“Biz sadəcə Ermənistana deyil, bütün ermənipərəst qüvvələrə qalib gəldik”
Oxunub: 3481
12 Nov 2020 | 12:19
“Biz sadəcə Ermənistana deyil, bütün ermənipərəst qüvvələrə qalib gəldik”

“Yaxın gələcəkdə Azərbaycanda iqtisadi sıçrayışın şahidi olacağıq”

 

“Qələbəmizə hansısa şəkildə kölgə salmaq həm məntiqə, həm vicdana, həm də dövlətimizin maraqlarına ziddir”

 

Sentyabrın 27-də başlayan Vətən Müharibəsinin 44 gündən sonra Azərbaycanın qələbəsi ilə başa çatması regionda tamamilə yeni hərbi-siyasi situasiya formalaşdırıb.

 

Moderator.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə Azərbaycanın tarixi zəfərindən sonra yaranan yeni vəziyyət, bu qələbənin ölkəmizin və bölgənin gələcəyində oynayacağı rolu müzakirə etdik.

 

-Məşhur müəllim, öncə Vətən Müüharibəsində dövlətimizin əldə etdiyi uğurla bağlı düşüncənizi bilmək istərdik. Sizcə bu qələbə hər şeydən öncə ordumuzun və xalqımızın yenilməzliyinə dəlalət etmirmi?

 

-Hər şeydən öncə unutmaq lazım deyil ki, 30 il ərzində dövlətimiz sadəcə Ermənistanla qarşı-qarşıya qalmadı. Ermənistan istər hərbi, istər iqtisadi, istərsə də digər parametrlər baxımından Azərbaycan qarşısında duruş gətirəcək gücə malik deyildi. Müharibə başlayandan sonra isə biz Ermənistan hansı dövlətlərdən, hansı dairələrdən hansı yardımlar aldığını, kimlərin onlara silah-sursatla, muzdlularla, iqtisadi yardımlarla, diplomatik bəyanatlarla dəstək verdiyini gördük. Ermənistana dünyanın müxtəlif yerlərində yaşayan, Ermənistan vətəndaşı olmayan erməni və qeyri-ermənilərin muzdlu kimi axını baş verdi. Hətta terroristlər də Ermənistan ordusunun sıralarında yer aldı. Lakin təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, dünya mediası muzdlu-terrorist yığınına çevrilən Ermənistan ordusunun reallığı haqqında bir kəlmə də olsun danışmadı. Heç kim demədi ki, Ermənistan muzdsluları və terrorçuları hərbi əməliyyatlara cəlb etməklə beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozur, faktiki olaraq terrorçularla əməkdaşlıq həyata keçirir. Heç kim Ermənistanı işğal etdiyi torpaqlardan çıxmağa səsləmirdi. Sadəcə Azərbaycanı dayandırmağa çalışırdılar.

 

Biz Vətən müharibəsi zamanı bir daha Azərbaycana qarşı dünyanın ikili və hətta üçlü standartlarına şahid olduq. Bu müddət ərzində dövlətimizə qarşı dünyanın bir sıra gücləri ciddi təzyiq göstərməyə səy etdi. Bütün bu təzyiqlərə baxmayaraq, biz işğaldakı torpaqlarımızın böyük bir qismini ordumuzun gücü sayəsində azad etdik. Biz düşməni məcbur etdik ki, kapitulyasiya haqqında saziş imzalasın. Hansı ki, həmin sazişdə Qarabağın statusu haqqında heç bir müddəa yoxdur. Naxçıvanla quru əlaqəsi də bu sazişlə təmin edildi. Biz bu sazişlə XXI əsrin şərtləri daxilində əldə edilməsi mümkün olandan da artıq nəticəyə nail olduq. Biz bu müharibədə yalnız Ermənistana deyil, ermənipərəst qüvvələrə, Türkiyə və Azərbaycanı sevməyən, türk dünyasının inkişafını qəbul etmək istəməyən qüvvələrə qarşı mübarizə apardıq və qalib gəldik.

 

-Sizcə əldə edilən bu saziş həm də dövlətimizin sülhpərvər siyasətinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından hansı əhəmiyyətə malikdir?

