"Koronavirus Çində ABŞ-la birgə yaradılan, laboratoriyadan çıxan bir virusdur" - ŞOK İDDİA
Müsahibə
Oxunub: 4164
30 Apr 2021 | 09:20
Moderator.az dünya şöhrətli alim Rafiq Əliyevin müsahibəsini təqdim edir:
 
- Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağa, Ağdama getmisinizmi?
 
- Yox, getməmişəm. Mənəvi istək çoxdur gedim, amma hələ ki, qanunlar buna imkan vermir. 
 
- Qarabağ, Ağdam deyəndə hislərinizi, yaşadığınız duyğuları öyrənmək istəyirik...
 
- Ağdam mənim qibləgahımdır. Vətən doğulduğun komadan başlayır. Dövlət sənin ailəndən başlayır. Əgər ailə institutu yoxdursa, dövlət yoxdur. Əgər sənin koman yoxdursa, sənin vətənin yoxdur, vətəndə qəribsən. Mənim Ağdam haqqında hislərim həmişə belə olub. Oxuyanda deyirlər, Ağdam toy otağıdır. Yox, elə deyil. Ağdamdan bir Xudu Məmmədov bəsdir. Ağdamdan Famil Mehdi, Şahmar Əkbərzadə, Ziyəddin Göyüşov çıxıb.
 
- Rafiq Əliyev çıxıb.
 
- (Gülür) Yox, yox. Saymaqla qurtaran deyil, elm adamları, nə qədər generallar çıxıb. Kimsə nə vaxtsa deyib ki, Ağdamdan ancaq oxuyanlar çıxır, elə deyil. Ən çox Milli Qəhrəman və ən çox şəhid verən rayondur. Ağdamı tək oxuyanlar kimi qələmə vermək olmaz.
 
- Rafiq müəllim, Vətən müharibəsi, şəhidlərimiz, qazilərimiz, müharibə dövründə insanlarımızın birliyi, 30 illik həsrətə son qoyulması... Hansı hisləri, duyğuları yaşadınız?
 
- Birinci Qarabağ müharibəsi vaxtında Ağdama getmişdim. Rəhmətlik Murtuzayev (Sadıq Murtuzayev – 1980-1988-ci illərdə Ağdam rayon Partiya Komitəsinin birinci katibi olub – red.) bizi Xıdırlı kəndinə apardı. Deməli 12-13 yaşlarında bir uşağın anası iflic idi, həmin uşaq gedirdi erməni kəndi ilə Xıdırlı kəndinin arasında növbə çəkirdi ki, birdən erməni gələr,  kəndə girər. Getdik evə baxdıq, ev köhnə bir koma idi. Tam mübaliğəsiz qəbul edin, səhəri gün getdim, Xıdırlı kəndinin camaatı həmin o uşağa görə orda iki mərtəbəli ev tikmişdi. O vaxt da birlik var idi. Mən Vətən müharibəsini zəka müharibəsi adlandırıram. Burda həm təbii zəka var idi, həm də süni zəka. Təbii zəka o idi ki, masa arxasında strategiya çox düz seçilmişdi. Süni zəka isə, İsrail dronları, Bayraktar o vaxt yox idi. Çox şükürlər olsun ki, zəka müharibəsində torpaqlarımız işğaldan azad olundu. Şükür eləmək istəyirəm ki, hər şey axıra çatsın.
 
- Sizcə, bu problem birdəfəlik həll olundu?
 
- Mən sözümü dedim axı, hər şey axıra çatsın. Dünya qarışır. Bilirsiz, istək başqa şeydi, reallıq başqa şeydi. Sual verdiniz ki, “birdəfəlik həll oldu?”, elə bilirsiz, axıra çatmaq asan məsələ idi? Yox. Gəlin Allaha şükürlər edək ki, axıra çatsın.
 
- Bunun üçün nə lazımdır?
 
- Allah Bəxtiyar Vahabzadəyə rəhmət eləsin: “Axı dünya fırlanır”. Mən bəzi sözləri bəzən ezop dilində deyirəm. Bilmirəm oxuculara aydındı, yoxsa yox.
 
- Torpaqlarımız işğaldan azad olundu, indi bizim nəyimiz çatmır?
 
- Problemimiz, Xocalı, Xankəndi… Gəlin belə danışaq, tam deməyək, çünki belə arxayınlaşmamalıyıq. Qarşıda bizi çox məsələlər gözləyir.
 
- Bugünlərdə xəstəxana rəhbərləri rüşvət alma iddiaları ilə həbs olundular. Səhiyyəmizlə bağlı fikirlərinizi bilmək istərdik.
 
- Mən əvvəllər də demişəm, yenə deyirəm, mənim ümidim, siz gənclərədir, sabahadır. Yadınıza gəlirsə xarici universitetlərə tələbə göndərilməsi proqramı var idi, sonra bağlandı. Onda bir yazı yazmışdım, tutaq ki, müəllim, mühəndis və s. lazım deyil. Heç olmasa 10 minlərlə gəncimizi tibb sahəsində dünya universitetlərinə, klinikalarına göndərmək lazımdır. Onlar 10-15 ildən sonra qayıdıb gələcəklər və düzələcək. Getmədilər, göndərmədik, gərək göndərəydik. Hər şeyi kadr həll edir.
Məsələn, bizim çox yaxşı klinikalarımız var. Kim işləyir oralarda? Əgər vaxtilə tibb sahəsində dünyaya tələbələrimizi göndərsəydik… Müəyyən bir hissə getdilər, oxudular. Müxtəlif burslarla, müxtəlif kanallarla getdilər. Estetik cərrahiyə, uzaq başı ürək cərrahiyəsi, ya burun, qulaq, boğaz həkimliyi oxumaq üçün getdilər. Bir nəfər virusoloq getdi? Yox. Bunların hamısını planla həll etmək lazım idi. Axı tibbin bütün sahələri var. Estetik cərrahiyəyə niyə gedirik? Nədənsə bunun qarşısında dura bilmirik, bilmirəm niyə dura bilmirik. Yəni artıq burda acizəm. Niyə dura bilmirik? Bilmirəm. Bildiniz də nəyin qarşısında?..
 
- Ziyalılar Birliyi var idi, necə oldu o birliyin axırı?
 
- İmkan vermədilər Ziyalılar Birliyi olsun. Çox qəribə sual verdiniz, maraqlıdır, bu sualı mənə verməmişdilər. Ziyalılar Birliyinin dediyi nə idi? Basqılar da nəyin üstündə olurdu? Biz orda 6-7 problem müzakirə etmişdik. Ən birinci problem – rüşvət, korrupsiya idi. Onda bizə izah etməyə çalışırdılar ki, Azərbaycanda rüşvət, korrupsiya yoxdur. Orda Ramiz Rövşən idi, Rüstəm İbrahimbəyov idi – ağıllı adamlardı, bizim heç bir umacağımız yox idi. Amma sonra gördünüz ki, Azərbaycanın ən böyük bəlası rüşvət oldu. O iclası mən aparmışdım. İkincisi – milli birlik idi. İndi dəmir yumruq deyirik də ona. Özü də bilirsiz Ziyalılar Birliyi nəyə oxşayırdı? Onu sovet hökuməti zorla yaradırdı. Məsələn, Yazıçılar İttifaqı, dünyada belə bir şey yoxdur. Bunu sovet hökuməti yaradırdı ki, cəmiyyətlə dövlət arasında bufer olsun. Yəni bir-birilərinə sözlərini deyə bilsinlər. 
Məsələn, biri milli birlik, burda belə bir ideologiya var idi: kim bizdən deyilsə, bizim düşmənimizdir. Niyə? Mən yazmışdım, YAP deyir ki, Müsavat bizim düşmənimizdir, Müsavat deyir YAP bizim düşmənimizdir. Müsavatda da, YAP-da da ləyaqətli adamlar var. Bir-birilərinə simsardırlar, yaxındırlar. Niyə düşmən olmalıdırlar? Biz bunu deyirdik ki, milli birlik lazımdır. Necə ki, indi xalq, dövlət, ictimai həyat birlikdə oldu. Bir dəfə də təhsil məsələsini qaldırmışdıq. Azərbaycanın bir nömrəli məsələsi orta məktəb məsələsidir. Hələ universitetləri demirəm, çünki universitet onun üstündə qurulur.
 
- Dünya tezliklə koronavirusa qalib gələ biləcəkmi?
 
- Biz yaxın vaxtlarda koronavirusa qalib gələ bilməyəcəyik. Baxmayaraq ki, atom bombası, hidrogen bombası var, Bayraktar var, hər cür silahlar var, onun birini buna atmaq olmur. Bununla yaşamalıyıq biz. Qalib gəlmək yox, ondan nəticə çıxarmaq lazımdır. Onda biz yeni sivilizasiyaya keçə bilərik. Yəni belə yaşamaq olmaz.
 
- Virus Çindən yayıldı, amma indi Çində yoxdur. Necə yayıldı, necə qalib gəldi Çin? Bunu bütün dünyada tətbiq etmək olmazmı?
 
- Bu günə kimi bu məsələ mübahisəlidir ki, virus hardan çıxıb. Keçən il çıxışım oldu. Bu gün də həmin fikirdə qalıram. Bu Çində laboratoriyadan çıxan bir virusdur. Bu qəsdən olan bir şey deyil, bu bioloji silah deyil. Bu laboratoriyada təhlükəsizliyin pozulmasıdır.  Bu cür laboratoriyalarda protokollar olur. Neçə adam orada işləyirsə hamısı üçün ayrıca protokollar yazılır. O protokollar pozulub. Mənim fikrim belədir ki, bu belədir. Özü də Çin laboratoriyanı ABŞ-la birgə yaratmışdı. O vaxtkı ABŞ prezidenti Barak Obama bunun ABŞ-da olmasını istəmədi, Çində etdilər. Məndə elmi rəqəm var, amma dəqiq deməyəcəm, qeyri-səlis deyəcəm: Yaxın bir neçə il ərzində bununla yaşamalıyıq, nə qədər vaksin olsa da. Mən qorxutmaq istəmirəm, ola bilər ki, mətbuatda getməsin bu hissə. Rəqəm də deyə bilərdim, amma deməyəcəyəm. Bunu bədahətən demirəm, dünya alimlərinin fikirləri var. Biz bununla yaşamağı öyrənməliyik. Bir neçə il gedəcək.
 
- Bir neçə il 5 illikdir, 10 illikdir?
 
- Sual verməyin (gülür).
 
- Vaksin vurdurmusuz?
 
- Yox. Vaksinin zərəri yoxdur. Başa düşmək lazımdır ki, 100 faizlik vaksin yoxdur.
 
- Müsahibələrinizin birində "Mən Allahsız alim tanımıram" fikri ölkədə müzakirələrə səbəb oldu. Həmin vaxtlarda sosial şəbəkələrdə buna reaksiya verən xeyli yazı-pozu adamları oldu. Necə düşünürsüz sizcə niyə bu fikrə bu qədər reaksiya verildi?
 
- Fəlsəfə İnstitutu 7-8 dəfə xahiş etdi ki, onlarda bir seminar keçirim. AMEA-nın prezidenti Akademik Mahmud Kərimov idi. Necə Zadə inşallah sözünü çox işlədirdi, mən də Tanrı, Allah sözlərini çox işlədirəm. Çıxışdan sonra Mahmud Kərimov dedi, “Sağ olsun Rafiq müəllim çıxış etdi, amma Allahın elmə nə dəxli var?”. Dedim ki, belə bir yazı var (Mən Allahsız alim tanımıram - yazısı) onu oxuyun. Başqa heç nə demədim.
Camaat belə düşünür ki, Allahın elmə nə dəxli var? Bəlkə də belə düşünənlər nadanlardır. Dünyada elə şeylər var ki, onların tərifi yoxdur. Məsələn, həndəsədə nöqtənin tərifi yoxdur, bu aksiomdur. Allahın da tərifi yoxdur.
ABŞ-ın üçüncü prezidenti andiçmə vaxtı qəribə bir ifadə işlədib. Cümləsi belədir: “Bütün kainatı idarə edən səlahiyyət sahibi yardımçınız olsun”. Yəni bu kainatı, aləmləri idarə edən var. Aləmlər var, aləmləri idarə edən var. Ən böyük nizam aləmləri idarə edənin qoyduğu nizamdır.
Bir dəfə yazımda qeyd etmişdim, təkrar olsa da yenə də deyirəm. 20-25 il optimallaşdırma (yəni seçimlərinin və alternativlərinin olduğu zaman onların içindən ən yaxşısını seçə bilmək) məsələsi ilə məşğul olmuşam. Əsasən riyazi üsullardan istifadə edirdik. Düz 20 ildən sonra başa düşdük ki, Allah belə eləmir. Allah optimallaşdıranda nə törəmə alır, nə qradiyent alır, təbii seçim edir. İndi bütün dünya optimallaşdırmaya qayıtdı. Allahın seçimi - ordan götürmək lazımdır.
İnsanın beynində 10-un üstü 14 hüceyrə var. Eynşteyn onun ancaq 10-12 faizini istifadə edirdi. Elə adam var ki, cəmi iki hüceyrəsini istifadə edir. Bir trilyon neyronlardan komputerlərdə ancaq 100-200-500-nü istifadə edə bilirik. Amma Allah gör nə yaradıb?! Ehtiyatda gör nə qədər saxlayıb?! Nəyə gətirirəm sözümü, bu gün elmin işi Allahın yaratdıqlarını nəzərə alıb elmi inkişaf etdirməkdir. Mən belə düşünürəm. (yeniavaz.com)
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək