Müasir dövrün Nəsimisi...
Oxunub: 7326
04 Apr 2014 | 17:12
Müasir dövrün Nəsimisi...
İki il bundan öncə haqq dünyasına qovuşan Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olan, fəlsəfə-muğam üzrə tədqiqatçı Yavər Hüseynbəylinin vəfatından bəhs etmək, onu tanıyan dostları və sevənləri üçün bu acını yaşamaq olduqca ağırdır. Çünki Yavər Hüseynbəyli mükəmməl biliyə malik insan olmaqla yanaşı, həm də gözəl dost, ruhu təmiz bir sirdaşımız idi.
Müxtəlif mövzular ətrafında Yavər bəylə söhbət aparmaq insana zövq verirdi və üstəlik, onunla söhbət etməkdən doymaq olmurdu. İnsan onunla söhbət edərkən zamanın dayanmasını istəyirdi. Məhz belə keyfiyyətlərə malik olan insanın haqq dünyasına qovuşması dostları üçün ağır itkidir.
Təkcə özünün rəhbəri olduğu "Çahargah" Ailəvi İstirahət Mərkəzi dünya azərbaycanlılarının sevimli ocağı sayılırdı. Xaricdən gələn yüzlərlə soydaşımız Çahargah" Ailəvi İstirahət Mərkəzini ziyarət etməyi özünə mənəvi borc sayar və onunla müxtəlif mövuzlar ətrafında söhbətlər aparardılar. Onun vəfat xəbəri ilə bağlı dünyanın müxtəlif yerlərində yaşayan onlarla soydaşımız mənə yazdıqları elektron məktublarında Yavər bəyin ölüm xəbərinə inana bilmədiklərini qeyd edirdilər. Bu onu göstərir ki, Yavər bəy sağlığında rəhmət qazanan insanlardan idi.
Nə etmək olar, ölüm haqdan gələn hökmdür. Bir gün yaranan bir insan, bir gün də bu dünyadan köçməlidir. Əsas odur ki, hər bir insan yaşadığı boyu bu dünyada gözəl və əməlisaleh işlər görməli, torpağını sevməli və ona bağlı olmalıdır. Sadalığımız bu amillər mərhum dostumuz Yavər bəy şəxsiyyətində birləşmişdi.
Belə vətənpərvər insanlarımız hər zaman xatırlanmalı və onlardan nələrsə öyrənməliyik. Onu da əlavə edək ki, mərhum Yavər Hüseynbəyi vəfatından bir neçə gün əvvəl "Təzadlar" qəzetinə Nəsimi fəlsəfəsi, Hürufilik mövzusunda müsahibə vermişdi. Çox təəssüflər ki, belə ziyalı insanımız həyatdan çox tez köçdü...
Beləliklə, mərhumun yaxın dostu, tanınmış qəzəlxan-şair Arif Buzovnalı ilə Yavər Hüseynbəyli şəxsiyyəti haqda etdiyimiz söhbəti oxucularına təqdim edirik:

- Arif bəy, bu günlərdə haqq dünyasına qovuşan fəlsəfə üzrə tədqiqatçı Yavər Hüseynbəyli şəxsiyyəti haqqında nə deyə bilərsiniz?

- Əvvəla, çox əfsus ki, bu əvəzsiz insan barəsində keçmiş zamanda danışmalı oluruq. Yavər Hüseynbəyli mənim aləmimdə bir mədəniyyət meyarı idi. İstər mədəniyyət tariximizin bilicisi kimi, istərsə onun daşıyıcı kimi. Böyük ziyalı bir nəsildən gəlməsi ilə yanaşı, eyni zamanda dərin savada və analitik təfəkkürə malik insan idi. Şəxsiyyəti bəşəri dəyərlər formalaşdırır, kifayət qədər millətçi və vətənpərvər olmasına baxmayaraq, geniş dünyagörüşü onu ümumbəşəri dəyərlərin təbliğatçısına, mənəviyyat carçısına çevirmişdi.
Son bir ildə Yavər bəy sanki fiziki dünyadan kənarda mövcud idi. Günü Nəsimi, Füzulu yaradıcılığını oxumaq və onarı dərindən öyrənməklə keçirdi. Mənimlə qızğın ədəbi mübahisələri olurdu. Bəzən saatlarla bir mövzunu incələyirdik, doymurdu, usanmırdı, nəsə axtarırdı. Texniki elmləri yüksək səviyyədə bilirdi. Bəlkə elə bu səbəbdən ədəbiyyata fərqli baxmağa cəhd edirdi. Yanaşmaları daha zərif, daha ölçülü idi. Elə bil illərlə içində sıxıb saxladığı, üzə çıxmasına mane olduğu bir istedadı vulkan kimi püskürməyə başlamışdı. Demək olar ki, hər gün bir qəzəli uzun-uzadı şərh edir, təhlil edir, fikir soruşur, sonra isə həmin şeiri hissiyyatında qəbul etdiyi kimi musiqi üzərinə köçürürdü. Heyrətamiz səsi, özünəməxsus yorumu vardı. Hər səsyazmadan sonra mənə dinlədirdi və gözünü qırpmadan üzümə baxaraq sanki gizlətmək istədiklərimi də oxumaq istəyirdi. Seçdiyi şeirlər də adətən qəmgin olardı. Optimist kimi tanıdığımız, heç vaxt hissə qapılmadan soyuqqanlı və nikbin proqnozlar verən Yavər bəy şeirlərdə dünyadan doymuş, bezmiş çirkinliklərə, ədalətsizliklərə qarşı hayqıran bir Nəsimiyə çevrilirdi. Məncə, Yavər bəy müasir dövrün Nəsimisi idi.

- Onun muğama belə bağlı olması ilə nə ilə əlaqədar idi?

- İçinə qapalı bir insan idi, amma zahirən belə idi. Əslində o demək istədiklərini şeirlərlə, muğamlarla deyirdi. Muğam onun üçün özünü realizə idi. Üsyankar ruhunu muğam sakitləşdirirdi. Bir xanəndə muğamın qəzəlini səhv desəydi, ya qəzəli yarımçıq desəydi, özünəməxsus təbəssümü ilə etirazını bildirərdi, köks oturub baş yellədərdi. Muğamda min il əvvəl dünyadan getmişlərlə sanki əlaqə yaradırdı, musiqi onunçün zamanlararası rabitə idi. Sazı çox sevirdi, təbii ki, saz havalarını da. Musiqi Yavər bəyin dərdböləni idi. Fikri var idi ki, bir muğam və poeziya klubu yaratsın. Layihəni beynində formalaşdırmışdı, ən böyük arzusu onu gerçələşdirmək idi.
Təəssüf ki, bu mümkün olmadı, təkcə onunçün deyil, hələ də qəzəlləri və dolayı yolla muğamları şikəst edən xanəndələri, başqa cür desək, Azərbaycanın musiqi mədəniyyəti üçün vacib idi.

- Vəfatından bir neçə gün öncə Güney Azərbaycan Televiziyasında "Milli şüurun inkişafında incəsənətin rolu" mövzusunda maraqlı çıxış etmişdi. 2 saata yaxın çəkən verilişdə olduqca maraqlı yanaşmalar ortaya qoymuşdu. Sizcə, belə hərtərəfli dünyagörüşə malik insan nə üçün özünü ictimailəşdirmədi?

- O verilişə mən də baxdım, qürur duydum. Ortaya qoyduğu və həlli yollarını söylədiyi problemlər bu gün və gələcək üçün çox aktualdır. Verilişdən sonra zəngləşdik, təbrik etdim onu. Biz bir-birimizə "dostum" deyə müraciət edərdik. Mən də ona "əla idi, dostum" dedim. İki gün sonra dəhsətli xəbər...
Məncə, insan kamillik yoluna qədəm basmadan ictimai aləmə daxil ola bilməz. Yavər bəy böyük bir ömür yolu keçərək, təcrübə yığaraq, qazandıqlarını cəmiyyətə ötürmə metodlarını öyrənərək ictimailəşmək istəyirdi. Əslində o buna çoxdan hazır idi, amma həm məsuliyyətli, həm də təvazökarlığı bu prosesini geçikdirmişdi. Bir də Yavər bəy kimi böyük mədəniyyət və incə əxlaqı olanlar heç vaxt özünü gözə soxmaz, reklam etməz, güclə ictimailəşməz. Çox təəssüflər ki, Yavər bəy böyük potensialını ortaya qoyduğu vaxt əcələ rast gəldi. Bu, onu tanıyanlar üçün doğmasını itirmək qədər böyük itki oldu. Təsəllimiz budur ki, biz əsl insanı tanımışıq, onunla dostluq etmişik, onun təcrübəsindən faydalanmışıq. Ruhun şad olsun, dostum!
Elnur Eltürk

P.S. Bundan sonra Yavər bəyin özü tərəfindən "youtube" yüklədiyi yüzlərlə səsləndirdiyi qəzəl və şeirlərinə qulaq asdıqca onu xatırlayacağıq!


Oxşar xəbərlər
22:04, Bu gün
Britaniyalı boksçu ilk peşəkar döyüşünə çıxdı, rinqdə öldü
21:59, Bu gün
"İsveç öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır" - İsveç baş naziri
21:42, Bu gün
Zaxarova: “Ukraynalıların gələcəyi Qərbi qətiyyən maraqlandırmır”
21:36, Bu gün
Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:35, Bu gün
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
21:31, Bu gün
“Bizə qarşı çıxanların cavabını layiqincə verəcəyik”
21:02, Bu gün
Azərbaycanda 15 ildən sonra İLK: Güzdək Bozdağı palçıq vulkanı yenidən püskürdü
20:59, Bu gün
Rusiya mayın 9-da Kiyevdə dörd terror aktı hazırlayıb...
20:32, Bu gün
Əli Zülfüqaroğlu ƏHD Partiyası mətbuat xidmətinin rəhbəri təyin olunub
20:29, Bu gün
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini dəyişib
20:27, Bu gün
“Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI
20:24, Bu gün
Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası
20:22, Bu gün
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
20:08, Bu gün
Mədəniyyətimizin Məhəmməd Füzuli zirvəsi...-Tariximizə fərqli baxış...
20:07, Bu gün
Qurban Qurbanov: “Komandalarımızın maliyyə probləmləri var”
20:03, Bu gün
Qarabağ Universitetində bu ixtisaslar olacaq - TAM SİYAHI
19:55, Bu gün
Paşinyan Danimarkaya getdi
19:51, Bu gün
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
19:44, Bu gün
"Şoyqunun istefası Ukrayna savaşı üçün nə vəd edir?" - "The Times"
19:16, Bu gün
Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO
18:47, Bu gün
İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FOTO
18:35, Bu gün
Zaqatalada iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
18:30, Bu gün
Prezident İlham Əliyev: “Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur”
18:25, Bu gün
Sabah bu ərazilərdə su kəsiləcək
18:20, Bu gün
İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - YENİLƏNİB + FOTO
18:15, Bu gün
BDU-da Astana nümayəndələri ilə görüş keçirilib - FOTO
18:10, Bu gün
Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO
18:05, Bu gün
Ərdoğan Mitsotakislə görüşdü - FOTO
18:00, Bu gün
Hərbi Hava Qüvvələrində MAXE olmaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO
17:55, Bu gün
“Xarıbülbül” festivalı təkcə mədəni deyil, həm də siyasi cəhətdən yaddaqalan oldu - ŞƏRH + FOTO
17:53, Bu gün
Boksçularımız Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
17:50, Bu gün
Nəsibə Zeynalovanın heç yerdə görmədiyiniz şəkilləri - FOTO
17:45, Bu gün
Vahid Ələkbərov sərvətinin böyük hissəsini Rusiyadan çıxarıb: Gizli yerdə saxlayır
17:40, Bu gün
Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO
17:35, Bu gün
"Yaxşı maaş versəydilər, 4-5 yerdə işləməzdim" - Həmidə Ömərova
17:30, Bu gün
Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO
17:27, Bu gün
Son 165 ilin ən güclü maqnit qasırğası baş verib
17:25, Bu gün
Fransanın gecikən bəyanatı: Makron hökuməti geri çəkilir - ŞƏRH + FOTO
17:20, Bu gün
15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın
17:18, Bu gün
Güclü yağış iki rayonu birləşdirən yolu yararsız hala salıb - FOTOLAR
17:13, Bu gün
Azərbaycanda vəzifəli şəxsin məhkəməsi başlayır
17:09, Bu gün
Ərdoğan Mitsotakislə görüşdü
17:08, Bu gün
Çinin daha bir şəhərində "Azərbaycan Ticarət Evi" açılacaq
17:03, Bu gün
Şəhid qardaşı: "Onun nəşinin tapılması bizə böyük təskinlik oldu"
17:00, Bu gün
Naxçıvana maneəsiz gediş-gəliş təmin edilməlidir - ƏHD Partiyası
16:58, Bu gün
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
16:56, Bu gün
Şahdağa qar yağır - FAKTİKİ HAVA 
16:54, Bu gün
İrandan ölkəyə 61 kiloqram narkotik keçirməkdə şübhəli bilinən şəxslər həbs olundu - FOTO/VİDEO
16:50, Bu gün
Premyer Liqada nəfəskəsən mübarizə: Dörd klubun avrokubok şansları - TƏHLİL
16:45, Bu gün
Ağcabədidə 40 yaşlı kişi öldürüldü
16:40, Bu gün
Mariya Stadnikin atası vəfat etdi
16:35, Bu gün
Rəqəmsallaşmanın həll edə bilmədiyi növbə problemi
16:30, Bu gün
Saxta hərbi bilet satan şəxslərin işi MƏHKƏMƏDƏ
16:25, Bu gün
MİQ üzrə müsabiqəyə buraxılacaq bakalavr səviyyəsinə aid ixtisasların siyahısı müəyyənləşib - FOTO
16:20, Bu gün
Prezidentin Şuşadan etdiyi çağırışlar revanşist ermənilər üçün ciddi xəbərdarlıqdı...
16:15, Bu gün
Tehranın müsəlman qardaşlığı avantürası: İran islam dünyasını şantaj edir - ANALİZ + FOTO
16:07, Bu gün
"Rusiya terroruna yalnız konkret silahla cavab vermək olar..."
16:02, Bu gün
Erməni təbliğat maşınının əlaltıları: Adlar, faktlar... - VİDEO
15:57, Bu gün
Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:53, Bu gün
Mərkəzi Bankda YENİ TƏYİNAT
15:49, Bu gün
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar - FOTO
15:46, Bu gün
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
15:44, Bu gün
İmişlidə yanğın olub - VİDEO
15:40, Bu gün
Nəsimi Paşayevə ağır itki
15:36, Bu gün
Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - VİDEO
15:30, Bu gün
"Ermənistan tarixdən dərs çıxarmalı, onu silahlandıranların oyununun parçası olmamalıdır"
15:25, Bu gün
Arif Əsədov milli komandaya görə başqa təklifdən imtina edib
15:20, Bu gün
Assol Mirmanova: “Almatıdakı görüşdə təkcə sülh müqaviləsi müzakirə olunmayıb” - MÜSAHİBƏ
15:15, Bu gün
Dünyanın gözü onun üzərində: Türkiyənin yeni silahı heyran etdi
15:11, Bu gün
Şoyqu niyə Belousovla əvəzləndi? - Putinin sirli gedişinin şifrələri
15:07, Bu gün
“Qeyri-müəyyən cinsəllikdə, amma çox istedadlı...”
15:03, Bu gün
London və Vaşinqtonun İsrail ilə bağlı mövqeləri nə ilə fərqlənir? - "Sky News"
14:59, Bu gün
Dövlət qulluqçularının NƏZƏRİNƏ: Cavablar AÇIQLANDI
14:55, Bu gün
"Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli oldu
14:50, Bu gün
Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdüb - FOTO
14:45, Bu gün
Azərbaycan bayrağı və yüksək nümayəndə heyəti Kipr Türk Dövlətində - FOTO
14:40, Bu gün
Tanınmış meyxanaçıya AĞIR İTKİ
14:36, Bu gün
Bakıda obyekt sahibi qanunsuz ağac kəsiminə görə cəzalandırılacaq
14:32, Bu gün
COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək
14:28, Bu gün
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ
14:24, Bu gün
Bəzi qadınların maaşı artırıla bilər
14:20, Bu gün
İki azyaşlını vuran müğənni Zibanı hansı cəza gözləyir? - Vəkil danışdı
14:14, Bu gün
İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
14:09, Bu gün
Minimum əmək haqqı ilə bağlı şad xəbər
14:04, Bu gün
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat
13:59, Bu gün
Elnarə Abdullayevanın bu mahnını oxuması müzakirə YARATDI – VİDEO
13:53, Bu gün
İmişlidə Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi keçirilib - FOTO
13:48, Bu gün
“Belə yolda maşının 100 il də təmirə ehtiyacı olmaz...”- Söhbət  hansı yoldan gedir?..
13:46, Bu gün
Babək prospektində piyadanı maşın vurub - FOTO
13:42, Bu gün
Ötən ay bu məhsullar bahalaşıb
13:34, Bu gün
Göygöl rayonunda qanunsuz tikintinin qarşısı alındı - FOTO/VİDEO
13:29, Bu gün
Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi
13:25, Bu gün
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM
13:20, Bu gün
Azərbaycan I Liqasında VAR sistemindən istifadə olunacaq
13:15, Bu gün
Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
13:10, Bu gün
"Rusiyanın nüvə silahı Belarusda harada gizlədilib?" - "The New York Times" (VİDEO)
13:06, Bu gün
Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVA PROQNOZU
13:03, Bu gün
Prezident KOB-ların vahid reyestri haqqında Əsasnaməni təsdiq etdi
12:58, Bu gün
Əhməd Əhmədovla bağlı YENİ XƏBƏR - Ekspertiza rəyi... - YENİLƏNİB
12:55, Bu gün
Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir
GÜNLÜK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
08:55, Bu gün
Xocalıya köç başlayır: evlər bu tarixdə təhvil veriləcək - VİDEO
12 May 2024 | 23:56
Bakıda 15 yaşlı məktəbli bıçaqlandı
06:45, Bu gün
Prezident hökumətdən etirazçılara qarşı “repressiya və zorakılığa əl atmağa cəsarət etməməyi” tələb etdi...
10:57, Bu gün
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
09:49, Bu gün
Baytardan qorxunc XƏBƏRDARLIQ: “Bu toyuqlar insanda xərçəng yaradır”
08:00, Bu gün
Yaşayış binası vuruldu-Dağıntılar altından 14 nəfərin meyiti çıxarıldı
07:33, Bu gün
Qonşu ölkədə güclü ZƏLZƏLƏ
07:20, Bu gün
Banan, pomidor, xiyar...  – Səhərlər bunları yeməyin!
09:33, Bu gün
2024-cü ilin ƏN ŞANSLI və XOŞBƏXT BÜRCLƏRİ - YENİ Evə sahib çıxacaq 4 BÜRC
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
AYLIQ
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
08:55, Bu gün
Xocalıya köç başlayır: evlər bu tarixdə təhvil veriləcək - VİDEO
12 May 2024 | 23:56
Bakıda 15 yaşlı məktəbli bıçaqlandı
06:45, Bu gün
Prezident hökumətdən etirazçılara qarşı “repressiya və zorakılığa əl atmağa cəsarət etməməyi” tələb etdi...
10:57, Bu gün
Üzeyir Cəfərliyə ağır itki üz verdi...
09:49, Bu gün
Baytardan qorxunc XƏBƏRDARLIQ: “Bu toyuqlar insanda xərçəng yaradır”
08:00, Bu gün
Yaşayış binası vuruldu-Dağıntılar altından 14 nəfərin meyiti çıxarıldı
07:33, Bu gün
Qonşu ölkədə güclü ZƏLZƏLƏ
07:20, Bu gün
Banan, pomidor, xiyar...  – Səhərlər bunları yeməyin!
09:33, Bu gün
2024-cü ilin ƏN ŞANSLI və XOŞBƏXT BÜRCLƏRİ - YENİ Evə sahib çıxacaq 4 BÜRC