Şahlar Əsgərovdan maraqlı açıqlama
Oxunub: 10221
17 Feb 2014 | 11:56
Şahlar Əsgərovdan maraqlı açıqlama
Tanınmış təhsil eksperti, professor, parlamentin təhsil komissiyasının keçmiş sədri Şahlar Əsgərov Azərbaycan təhsilinin mövcud problemləriylə bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb. 

- Ölkə təhsilini xərçəng kimi ağuşuna almış saxta diplom qalmaqalına bir çoxları belə rəy bildirir ki, nazirlik istəsə belə bu problemi kökündən həll etmək imkanında deyil. Məsələn, bəlli olub ki, testlə daxil olub təhsilini başa vuran məzuna saxta diplom, saxta yolla daxil olana isə həmin məzuna verilməli olan qanuni diplom verilib. Bir sözlə, bu xaosdan baş açmağın mümkün olmadığı da iddia olunur. Siz nə təklif edirsiniz ki, qurunun oduna yaş yanmasın və saxtakarlar ifşa olunsun?

-Vəziyyət həqiqətən də ağırdı. Problemlər zamanında həll edilməyəndə xərçəng kimi yayılmağa başlayır. Məlum bir misalda deyilir: “problemin həllinin yarısı, onun varlığının qəbul edilməsindədir”. Güman edirəm ki, nazirlik bu problemi həll edə biləcək, çünki onlar tərəfindən problemin varlığı qəbul edilir. Ancaq bu işdə nazirliyə digər səlahiyyətli dövlət qurumları (xüsusi ilə prokurorluq ) dəstək verməlidir. Unutmayaq ki, hər bir iddialı dövlət qonşu dövlətin təhsilinin zəifləməsində maraqlıdır. Çünki təhsil geosiyasətdir. Hər bir dövlətin təhlükəsizlik konsepsiyasında təhsilin xüsusi yeri var. Saxta diplomlar məhz qonşusunu zəiflətmək istəyən belə dövlətin arzusuna uyğundur. Saxta diplomlu insanlar tutduğu vəzifələri yarıtmır, ardıcıl səhv qərarlar qəbul edirlər, nəticədə isə dövləti zəifləyir. Saxta diplomların yayılmasının görünən tərəfi olduğu kimi, görünməyən tərəfi də var: 5-10 il  öncə Moskva metrolarında açıq aşkar saxta diplomlar satılırdı. Bu diplomları əsasən orta asiyalılar və bizimkilər alırdılar. Yaxşı halda bu diplomlarla ölkələrində işə düzəlirdilər,pis halda isə  bu diplomları “çirkli pulları” yuyan kimi yuyurdular. Başqa sözlə, belə diplomların əsasında milli universitetlərdə ikinci ali təhsil alırdılar və normal diplom sahibi olurdular. Belə hallar araşdırılarsa, saxta diplomların sayı və cinayətin spektri genişlənər.
Bu vəziyətin olması səbəbindən, dövlət nişanlı diplomları qorumaq xətrinə 2000-ci illərin əvvəllərində təkliflə çıxış etmişdim ki, hər universitet öz  xüsusi diplomunu versin ki, dövlətin adı bu işə qarışmasın. 

-Təsdiq olunsa ki, minlərlə adam saxta diplomla müəllim işləyərək bir tərəfdən dövlətə yüz milyonlarla manat ziyan vurub, digər tərəfdən uşaqlarımızın həyatını, gələcəyini məhv edib, o zaman heç olmasa həmin pulların geri qaytarılması məsələsini qabartmaq doğru olmazdımı?

-Yəqin ki, mütəxəsislər bu problemin həllinin hüququ yolunu tapa bilərlər. Mən bu məsələnin başqa tərəfinə toxunmaq istəyirəm.  Bu günlər “saxta diplom” məsələsi gündəmi zəbt edib.  Məncə “saxta diplom” anlayışına  aydınlıq gətirməyə ehtiyac duyulur. Adından da göründüyü kimi diplom iki vərəqdən ibarətdir. Adətən diplomlar dövlət və ya hansısa bir qurum tərəfindən verilir. Real diplomun arxasında müəyyən bir tədris proqramlarının öyrədilməsi dayanır. Hər tədris ili üçün böyük xərclər çəkilir. Təhsil müddətindən asılı olaraq bu diplomum qiyməti müxtəlif olur. Misal üçün bizim universitetlərin diplomlarının qiyməti 10-20 min manat dəyərindədir. Qərbin top universitetlərinin verdiyi diplomun dəyəri təqribən 5-10 dəfə çoxdur. “Saxta diplom” iki karton parçasından ibarətdir. Arxasında bilik, tədris, əmək və s. durmadığından bu diplomun dəyəri 1-2 manat arasındadır əslində. Amma baxın görün saxta diplom insanı qiymətdən, dövləti isə qüdrətdən necə salır.
Bu karton parçasını dövlət diplomu adı ilə satmaq əslində adi yox, dövlətə qarşı cinayətdir və dövlətin təhlükəsizliyinə zərbədir. Bu işlə məşğul olanları həm də gerizəkalı saymaq lazımdır. XXI əsrin ABŞ milyarderləri öz varidatlarının milyardlarla ölçülən böyük hissəsini təhsildə keyfiyyətin artmasına xəriclədiyi bir zamanda  bizdə təhsili keyfiyyətsizləşdirib milyonlar qazanmaq istəyən kəmfürsətlər var. Bu, namusa zidd düşüncədir. 

-Namusa zidd düşüncə...

-Amerikanın ən böyük texniki maqnatı  Bill Geyts həm də ən qabaqcıl xeyriyyəçidir. O, öz xanımı Melinda ilə birlikdə 54 milyardlıq ailə sərvətinin tən yarısını Bill və Melinda Geyts Fonduna yatırıblar. Fond bütün dünya üzrə yoxsullaşma ilə mübarizə aparır və ABŞ ərazisində təhsil təşəbbüslərini maliyyələşdirir. Geytslərin Fondu dünyanın ən böyük və eyni zamanda ən şəffaf xeyriyyə fondudur.   Fondun bir hissəsi məşhur sərmayəçi Uorren Baffetin xidmətinin nəticəsidir. Belə ki o 2006-cı ildə  fonda 37 milyard dollar vəsait vermişdi. Bu cür mütərəqqi düşüncəli insanlar Qərbdə gündən- günə artmaqdadır. Düşüncə fərqini görürsünüzmü?

-"Sabah" qrupları yaradıldı və savadlı gənclərə dövlət qayğısı barədə danışılıdı. Amma çoxları deyir ki, burda subyektivlik olacaq. Ümumiyyətlə, savadlı tələbələrimizi xaricə göndərmədən burda onları necə lazımi qaydada hazırlamaq olar?

“Sabah” qrupları təhsil sistemimizdə yenilikdir və yaranmış vəziyyətdən çıxış yollarından  biridir. “Sabah” qurupları xaricə tələbə göndərməyin qarşısını almır. Bizdə sovetdən qalma intellektual potensial (alim potensialı) çoxdur. Bu alimlərdən düzgün istifadə edilsə, bizdə də “Sabah” qrupları  çərçivəsində savadlı tələbələr hazırlamaq mümkündür.

Nazir xaricdə oxuyacaq tələbələr üçün universitetlər müəyyənləşdirib. Daha çox nələrə diqqət yetirilməlidir? Təhsilin hansı pilləsindən gənclərimizi xaricə göndərməliyik ki, çəkilən zəhmət və xərc hədər getməsin, əksinə, tez nəticə versin?

Universitetlərin siyahısı ilə tanış deyiləm.  Ancaq çəkilən zəhmət və xərcin hədər getməməsi üçun məncə bir neçə məqama diqqət yetirmək lazımdır. Əsas “kimi və hara göndərmək”- məsələsi düz həll edilməlidir. 
Orta məktəb proqramları əsasən  kainat, təbiət, insanla bağlı bilik proqramlarını  gənclərə öyrədir.  Ali məktəblərdə isə gənclər ali təhsil almaqla bərabər paytaxtın mədəni mərkəzləri ilə tanış olurlar. Hesab edirəm ki, orta məktəbi rayonlarda qurtarıb, Bakıya ali təhsil almağa gələn gənc Bakıda həm də azərbaycanlaşır, həm də vətənpərvərləşir. Muzeyləri, parkları gəzir, şəhərdə dahi insanlara qoyulmuş heykəllərlə tanış olur, istirahət günlərində şəhərin mədəniyyət ocaqlarını (teatrları, muzeyləri) ziyarət edir. Ölkənin tanınmış elm, mədəniyyət, incəsənət xadimlərini real həyatda görürlər. Univeritetlərdə onların mühazirəsinə qulaq asırlar.  Əgər gənc Qusardan Bakıya gəlibsə, orta məktəbdə o daha çox ləzgi idisə, ali məktəbi qurtarandan sonra o daha çox azərbaycanlı olur.
Bu hadisə təkrarlanır o halda ki, bizim gənc bakalavr pilləsində təhsil almaq üçün birbaşa Qərb ölkələrin birinə gedir. Misal üçün əgər gənc Parisdə təhsil alırsa, təhsil müddətində o Parislə tanış olur, onun muzeylərini, teatrlarını, parklarını, konsert zallarını gəzəcək və beləliklə daha çox Fransa mədəniyyəti ilə yüklənəcək. Bu mədəniyyət onun düşüncəsinə təsir edəcək, öz mədəniyyət ilə müqayisə edəcək və nəticədə kosmopolit olacaq. Bu fikirləri bir az da dərinləşdirmək olar.  Bu hal baş verməsin deyə, xaricə təhsil almaq üçün magistr pilləsindən göndərmək daha məqsədəuyğundur. Bakalavr təhsilini Azərbaycanda alan gənc sonralar xaricdə maqistr təhsili alanda əksinə bizim mədəniyyətin təbliğatçısına çevrilir. Belə gənclərin yad təsirlərə düşməsi o qədər də asan deyil. Əks təqdirdə biz gəncimizi milli baxımdan itirmiş olarıq. Doktorların xaricə göndərilməsinə daha çox ehtiyac var.

-Sualın birinci hissəsinə aydınlıq gətirdiniz. Qaldı ikincisi: hara göndərmək?

-Bu sual əslində mövcud problemim ən çətin, mən deyərdim ki, sirli hissəsidir. Əvvala, qeyd edim ki, dünyanın 200 top universitetinin yarıdan çoxu Qərbi Avropada  yerləşir. İlk baxışda İngiltərə, Fransa və Almaniya universitetlərinə üstünlük vermək olar.  Bu ölkələrdə qüdrətli universitetlər çoxdur. Ancaq araşdırmalar göstərir ki, burda incə yanaşmaya ehtiyac var. Maqistrant və doktorantları bu ölkələrin universitetlərinə göndərmək məqsədəuyğundur. Bu üç ölkələrlə qonşuluqda nisbətən kiçik dövlətlər var və bu dövlətlərdə də top universitetlər var. Maraqlıdır ki, bu kiçik ölkələdə (Danimarka, Finlandiya, Hollandiya, İsveç, İsveçrə, Belçika və digərləri) həm ümumtəhsilin səviyyəsi, həm idarəetmə indeksi, həm də rüşvətə bulaşmamaq indeksəri  adı çəkilən superdövlətlərdən xeyli yaxşıdır. 

-Yəni super dövlətin təhsil sisteminə o qədər də meyl edilməməlidir...

-Hesab etmək olar ki, bu xırda dövlətlərdə təhsilin məzmunu (tədris proqramları) elədir ki, onlar super dövlətlərin əhatəsində rahat, təhlükəsiz və firəvam yaşaya bilirlər. 
Aydındır ki, superdövlətlər iddalı, balaca dövlətlər isə ehtiyatlıdırlar. Biz də üç böyük dövlətin əhatəsindəyik. Bu dövlətlər arasında biz də rahat, təhlükəsiz və firəvan yaşamağımız üçün təhsil proqramlarımızı superdövlətlərin təhsil proqramlarına yox, balaca  (Danimarka, Finlandiya, Hollandiya, İsveç, İsveçrə, Belçika və digərləri) Qərb dövlətlərin təhsil proqlarına uyğunlaşdırmalıyıq.Bu deyilənlərə əsaslanaraq, belə nəticəyə gəlmək olar ki, bakalavr pilləsində təhsil almaq üçün gənclərimizi əsasən xırda dövlətlərə göndərmək daha məqsədəuyğundur.

-Firudin Cəlilov deyir ki, təhsilimizi ağlamağa 7 arvad lazımdır. Vaxtilə rəhmətlik Şamil Qurbanov da  Allahşükür Paşazadəni Milli Məclisə dəvət etmişdi ki, gəlib əhsilimizin fatihəsini versin. Bu təklifin üstündən 10 ildən çox vaxt  keçsə də heç nə dəyişməyib. Niyə?

-Firudun Cəlilov təhsil sisteminə içindən bələd olan alimdir. Onun “təhsilimizi ağlamağa 7 arvad lazımdır”  fikri ilə mən də tanışam. Rəhmətlik prof. Şamil Qurbanov Təhsil Nazirliyin kollegiya iclasında o məhşur fikri səsləndirib. İclasda rəhmətlik söz alaraq nazirə xitabən deyir: “Lidiya xanım, bu iclasa niyə Şeyxi dəvət etməmisiniz? Lidiya xanımın da “ Şamil müəllim,niyə Şeyxi dəvət etməliyik ki?- sualına  Şamil müəllim cavabı o olur ki, təhsil ölüb, gəlib fatihəsin versin. O, bu fikri parlamentin komissiya iclaslarında da söylədi. On il keçsə də vəziyyət ona görə düzəlmir ki, təhsilin xəstələndiyini heç kəs qəbul etmir. Deyilən qüsurları şər- böhtan hesab edirlər. Digər tərəfdən də təhsilə rəhbərlik edənlərdə dövləti düşüncə və bir- birinə hörmət yoxdur. Hamı çalışır ki, digəri daha çox qüsur buraxsın. Bu səbəbdən də  xərçəng ildən ilə böyüyür. İkinci səbəb isə təhsil sisteminin maraqlar arasında bölünməsidir.

-Nazir özü etiraf edir ki, pedaqoji ixtisası bitirənlərdən dəfələrlə az vakansiyalar var. Elə isə inkubator sexləri kimi savadsız məzunlar buraxmaq kimə lazımdır?

-İşə düzəlmək üçün universitetləri qutarmaq zəruridir, amma kafi deyil. Kafilik şərti aldığı təhsilin keyfiyyəti ilə bağlıdır.  Bu səbəbdən də ali təhsil müəsisələrini nə qədər çox gənc qurtararsa bir o qədər yaxşıdır.

- Tutaq ki, Azərbaycan Müəllimlər İnstitunun bir o qədər filialına nə ehtiyac var ki?

-İstənilən təhsil müəssisəsinin bağlanmasının əlehinəyəm. Müəssisəni keyfiyyətli təhsil müəssisəsinə çevirmək lazımdır. Çünki gənclərin ali təhsillə əhatə əmsalına görə biz şox geri qalırıq. Mən heç avropanı müqayisə etmirəm, Monqolstandan 3 dəfə geridəyik.

-Diplomları TQDK-nın əliylə verilməsi vəziyyəti daha da mürəkkəbləşdirməyəcək ki? Bu iki qurum arasındakı inriqaları artırmayacaq ki?

-Bu  təklifi qətiyyən düz hesab etmirəm. Təhsil Nazirliyi dövlət qurumu, TQDK isə komissiyadır, işi də əsasən biliyi qiymətləndirməkdir. Bir çox ölkələrdə bu qurum ya qeyri hökümət təşkilatı, ya da Təhsil Nazirliyinin bir bölməsi kimi fəaliyyət göstərir. Dövlətçilik baxımından təhsilin həm uğurunu, həm qüsurunu bir adamdan soruşmaq daha düzgün olardı.

Oxşar xəbərlər
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
GÜNLÜK
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO