Gəncə yeni tarixinə qovuşur - FOTO
Oxunub: 9062
26 Nov 2013 | 11:35
Gəncə yeni tarixinə qovuşur - FOTO

Son 3 idə Gəncə misli görünməyən uğurlara imza atıb. Artıq qədim şəhər tanınmaz dərəcdə inkişaf edib, qədimliklə müasirliyin zənginliyində yeni tarixinə qovuşub. Tarixi abidələrlə zəngin olan şəhər inkişafının zirvə ömrünə doğru qətiyyətli addımlar atıb. Bir-birinin ardınca şəhərdə çox boyük quruculuq işləri həyata keçirilib və bu iş indi də uğurla davam etdirilir. Son üç ilin təhlili göstərir ki, qədim və ləngərli şəhər tamamilə öz ruhuna qovuşub. Az qala adını çəkməyə ehtiyatlandığımız Nizami Gəncəvi doğulduğu şəhərin oğluna çevrilib. Prezident İlham Əliyevin dahi söz ustadının 870 illik yubleyinin keçirilməsi haqqında  imzaladığı tarixi sərancamı, Gəncədə Nizami mərkəzinin yaradılması haqqında göstərişi, Azərbaycanı dünyaya tanıdan əbədiyaşar şairin məqbərəsinin dövlət qayğısı ilə əsaslı şəkildə yenidən qurulması yeni yazılan  tarixdir və gəncəlilərdə böyük qürur yaradan hadisədir. Şəhərin Bakı istiqamətindən girişində inşa edilən möhtəşəm qədim qala kompleksindən məqbərəyədək yolun sağ və solunda qoyulan, Nizami Gəncəvinin “Xəmsə”sindəki əsərləri əks etdirən daş kitabə abidələri isə görülən işlərə kompleks yanaşmanın təsdiqi kimi hafizələrə həkk edilib. Sanki giriş qapısından sonra tariximizi qoruyan və onu yaddaşlarda əbədiləşdirən, açıq səmada hektarlarla ərazini əhatə edən canlı muzey yaradılıb. Qərbdən-Qazax istiqamətdən girişdə də möhtəşəm işlər görülüb. Heydər Əliyev mərkəzinin bu ərazidə tikilməsi isə qədim tarixlə yeni yazılan tarixin vəhdətini yaradıb. Burada ucaldılan Zəfər tağı, müxtəlif ölçülü və böyük zövqlə hazırlanan, dünya standartlarına tam cavab verən xiyabanlar və gənclər sarayı, sözün həqiqi mənasında, Gəncənin özünə məxsus memarlığı ilə Avropa sivilizasiyasının sintezini yaradıb. Respublikada analoqu olmayan və ulu öndərin adını daşıyan mərkəz əzəməti, Gəncə və Avropa memarlığının əsrarəngiz təqdimatı ilə də canlı bir sənət əsəri kimi yeni tarixdə daimi yerini tutub. Görülən bütün işlər isə sadə gəncəlilərin böyü minnətdarlığına səbəb olub. İnsanlar birmənalı şəkildə reallaşan layihələrin hamısını ulu öndərin uzaqgörən siyasətinin bəhrəsi, prezident İlham Əliyevin Gəncəyə, onun sakinlərinə xüsusi diqqəti və qayğısı kimi qiymətləndirib. Bu gün Gəncədə kimə yaxınlaşsan ağız dolu Gəncənin bu günkü inkişaf dinamikasından danışır, milli mənəvi dəyərlərin daşıyıcısı olan şəhərin sabahının daha gözəl olacağını söyləyir. Həmsöhbət olduğumuz Hacı Samir Hacıyevin də ürəyi sözlə doludur. Onun Gəncə ilə bağlı fikirlərini bir xəbərə sığışdıra bilmədiyimizdən müsahibə şəklində cəmiyyətə çatdırmağı lazım bildik.

-Samir müəllim, gözünüzü dünyaya bu şəhərdə açmısınız. Dediyiniz kimi ata babalarınız da Gəncənin övladıdır və kifayət qədər şəhərə bələdsiniz. Mümkünsə şəhərin dünəni ilə bu gününü müqayisə edin.

-Gəncənin tarixi nə qədər qürurverici olsa da əzablı günləri, problemli illəri də az olmayıb. İstər sovetlər dönəmində, istərsə də xalq hərakatının qarmaqarışıq dövrlərində Gəncə də, onun sakinləri də az əziyyət çəkməyib. O zaman Gəncəyə yad baxış, ögey münasibət insanları sıxıb və bir növ onları inamsızlığa aparıb. Gəncə yalnız ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra nəfəs alıb, zaman-zaman dirçəlməyə və inkişafa doğru addımlamağa başlayıb. Deyim ki, cənab prezidentin Gəncəyə rəhbər təyinatı çox uğurlu olub. 3 ildir biz bunun şahidiyk. Elmar Vəliyev Gəncəyə, onun tarixinə sevgisi olan insandır. Birinci ali təhsilini burada alıb, əmək fəaliyyətinə bu şəhərdən başlayıb. Gəncəni heç də gəncəlilərdən az sevmir. Təbii ki, yurdun bir parçası olan Gəncəyə məhəbbət bu günkü inkişafa stimul verib.  Odur ki, çəkinmədən deyirəm ki, qədim şəhər ciddi və sürətli inkişafına isə son 3 ildə qədəm qoyub. Az öncə sizinlə söhbətdə vurğuladığım, möhtəşəm və nəhəng tikililər məhz bu illərdə reallaşıb. Dünənin özü acı və təəssüf dolu tarix idisə, bu gün qürur verən və sabaha inamları artıran bir tarixdir.

-Yeni yazılan tarixin səhifələrində şəhərin mərkəzi necə əksini tapıb? Siz bayaq Şərqdən və Qərbdən girişdə olan işlərdən danışdınız.

İlk olaraq deyim ki, uzun illər Gəncədə quruculuq pərakəndə şəkildə aparılıb. Şəhərin mərkəzi müəyyən edilmədən harda oldu iş aparılıb. Ancaq indi şəhərin mərkəzi də məlumdur, onu birləşdirən küçə və prospektlər də. Deyim ki, Gəncədə əsaslı tikinti işləri bir istiqamətdə aparılmır. Avropa standartlarına cavab verəcək şəhərdə bütün kommunikasiya xətləri-işıq, qaz, telefon, su və digər xətlər yerin altına salınıb, beləliklə şəhər bir növ adamı bezdirən “çilləkənlərdən” təmizlənib. Yüksək gərginlikli elektrik xətləri belə, etibarlığı gözlənilməklə yerin altına keçirilib. Elə bunun özü region şəhəri üçun böyük tarixdir və çox mətləblərdən xəbər verir. Bununla yanaşı şəhər 3 istiqamətdən-Göy göl, Qızıl qaya və başlanğıcını ən uca dağlardan götürən Şəmkirçaydan içməli su ilə təmin ediləcək. Bu isə o deməkdir ki, 3 mənbədən şəhərə daxil olan suyun hesabına əhalini günün 24 saatında içməli su ilə təmin etmək mümkün olacaq. Paralel olaraq çirkab su xətlərinin çəkiliməsi reallaşdırılıb, bərk tullantıların kompleks şəkildə istifadəsi üçün layihələrin müzakirəsi aparılır və bunların yaxın zamanda icrasına başlanması da əsaslı işlərdəndir, illərlə bu sahədə yığılıb qalan problemlərin həlli deməkdir. Prospektlərdə olan binaların hamısının üzü aqlaylanıb, dam örtükləri dəyişdirilib, Hesab edirəm ki, yaxın illərdə şəhərdə bir dənə də olsun dam örtüyü dəyişdirilməyən bina qalmayacaq. Mərkəzi isə özünüz görürsünüz. Yenilik və müasirlik az qala gəncəliləri belə çaşdırır.

-Gəncənin yeni baş planı barədə nə deyərdiniz və inkişaf şəhərsalma qanunlarına uyğun gəlirmi?

Baş planın hazırlanması və ictimaiyyətə təqdim olunması hamının yaxşı yadındadır. Bu planın geniş müzakirəsi zamanı məlum olub ki, şəhərin ərazisi xeyli genişlənib. Bu qədər geniş ərazi bir milyon əhali üçün nəzərdə tutulub. Daha şəhərin inkişafında əvvəlki illərdə olduğu kimi pərakəndəlik olmayacaq, hər addım baş plana uyğun atılacaq. Şəhərin sənaye, səhiyyə mərkəzləri yaradılır, turizmin inkişafına xüsusi önəm verilir, tələbə şəhərcikləri salınır. Gəncə çayinda daimi su olacaq, çayın sahili boyunca bulvar tikiləcək, əhalinin fərdi ev tikməsi üçün torpaq fondu ayrılacaq, bir sözlə, müasir şəhərsalma prinsiplərinə tam əməl ediləcək.

Küçə və prospektlərin genişlənməsi barədə nə deyərdiniz? Açıq desək bu addım heç də birmənalı şəkildə hamı tərəfindən yaxşı qarşılanmayıb.

Gəlin sualın ikinci hissəsindən başlayaq. O adamlar bununla barışa bilmirdi ki, onlar yeniliyi qəbul etməyə hazır deyildilər. Hər məsələyə öz baxış bucağından yanaşır, mütərəqqi addımlardan vahimələnirdilər. İndi hamı anlayıb ki, əsas yolların və küçələrin genişləndirilməsi son zamanlar yaranan nəqliyyat tıxaclarını ardan qaldırıb. Şübhəsiz, şəxsi nəqliyyat vasitələrinin artması da sosial həyat şəraitinin bir göstəricisidir. Nəqliyyatın intensiv hərəkətini tənzimləmək isə ilk növbədə yolların genişləndirilməsindən başlamalı idi və bu belə də oldu. İcra başçısı cənab Elmar Vəliyevin çox gərgin zəhməti bahasına Nizami, Şah İsmayıl Xətai prospektlərinin, Muxtar Hacıyev, eləcə də, digər küçələrin genişləndirilməsi indi Gəncəyə xüsusi yaraşıq verib. Odur ki, bu istidamətdə görülən işləri də əhali, o cümlədən nəqliyyat sahibləri və ictimai nəqliyyatı idarə edən sürücülər böyük razılıq və minnətdarlıqla qarşılayıb. Şəhərin girişində yeni dairəvi yolun çəkilməsi mövcud tıxac problemini tamamilə aradan qaldıracaq. Beləcə Gəncə əsl tarixi qoruq şəhəri kimi nəqliyyat sıxlığından da qurtulmuş olacaq.

-Dini abidlərin bərpasında, təhsil, səhiyyə, mədəniyyət və nəqliyyat sahəsində hansı yeniliklər mövcuddur və şəhərin ümumi inkişafında bu sahələrin yeri necə görünür?

-Gəncə bütün zamanlarda dini dəyərlərinə sadiq şəhər olub. Son zamanlar isə cənab prezidentin ayırdığı vəsait hesabına “İmamzadə” dini memarlıq kompleksi tamamilə yenidən qurulur. Şəhərdə olan 45 tam orta məktəbin yarıdan çoxu əsaslı şəkildə yenidən qurulub. Səhiyyə ocaqları da ən müasir səviyyədə yenilənir. Maddi texniki baza ilə yanaşı müalicə və əməliyyatlar üçün hər cür şərait yaradılır. Məhəsəti Gəncəvi adına mədəniyyət mərkəzi, uşaq yaradıcılıq mərkəzi tikilib. Müasir incəsənət müzeyi isə analoqu olmayan tarixi məkana çevriləcək. Şəhər kukla teatrı yeni görkəmə salınıb, kitabxanalar əsaslı təmir edilib. Uşaq bağçaları tamamilə yenilənib. Bütün bunlarla yanaşı yeniləşən və Avropa səviyyəli şəhərə çevrilən Gəncəyə ekoloji baxmdan çox sərfəli olan tramvayın çəkilməsi layihəsinin reallaşmasına da çox az qalıb. Artıq şəhərin küçə və prospektlərində yeni “Hundai” markalı avtobuslar işləyir və əhaliyə nümunəvi nəqliyyat xidməti göstərilir.

-Samir müəllim, Heydər Əliyev adına parkda, ulu öndərin adını daşıyan mərkəzin yanında “GəncLand” istirahət və əyləncə mərkəzi tikilir. Çox möhtəşəm bir istirahət zonası olacağı indidən görünür. Bizə deyilənə və aldığımız məlumatlara görə uşaqlar üçün bu möhtəşəmliyi siz yaradırsınız.

Bəlkə bu haqda danışmayaq?

-Danışsaq, daha doğru olmazdımı, Samir müəllim?

(Sanki fikirləşirmiş kimi bi müdddət fikrə dalır) Və “yaxşı, nə deyirəm ki” deyib söhbətə başlayır. Bu təşəbbüs də şəhərin icra başçısı Elmar Vəliyev tərəfindən irəli sürülüb. Ulu öndərin adını daşıyan bu park həmişə insanların sıx gəldiyi ünvandır. Hər yeniliyə imza atan Gəncənin körpə uşaqları üçün açıq havada əyləncə mərkəzinin olmaması qəbul edilən deyildi. Elə buna görə də cənab başçı ən müasir əyləncə mərkəzinin yaradılması təşəbbüsünü irəli sürdü. İşə iyul ayından başlanıb. İnşallah, gələn ilin mart ayında istifadəyə verilməsini nəzərdə tutmuşuq.

-Əyləncə mərkəzi hansı yeniliyi ilə uşaqların diqqətini cəlb edəcək?

Əyləncə mərkəzində 30 ədəd atraksion və karusel, ana-uşaq və ailə kafesi fəaliyyət göstərəcək. Bir ədəd hündürlüyü 50 metr olan dairəvi karusel, bir Amerikan atraksionu, 10 at olmaqla bir ippodrom, bir medkartink, bir 25 metr eni, 50 metr uzunu olan futbol, bir eni 20, uzunu 30 metr olan tennis meydançası, 6D kinoteatr, çox sayda heyvanat aləminə aid fiqurlar, avtodrom, 6 metr hündürlükdə hava doldurulan fiqurlar, balacalar üçün oyun meydançası, 2 ədəd fontan, 2 ədəd eni 10 metr, uzunu 15 metr olan batut, 10 ədəd uşaq yelləncəyi, nağıl personajlarından ibarət mövzu şəhərciyi yaradılacaq. Bütün bu işlər 8 hektar ərazini əhatə edəcək.

-Layihədə bölümlərin olacağı da əksini tapıb. Bu nə deməkdir və hansı bölümləri yaratmağı nəzərdə tutmusunuz?

Bəli, mərkəzdə “studiya park”, “sərbəst oyunlar”, “kiçik dünya”, “şən ailə”, “Bol həyacan”, “bol adrenalin”, “dinozavur” adlı bölümlər olacaq. Bunlarla yanaşı şəhərin mərkəzindən parka qədər pulsuz sərnişindaşıma xidməti də həyata keçiriləcək.

-Tikinti zamanı hansısa problemlərlə üzləşirsinizmi və onu necə aradan qaldırırsınız?

Öncə onu deyim ki, heç bir çatışmazlıqla üzləşməmişik. Kifayət qədər abadlıq işi aparmışıq. İşin sürəti isə səngimir. Çünki cənab başçı hər gün tikintiyə baş çəkir, gündəlik tapşrıq və tövsiyyələrini deyir. Yeri gəlmişkən deyim ki, Elmar müəllimin çox gözəl zövqü var və istəyir ki, görülən iş ilk növbədə estetik görünüşü və yüksək keyfiyyəti ilə fərqlənsin. Bu gün qürurla demək mümkündür ki, Gəncə 2016-cı il Avropa gənclərinin paytaxt şəhəri kimi gələn qonaqların əyləncəsini və istirahətini tam təmin etməyə hazırdır. Sanki bu təşəbbüsü irəli sürənlər 3 il sonranı görürmüş. Deym ki, ilkin layihə, quruculuq və planlama işlərində, eləcə də bir çox inşaat və dizayn tərtibatı məsələlərində cənab Elmar Vəliyevin bizə çox köməyi və məsləhətləri olub.

-Samir müəllim, Sizinlə söhbət bir daha təsdiq etdi ki, qədim Gəncə çox böyük uğurlara imza atıb və daha böyük uğurlar isə hələ qabaqdadır.

Prezident İlham Əliyevin təməlini qouduğu Filarmoniya Gəncə mədəniyyətinə yeni nəfəsin verilməsi olacaq. Yeni sənaye komplekslərinin açılması da tarixi hadisələrə çevriləcək və qədim şəhər sənaye şöhrətini daha müasir görkəmdə bərpa edəcək. Gəncənin canlı tarixi hesab edilən Cavad xan kücəsinin yenidən və köklü şəkildə qurulması da yeni tariximizin şanlı səhifələrindəndir. Prezident İlham Əliyevin açılışını etdiyi küçə elə bil uzaq keçmişimizdəki yaşayış tərzini, sənət incilərini, musiqi mədəniyyətini yenidən gözümüz önündə canlandırır. Paytaxt Bakıdan sonra ikinci möhtəşəm bayraq meydanının Gəncədə yaradılması da qurur yaradan işlərdəndir. Deyə bildiklərim yalnız 3 ildə görülən işlərin bir qismidir. Şübhəsiz ki, unutduqlarım da çoxdur. Bu da təbiidir. İş çox olanda və əsaslı şəkildə görüləndə yaddaşın da bunları dilə gətirməyə gücü çatmır. Son 3 ildə əldə edilən bu uğurlar və sürətli inkişaf isə ilk növbədə cənab prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə diqqətinin, qayğısının və çox doğma münasibətinin nəticəsdir. İlbəil artan iqtisadi qüdrətimiz imkan verib ki, tək paytaxt Bakıda yox, regionlarda-xüsusilə Gəncədə də əsaslı quruculuq işləri görülsün. Bu da heç şübhəsiz aparılan iqtisadi və sosial siyasətin dolğun nəticəsidir. Bir faktı da qeyd etmək yerinə düşər. Gəncədə ötən illərdən fərqli olaraq əksər məsələlər indi elm adamları, alimlər və ziyalılarla məsləhətləşdirilir. Bu da nəticə etibarı ilə görülən işin səmərəsini və keyfiyyətini qat-qat artırır. Necə deyərlər,  aliminə və ziyalısına söykənən rəhbər əməli ilə həmişə zəfər qazanar.

-Müsahibə üçün çox sağ olun. Zəfərləriniz uzunömürlü və əbədi olsun.


    Müsahibəni qələmə aldı:                                                Qalib Rəhimli.

Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/725.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/726.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/727.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/730.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/731.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/732.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/733.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/735.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/736.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/737.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/738.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/739.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/740.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/741.jpg">Gəncə yeni tarixinə qovuşur <i style=- FOTO" src="//old.moderator.az/fotobaza/original/742.jpg">
Oxşar xəbərlər
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."