"Kəlbəcərdə elə bir müdafiə rayonu qurmuşuq ki, ermənilər min il də əlləşsə,  yara bilməz…”
Oxunub: 6915
20 Sep 2021 | 21:32
“Orada  hər daş, hər cığır 1-ci Qarabağ savaşındakı şəhidlərimizin bir tarixçəsini danışır…” 
 
“İşğal illəri boyu çalışırdıq, xəyal edirdik ki, İlahi, imkan ver, Murovdağ silsiləsinin hansısa zirvəsinə çıxaq və o üzə - Kəlbəcərə, Laçına sarı baxaq…”
 
“Hansı əsgərimin, döyüş yoldaşımın ayağı hara dəyibsə, sanki gözümün qabağında idi…”
 
Tanınmış Qarabağ qazisi Gəray Əsədov Qarabağ savaşları tarixinə 1993-1994-cü illərdə Kəlbəcərin azadlığı uğrunda “Murovdağ əməliyyatı” kimi düşmüş,  öncə çox uğurlu başlanan, təəssüf ki, sonda məğlubiyyətə düçar olan döyüşlərin fəal iştirakçılarından biridir. O, həmin döyüşlərə keçmiş 701-ci moto-atıcı briqadanın tərkibində “Bərdə” taborunun komandiri kimi qatılıb... Bu günlərdə isə istefada olan mayora bir qrup veteran yoldaşıyla birgə artıq işğaldan azad olunmuş Kəlbəcər rayonunda döyüşdükləri məkanları ziyarət etmək qismət olub. 
 
Moderator.az əməkdaşıyla söhbətində Gəray Əsədov maraqlı olduğu qədər də ağrılı səfər təəssüratlarından danışıb.
- Gəray bəy, bildiyimizə görə, bu günlərdə Kəlbəcərin 27-28 il öncə ağır döyüş yolları keçdiyiniz yollarından, sıldırımlı, qarlı dağlarından bu dəfə veteran döyüşçü kimi bir daha keçmək nəsibiniz olub... 
 
- Bəli. Səfərimizə Göygöl rayonunun Toğanalı kəndində başladıq və Koroğlu dağının yanından Ömər aşırımından, Yanşaq kəndindən keçib keçmiş döyüş yerlərimizi bir-bir gəzməyə çalışdıq…  
Öncə onu  deyim ki, bu saat dövlətimiz Kəlbəcərdə, Laçında böyük quruculuq işləri görür. Murovdağ silsiləsi boyu artıq geniş yollar çəkilir, yeni tunellər də qazılmağa başlanıb. Laçına yol çəkilir, Laçındakı gələcək hava limanına doğru da ayrıca yol çəkilir. Kəlbəcər şəhərinə, kəndlərə işıq çəkilir… Yaylaqlarda arıçılıq, qoyunçuluq təsərrüfatları fəaliyyət göstərir… Bunları gördükcə insanın qəlbini misli görünməyən bir fərəh hissi bürüyür…
 
- O vaxt gördüyünüz təbiət, kəndlər nə qədər dəyişilib?
 
- Təbiət, insan ayağı dəyməyən meşələr həddindən artıq vəhşiləşib. Hətta Meydançayın yatağında da meşələr o qədər sıxlaşıb ki,  keçilməz olub. Yanşaq, Zallar, Qasımbinəsi,  Qamışlı, Nadirxanlı, Qılınclı, Lev, Təkəqaya və s. kəndlərdə demək olar ki, bir ev də salamat qalmayıb. Kəlbəcər rayon mərkəzində 4 gecə qaldıq. Tam salamat yalnız 3 mərtəbəli məktəb binası var idi, orda gecələdik. Kəlbəcərin muzeyinin binasının quru divarları qalıb… Kəndlərin içindəki yolları da kol-kos basıb… Təsəvvür edin ki, Qəbələ və Zaqataladan 4 keçmiş döyüşçü də getmişdi bizimlə - onlar 1-ci Qarabağ savaşında, Kəlbəcərin işğalı zamanı Nadirxanlı kəndi yaxınlığındakı dağda şəhid olmuş əsgərlərinizin meyitlərini dəfn etmişdilər. Lakin 4 gün ərzində onlar həmin yeri tapa bilmədilər. Bizim tabordan 25 nəfər itkin düşmüşdü. Onlardan nəsə bir nişanə tapmağa çalışdıq. Amma heç nə alınmadı... Bilirsiz, artıq bir qərinə vaxt keçib, yerlərin səthi çox kəskin dəyişib…  - Ömər aşırımı istiqamətinə ayaq basanda öncə hansı döyüşünüzü xatırladınız?
 
- Ömər aşırımında olanda sağdakı Koroğlu dağı uğrundakı döyüşlərimiz yada düşüdü... O hissi ifadə etmək çox çətin və ağırdır. Aradan 28 il keçib. 28 ildən sonra bizimlə o döyüşlərdə iştirak edən oğulların bəziləri elə həmin vaxt, xeylisi isə 1-ci Qarabağ savaşından sonra dünyasını dəyişib. Baxırsan, deyirsən, Allah biz doğrudan da Murovdan, Ömər aşırımından o üzə aşa bilirik? İşğal illəri boyu çalışırdıq, xəyal edirdik ki, ilahi, imkan ver, Murovdağ silsiləsinin hansısa zirvəsinə çıxaq və o üzə - Kəlbəcərə, Laçına sarı baxaq... Amma indi o aşırımları qalxıb-enəndə sanki hər qarış, hər daş, hər qaya, hər cığır bir tarixçə danışır, şəhid olan və ya sağ qalan döyüş dostlarının, tabeliyində olmuş əsgərlərin simasını, fədakarlığını göz önündə canlandırır. Həm də elə bilirsən ki, o yerlərdə 28 il öncə yox, dünən olmusan...
 
- O vaxt üçün əsas hansı strateji döyüş məntəqələrində oldunuz?
 
- Köhnə tuneldən keçəndən sonra Mərcimək, Almalı kəndində olduq, Zülfüqarlının İstisuyu əvvəlki kimi qaynayır, dadı da eynidir. Amma salamat bir tikili qalmayıb. Sonra Laçın kəndində də olduq. Keçmiş baş prokuror Eldar Həsənovun atası Hümbət kişinin ermənilər tərəfindən viran qoyulmuş evini də gördük... 
Laçın kəndindən Ağqaya kəndinə yol çəkilir. Ancaq Ağqaya kəndində artıq təmas xəttidir. Orada Rusiya sülhməramlıları dayanır. Ağqayadan Sərsəng su anbarı da görünür... 
 
Sonra biz Zod istiqamətində Çopurlu, Çəpli kəndlərində də olduq. Daha sonra geri qayıdıb Yanşaq kəndinin yanından Kəlbəcərin Qaragölünə tərəf keçdik. Bağırlı dağı, Bağırlı kəndində olduq...  Neçə yerdə 2 min metrdən yuxarı qalxdıq. Artıq belə yüksəkliklərdə ağaclar bitmir, çılpaq dağlardı. Baxdım dəhşətə gəldim ki, ilahi,  biz 1993-1994-cü illərdə, qışın oğlan çağında Koroğlu dağından – 3500 metrə yaxın yüksəkliklərdən piyada keçib on kilometrlərlə yolu necə düşmənin üzərinə getmişik...  
 
Döyüşdüyümüz, neçə-neçə əsgərimizi, döyüş yoldaşımızı itirdiyimiz yerləri gəzdikcə ürəyimiz parçalanırdı...
Amma adam ayrıla bilmir Kəlbəcərin gözəlliyindən. Sanki təbii muzeydir... Allaha çox şükür ki, Allah qismət elədi, biz bir daha o yurdların gözəlliyini gördük... 
- Bayaq dediniz ki, o yerlərdən keçdikcə oralarda şəhid olmuş əsgərləriniz, döyüş yoldaşlarınız gözünüz önündən keçirdi... Hansı şəhid oğullarımızı xatırladınız?
 
- Elədir.... Murovu o üzə aşanda Murovdağ əməliyyatı zamanı Meydançay yaxınlığında ilk şəhidimiz Aydınov Rəfi Telman oğlunu xatırladım. Həmin vaxt biz ermənilərə pusqu qurmuşduq. Döyüş zamanı onların, demək olar ki, hamısını məhv etdik, bizim tabordan isə yalnız Rəfi şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! Qızılqaya istiqamətində 2628 yüksəkliyində Qulam Qəbilovu, Xalid Soltan oğlu Bəylərovu, bundan başqa digər döyüşlərdən birində Cavanşir Məmmədovu itirdik. Buzluqda da ağır döyüşlər getdi. Orada Mübariz Pənahov (Bakıdan idi), Nurlan Kərimov (Bərdə), Mobil Həsənov və başqaları şəhid oldu. Təəssüf ki, düşmənin atəşi altında və relyef cəhətdən çox çətin yerdə olduğundan onların meyitlərini çıxara bilmədik... Buzluqdan o tərəfə artıq Ağdaban – rəhmətlik Aşıq Şəmşirin kəndi başlayır... 
 
2298 metr yüksəkliyindəki Bağırlı dağında Mehman Əsədulla oğlu Dadaşov,  Ələddin Firəddin oğlu Ələkbərov, Rəşadət Əli oğlu Piriyev (Bakı Dövlət Yol Polisi İdarəsinin hazırkı rəisi Rəşadət Piriyevin qardaşı) və digərləri şəhid oldu. Allah digər şəhidlərimiz kimi onlara da rəhmət eləsin!..  
2475 yüksəkliyinə də çıxdıq. Hansı əsgərimin, döyüş yoldaşımın ayağı hara dəyibsə, sanki gözümün qabağında idi. Məsələn, yadıma salırdım ki, bura ilə Ələkbərov Ələddin gedirdi, ora ilə isə Rəşadət Piriyev addımlayırdı... Eyni zamanda bu günlərdə Bərdənin Kətəlparaq kəndində dəfn etdiyimiz Xanlarov İlham Xanlar oğlunu xatırladım. Yadımdadır ki, mən 2668 yüksəkliyində dayanıb komanda verirdim, rəhmətlik İlham da rabitəçi idi. Bölük sağdan-soldan yüksəkliyi götürürdü. Həmin dağda 57 erməni meyiti qaldı, bir nəfər yaralı ermənini isə əsir götürdük. Ölmüş zabitlərdən birinin çantasından qiymətli xəritələr ələ keçirdik. İlham isə əlində rabitə aparatı zirvəyə sarı qalxanda düşmən onu vurdu, uçuruma yuvarlandı. Sonra onu biz oradan çıxardıq, yaraları sağaldı və bu günlərədək yaşadı... Rəhmətliyin qayadan yıxıldığı həmin anı sanki yenidən gördüm... Sanki 28 ildən sonra video-lenti geri çəkirsən və şəhid olanlar da, sağ qalanlar da bir-bir gözünün önündən keçir... Və o vaxt 23-24 yaşlarında şəhid olanlarımızın ruhu indi o dağlarda dolaşır və bizləri qarşılayır...
 
O vaxt sol istiqamətində Gamışdağın ətəyindən gəldik, 3054 yüksəkliyini azad edəndən sonra həmin zirvədən aşağı erməniləri üzü enişə qova-qova çıxardıq.  2918, 2668, 2475 yüksəklikıərini, sonra Bağırlı dağını azad etdik... Bələdçimiz isə Yanşaqdan İbrahim kişi idi. Hazırda Hacıkənddə yaşayır. Onunla sıldırım qayaların arasından iynə kimi dar bir qarlı cığırla getməyimiz indi də gözümüzün qarşısındadır. Həmin İbrahim kişinin Yanşaqdan aşağı enəndə Meydançaydan yuxarıda bir binəsi, yəni tənha bir koması var idi. O vaxt biz bir dəfə onunla birgə həmin komanın yanından keçəndə maşını saxlamağı xahiş etdi.  Başladı həmin kiçik evin başına flrlanıb daşlarını bir-bir öpüb ağlamağa... O zaman düzü, düşünürdüm ki, bu kişi bu komadan ötrü nə üçün ağlayır... İndi mənə çatır ki, İbrahim kişi ömrünün neçə ilini o evdə keçirib... Və komanın onun üçün nə qədər müqəddəs olduğunu yalnız indi dərindən dərk etdim... Bu dəfə gedəndə həmin kişini Hacıkənddə tapıb görüşdüm... 
 
Şükür Allaha, artıq Kəlbəcər rayonunun əksər hissəsinə Azərbaycan nəzarət edir.  Özü də Kəlbəcər şəhərindən xeyli irəlidə, Ermənistan istiqamətində bizim ordumuz dayanır.  Zoda, Basarkeçərədək tam nəzarət edirik.  Azərbaycan ordusu Kəlbəcərdə elə müdafiə rayonu qurub ki, ermənilər  bundan sonra 1000 il də əlləşsə, o müdafiəni yara bilən deyil... Bizim hərbçilər onların gözünü elə qırıb ki, erməni əsgərlərini döyə-döyə qovurlar, heç silah işlətmirlər... 
Sovet dövründə biz elə bilirdik ki, Kəlbəcərdə görünən yaylaqların çoxu erməni yerləridir. Əslində onlar hamısı Azərbaycanın imiş... Hazırda Moskvada sovet ordusu baş qərargahının xəritələri saxlanılır. Və həmin xəritələrə uyğun olaraq Kəlbəcər, eləcə də Laçın və digər rayonlarla sərhəd müəyyən edilir.... 
 
Kəlbəcərin ərazisini maşınla 10 gün ərzində də gəzib qurtarmaq olmur. Həm də Kəlbəcərin gözəlliyi, füsunkarlığı tam başqadır... Çox doğma, çox əziz gəlir insana... 
 
Zülfüqarlı kəndindəki İsti suyun başında yadıma düşdü ki, 1993-cü ilin əvvəllərində rəhmətlik Əvəz Şükürovla rastlaşıb xeyli söhbət etmişik. Nəvəsi – 1990-cı ildə şəhid olmuş övladı şəhid Milli Qəhrəman Şahlar Şükürovun oğlu da hərbi geyimdə yanında idi...
- Gəray bəy, 27-28 il bundan öncə sizdən asılı olmayan hərbi və siyasi səbəblərdən məğlub kimi çıxdığınız Kəlbəcər dağlarına, yaylaqlarına yenidən müzəffər ordunun veteranları kimi qayıtmaq  sizdə hansı hissləri oyatdı?
- O hissləri yaşamaq da çətindir, onları təsvir etmək də... Təsəvvür edin ki, səhranın ortasında bir adam uzun müddət susuzluqdan yana, suya təşnə ola, onu tapmaq üçün əlindən gələni edə və sonda uzun axtarışlardan sonra bir bulaq  tapa... Kəlbəcərə doğru, Murov dağları ilə hər qarışı keçdikcə, hər addımı atdıqca sanki milyonlar qazanırdıq... 50-60 yaşlı veteranlar o dağları elə qalxırdıq ki, elə bil elə 28 il öncəki 25-30 yaşlı gənclər idik... İnsanda nə  qədər həvəs yaranar, nə qədər Allah ona güc verər?! Çox qeyri-adi bi hiss, bir enerji gəlmişdi bizə... Məsələn, mən istəyirdim ki, məhz Bağırlı dağının başına çıxım, orada Ələkbərov Ələddin düşmənə əsir düşməmək üçün özünü partladıb, o yeri bir də görüm... 
Amma 4 gün az oldu... İstərdik ki, 40 gün də o gözəl, həm də müqəddəs məkanları gəzək ki,  şəhid döyüş yoldaşlarımızın ruhlarıyla bir növ ünsiyyətdə olaq və onları dönə-dönə, doyunca anaq...
 
Sultan Laçın
Oxşar xəbərlər
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq