söhbət əsasən dövlət, cəmiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərə görə sanksiyaların sərtləşdirilməsindən gedir. Ümumiyyətlə, bu yöndə fikirlər, təkliflər uzun illərdi vardı və mən özüm də çıxışımda bunu dedim.

 

 Dedim ki, Azərbaycan dövləti müstəqilliyini bərpa edəndən sonra bütün hüquq sistemi yenidən dəyişildi. Çünki bu da təbii bir hal idi. Azərbaycan daban-dabana zidd bir ictimai-iqtisadi formasiyadan digərinə keçirdi. Həmçinin dedim ki, əgər cinayət qanunvericiliyinə də fikir versək, görərik ki, maddələrin hüquq normalarına dispozisiya hissələri dəyişildi, amma sanksiya hissələrində elə bir ciddi dəyişiklik olmadı. Yalnız ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmasından başqa.

Ümumiyyətlə, həmişə deyirdim ki, adam öldürməyə görə cəza 15 ilə qədər azadlıqdan məhrumetmə ilə yekunlaşa bilməz, daha doğrusu, ömürlük azadlıqdan məhrumetmənin alternativi 15 il ola bilməz. 15 il çox azdır.

 Bu da ona görədir ki, bizdə cinayətlərin məcmusu qaydasında yekun cəzanın hesablanmasının iki üsulu var - ağır cəzanın daha yüngül cəzanı özündə ehtiva etməsi yolu ilə, bir də cəzaların tamamilə və ya qismən toplanması yolu ilə. Yəni, bizdə arifmetik qayda da hesablama yoxdur. Məsələn, bir insanın üzərində 7 dənə maddəsi də olsa, arifmetik qaydada o cəzalar hər bir cinayət üzrə cəza bir-birinin üstünə gəlməyəcək.

Çünki bu qayda bizdə yoxdur və mən həmişə tərəfdarı olmuşam ki, cəzaların arifmetik qaydada hesablanması Azərbaycan cinayət qanunvericiliyinə gətirmək lazımdır.

 

“5 il yarımdan sonra qəsdən adam öldürən insan azadlığa çıxsın? Bu, absurddur!”

 

 Amma burada edilməsi nəzərdə tutulan son dəyişikliklərdə də söhbət ondan gedir ki, 15 il 20 illə əvəzlənir. Bizdə artıq azadlıqdan məhrumetmənin yuxarı həddi 20 il olacaq. Amma onların toplanması məsələsində bu müddət 25 ildən, 20 ildən artıq olmayacaq. Mən çıxışımda da dedim, indi də demək istəyirəm və bunu bütün hüquqşünaslar da yaxşı bilir ki, sadə adam öldürmə deyilən bir anlayış var. Yəni, qısqanclıq niyyəti ilə adam öldürmə, qisas almaq məqsədilə adam öldürmə, bunlar sadə adam öldürmədi.

Burada da 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə var. Əgər insanın, cinayətkarın şəxsiyyəti müsbətdirsə, ilk dəfədir cinayət törədirsə və yaxud da qanunda sadalanan yüngülləşdirici hallar varsa, məhkəmə ona 7 il həbs verəcək.

Yəni, 7 il də o deməkdir ki, cinayət qanunvericiliyində cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə müddəasını tətbiq etsən, bu 7 ilin dörddə üç hissəsini oturandan sonra həmin şəxs azadlığa çıxa biləcək. Bu da təxminən 5 il yarımdır. 5 il yarımdan sonra qəsdən adam öldürən insan azadlığa çıxsın? Bu, absurddur. Düzdür, biz həmin sanksiyanı 9 ildən 14 ilə qədər artırdıq, amma deyərdim, o da azdır.

 

“Bəzi ölkələr var ki, bir dənə sadə adam öldürməyə görə ömürlük həbs cəzası verirlər”

 

 - Sizin təklifiniz nədir bəs?

 

 - Sanksiyaları artırmaq lazımdır. Söhbət adam öldürməkdən gedir. Bəzi ölkələr var ki, bir dənə sadə adam öldürməyə görə ömürlük həbs cəzası verirlər. 9 il nədir ki?

 

 7 ildən sonra bu adam özünü yaxşı aparacaq, çıxacaq bayıra. Bu, absurddur. Mən orada da dedim ki, qəribə bir tendensiya gedir. Yəni, belə demək mümkünsə, humanizm hissinin inkişaf tendensiyası düzgün istiqamətdədir. Humanizm deyəndə yalnız həbs yerlərində azadlıqdan məhrumetmə qismində cəza çəkən insanlar gözümüzün qabağına gəlir, amma zərərçəkən deyilən bir insan gözümüzün qabağına gəlmir. Halbuki, dövlət üçün daha qiymətli vətəndaş odur. Ona böyük bir yara vurulub, həm maddi, həm mənəvi baxımından.

O, bir əzizini itirib, ona elə bir ziyan vurulub ki, onun bərpası heç vaxt mümkün deyil. Amma biz onun hüquqlarını düşünmürük. Bəli, biz qanunu tapdalayan, qanunu heçə sayan, başqasına bax o cür formada - həm maddi, həm mənəvi ziyan vuran insanı humanizm hissinə tuş gətiririk. Bu, nə dərəcədə düzdür?

Bu baxımdan düşünürəm ki, ümumiyyətlə, insanlarda bəzi məsələlərə münasibət dəyişdiyi kimi, toplumda bu cür insani dəyərlərə də artıq münasibət dəyişib. Yenə deyirəm, söhbət cinayətkardan, adam öldürəndən gedir, qəsdən adam öldürəndən gedir, həmçinin, sadə adam öldürmədən başqa ağırlaşdırıcı hallarda adam öldürmə var. Tamah məqsədilə adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə, hamilə olan qadını öldürmə, iki və daha artıq şəxsi öldürmə, ümumi təhlükəli üsulla adam öldürmə. Baxın, görün nə qədər var? Buna görə cəmi 15 il həbs? Və yaxud da götürüb uşağı valideynlərinin yanında, valideyni uşaqların yanında öldürür, indi buna görə 15 il həbs? Bu, düzdürmü?

 

“İqtisadi cinayətlərə görə azadlıqdan məhrumetməni sərtləşdirmək düzgün deyil”

 

 Ona görə bu fikirdəyəm ki, bu yöndə sanksiyaları, cəzaları sərtləşdirmək lazımdır. Amma məsələn, iqtisadi cinayətlərə görə azadlıqdan məhrumetməni sərtləşdirmək düzgün deyil. İqtisadi cinayətə görə iqtisadi sanksiyaları sərtləşdirmək lazımdır. Qoy onun cəriməsi olsun bir milyon. Bu, heç də pis deyil. Ancaq ona görə azadlıqdan məhrumetmənin sərtləşdirilməsinin tərəfdarı deyiləm. Amma o şey ki insan həyatına qəsdən gedir, burada birmənalı şəkildə ciddi cəza nəzərdə tutulmalıdır.


Oxşar xəbərlər
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
03 May 2024 | 11:05
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
03 May 2024 | 11:04
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 10:42
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
03 May 2024 | 10:50
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
03 May 2024 | 10:40
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
03 May 2024 | 10:45
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
03 May 2024 | 10:56
İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 | 10:55
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
03 May 2024 | 10:54
Bərdədə kişi intihar edib
03 May 2024 | 11:05
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
03 May 2024 | 11:04
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO