"Nəcməddin Sadıkov rusca dedi ki, sizə nifrət edirəm və Azərbaycanca da danışmayacam...”
Müsahibə
Oxunub: 9083
30 Nov 2021 | 21:58
“1992-ci ildə keçirdiyimiz Fərrux əməliyyatında hazırda ordumuzun başında olan Kərim Vəliyevin, Hikmət Mirzəyevin, Nizam Osmanovun, Ənvər Əfəndiyevin fədakarlığının şahidi oldum...”
 
“Nəsməddin Sadıkovun komandiri olduğu və Fərruxu almaq üçün bizə dəstək verməli olan briqada Ulubaba istiqamətində bir güllə də atmadı...”
 
“Və maraqlıdır ki, hazırda da – 44 günlük müharibədəki qələbəmizdən sonra da Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti Fərrux, Ulubaba yüksəklikləri də daxil olmaqla Qarabağın o ərazilərini nəzarətdə saxlayır...”
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib... 
 
 
- Mehman müəllim, 1-ci Qarabağ savaşı zamanı o vaxtkı Müdafiə naziri Rəhim Qazıyevin Baş Qərargah rəisi Şahin Musayevə münasibəti necə idi?
 
- Rəhim Qazıyev Şahin Musayevlə münasibətləri normal görünürdü. Qazıyev ona bir hərbi mütəxəssis kimi yanaşırdı.  Ordunun formalaşdırılması üçün onun hərbi savadından istifadə edirdi... Sözün düzünü desək, o zaman faktiki olaraq yeni yaranan ordunu idarə edən, əməliyyatları hazırlanmasına və aparılmasına rəhbərliyi Şahin Musayev edirdi... 
 
- Bəs “QRU” agentliyini sonradan - 1990-cı illərin sonunda Moskvada onun ekstradisiya edilməsinə cəhd göstərən Azərbaycan dövlət orqanlarına etiraf etmiş keçmiş baş qərargah rəisi Şahin Musayevlə ondan cəmi bir il sonra həmin vəzifəyə təyin olunmuş Nəcməddin Sadıkovun münasibətləri necə idi? Onları bir yerdə görürdünüzmü heç?
 
- Düzdü, o, Şahin Musayevin vaxtında gəldi və briqada komandiri təyin olundu.   Həmin briqadanı toplayıb formalaşdırınca bir ay da mənimlə eyni mərtəbədə qaldı.  Əvvəl də dediyim kimi, Rüfət Əmirovun xahişi ilə ona iki otaq verdik. Hamımız ona briqadanın yaranması üçün kömək edirdik. O vaxt Şahin Musayev də faktiki müdafiə nazirliyini hərbi baxımdan idarəedicisi olaraq Nəcməddin Sadıkova maksimum şərait yaradırdı. Və ikisi də yalnız rusca danışırdı, Azərbaycan dilində heç danışmağa cəhd də etmirdilər...  Biz Nəcməddinə bu köməyi səmimi edirdik. Amma Şahin Musayev nə məqsədlə etdiyini  deyə bilmərəm. Bunu özündən  soruşmaq gərəkdir. Amma dediyiniz kimi, Şahin Musayev Azərbaycan dövlət orqanlarına “QRU” agenti olduğunu etiraf edibdirsə, bu halda məsələ aydındır... 
 
 - Şuşa və Laçının işğalı zamanı briqada komandiri olmuş Elbrus Orucovu necə tanıyırdınız?
 
- Onlar 4 qardaş idi. Hamısı Rusiyada təhsil alımış zabitlər idi. Elbrus və Elxan səhv etimirəmsə, Sverdlovskda(indiki Yekaterinburq) tankçılıq məktəbini, Elman və Telman isə həmin şəhərdə siyasi məsələlər üzrə müavinlik məktəbini bitiriblər.  Elxan Orucov da Nəcməddin kimi 1990-cı ilin yanvar hadisələri ərəfəsində Azərbaycana gəlib bir müddət qalıb sonra qayıtdı Belarusa. Amma milli ordu yarananda həmin qardaşlar da buraya gəldilər.  Və  düzü, belələri Vətənə, Müdafiə Nazirliyinə gələndə biz, mən şəxsən səmimi olaraq sevinirdik ki, ruslar gedir, yerinə azərbaycanlılar gəlir... Elxan Orucovla ilk dəfə 1990-cı ildə  Gəncədə görüşdük. Sonradan xeyli yaxından tanıdım. O da mənim “zampolit” olduğum alayda komandir müavini işləməyə başladı. 1992-ci ilin sonunda  mən Ağdam istiqamətində onun komandiri olduğu 708 saylı briqada da siyasi məsələlər üzrə müavin oldum.. 1990-cı ildə Bakıda diviziyada komandir müavini kimi xidmət edərkən Lənkəran diviziyasından  Elman Orucovun sənədlərini Güzdəkdəki tank alayına siyasi məsələlər üzrə komandir müaviniliyinə göndərdilər. Sənədi mənə göstərəndə təbii ki, etiraz etmədim. Çünki o, azərbaycanlı idi və qardaşı Elxanı da tanıyırdım.  Sonra Elman Orucov orduda artıq general rütbəsinədək yüksəldi...  Digər qardaş Telman Orucova da sonradan hərbi hissələrdən birinə  siyasi məsələlər üzrə müavin yolladıq...  
 
- Konkret Elbrus Orucovdan danışın, zəhmət olmasa...
 
- Bilirdim ki, Elbrus Orucovun həyat yoldaşı rusdur. O, gələndə Şahin Musayev onu hörmətlə qəbul etdi. Ona da şərait yaratdı və öncə dediyimiz kimi Şuşa və Laçının işğalı ərəfəsində həmin istiqamətə briqada komandiri göndərildi. Rəhim Qazıyev də Elbrus Orucova peşəkar zabit olduğu üçün normal yanaşırdı... Hətta Şuşa və Laçının işğalından sonra da Elbrus səhv etmirəmsə, Müdafiə Nazirliyinə vəzifəyə gətirildi.... Amma hesab edirəm ki, həmin vaxt da, sonra da Azərbaycanın Müdafiə Nazirliyi və ordusundakı əsas vəzifələrə təyinatlara Moskvadan birbaşa təsir var idi, ruslar kimləri məsləhət bilirdisə, onu da qoyurdular... 
 
- Yəni  məntiqlə belə çıxır ki, əgər “QRU” agenti olduğunu etiraf etmiş  Şahin Musayev 1992-ci ilin yanvarın 22-dən bəri  Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olubsa, deməli, ən azı o vaxtdan bəriki əməliyyatlardakı uğursuzluqlarımızda, o cümlədən Daşaltı, Xocalı faciələrində, Şuşa və Laçının işğalında da “QRU”-nun kifayət qədər rolu olub...
 
- Bəli. Məntiqlə belə çıxır...
 
- Mehman müəllim, hazırda ölkəmizdə  general Nəcməddin Sadıkov haqda mənfi fikirlərlə yanaşı, az da olsa, müsbət fikirlər söyləyənlər, yazanlar da var. Deyə bilmərik, həmin fikirlər səmimidir, yoxsa yox... Amma xahiş edirəm, siz onunla şəxsi münasibətləri kənara qoyub, sadəcə, dövlətçiliyimizin, ordumuzun mənafeləri baxımından Nəcməddin Sadıkov haqda gerçək şahidi olduqlarınızı və bildiklərinizi səmimi və obyektiv danışın. O,  Azərbaycan ordusuna necə yerləşdi? Onunla ilk görüşünüzü necə xatırlayırsınız?
 
- Dediyiniz kimi də danışmağa çalışacam.... Nəcməddin Sadıkov səhv etmirəmsə, ilk dəfə hərbçi kimi Azərbaycana 1990-cı il Yanvar qətliamı ərəfəsində SSRİ Müdafiə Nazirliyinin Belarus hərbi dairəsindən mayor rütbəsində göndərilib və Xanlar(indi Göygöl) rayonuna hərbi komendant təyin olunub.  Mən də o zaman Gəncədə diviziyada alay komandirinin müavini işləyirdim. Mən əvvəllər elə bilirdim ki, o rusdur. ..Onunla  və digər bir neçə azərbaycanlı zabitlə birgə ilk dəfə, səhv etmirəmsə, Gəncədə bir həmyerli kimi  Elxan Orucov vasitəsilə görüşdüm.  Söhbət zamanı mən Yanvar faciəsi ilə bağlı  ruslara qarşı söyüş işlətdim. Buna Nəcməddin ciddi bir reaksiya vermədi. Yanımdakılardan biri dedi ki, bu da azərbaycanlıdır və o, mənə tərəf baxıb gülümsədi... Sonra o da, Elxan Orucov və digərləri ilə birlikdə Nəcməddin Sadıkov da Belarusa qayıtdı... Və bir də 1992-ci ilin əvvəlində ordumuz qurulanda geri döndülər... 
 
Səhv etmirəmsə, 1992-ci ilin fevralında bir gün o zaman əməliyyat idarəsinin rəisi olan Rüfət Əmirov nazirlikdə bir rusa oxşayan zabiti mənə təqdim etdi. Mən dedim ki, nəsə siması mənə tanış gəlir. Deyəndə ki, Xanlarda komendant işləmişəm, onunla görüşümüz yadıma düşdü. Bizim də o dövrdə təhsilli hərbçilərə böyük ehtiyacımız var idi. Ona görə də Nəcməddin Sadıkov da problem olmadan ordumuza qəbul edild. Və həmin vaxt Baş Qərargah rəisi olan və faktiki Müdafiə naziri vəzifəsini  də icra edən general Şahin Musayev Nəcməddin Sadlkova 703 saylı briqadanı yaratmağı və ona komandir olmağı həvalə etdi.  Mən də köməkçi kimi Nəcməddinə iki otaq  verdim və  orada briqadanı formalaşdırmağa başladı. Bu işdə də biz ona kömək edirdik. Həmin vaxt Baş Qərargah rəisi Şahin Musayevin müavini rəhmətlik Milli Qəhrəman Şikar Şikarov idi. Onunla biz Milli Ordu haqqında qanunu hazırlamışdıq. Sonradan o, könüllü şəkildə Bakıda - nazirlikdəki işini qoyub bu, qanuna uyğun olmasa da, baş qərargah rəisinin müavini vəzifəsində qalaraq Nəcməddinin komandiri olduğu 703-cü briqadaya qərargah rəisi vəzifəsini icra etməyə getdi. Təəssüf ki, Şikar Şikarov Ağdərə-Goranboy döyüşləri zamanı şəhid oldu... Onu özüm Bakıda məsciddə yudurdub dəfn elətdirdim. Ürəyinin yanından bir güllə yeri gördüm... Allah rəhmət eləsin!.. Şikar Şikarovdan sonra isə Belarusdan Aleksandr Vasyak Nəcməddinin birqadasında qərargah rəisi oldu...
 
Daha sonra nə vaxt rastlaşdınız Nəcməddin Sadıkovla?
 
- 1992-ci ilin səhv etnirdəmsə, dekabrında Xocalı rayonu ərazisindəki hazırda da ermənilərin əlində olan və  o  zaman Ağdam üçün  böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə təxminən 2 minədək hərbçisi olan qruplaşmanın komandiri kimi  mənim də iştirakımla hazırlanmış əməliyyat zamanı sağ cinahdan Ulubaba yüksəkliyinə hücum etməklə bizə dəstək verməli idi. Halbuki, həmin istiqamətdə bir güllə də atılmadı... Eyni zamanda sol cinahdan Əfətli və Qarakənd istiqamətində hücum etməli olan  Ağdam  briqadası tərəfindən də heç bir hərəkət olmadı. Ona görə də bütün cəhdlərimizə baxmayaraq Fərrux  yüksəkliyini azad edə bilmədik. Çünki ermənilər bizim briqadaların hərəkətsizliyindən istifadə edib əsas güclərini Fərrux istiqamətinə topladılar. Halbuku, artıq dağın bir hissəsindən erməni qüvvələrini çıxarmışdıq. Digər briqadalar, dediyim kimi, bizə dəstək versə idi, yüksəkliyi tamam azad edəcəkdik. Və Əsgəran Xocalı istiqamətinə də yolumuz açılacaqdı.  Hesab edirəm ki, həmin əməliyyatın da baş tutmamasında Rusiya kəşfiyyatının –“QRU”-nun rolu olmuşdu... Çünki həmin əraziləri azadlıq etməyimiz Kremlin siyasətinə uyğun deyildi... Maraqlıdır ki, hazırda da – 44 günlük müharibədəki qələbəmizdən sonra da Rusiyanın sülhməramlı sayılan hərbi kontingenti Fərrux, Ulubaba yüksəklikləri də daxil olmaqlı Xocalı rayonunun o ərazilərini nəzarətdə saxlayır... 
 
Onu da  deyim ki, Fərrux əməliyyatı zamanı mənim qruplaşmamda fədakarlıqla döyüşmüş zabitlərin çoxu hazırda Azərbaycan ordusunun başındadır. Onlardan biri indi baş qərargah rəisi olan Kərim Vəliyev idi.  Həmin vaxt o, polkovnik-leytenant rütbəsində qruplaşma komandirinin müavini idi. Hazırda Müdafiə nazirinin müavinləri olan kapitanlar Nizam Osmanov və Ənvər Əfəndiyev tabor komandiri idilər... İndi xüsusi təyinatlıların komandiri olan general Hikmət Mirzəyev isə kapitan rütbəsində qruplaşmanın kəşfiyyat bölüyünün komandiri idi... 
 
- Fərrux əməliiyyatından öncə siz Nəcməddin Sadıkovla görüşüb hücum əməliyyyatını razılaşdırmışdınızmı? 
 
- Bəli, əlbəttə.  Nəcməddinlə Ağdərədə görüşüb razılaşmışdıq. Yadımdadır ki, həmin vaxt 703-cü briqadanın qərargah rəisinin müavini olan Səfər Əbiyev də orada idi...
 
- Fərrux əməliyyatının uğursuzluğundan  sonra siz Nəcməddin Sadıkovdan niyə hücum etməmələrinin səbəbini soruşdunuzmu? 
 
- Bəli. Mən dərhal Ağədərəyə yollandım. Təsəvvür edirsiz, əvvəlcə məni briqadanın qərargahına buraxmadılar... Nə isə xeyli mübahisədən sonra içəri girdim ki, Nəcməddin kabinetinin istirahət otağında yatır. Guya gecə əməliyyat keçirib... Mən ona sərt sözlər söyləyərək soruşdum ki, nəyə görə planı pozdun. O da əsnəyə-əsnəyə dedi ki, bəs bütün gecə əməliyyatda olmuşam, yorulmuşam, sonra danışarıq...Cavabında ona dedim ki, hansı döyüşdən danışırsan, bir güllə də atmamısan. Və qapını çırpıb çıxdım...
 
- Bəs nazir Rəhim Qazıyevə çatdırmadınız ki, Nəcməddin Sadıkov əməliyyatl pozub?  
 
- Xeyr. Mən birbaşa  Gəncəyə gedib korpus komandiri kimi Surət Hüseynovla görüşüb ona hər şeyi məruzə etdim.  O da əməliyyatı pozanların dalınca söyüş söydü...
 
- Ümumiyyətlə, həmin döyüşlər gedən vaxtlar Müdafiə naziri Rəhim Qazıyevin briqada, sonra da korpus komandiir Nəcməddin Sadıkovla   münasibəti necə idi? Nə vaxtsa nazirin onu danlamasının şahidi olmuşdunuzmu?
 
- Doğrusu, mən elə  bir situasiyaya rast gəlməmişəm,bəlkə də olub. Amma onu dəqiq bilirəm ki, əvvəl dediyim kimi, həm özünün şəxsi təminatı, həm də yaratdığı briqadanın,daha sonra korpusun təchizatı, silahlanması, maliyyələşdirilməsi ilə bağlı Rəhim Qazıyev və digər rəhbər şəxslərdən nə istəyirdisə, Nəcməddin Sadıkova verilirdi. Yəni o, Azərbaycanda vəzifə tutduğu bütün illər boyu daim hansısa vəzifəli şəxs tərəfindən himayə olunub... Özü də o, komandir olanda da, yalnız rusca komanda verirdi. Təsəvvür edin, artıq SSRİ-dən ayrılmış müstəqil Azərbaycan ordusunun briqada və korpuslarında komandalar rusca verilirdi...  
 
- Mərhum Elçibəy də, İsgəndər Həmidov da, Rəhim Qazıyev də türkçü, millətçi kimi tanınırdılar. Bəs onlar Nəcməddin Sadıkova irad tutmurdular ki, Azərbaycan dilində öyrən... Düzdü, o vaxt müharibə gedirdi. Amma yenə də...
 
- Yox, mən görməmişdim bunu... Bilmirəm, bəlkə də nə vaxtsa deyiblər ona belə bir şey...  Amma təxminən 1995-ci, yaxud 1996-cı ildə  mən Müdafiə nazirinin müavini, o isə  Baş Qərargah rəisi və 1-ci müavin  vəzifəsində olarkən bir dəfə hansısa xidməti məsələ ilə bağlı məni kabinetinə dəvət etdi və nəsə soruşanda mən ona Azərbaycan dilində cavab verdim. Onda Nəcməddin amiranə şəkildə dedi ki, rus dilində danış. Cavabında mən ona söylədim ki, zəhmət çək, sən özün Azərbaycanın dövlət dilini öyrən, niyə öyrənmirsən. O isə hiddətlə rus dilində cavab verdi ki,  “ya nenaviju vas”, mən sizə nifrət edirəm və Azərbaycan dilində də danışmayacağam... Bir sözlə, o prinsipial olaraq dilimizi öyrənmirdi... Amma maraqlıdır ki, bizimkilər bunu bilə-bilə onu Baş Qərargah rəisi kimi strateji bir vəzifədə saxlayırdı və onun üçün ayrıca tərcüməçilər ştatı ayrılmışdı. Görəsən, Rusiyada, ya İranda, yaxud ABŞ-da həmin ölkələrin dövlət dilini bilməyəni belə strateji vəzifəyə qoyarlar?.. Bu adam dəfələrlə olub ki, rus dilini bilməyən zabitimizi hər hansı bir məsələ ilə bağlı haqlı-haqsız danlayırdı, söyürdü. O danışıb qurtarandan sonra həmin zabit həmkarlarından soruşurdu ki, bu, nə dedi...
 
- Mehman müəllim, bundan sonra  Nəcməddin Sadıkovla münasibətləriniz necə davam etdi? 
 
- Bundan sonra Nəcməddin Sadıkovla bir-birimizlə qarşılaşmamağa çalışırdıq. O da başa düşürdü ki, o dövrdə mənimlə baş-başa gəlməyə gücü çatmayacaq.  Ancaq onu deyim ki, bizim Nəcməddinlə belə qarşıdurma vəziyyətində olmağımız bəziləri üçün sərfəli idi... Müəyyən adamlar onunla mənim aramda daim  münaqişə vəziyyətinin olmasında maraqlı idi və ondan istifadə edirdilər...
 
(Davamı var)
 
Sultan Laçın
 
Oxşar xəbərlər
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib