“Kərim Vəliyev Bakıdakı rahat işini qoyub bizimlə birlikdə döyüşə yollandı...”
Oxunub: 6580
08 Jan 2022 | 22:44
“Kərim Vəliyev Bakıdakı rahat işini qoyub bizimlə birlikdə döyüşə yollandı...”
“Surət Hüseynov 1992-ci ilin payızında Seyfəli poliqonunda 18 taborluq qruplaşmanın yaradılması üçün gerçəkdən əlindən gələni etdi...”
 
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib...
 
-Mehman müəllim, öncə dediyimiz kimi, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkov haqqında, az da olsa, müsbət fikir söyləyənlər də var. 1-ci Qarabağ savaşında iştirak etmiş, onun dövründə Müdafiə Nazirliyində çalışmış bəzi hərbçilər də onu tərifləyir. Bu yaxınlarda hətta bir siyasi analitik də bizə açıqlamasında belə bir fikir səsləndirdi ki, Ali Baş Komandan özü Nəcməddin Sadıkov haqda heç bir mənfi fikir söyləməyib. Bu baxımdan bir sual da yaranır ki, əgər o, doğrudan da birbaşa Rusiyanın adamıydısa, onda nəyə  görə, nə əcəb 1992-ci ilin yayında briqada, sonra da korpus komandiri kimi  həmin ilin payızınadək  uğurla davam edən  Ağdərə-Goranboy əməliyyatında fəal iştirak edirdi. Nə üçün çıxışlarında Rusiya imperiyasına qarşı nifrəti ilə seçilən, böyük millətçi kimi tanınan eks-prezident Əbülfəz Elçibəy Nəcməddin Sadıkova  polkovnik rütbəsi veriləndən cəmi 10 gün sonra general-mayor rütbəsi verilməyi təklif edirdi?
 
-Bilirsiz,  mən son 30 illik faktiki şahidi olduqlarım, müşahidə etdiklərim və məntiqi təhlillərimlə qəti bir qənaətə gəlmişəm ki,  Nəcməddin Sadıkovu Azərbaycan Silahlı Qüvvələrinin ən başına yerləşdirmək üçün Moskva, konkret olaraq “QRU” 1992-ci ildən başlayaraq əlindən gələni edirdi. Bunun üçün ona həm siyasi, həm maddi, həm texniki dəstək verilirdi.  Korpus komandiri olanda vətənpərvərliyindən istifadə edib Müdafiə nazirinin rəhmətlik müavini Şikar Şikarovu gözlənilmədən Nəcməddinə qərargah rəisi yolladılar. O, müəmmalı şəkildə şəhid ediləndən sonra isə bu yaxınlarda dünyasını dəyişmiş mərhum general Aleksandr Vasyakı Belarusdan onun yerinə gətirtdilər...
 
Hesab edirəm ki, 1992-ci ildə Rusiya  ordumuz tərəfindən Ağdərənin azad olunmasına o zaman hələ Azərbaycanda qalan hərbi  qüvvələri və agentura şəbəkələri vasitəsilə  məhz Nəcməddin Sadıkovun nüfuzunu qaldırmaq, xalqımızın və hökumətimizin zehnində onun “qəhrəman sərkərdə” obrazını yaratmaq və nəhayət, ona prezident Elçibəy tərəfindən general rütbəsi verdirtmək üçün dəstək verdi. Həmin əməliyyatlarda nə qədər azərbaycanlı, yaxud erməninin ölməsi onları maraqlandırmırdı. Məhz Nəcməddini şişirtmək üçün Goranboy ətrafının və keçmiş Ağdərə rayonunun əksər hissəsinin Azərbaycana qayıtmasından ötrü  ruslar əllərindən gələni etdilər...
 
- Sizcə, Nəcməddin Sadıkovun hərbi savadı qaneedici idimi?
 
-Hesab edirəm ki, Nəcməddin Rusiyada hərbi akademiya bitirmiş  bir zabit kimi xeyli dərəcədə hərbi bilik və savada  malik idi. Amma  Ağdərə savaşları zamanı  korpus komandiri kimi gördüyü bütün işləri hərbi elm baxımından bayaq adını çəkdiyim qərargah rəisi, onunla bir yerdə Belarusda xidmət etmiş  general Aleksandr Vasyak idarə edirdi...  
 
-Bəs Nəcməddin Sadıkovun digər korpus komandiri və sonradan baş nazirin müavini və Milli Qəhrəman olan Surət Hüseynovla münasibətləri necə idi?
 
-Demək olar ki, normal idi... Onu da deyim ki,  AXC hakimiyyəti dövründə, xüsusən Ağdərə-Goranboy əməliyyatları zamanı Nəcməddin Sadıkovun cəbhə bölgəsində  əsas himayəçiləri adlarını çəkmək istəmədiyim və artıq dünyalarını dəyişmiş yüksək vəzifəli qardaşlar idi... Yəqin ki, onlar da o zaman doğrudan da Nəcməddinin səmimi olaraq bir vətənpərvər kimi Qarabağ üçün döyüşdüyünə  inanırdılar... Təəssüf ki, o vətənpərvər insanların ona etimadından sui-istifadə edirdi. O zonadakı hərbçi və mülki insanlar da danışırdı ki, Ağdərə alındıqdan sonra, həmin ərazidə ermənilərin tikdiyi çaxır, taxta emalı, mebel və s. zavodlarının bütün avadanlıqları, eləcə də evlərdəki ən bahalı əşyalar yük maşınlarıyla və polisin müşayiəti ilə Nəcməddin Sadıkovun vətəni olan Dərbəndə daşınırdı. Yəni ermənilər Ağdamı Ermənistana daşıdıqları kimi, Ağdərə də Dərbəndə daşınıb...
 
-Mehman müəllim, bəs sizcə, sonradan dövlət çevrilişində günahlandırılan Surət Hüseynov kim idi? O hansı minvalla korpus komandiri, Milli Qəhrəman oldu?
 
-Mən daim gördüklərimi, şahidi olduqlarımı obyektiv olaraq danışmağa çalışıram... Surət Hüseynov 1990-cı illərin əvvəlində Yevlax yun kombinatının direktoru kimi  kifayət qədər maliyyə vəsaitlərinə malik idi. Və Yevlax, Gəncəbasar ərazisində yaşayan vətəndaşlarımızın və xüsusən də hərbçilərimizin gözü qarşısında o, həmin qazancı  daha çox şəxsi ehtiyaclarına deyil, Qarabağ uğrunda Vətən savaşına,  işğal altındakı torpaqlarımızın azad olunması üçün xərcləməyə çalışırdı... Və Surət üçün Azərbaycandakı Rusiya general, komandir və zabitlərini ələ almaq, eləcə də silah-sursat, texnika əldə etmək problem deyildi.  O həm də öz hərbçilərimizi də təlim və döyüşlərdə fərqlənmələrinə görə mükafatlandırırdı. Və Surət Hüseynov 1992-ci ilin payızında Seyfəli poliqonunda mənim rəhbərliyim ilə 18 taborluq qruplaşmanın yaradılması üçün də gerçəkdən  əlindən gələni etdi... Surət Hüseynov həm də  sərt və bacarıqlı idarəedici rəhbər idi, insanların psixologiyasını, onları necə idarə etməyin yollarını yaxşı bilir, eyni zamanda  tabeliyindəkilərdən yüksək nizam-intizam tələb edirdi... Bütün bunlarla belə, o, hərbçilərə, döyüşçülərə həm də qayğı ilə yanaşırdı. Yadımdadır ki, bir dəfə əsgərlərdən birinin anası rəhmətə getmişdi. Mən korpus komandiri kimi Surət Hüseynova məlumat verdim ki, həmin hərbçiyə icazə verib evlərinə yollayıram. İnanın ki, o,  həmin əsgəri maşınla təmin etdi və yük yerini lazımi qədər ərzaqla doldurtduqdan sonra dedi ki, get, ananın yasını keçir, sənin anan bizim də anamızdır... Məhz belə işlər səbəbindən də əsgər və zabitlər Surətə böyük ehtiramla yanaşırdılar. 
 
Onun da şahidi oldum ki, orduda Müdafiə naziri işini Rəhim Qazıyevdən çox Surət Hüseynov aparırdı. O, nə göstəriş verirdisə, dərhal yerinə yetirilirdi, nə sifariş verirdisə, dərhal tapılırdı, gətirilirdi. Hətta Gəncəyə gələn nazirlər, nazir müavinləri də Surətin qarşısında, az qala, farağat dayanırdılar...   
 
-Gələk sizin hərbçi həyatınızdakı ən maraqlı, məhsuldar və  eyni zamanda şübhəli epizodlardan birinə: 1992-ci ildə Seyfəlidə hərbi birliyin yaradılmasına. Necə oldu ki, həmin qruplaşmanın yaradılması haqda qərar verildi?
 
-1992-ci ilin sentyabrında mənim rəhbərliyimlə Ağdamda  “şturmovoy”, yəni həmlə taboru yaratdıq və Fərrux yüksəkliyini azad etmək üçün hücuma keçdik. Hücum uğursuz olsa da, böyük əks-səda doğurdu və bu haqda Surət Hüseynova da məlumat çatdırıldı. O, məni Gəncəyə görüşə dəvət etdi. Və söhbət zamanı  bildirdi ki, mən sizi maddi-texniki baxımdan necə lazımdısa, təmin edəcəyəm, biz böyük bir hərbi birləşmə yaradaq, ona sizin koamandanlığınızla ciddi təlim keçək və  Qarabağı işğalçılardan tam azad edib bu məsələyə nöqtə qoyaq. Mən ona konkret olaraq hərbi birliyin yaradılmasıyla bağlı ciddi şərtlər daxilində belə bir qruplaşmanın yaradılmasının mümkün olduğunu söylədim... Surət Hüseynov razılaşdı və bildirdi ki, dövlət səviyyəsində belə bir birliyin yaradılması və onun hər tərəfli təminat və təchizatı məsələsini özüm həll edəcəyəm... Beləliklə, biz Seyfəli qruplaşmasını yaratmağa başladıq...
 
-Seyfəlidə hərbi birliyin formalaşmasında daha kimlər, hansı tanınmış hərbçilər sizə dəstək verdi?
 
-Mənə həmin hərbi birliyin yaradılmasında  ən çox dəstək verənlərdən biri hazırda Baş Qərargah rəisi işləyən Kərim Vəliyev oldu...
 
-Yeri gəlmişkən, bir az mövzudan kənara çıxmağa məcburuq. Çünki son günlər hansısa qüvvələrin təhriki ilə cəmiyyətdə müzakirə obyektinə çevrilmiş bir məsələyə sizin münasibətinizi oxucularımıza çatdırmaq vacibdir. Kərim Vəliyevi nə vaxtdan tanıyırdınız?
 
-Kərim Vəliyevlə 1990-cı llin təxminən oktyabr ayından tanış olmuşuq.  O, mənim Gəncədən gələndən sonra köçdüyüm  binada yaşayırdı. Yəni qonşu idik. Xoşsifətli, ziyalı görkəmli cavan bir zabit idi. Demək olar ki, hər gün işə gedib-gələndə salamlaşırdıq.  O vaxt mən diviziyada komandir müavini işləyirdim, Kərim Vəliyev isə ümumqoşun məktəbinin  tədris bölməsində baş zabit kimi çalışırdı. Hər ikimiz podpolkovnik(indiki polkovnik-leytenant) rütbəsində idik. Seyfəli qruplaşmasını yaratmağa başlayanda o, bundan xəbər tutan kimi  dedi ki, artıq dərəcədə xahiş edirəm, məni də həmin işə cəlb edin, mən də Qarabağ uğrunda döyüşlərə qatılmaq istəyirəm. Mən razılaşdım və  öz növbəmdə ondan xahiş etdim ki, zabit heyəti qurmaq üçün bizə kömək etsin. Bu minvalla Kərim Vəliyevlə birlikdə təxminən 20 zabit toplaya bildik. Və onlarla bir yerdə, səhv etmirəmsə, 1992-ci il oktyabrın sonunda Seyfəli poliqonuna toplaşan könüllü və çağırışçı gənclərimizə təlim keçmək üçün oraya yollandıq. Onu deyim ki, həmin birliyə  hətta Gürcüstanda yaşayan soydaşlarımızdan da qatılmışdı... 
 
(Müsahibimizin bəhs etdiyi Seyfəli hərbi birləşməsi haqda əyani məlumat üçün aşağıda təqdim edilən videoya baxa bilərsiniz)
 

 

Bakıdakı rahat işini qoyub Qarabağda döyüşmək üçün gəlmiş  Kərim Vəliyev Seyfəlidə yaradılan hərbi birlikdə komandir müavini kimi mənə böyük dəstək oldu. Mən ona yetərincə etimad göstərirdim. Özüm müxtəlif təşkilati işlərlə məşğul olanda Kərim Vəliyev Seyfəli birləşməsindəki təlim-tədris məsələlərini layiqincə idarə edirdi...
 
-Sonra Kərim Vəliyev də sizinlə birlikdə erməni işğalçılarına qarşı döyüşlərə qatıldımı?
 
(Davamı var) 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"