“Murovda gənc Polad Həşimova dedim ki, bu ürəklə sən hələ çox irəli gedəcəksən…”
Oxunub: 6348
10 Jan 2022 | 21:56
“Murovda gənc Polad Həşimova dedim ki, bu ürəklə sən hələ çox irəli gedəcəksən…”
“Kərim Vəliyev neçə hərbçini “5-ci kalon”un qurduğu  həmin qanunsuz cəza maşınından  xilas etməklə Tərtər hadisələrinin  daha geniş miqyas almasına əngəl olub…”
 
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib...
 
 
-Cənab polkovnik,  Seyfəlidəki hərbi birliyin təlimləri bitdikdən sonra Kərim Vəliyev də sizinlə birlikdə erməni işğalçılarına qarşı döyüşlərə qatıldımı?
 
-Bəli, Kərim Vəliyev sonradan, artıq Seyfəlidə yaratdığımız 18 taborluq birləşmə müxtəlif  səbəblərdən dağıdıldıqdan sonra (irəlidə bu haqda ətraflı danışarıq)  bizimlə bərabər Ağdama getdi və  dekabr ayında Fərrux yüksəkliyi uğrunda döyüşlərdə fəal  iştirak etdi. Qeyd edim ki, öncəki söhbətlərimizdə xatırlatdığım kimi, həmin döyüşlərə hazırkı məşhur generallarımızdan Hikmət Mirzəyev, Ənvər Əfəndiyev və Nizam Osmanov da qatılmışdılar... Dekabr ayında Fərrux yüksəkliyi uğrunda iki dəfə mənim komandirliyimlə hərbi qruplaşmanın keçirdiyi hücum əməliyyatında adları  çəkilənlərlə yanaşı,  komandir müavini kimi Kərim Vəliyevin də vətənpərvərliyinin, yüksək döyüş ruhunun  şahidi oldum. O, daim can atırdı ki, irəli, düşmənin üzərinə getsin... 
Bir məqamı da xatırladım... Bir dəfə  Ağdamda döyüşlərdə iştirak edən zaman  öyrəndim ki, Kərim Vəliyev Moskvada Frunze adına akademiyanın sonuncu kursunu bitirmək üçün Rusiyaya getməlidir. Lakin o, deyirdi ki, mən Vətənin bu dar günündə sizi, döyüş yoldaşlarımızı, əsgərlərimizi düşmən qarşısında qoyub gedə bilmərəm, bəs burada məni kim əvəz edəcək. Mən isə bunu  biləndə Kərim Vəliyevə məsləhət gördüm ki, sən gedib təhsilini başa vurmalısan, çünki sənin kimi akademik təhsil, savad almış hərbçilər yalnız bugünkü döyüşlər üçün yox,  gələcək üçün də Azərbaycan dövlətinə gərəkdir. Bu minvalla onu dilə tutub Moskvaya yollanmasına nail oldum. Daha sonra Kərim Vəliyev akademiyadakı təhsilini bitirdi və artıq Qarabağ savaşında atəşkəs elan edildikdən sonra  Ali Ümumqoşun məktəbindəki işini davam etdirdi. Səhv etmirəmsə, Heydər Əliyev dövlət başçısı olduğu dövrdə 1993-1994-cü illərdə o, Beyləqan və Ağdam istiqamətlərində yenidən briqada komandiri kimi döyüşlərdə iştirak etmişdi. Bu müddət ərzində biz yenə də qonşu və silahdaş kimi mütəmadi görüşür və ünsiyyətdə olurduq... 
Mən artıq nazir müavini olandan az sonra Səfər Əbiyevlə Bərdədəki 1-ci korpusa yeni komandir təyin olunmasının müzakirəsi zamanı mən şəxsən Kərim Vəliyevi təklif etdim. Nazir də, kadrlar və hərbi təhsil üzrə nazir müavini Məmməd  Beydullayev də bunu qəbul etdi, Baş Qərargah rəisi Nəcməddin  Sadıkov da etiraz etmədi. Və sonda kollegiyada Kərim Vəliyevin briqada komandirliyindən birbaşa həmin korpusa komandir qoyulması təsdiqləndi... 
 
-Mehman müəllim, sizcə, 32 ilə yaxın müddət ərzində köhnə qonşunuzun, həmkar və silahdaşınızın xarakterində hansısa ciddi dəyişiklik ola bilərdimi?
 
-Bilirsiz, zabitin xasiyyəti nə vaxt dəyişə bilər? Yalnız o, korrupsiyaya qurşandığı halda... Pulun hədsiz çoxluğu bəzi insanların xasiyyətini, davranışını, dünyaya, xalqa, Vətənə münasibətini dəyişə bilər... Amma bu gün kimsə gəlib mənə deyə, sübut edə bilərmi ki,  Kərim Vəliyevə nəsə vermişəm, yaxud o, hansısa qaranlıq işdə iştirak edib. İnanmıram, bu, mümkün deyil... Çünki Kərim Vəliyevi vətənpərvər olmaqla yanaşı, həm də qanunsevər, hər addımını ölçüb-biçən, ehtiyatla davranan bir insan, bir hərbçi kimi tanımışam... Onu mən əlində olana qane  olan sadə bir insan kimi görmüşəm... 
 
Biz Kərim Vəliyevlə birgə Seyfəlidəki qruplaşmaya hərbi təlim keçəndə həmin birliyin təchizatı, təlimdə yüksək nəticələr göstərən hərbçiləri həvəsləndirmək üçün onlara mükafat verməkdən ötrü əlimizdən külli miqdarda pullar keçirdi.  Kərim Vəliyevin müavin kimi müəyyən yollarla həmin vəsaitləri mənimsəmək imkanı var idi. Ancaq mən onu orada da sınadım. Bircə dəfə də hiss etmədim ki, onun belə bir niyyəti var... Bir sözlə, mən əmin oldum ki, Kərim Vəliyev  pula, var-dövlətə həris insan deyil... O, heç bir qeyri-qanuni addım atan deyil, qanunu sevən, qanunun aliliyini rəhbər tutan bir vətəndaş və hərbçidir...
 
- Müstəqil media və sosial şəbəkələrdən də hiss olunur ki, xalqın müəyyən hissəsinin hörmətli general Kərim Vəliyevdən narazı qaldığı əsas bircə məqam var: onun “Tərtər işi” ilə bağlı mövqeyi... Soruşurlar ki, cənab general niyə o dövrdə Müdafiə Nazirliyi  Şəxsi Heyyət Baş İdarəsinin rəisi –nazir müavini olduğu halda   2017-ci ildə baş vermiş Tərtər hadisələrinə, yəni sayı hələ dəqiq bilinməyən əsgərimizin, zabitimizin misli görünməmiş işgəncələrə məruz qalmasına  münasibət bildirməyib, hətta mediaya açıqlamalarının birində belə bir olayın baş vermədiyini, bunun orduya qarşı böhtan kampaniyası olduğunu söyləyib...
 
-Bilirsiz, öncə də söylədiyim kimi,  Kərim Vəliyevi qanunpərəst, hər addımını qanunlara, hərbi nizamnaməyə uyğun atan, tabeçilik, subordinasiya məsələlərinə əməl edən bir  hərbçi kimi tanıyıram...  İkincisi də, Tərtər hadisələri baş verən zaman onun başının üstündə Baş Qərargah rəisi, nazirin - 1-ci müavini Nəcməddin Sadıqov və nazir Zakir Həsənov var idi. Ordu daxilində nəsə kütləvi bir “çepe”, yəni fövqəladə olay baş vermişdisə, rəsmi açıqlama öncə onlardan gəlməli idi.  Tərtər hadisəsini də nazir və Baş Qərargah rəisi ictimailəşdirməli idi. Kərim Vəliyevin 2017-ci ildə adı çəkilən vəzifədə olaraq bəhs edilən olayları ictimailəşdirməyə, bu haqda rəsmi açıqlama verməyə ixtiyarı yox idi. Amma mən bilirəm ki, qeyri-rəsmi olaraq o, bu hadisələrin üstündən, sadəcə, gözünü yumaraq keçməyib. Və məndə olan məlumata görə,  Kərim Vəliyev neçə hərbçini  o zaman çox güclü olan “5-ci kalon”un qurduğu  həmin qanunsuz cəza maşınından  xilas etməklə Tərtər hadisələrinin  daha geniş miqyas almasına əngəl olub. Bütün hallarda onu nəzərə almaq gərəkdir ki, Kərim Vəliyev o dövrdə tutduğu vəzifənin  səlahiyyət çərçivəsindən artığını edə bilməzdi. Və kimin  “Tərtər işi” haqda nə sualı var: rəsmən Müdafiə naziri Zakir Həsənova və keçmiş  Baş Qərargah rəisi Nəcməddin Sadıkova ünvanlasın. Kərim Vəliyev yalnız şahidi olduğu, rəsmi məlumat aldığı hansısa insident haqda nazirə və Baş Qərargah rəisinə rəsmən məruzə edə bilərdi... Üçüncüsü də hərbi prokurorluq artıq Tərtər olayları haqda istintaqa başlamışdı. Ona görə də Kərim Vəliyevin hansısa çıxışının istintaqın işinə müdaxilə kimi dəyərləndirilməsi mümkün idi. Və dərhal həmin hadisələri təşkil etmiş Nəcməddin Sadıqov başçılıq etdiyi “5-ci kalon”un cəza mexanizmini Kərim Vəliyevə qarşı da yönəldə bilərdi. Ona sual edə bilərdilər ki, sənin burada nə marağın var ki, istintaqa maneçilik törədirsən, deməli, sən də həmin “xain”lərlə əlbirsən... Yəni Kərim Vəliyevi qınayan hər kəs özünü qoysun onun yerinə. Belə bir vəziyyətdə həmin adam özü nə edə bilərdi? Həmin vaxt Kərim Vəliyev  bir az ehtiyatsız addım atsaydı, onun ən azı vəzifədən kənarlaşdırılmasına nail ola bilərdilər və indi də düşmənlərimizin  Nəcməddin Sadıkovun yerinə dərhal Kərim Vəliyevi yox, Rusiyaya sadiq başqa bir generalın namizədliyini irəli sürmək imkanları yaranardı...
 
Bu mövzuda tanıdığım başqa generallar, zabitlərdən də soruşmuşam ki, Tərtər hadisələri vaxtı haradaydınız, niyə susurdunuz. Hamısı cavab verir ki, o günlər Nəcməddinin repressiya maşını əməlli-başlı işə düşmüşdü. Polkovnik, general da sayan yox idi, artıq söz danışanı qandallayıb aparır, vəzifədən azad edirdilər. Bilirsiz, belə bir durumda heç kəsdən tələb etmək olmaz ki, sən niyə qəhrəmanlıq göstərməmisən...  Mən də vaxtilə - 1999-cu ildə oxşar situsiyaya düşdüm, haqqı dedim, o vaxtkı nazirə, Nəcməddinə qarşı sözümü söylədim. Nəticədə loru dildə desək, torbamı tikib yola saldılar, 44 yaşımda məni istefaya göndərdilər və öz işlərinə arxayın davam etdilər. Halbuki, mən müəyyən siyasət işlədib Türkiyəyə bağlı, Rusiyanın diqtələrinə baş əyməyən, onların oyunlarına getməyən bir nazir müavini kimi vəzifəmdə qala bilsəydim, bəlkə də “5-ci kalon” heç Tərtər hadisələri kimi olayların baş verməsinə imkan tapa bilməzdi. Çünki mən  Rusiyanın  nazirlikdəki şəbəkəsinə nəzarət edən bir “göz” idim...  
 
- Bəs general Kərim Vəliyev haqda şəhid general Polad Həşimovun anasının söylədiklərinə necə baxırsız? Maraqlıdır, niyə Səmayə ana əfsanəvi generalın şəhid edilməsi ilə bağlı 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin  aparılmasına birbaşa cavabdeh olan Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yox, məhz Kərim Vəliyevin adını çəkir. Bəlkə bu da hansısa xarici dairələr tərəfindən  dolayısıyla yönləndirilən bir kampaniyadır?
 
- Hesab edirəm ki, bu məsələ də məhz “5-ci kalon”un, Nəcməddinin cinayətkar çətəsinin yönləndirdiyi bir böhtan kampaniyasıdır. Məqsəd Aprel savaşında, Tərtər hadisələrində olduğu kimi, öz günahlarını  başqalarının üzərinə yıxmaq, eyni zamanda general Kərim Vəiyevi ləkələyərək, xalqın, dövlətin gözündən salaraq  onun yerinə, yəni Baş Qərargah rəisi vəzifəsinə  Rusiyaya sadiq bir generalı keçirtməkdir. Bir daha qeyd edim ki,  general Hikmət Mirzəyevə qarşı olan kampaniyanı da eyni güclər aparmağa çalışır.. Və Səmayə anamızın xətrinə dəyməsin, zənnimcə,  Polad Həşimovun  şəhadətini Kərim Vəliyevlə bağlamaq heç bir fakta, məntiqə əsaslanmayan insafsız bir ittihamdır. Həm də  Polad Həşimovla bağlı guya onun vəzifə uğrunda öldürülməsi kimi fikirlər səsləndirmək artıq nəinki bütün Azərbaycan, türk dünyasında belə, vətənprvər uşaqların, gənclərin idealına, qəhrəmanlıq rəmzinə çevrilmiş bu şəhid generalın ruhuna böyük hörmətsizlikdir... 
 
-Yeri gəlmişkən, cənab polkovnik, rəhmətlik ilk şəhid generalımız Polad Həşimovla tanışlığınız var idimi?
-Bəli. Rəhmətliklə  bircə dəfə təxminən 1996-cı ildə Murovdağda rastlaşmışam. Mən artıq nazir müavini idim  və yüksək dağ şəraitindəki hərbi birləşmələrdəki vəziyyətlə, onların problemləri, döyüş ruhu və s. ilə maraqlanmaq məqsədi ilə oraya getmişdim. Ömər aşırımına çatmamış “Yol evi” deyilən yerdə, taborlardan birinin qərargahında səhv etmirəmsə, o vaxt baş leytenant olan gənc zabit Polad Həşimovla qısa söhbət zamanı onun vətənpərvərliyinin, milli sevgisinin, döyüş ruhunun şahidi oldum. Polad hələ o vaxtdan işğalçılara qarşı döyüşlərə can atırdı. Deyirdi ki, cənab polkovnik, əmr verin, bu dəqiqə gedək Murovdakı Güzgü yüksəkliyini ermənilərdən azad edək... Mən əlimi rəhmətliyin çiyninə qoyub dedim ki, oğlum, görürəm ki, bu ürəklə, bu cəsarətlə  sən çox irəli gedəcəksən. Və inşallah, sizin kimi vətənpərvər zabitlərimizin belə cəsarəti sayəsində bütün torpaqlarımızı azad edəcəyik. Şükür Allaha ki, bu gün həmin arzumuzun böyük hissəsi şəhid və qazilərimiz sayəsində artıq çin olub... Və yəqin ki, Polad Həşimovun da ruhu xeyli şaddır...
 
- Mehman müəllim, indi qayıdaq 1-ci Qarabağ savaşları haqda söhbətlərimizin davamına. Öncəki siz belə bir ifadə işlətdiniz ki, Seyfəlidə yaradılmış 18 taborluq hərbi birlik sonrada dağıdıldı. Həmin hərbi birlik hansı səbəbdən, kimin göstərişi ilə dağıdıldı? Yoxsa burada da Rusiya kəşfiyyatının rolu oldu?..
 
(Davamı var) 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO