Sərdar Cəlaloğlu: “Ölkədə məmur özbaşınalığının sonu yoxdur”
Oxunub: 12283
03 Mar 2014 | 11:32
Sərdar Cəlaloğlu: “Ölkədə məmur özbaşınalığının sonu yoxdur”

“Azərbaycanda hakimiyyəti xaricdən asılı vəziyyətə salmaq cəhdləri hiss olunur”

 

“Hakimiyyət xalqdan nə qədər aralıdırsa, başqa dövlətlərdən bir o qədər asılı olur”

 

ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzetinə Rusiya-Ukrayna münasibətlərini indiki durumu və baş verənlərin Azərbaycana təsiri ilə bağlı müsahibə verib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir

 

- Sərdar bəy, bu gün Ukraynada baş verən proseslərdən çıxış edərək demək olarmı ki, Ukrayna kimi güclü bir dövlətə qarşı əzələ nümayiş etdirən Rusiya sabah eyni niyyəti ortaya qoyacağı təqdirdə Azərbaycana qarşı daha sərt addımlar ata bilər?

 

- Rusiya Ukraynadan qabaq Gürcüstana qarşı belə bir addım atıb. Azərbaycan məsələsində isə ən çoxu Qarabağı ilhaq edə bilər. Rusiya bundan artıq heç nə edə bilməz. Gürcüstan Azərbaycandan qat-qar zəif bir dövlətdir. Həm ərazisi kiçik, həm də əhalisinin sayı azdır. Rusiya Gürcüstana yalnız bunu edə bildi ki, iki muxtar respublikanı ilhaq elədi. Azərbaycana münasibətdə isə yeganə təzyiq vasitəsi Dağlıq Qarabağdır. Lakin bir xalq azadlıq yolu seçərkən bu cür obyektiv problemlərin yaranacağını nəzərə almalıdır. Əks halda azad olmaq mümkün deyil. Ola bilsin ki, bu gün baş verən hadisələr əks effekt versin və avroatlantik dünyaya inteqrasiya tərəfdarları üçün geniş perspektivlər açsın. Əgər Rusiya bu məsələdə geri çəkilsə, buna məcbur qalsa, olaylar Rusiyanın daxilinə sıçrasa və ya Rusiyanın özündə ciddi iqtisadi böhran yaransa, bu baş verə bilər. Hansı ki, bu gün Rusiyada rublun məzənnəsi 7-8% aşağı düşüb. Dünya bazarında neftin qiymətini aşağı sala bilərlər. Hansı ki, Rusiyanın əsas gəlirini neft satışı təşkil edir. Rusiyada iqtisadi böhran yarada və bununla da onu daxildən çökdürə bilərlər. Belə olduğu halda isə Rusiya xaricdə hansısa əməliyyat apara bilməz. Rusiyanın özündə saray çevrilişləri ola bilər. Ola bilsin ki, rus millətçiləri üçün Putinin hərəkətləri olduqca cəzbedici görsənsin. Amma bu, qarşılığı verilməyəcək bir şey deyil. Rusiyanın Ukraynanı işğal etməsi, onun beynəlxalq hüquqa və Avropaya meydan oxumasıdır. Rusiyanın davranışı dünyada gedən proseslərin önünə böyük bir sədd qoymaqdır. Bununla isə nə ABŞ, nə də Avropa çətin ki, razılaşsın.

 

- Rusiyanın Ukrayna məsələsində geri çəkilməsi onun post-sovet məkanındakı nüfuzuna necə təsir göstərəcək?

 

- Ukrayna Rusiyadan ayrılarsa, Rusiya kifayət qədər güc itirəcək. Artıq Moldovanın prezidenti də bildirdi ki, biz MDB-dən çıxacayıq. Artıq keçmiş SSRİ respublikalarının Rusiyanın təsirindən çıxması prosesi müşahidə edilməkdədir. Proseslər Gürcüstandan başladı, Ukraynada davam edir və yəqin ki, Moldova da bu prosesə qoşulacaq. Ola bilsin ki, Ermənistan və Belarusda da Rusiyanın təsirindən çıxmaq cəhdləri baş versin.

 

- İndiki məqamda Ukraynanın, yoxsa Rusiyanın şansını daha yüksək qiymətləndirirsiniz?

 

- Təbii ki, güc baxımından, resurs baxımında ola bilsin ki, Rusiya indi güclüdür. Amma ABŞ və Avropa Birliyi birmənalı şəkildə Ukraynaya dəstək verəcəyi təqdirdə Rusiya çox gücsüz olacaq. Bu nöqtədə müttəfiqlərədn çox şey asılıdır. Əgər müttəfiqləri Ukraynanı tək qoymayacaqlarsa, onun yanında olacaqlarsa, Ukraynanın suverenbliyinin təmin edilməsində NATO və ABŞ yaxından iştirak edəcəksə, təbii ki, Rusiya bu məsələdə geri çəkiləcək. Rusiyaya təsir etmək üçün Qərbin əlində ciddi iqtisadi-maliyyə imkanları da mövcuddur. Qərb bununla Rusiyanı öz yerində oturda bilər.

 

- Bəzi ekspertlər hesab edir ki, Ukraynadan sonra növbədə birmənalı şəkildə Azərbaycan var. Bu qənaəti bölüşürsünüzmü?

 

- Biz proseslərin Azərbaycana təsirindn danışanda əksər insanlar elə başa düşür ki, Ukraynadakı hadisələr dərhal Azəırbaycanda da təkrarlanacaq. Birincisi, Ukraynadakı olayların eyniylə Azərbaycana köçürülməsi mümkün deyil. Qərbi Ukraynada çox ciddi millətçi toplum var. Onlar hətta sovet hökuməti vaxtında da sovetlərin əleyhinə olublar. Onlar cəmi 40 il sovet hökumətinin tərkibində qalıblar. Bu insanlar Qərb təfəkkürlü insanlardır. Onların rusları görməyə gözləri yoxdur. İkincisi, Avropa birmənalı şəkildə Ukraynanın Avropa ailəsinə qovuşmasında siyasi baxımdan maraqlıdır. Iqtisadi baxımdan elə bir ciddi maraq yoxdur. Əksinə, bu gün ABŞ Ukraynaya bir milyard dollar yardım etməyə hazır olduğunu bildirib. Avropa isə Ukraynaya 20 milyard avro məbləğində yardım göstərməyi düşünür. Bunların hamısı, çox böyük dəstəkdir. Bunlardan daha vacib olanı isə xalqa və müxalifət olan dəstəkdir. Uzun müddət ərzində bunca insanı meydanlarda saxlamaq, həm ciddi maliyyə dəstəyi, həm də siyasi dəstək tələb edirdi. Ukraynaya bu dəstək ən yüksək şəkildə göstərildi. Belə bir dəstəyin göstərilməsi mühüm şərtdir. Belə bir dəstək olmadığı təqdirdə xalq və müxalifət bunca ciddi proseslərdə lazımınca iştirak edə bilməyəcək.

 

- Ola bilərmi ki, hakimiyyət Ukraynada baş verən proseslərdən nəticə çıxartsın və demokratikləşmə dalğasının Azərbaycana gəlib çatmasını gözləmədən islahatlara getsin?

 

- Rassional düşüncəli insanlar çoxluq təşkil etsə, bu baş verə bilər. Zənnimcə, Azərbaycan hakimiyyəti Ukrayna hadisələrini gözləmədən də bu cür addımları atmalı idi. Lakin proseslər bunun əksini göstərir. İ.Əliyev hakimiyyətə gələndə bildirdi ki, Qarabağla bağlı aparılan siyasət düzgün olmayıb, biz tamamilə yeni bir siyasət aparacayıq və s. Lakin qısa müddət ərzində İ.Əliyevin özünə yeni bir siyasət aparmağa imkan verilmədi. O, Heydər Əliyev dönəmində aparılan siyasəti davam etdirdi. Əgər hakimiyyətdəki şərti olaraq islahatçı adlandırdığımız qüvvələr bu istiqamətdə ciddi səy ortaya qoyarlarsa, buna nail olmaq olar. Zeynəb Xanlarovanın özü də Milli Məclisdəki məlum çıxışda qeyd etdi ki, xalq ayağa qalxa bilər. Hakimiyyətdə rassional düşüncəli insanlar var ki, onlar parlamentdə bir nəfər müxalifətçi ilə on nəfər müxalifətçi görmək arasında elə bir fərq görmürlər. Siyasi məhbus texnologiyasının dayandırılmasını da mümkün hesab edirlər. Onların fikrincə, mətbuata olan təzyiqlərin aradan qaldırılması, iqtisadiyyatın qanun çərçivəsində tənzimlənməsi və  s. də mümkündür. Azərbaycan iqtidarı Ukrayna hadisələrinin əvvəlində öz davranışında bəzi dəyişikliklər elədi. Sovetskidə evi sökülən insanlarla bağlı açıqlama verən baş nazirin müavini açıq şəkildə vurğuladı ki, biz düz eləməmişik. O qeyd etdi ki, camaatın tələbini yerinə yetirməyə hazırdılar. Hökumət bu nöqtədə xalqla qarşıdurma əvəzinə xalqla razılaşma mövqeyini seçdi. Tələbələrin son aksiyaları ilə bağlı hökumətin tutduğu mövqe, bu xətti davam etdirmək hökumətin nüfuzunu aşağı salmayacaq ki. Əksinə, bu cür addımlar hökumətə qarşı olan nifrəti, gərginliyi azalda bilər. Lakin bəzi qüvvələr var ki, onlar hökumətin mümkün qədər aqressiv siyasət sərgiləməsində maraqlıdırlar. Onlar çox güman ki, belə bir tapşırıq alıblar ki, hökumət nə qədər aqressivləşsə, xalqdan bir o qədər aralı düşər. Xalqdan nə qədər aralı düşsə, başqa dövlətlərdən bir o qədər asılı olar. Öz xalqı ilə güc dilində danışan bütün hakimiyyətlərin xaricdən asılılığı var. Burada məsələ son dərəcə aydın və konkretdir. Ya öz xalqından asılı olacaqsan, ya da başqa dövlətlərdən. Azərbaycanda hakimiyyəti Rusiyadan və ya digər bir dövlətdən asılı vəziyyətə salmaq üçün xalq və hakimiyyəti üz-üzə qoymaq cəhdləri hiss olunur. Bu siyasət davam etdirilir. Baxın, biz hamımız bilirik ki, Tofiq Yaqublu ilə İlqar Məmmədovun İsmayıllı hadisələrində heç bir iştirakı yoxdur. Amma görün prokuror onlara nə qədər ağır cəzalar istəyir. Insanların heç bir günahı olmadığı halda onları bu cür ağır şəkildə cəzalandırırsansa, o zaman bu addım hakimiyyətin özünə qarşı böyük bir nifrət yaradır.

 

- İqtisadi baxımdan ölkədaxili vəziyyəti necə qiymətləndirirsiniz?

 

- Ölkə iqtisadiyyatında biabırçı bir durum yaranıb. Azərbaycan iqtisadiyyatı demək olar ki, böhran vəziyyətindədir. Insanların yaşayış səviyyəsi aşağı səviyyədədir. Dövlət məmurlarının özbaşınalığının isə sərhəddi yoxdur.

Bu gün Ukraynada Yanukoviçə məxsus saraylar, habelə Ukraynanın sabiq baş prokurorunun villası hakimiyyət və məmurların talançılıq siyasətinin nümunəsi kimi ictimaiyyətə təqdim edilir. Lakin Azərbaycanda 5-ci, 10-cu kateqoriyaya məxsus məmurlarda belə bur cür villa və saraylar kifayət qədərdir. Bizdə evində timsah saxlayan məmurdan tutmuş hər cür dəbdəbəyə malik çoxlu sayda məmura rast gəlmək mümkündür. Ukrayna baş prokurorunun malik olduğu sərvətə Azəbaycanda adi məmurlarda rast gəlmək olar və bütün bunlar xalqdan oğurlanan pullardır.

Şpenqler bu cür sərvəti kasıbların sərvəti adlandırır. Kasıbların sərvəti özlərində olmayan sərvətdir. Kasıblar ona görə kasıb olur ki, kimlərsə onların pulunu oğurlayır. Belə bir cəmiyyətdə gərginliyi artırmağın özü yanlış bir siyasətdir. Hələ nəzərə almaq lazımdır ki, bizim Dağlıq Qarabağ problemimiz də var. Bu problem öz aktuallığını saxlayır. Istənilən vaxt bu problemdən Azərbaycana qarşı istifadə edilə bilər. Belə bir məqamda isə ölkə daxilində həmrəyliyin mövcudluğu hava-su kimi lazımdır. Həm müxalifətin öz daxilində, həm iqtidar-müxalifət arasında bu həmrəyliyin mövcudluğu vacibdir. Uzun illərdir ki, Azərbaycanda siyasi dialoqun vacibliyi ilə bağlı fikirlər səslənir. Lakin bu gün də ortada belə bir dialoq yoxdur. Halbuki, belə bir dialoqun başlaması, müxalifət və iqtidara nə kimi ziyan vura bilər? Bunun hər iki tərəfə ancaq xeyri ola bilər. O zaman sual meydana çıxır. Nə üçün hər iki tərəfin xeyrinə olan bir məsələdə də belə irəliləyiş müşahidə edilmir? Səbəb odur ki, Azərbaycanda ümumiyyətlə istənilən yeniləşməyə qarşı duran nəhəng bir qüvvə mövcuddur. Bu güc təbii ki, xaricdən qaynaqlanır. Bunlar xarici gücün Azərbaycandakı uzantılarıdır. Onlar Azərbaycanda ictimai-siyasi ab-havanın hər hansı bir formada dəyişilməsinin qarşısını alırlar. Bütün bunlar isə ölkəni partlayışa sürükləyir.

 

- Söylədiklərinizdən çıxış edərək demək olarmı ki, Azərbaycan hakimiyyəti və ya onun önəmli bir qolunui xarici güclər idarə edir?

 

- Xarici güclər hakimiyyəti bu mənada idarə edir ki, müəyyən məmurlarla onların marağı uzlaşır. Gəlin məsələyə Ukrayna amilindən yanaşaq. Nə üçün Yanukoviç Avropaya inteqrasiyanın əleyhinədir? Bunun bir səbəbi var. Avropa şəffaflıq, qnunun aliliyini tələb edir. Yanukoviç, Ukraynanın baş prokuroru və digərləri bu şərtlər altında bunca sərvətə yiyələnə bilməzlər. Onlar evlərində qızıldan düzəldilən məişət əşyalarından istifadə edə bilməzlər. Çünki dərhal onlardan bunca sərvətə hansı pulla sahib olduqlarını soruşarlar. Təbii ki, bu cür məmurlar qanunun aliliyi hökm sürən bir cəmiyyətdə yaşaya bilməzlər. Yanukovilç və komandası korrupsiya ilə məşğul olub və nəticədə dövlət büdcəsini boşaldıb. Belə bir korrupsioner Qərb dəyərlərinin mövcud olduğu, qanunun aliliyinin hökm sürdüyü bir cəmiyyətdə necə fəaliyyət göstərə bilər? Bu insanların ilk növbədə öz maraqları imkan vermir ki, rəhbərlik etdikləri dövlət Avropaya inteqrasiya etsin. İkincisi, geopolitika ilə bağlıdır. Rusiya Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyir. Bu səbəbdən də hakimiyyətdə olan müəyyən məmurlara təsir edir, onları dəstəkləyir və s. Onlar da öz növbələrində Azərbaycanın Avropaya inteqrasiyasının qarşısını almaq üçün müvafiq siyasət aparırlar. Qarşılıqlı əməkdaşlıq bu formada əmələ gəlir. Yəni məmurların marağı ilə Rusiyanın marağı üst-üstə düşəndə avtomatik olaraq həmin şəxslər Rusiyanın təsirində olan adama çevrilir. O insanlar ki, korrupsioner deyillər, o insanlar ki, qanunu yollarla varlanıbılar, onlar üçün Avropa sistemi əvəzsizdir. Çünki bu sistemdə onların sərvətinə təminat var. Azərbaycan kimi cəmiyyətlərdə isə kimin varlı, kimin kasıb olması gün məsələsidir. Siyasi ab-hava dəyişən kimi varlı bir dəqiqənin içində kasıb olur, onun sərvətinə əl qoyulur. Avropa sistemində isə sərvət qanuni yolla əldə edilir və onun qorunmasına da təminat verilir.

 

- İctimai-siyasi xadimlərin bir çoxu iddia edir ki, nə Azərbaycan cəmiyyəti, nə də ölkə müxalifəti Ukrayna prosesi kixalq və müxalifət olaraq Ukraynadan bu qədər geridəyik?

 

- Bilirsiniz, bir var şüur, bir də var təhtəlşüur. Məsələyə indi, şüuri baxımdan baxsaq, bu gerçəyi təsdiqləmiş olarıq. Amma elm sübut edir ki, ortada həm də təhtəlşüur deyilən bir şey var. Bu bizim özümüzün iradəmizdən asılı olmayaraq bizim fəaliyyətimizi tənzimləyən amildir. Məhz təhtəlşüur nəticəsində kütlələr meydana çıxır, qısa müddətdə böyük çaxnaşmalar yaranır və s. Təhtəlşüura bizim müdaxiləmiz olmadığı üçün biz onun nə zaman fəallaşacağını deyə bilmərik. Təhtəlşüur bizim şüurumuzu dəyişir. Onun bizim şüurumuza nə zaman təsir göstərəcəyini heç kim qabaqcadan deyə bilməz. Təsadüflərin böyük çxnaşmalara səbəb olması ilə bağlı yayılan fikirlər də təhtəlşüurla bağlıdır. Təsadüflər təhtəlşüuru oyadır. Bu gün Azərbaycanda hər bir adam bildirir ki, partlayış olacaq. Bunu hamı deyir və hər kəs də düşünür ki, bu partlayış ondan kənarda olacaq. O zaman sual meydana çıxır, bu partlayış kimin iştirakı ilə olacaq? Insanlar təhtəlşüuda belə bir partlayışın olacağını bilirlər. Lakin partlayışla bağlı şüurlu şəkildə düşündükləri üçün özlərini iştirakçı kimi görmürlər. Elə ki, insanlar təhtəlşüurun təsiri altına düşəcək, avtomatik olaraq özü iştirakçıya çevriləcək. Belə olan halda insanlar nə ölümdən qorxacaq, nə həbsdən ehtiyat edəcək. Bu cür məqamlarda qardaş-qardaşla, ata oğulla vuruşur. Xalq hərəkatları, inqilablar, üsyanlar təhtəlşüur işidir. Bunlar şüur işi deyil. Şüur işi siyasi partiyalaşmadır. Çünki bu halda oturub düşünür, partiya olaraq inkişaf etmək, proseslərə təsir göstərməklə bağlı yollar axtarırsan. Amma insanların kütləvi şəkildə küçələrə çıxması, hakimiyyətə etimadsızlıq göstərməsi, zorakılıq nümayiş etdirməsi - bunların hamısı təhtəlşüur işidir. Burada təsadüflər, təhtəlşüurun provokasiyası və s. var ki, bunu da kimsə proqnozlaşdıra bilməz. Çünki proqnozlaşdırılan hadisələr şüurla bağlı olur. Necə ki, hər bir şüurlu insan başa düşür ki, proseslər partlayışa aparır. Sovet dönəmində bundan qat-qat məzlum olan Azərbaycan xalqı birdən-birə ayağa qalxdı və 17 gün küçədə qaldı. Sovet imperiyasına qarşı mübarizədə itki verdi, qurbanlar verdi, insanlar əliyalın tankların üstünə getdi. Bunlar bizim tarixmizdə olan hadisələrdir. Bu gün adama elə gəlir ki, kimsə vuruşmaz. Amma o zaman insanlar əliyalın halda tankın üstünə getdi. Yüzlərlə insan həlak oldu və nəticədə biz azadlıq əldə etdik. Insanları o zaman əliyalın halda tankın qabağına aparan şüur deyildi. Onları irəli aparan təhtəlşüur idi.

 

- Demək, bu cür olayların da Azərbaycanda istənilən an baş verməsi mümkündür?

 

- Şübhəsiz. Bu gün bəzi insanlar, xüsusilə də iqtidar nümayəndələri iddia edir ki, Azərbaycanda bu cür proseslər ola bilməz. Bir şeyi unutmaq olmaz ki, təhtəlşüur hadisələrini proqnozlaşdırmaq mümkün deyil. Biz günü sabah durub görə bilərik ki, bütün xalq küçələrdədir. Bizim özümüz də bu prsesin iştirakçısına çevrilə bilərik. Baxmayaraq ki, bu gün prosesləri şüurlu şəkildə yanaşa bilirk. Amma sabah təhtəlşüur işə düşəndə niyə küçəyə çıxdığını heç cür müəyyənləşdirə bilməyəsən. Bu, sənin iradəndən asılı olmayacaq. Odur ki, mən şüuri baxımdan bu proqnozlarla barışır, təhtəlşüur baxımından isə bununla razılaşmıram. Hesab edirəm ki, məsələyə belə yanaşan insanlar kütlə psixologiyasını lazımınca bilmirlər. Kütlə psixologiyasına görə, insanların kütləvi hərəkatlarda iştirakı onların öz iradəsindən asılı olmur. Bu, qeyri-iradi proses olur. Təhlükə də budur. Çauşevski öldürülməmişdən üç ay qabaq bir qurultay keçirdi. Orda yüzlərlə nümayəndə iştirak edirdi. Orada Çauşevskini xalqın atası və s. adlandırdılar. Üç ay keçdi, onu ailəsi ilə birlikdə güllələdilər. Bu iki hadisənin arasında təxminən üç aylıq bir zaman keçmişdi. Bu, böyük bir vaxt deyildi. Xalq həmin xalq, Çauşevski həmin Çauşevski, onun ölümünə qərar verən insanlar da onu alqışlayan insnalar idi. Bəs bu üç ayın içində nə baş verdi ki, Çauşevskinin ölümünə qərar verildi? Çünki təhtəlşüur işə düşdü. Onun ölüdürülməsinin düz və ya səhv olduğu indi də müzakirə edilir. Lakin məsələ bundadır ki, təhtəlşüur işində düz və ya səhv deyilən bir şey yoxdur. Təhtəlşüurda sadəcə hədəf və bir də onu dəf eləmək zərurəti var. Düz və səhv şüuri məsələdir.

 

-  Təhtüəlşüuru önləmək mümkündürmü?

 

- Təhtəlşüurun qarşısını almağın bir yolu var. Bu da şüuri prosesləri düzgün istiqamətləndirməkdir. Şüuri prosesləri nə qədər yanlış yöndə istiqamətləndirirsənsə, təhtəlşüurda “akkumilyator” bir o qədər güclənir. Bu gün insanlar şüuri şəkildə öz hüquqlarını nə qədər qorumursa, təhtəlşüurda bir o qədər öz hüquqlarını qorumaq enerjisi çoxalır. Bunun da bir həddi var. Bu həddi ötdükdə artıq heç nə proseslərin önünə keçib onu əngəlləyə bilmir.

 

 

Seymur Əliyev


Oxşar xəbərlər
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