 

-Təbii. Azərbaycan bu sazişlə həm də özünün nə qədər sülhpərvər dövlət olduğunu bütün dünyaya göstərdi. Bəzi qüvvələr elə hesab edirdi ki, Azərbaycan ermənilərin hamısını  hərbi əməliyyatlar fonunda bütün Qarabağ ərazisindən vurub çıxaracaq və həmin qüvvələr də bəyan edəcəkdilər ki, Azərbaycan ermənilərə qarşı etnik təmizləmə həyata keçirdi. Biz buna imkan vermədik. Öz hərbi gücümüzü düşmənə göstərəndən sonra, düşmən Ağdam, Kəlbəcər, Laçın rayonlarından çıxmağa məcbur oldu, bununla bağlı üzərinə öhdəlik götürdü.

 

Bu qələbə bizə mənəvi baxımdan da lazım idi. Əgər bu torpaqlar bizə hərbi əməliyyatsız verilsəydi, biz bu torpaqlarda özümüzü qalib dövlətin qalib vətəndaşları kimi hiss etməyəcəkdik. Qəlbimizin dərinliyində bir narahatlıq hiss edəcəkdik. Bu gün ən önəmlisi budur ki, bu torpaqları biz özümüz öz gücümüzlə azad etmişik. Bu bizim qürurumuzun, ruhumuzun azadlığıdır.

 

-Məşhur müəllim, prezident İlham Əliyev bəyan etdi ki, müharibə dövründə bəzi beynəlxalq güclər ölkəmizə təzyiqlər etməyə, basqılar göstərməyə cəhd edib. Bütün bu təzyiqlərə rəğmən dövlətimizin hərbi əməliyyatları davam etdirməsi, işğaldakı torpaqlarımızı azad etməsi Ali Baş Komandanımızın yüksək sərkərdəliyinin, diplomatik peşəkarlığının təsdiqi sayıla bilərmi?

 

-Bu qələbə bizim sadəcə hərb meydanında olan zəfərimiz deyil. Bu qələbə həm də bizim siyasi-diplomatik qələbəmizdir. Bu qələbə Ali Baş Komandanımızın səyi nəticəısində əldə edilib. Bu vaxta qədər cənab prezidentin apardığı siyasət, dünya siyasi arenasında qazandığı nüfuz və əldə etdiyi uğurlar nəticə etibari ilə, Qarabağ məsələsində də özünü göstərdi. Bu baxımdan təbii ki, biz bu qələbəyə görə ordumuza, Ali Baş Komandanımızın uzaqgörənliyinə, əzminə, iradəsinə, peşəkarlığına borcluyuq.

 

-Vətən Müharibəsi dönəmində hansı dövlətlərin ölkəmizə dəstəyini daha yüksək qiymətləndirirsiniz?

 

-Müharibə dövründə Azərbaycana ən böyük dəstəyi heç şübhəsiz qardaş Türkiyə dövləti verdi. İsrail də Azərbaycana dəstək verən dövlətlərdən biri oldu. Pakistan, Malayziya, İndoneziya da ölkəmizi dəstəkləyən bəyanatlarla çıxış etdi. Mən Gürcüstan və Ukraynanın da adını böyük hərflərlə qeyd etmək istəyirəm. Çünki bu gün Gürcüstan və Ukraynanın öz durumu bəllidir. Lakin buna baxmayaraq, onların Azərbaycanın yanında yer alması sevindirici, qürurvericidir. Xatırladım ki, biz də hər zaman Gürcüstanın və Ukraynanın yanında olmuşuq, onları dəstəkləmişik. Bütün bu dəstəklərin arxasında isə prezidentimizin apardığı uğurlu siyasət dayanır. Ali Baş Komandan vətəni üçün hər cür fədakarlığa hazır komandan kimi bütün xalq tərəfindən sevilir. Onu mübarizələrə ruhlandıran da xalqın sevgisi, məhəbbətidir.

 

Bu gün Azərbaycan ordusunda bir nəfər də olsun fərari yoxdur. Bir nəfər də olsun vətəndaşımız orduda xidmətədn imtina etmədi. Bunun özü xalqımızın birlik və həmrəyliyini, onun öz torpağı uğrunda mübarizə aparmaq əzmini göstərir. Bu gün hər bir Azərbaycan vətəndaşı xalqı, bayrağı, torpağı, prezidenti üçün canından keçməyə hazırdır. Bizim qələbəmizin, zəfərimizin kökündə də bu birlik, bu bərabərlik, bu həmrəylik dayanır.

 

Xatırladım ki, 90-cı illərdə bizim məğlub olmağımızın əsas səbəbi vahid komandanlığın, nizami ordunun, dövlət-xalq birliyinin lazımi səviyyədə olmaması idi. O zaman bizim iqtisadi-hərbi gücümüz də aşağı səviyyədə idi. Biz o vaxt müharibəni sanki xanlıqlar dönəmindəki müharibələr səviyyəsində aparırdıq. Batalyonlar bölgələr üzrə yaradılmışdı və onların hərəsinə də bir şəxs rəhbərlik edirdi. Onlar arasında rabitə, vahid komandanlıq yox idi. Biz müharibəni faktiki olaraq xanlıqlar dövrünə məxsus şəkildə apardıq və nəticədə məğlub olduq. Bu gün isə mənzərə tamamilə başqadır. Azərbaycan güclü bir dövlətdir, bütün xalq Ali baş Komandanının ətrafında yumruq kimi birləşib, hamı onun əsgəridir. Bu gün Ali Baş Komandanın verdiyi istənilən qərar hər bir vətəndaş tərəfindən müzakirəsiz və tərəddüdsüz icra edilir. Cənab prezident sadəcə Azərbaycanın deyil, ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlının, 50 milyonluq Azərbaycan xalqının rəhbəridir və hər kəs də bunu məhz belə qəbul edir.

 

-Qarabağda həyatın yenidən canlandırılması ölkəmizin iqtisadi, mədəni inkişafına öz töhfəsini verəcəkmi?

 

- Biz yaxın gələcəkdə Azərbaycanda iqtisadi sıçrayışın şahidi olacağıq. Bunun bir neçə səbəbi var. Birincisi, ölkəmizdəki məşğulluq problemi tamamilə öz həllini tapacaq. Işğaldan azd edilmiş torpaqlarımızda həyatın bərpa edilməsi, tikinti-quruculuq işlərinə start verilməsi hər şeydən öncə yeni iş yerlərinin yaradılması deməkdir. Gücümüzə yeni güc qatılacaq. Yeni sənaye və istehsalat sahələri yaradılacaq. Dövlətimiz vətəndaşlarımızın bura qayıtması, bu rayonların dirçəldilməsi üçün hər cür köməyi göstərəcək. Bu isə sadəcə Qarabağ regionunun deyil, bütün ölkənin inkişafına səbəb olacaq.

 

Qarabağın inkişafı, orada yenidən həyatın normal məcraya dönməsi turizmin inkişafına da təkan verəcək. Hər şeydən öncə daxili turizm sürətlə inkişaf edəcək. Xarici ölkələrdən də çox sayda insan Qarabağın gözəllikləri, tarixi məkanlarını gömək üçün buranı ziyarət edəcək.

 

Iqtisadiyyatımızın inkişafı, bu sahədə yeni nailiyyətlərin əldə edilməsi Qarabağda yaşayacaq Azərbaycan vətəndaşı olan ermənilərin də sosial rifahına öz təsirini göstərəcək.

 

Iqtisadiyyatımızın böyüməsinə şahid olacağıq. Nəticədə, dövlət xəzinəmizə yeni vəsaitlər daxil olacaq. Bu vəsaitlər isə təkrar ölkəmizin inkişafına yönəldiləcək.

 

Ilk növbədə Qarabağın inkişafı bizim üçün prioritet məsələ, ən böyük məqsəddir. Və biz yaxın gələcəkdə bu məqsədə nail olacağıq.

 

-Vətən Müharibəsi dönəmində bir sıra ölkələr dövlətimizə öz dəstəklərini ifadə etsələr də, Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstək məxsusi olaraq diqqət çəkdi, xalqımız, prezidentimiz tərəfindən yüksək qiymətləndirildi. Sizcə Türkiyənin bu dəstəyi müharibə dövründə ölkəmizin zəfəri baxımından nə dərəcədə prinsipial rol oynadı?

 

-Təbii ki, Türkiyənin Vətən Müharibəsi dönəmində ölkəmizə verdiyi mənəvi-siyasi dəstək bizim üçün son dərəcə önəmli və əhəmiyyətli oldu. Türkiyə hər an Azərbaycanın yanında oldu. Bizə özümüzü tənha hiss etməyə imkan vermədi. Mən ölkəmizə verdiyi bu dəstəyə görə şəxsən öz adımdan Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğana öz təşəkkürümü bildirirəm. Mən hər bir türk vətəndaşına verdikləri dəsətəyə görə təşəkkürümü bildirirəm. Bu qələbə sadəcə Azərbaycanın deyil, Türkiyənin, türk dünyasının qələbəsidir. Bu qələbə türk dünyasının birliyinə də kömək edəcək, bu sahədə yeni imkan və perspektivlər açacaq.

 

Azərbaycan və Türkiyə arasında qan qardaşlığı mövcuddur və bütün dünya bu qardaşlığın, bu vəhdədin şahididir. Bizim Türkiyə ilə dostluğumuz, qardaşlığımız ürəkdən, qəlbdən, candan gələn bir qardaşlıqdır və bunun arxasıdna hər hansı təmənna, gözlənti yoxdur. İki dövlət arasında dostluğun inkişafında cənab İlham Əliyevlə hörmətli Rəcəb Tayyib Ərdoğanın rolunu xüsusi qeyd etmək istəyirəm.

 

Türkiyə öz bəyanatları ilə beynəlxalq müstəvidə bir sıra dövlətlərin ölkəmizə qarşı atacağı addımların qarşısını aldı. Yəni bu bəyanatlar bir növ önləyici tədbirlər oldu.

 

Bu gün bir sıra xarici ölkələrin mediasına baxanda aydın olur ki, onlar Azərbaycan-Türkiyə dostluğundan olduqca narahatdırlar, bu birliyin pozulmasını istəyirlər. hansı ki, bu gün bu birlik bizim üçün dünənkindən ikiqat vacibdir və bizim hər birimiz bu birliyi qorumaq üçün canımızdan keçməyə hazır olmalıyıq.

 

-Məşhur müəllim, son günlər bəzi müxalif siyasilər əldə edilən razılaşmada guya hansısa məqamların milli maraqlarımıza o qədər də cavab vermədiyini, narahatlıq doğuran nüansların mövcudluğunu iddia edir. Sizcə Azərbaycan və türk tarixində özünəməxsus yeri olan bu böyük qələbəyə, bu tarixi razılaşmaya bu cür yanaşmaq, onun əhəmiyyətini azaltmağa səy göstərmək hər şeydən öncə mənəvi baxımdan qəbuledilməz deyilmi?

 

-Sizinlə tamamilə razıyam. Bu qələbə milli tariximizdə ən böyük, ən parlaq qələbələrdən biridir. Bu qələbə Azərbaycan ordusunun qanı və canı bahasına, bütün xalqın fədakarlığı ilə əldə edilib. Qələbə sazişində Azərbaycanın mövcud şərtlər daxilində maraqları ən yüksək səviyyədə müdafiə edilib. Bu gün Ermənistanda baş verən etirazlar, dövlət-xalq qarşıdurması da bu sazişin Azərbaycanın maraqlarına xidmət etdiyini, onun ərazi bütövlüyünü təmin etdiyini, Ermənistan üçün kapitulkyasiya olduğunu göstərir. Odur ki, biz bu qələbəni, onun əhəmiyyətini düzgün qiymətləndirməli, hər hansı bir formada ona üzərinə kölgə salmamalıyıq. Bu, həm məntiqə, həm vicdana, həm də dövlətimizin maraqlarına zidd olar.

 

Seymur ƏLİYEV

Oxşar xəbərlər
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI