"Biz faktiki olaraq, Ermənistanla yox, bir neçə dövlətlə müharibə aparırıq..."
Müsahibə
Oxunub: 2724
12 Oct 2020 | 20:20
Azərbaycanın sentyabrın 27-dən etibarən başladığı Böyük Vətən müharibəsinin gedişatında fərqli proseslər müşahidə olunmaqdadır. Müsbət məqam odur ki, müharibə Azərbaycanın maraqlarına  uyğun olaraq davam edir.

Belə bir mərhələdə bizi nələr gözləyir, müharibənin gedişatı necə olacaq ?

Moderator.az xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov Musavat.com-a müsahibəsində bu suallar ətrafında danışıb:


- Vahid müəllim, Ermənistan bir daha sübut etdi ki, bu ölkə ilə nə danışıqlar, nə də atəşkəs mümkün olmayacaq. Son hadisələrlə bağlı nə deyərdiniz?

- Atəşkəsə gediləndə mən o qədər də inanmırdım ki, Ermənistan buna riayət edər. Ötən 26 ildə atəşkəsi hər zaman Ermənistan pozub, Azərbaycan bir dəfə də atəşkəsi pozmayıb. Ona görə də, bu dəfə də Ermənistan eyni cür davrandı. Onlar iyulda da atəşkəsi pozdular, kəndlərə hücum etdilər, 27 sentyabrda da təxribat etdilər. Ümumiyyətlə, ermənilər özləri öz dövlətlərini idarə etmirlər. Bu dövlət faktiki olaraq, Rusiyanın bir əyalətidir.

Fikir verirsinizsə, ötən gün dövlət başçısı İlham Əliyev də dedi ki, Rusiya Ermənistana kifayət qədər silah-sursat verir, hər cür yardım edir, elektrik enerjisi, qaz verir, sərhədlərini qoruyur. Faktiki olaraq, Ermənistan Rusiyanın bir əyalətidir. Son bir neçə gündə hər gün Fövqəladə Hallar Nazirliyinin təyyarələri oraya gəlib-gedir, silah-sursat daşıyırlar. Biz faktiki olaraq, Ermənistanla yox, bir neçə dövlətlə müharibə aparırıq. Cənab prezident yenə humanist addım ataraq atəşkəsə gedilməsinə icazə verdi.

Bu onlar üçün çox böyük şans idi. Onlar bu şansdan istifadə edib Gəncəni vurdular, dünən gecə Tərtər və Ağdamı vurublar. Gəncədəki hadisə çox ağır hadisədir, Xocalı soyqırımına bərabər hadisədir. 40-a yaxın insanın yaralanması, 9 nəfərin ölümü  çox ağırdır. Ermənilər öz köhnə əməllərindən əl çəkmirlər və çəkən deyillər. Ona görə də, yeganə çıxış yolu müharibədir. Cənab prezident “Haber Global”a müsahibəsində də dedi ki, biz onlara şans verdik, onlar bu şansdan bizim əleyhimizə istifadə etdilər. Dinc əhalini qırdılar. Onların xisləti budur, çünki müharibəni uduzduqlarını görürlər. Azərbaycan torpaqlarını azad etməkdə israrlıdır, hamı bir nəfər kimi dövlət başçısı İlham Əliyevi müdafiə edir.

Heç kim tərəddüd etmir. Onlar ortalığı qarışdırmaq üçün Bərdəni, Gəncəni vurmağa çalışırlar. Bununla, başqa dövlətləri müharibəyə qoşmaq, əhatə dairəsini genişləndirmək  fikrindədirlər. Əsas məsələ budur. Əlbəttə, biz buna gedən deyilik. Beynəlxalq aləmdə bu məsələyə baxılmalıdır. Dinc əhalinin öldürülməsi, onların yaşadığı yerlərə raket atılması, insanları qırmaq nə deməkdir? Bu silahların hamısı Rusiyadan gəlib, hamısı bahalı bombalardır. O səbəbdən ermənilərlə danışığa getmək  mənasızdır. Burada Rusiyanın da günahı var. Əgər atəşkəslə bağlı çağırışı Rusiya edirsə, o zaman onlar atəşkəsə cavabdeh olmalı idilər. Niyə indi öz mövqelərini bildirmir, Ermənistanı tənqid etmirlər.

Əksinə, Ermənistanın xarici işlər naziri yenidən Lavrovun – öz qohumunun yanına qaçıb ki, görək Moskva nə deyir? Burada bizim bir məqsədimiz var – Azərbaycanın torpaqlarını işğaldan azad etmək. Daha dünya nə deyəcək, beynəlxalq güclər nə deyəcək məsələsinə baxmaq lazım deyil. Prezident də dedi ki, artıq nə status-kvo , nə də təmas xətti yoxdur, bunlar dağılıb. Orada sonradan hansı siyasi qərarların qəbul ediləcəyi sonrakı məsələdir. Biz dövlət olaraq öz torpaqlarımızı geri qaytarmalıyıq, bizim dediyimiz qəbul olunmalıdır. Dövlət başçısının arxasında da bütün millət, xalq dayanıb. Ona görə də, bizdə heç bir problem ola bilməz.

- Xalq demişkən, Azərbaycan Böyük Vətən müharibəsində ikən cəmiyyətin hazırkı ruhunu, duruşunu necə qiymətləndirirsiniz?

- Cəmiyyətdə çox yüksək əhval-ruhiyyə var. Son illərdə mən bu dərəcədə ruh yüksəkliyi və milli birlik görməmişdim. İstər siyasi rəqiblər, istər siyasi partiyalar, istərsə də cəmiyyət- hamı eyni mövqedədir ki, Azərbaycan işğal olunmuş torpaqlarını azad etməlidir. Hamı cənab prezident, Ali Baş Komandanın ətrafında sıx birləşməlidir, ona yardımçı olmalıdır. Bu, hər yerdə müşahidə olunmaqdadır, istər rayonda, istər şəhərdə. Ermənilər müəyyən saytlarında irqi söhbətləri qabardırlar, guya qeyri-türk olan azərbaycanlılar müharibəyə getmirlər. Bu yalan söhbətdir. Mən sentyabrın 27-dən sonra savaş gedən rayonların hamısında olmuşam. İstər ləzgilər, istər tatlar, istər yəhudilər, istərsə də digər millətlərin nümayəndələri - hamı bir nəfər kimi Qarabağ üçün vuruşmağa hazırdır. Son vaxtlar vətən müharibəsində müəyyən uğurlar, qələbələr qazanıldı. Yəqin ki, növbəti günlərdə yeni qələbələrin şahidi olacağıq. Mən hesab edirəm ki, müharibənin artıq ən çətin mərhələsi geridə qalıb. Çünki düşmən artıq qaçmağa başlayıb, texnikanı qoyub qaçırlar, Ermənistan vətəndaşları orduda xidmət etmək istəmirlər. Suriyadan, Livandan, Yunanıstandan gətirilmiş muzdlu insanlar  var ki, onlar bunkerlərdə vuruşurlar, çalışırlar ki, aldıqları vəsaitin əvəzini verə bilsinlər.

Azərbaycan ordusu ilə bağlı çoxlu qarayaxmalar var ki, onların heç biri qəbul olunan deyil. Azərbaycanın son vaxtlar apardığı siyasət çox yüksək səviyyədə tətbiq olundu. Bu siyasət bütün dünyaya çatdrıldı. Ali Baş Komandanın xarici kanallara verdiyi müsahibədə dövlət başçısı açıq-aydın  öz mövqeyini bildirdi. O cümlədən, yaxşı bir misal da gətirdi ki, müharibənin ən yaxşı cəhəti bizə dostumuzu və düşmənimizi tanıtmasıdır. Doğrudan da belə oldu, Azərbaycanı müdafiə edən dövlətlər üzə çıxdı, Azərbaycanın əleyhinə olan dövlətlər də bu müharibədə bilindi.  Ruh yüksəkliyi çox böyükdür.

- Hansı mərhələdən sonra, sizdə müharibənin nəticəsi ilə bağlı əminlik yarandı?

- Mən hesab edirəm ki, bu müharibənin əsas dönüş nöqtəsi Suqovuşan oldu. Suqovuşanı aldıq, orada ermənilərin çox ciddi istehkamları, yeraltı tunelləri, böyük anbarları və ehtiyatları var idi. Suqovuşanı aldıqdan sonra erməni ordusu müharibəni uduzduğunu başa düşdü. Əslində, erməni ordusu da demək olmaz, heç orada ordu da yoxdur. Qonşu dövlətlərin münasibəti, İran prezidentinin “Azərbaycan dostumuz, Ermənistan isə qonşumuzdur” deməsi onu göstərdi ki, Vətən Müharibəsi Azərbaycanın xeyrinə qurtaracaq.

- Sizcə, müharibə tam olaraq Dağlıq Qarabağ probleminin köklü həlli ilə yekunlaşacaqmı?

- Mən diqqət edirəm, müəyyən danışıqlar prosesi gedir. Cenevrədə bu cür danışıqlar oldu, daha sonra Moskvada oldu. Xarici işlər nazirləri görüşdü. Bu müharibədə atəşkəsin elan olunması üçün Azərbaycan bütün torpaqlarını azad etməlidir. Ondan sonra hansısa müqavilədən söhbət gedə bilər. Bu müqavilə təkcə ATƏT-in Minsk qrupunun və Rusiyanın iştirakı ilə deyil, həm də Türkiyənin iştirakı ilə baş tutmalıdır. Ermənistana vaxt vermək olmaz, nəfəs almasına imkan yaratmaq olmaz, onlar bunu texnika və xaricdən muzdlu döyüşçülərin gətirilməsi üçün istifadə edəcəklər. Bütün torpaqlarımızdan çıxsınlar, biz sərhədlərimizi qoyaq, ondan sonra digər məsələlər öz həllini tapacaq.

- Vahid müəllim, hər zaman terrorçuluqla mübarizədən danışan dövlətlər indi Ermənistanın Cənubi Qafqazı terror yuvasına çevirməsinə göz yumurlar. Bunun səbəbi nədir?

- Biz bu dövlətlərin iç üzünü onsuz da bilirdik. Türkiyənin dostluğu da məlum idi. Qardaş ölkənin istər prezidenti, istər xarici işlər naziri açıq-aşkar Azərbaycanı müdafiə etdilər və bu gün də müdafiə edirlər. Qeyd edirlər ki, Azərbaycan öz torpaqlarını son qarışına qədər azad etməlidir. Pakistan, Əfqanıstan, Macarıstan və digər dövlətlər də dəstək verdilər. Fransa kimi dövlətlər isə Azərbaycanı masa arxasında oturmağa vadar etmək istəyirlər. Ancaq cənab prezident şərtləri deyib. Hamımız eyni fikirdəyik ki, Ermənistanla atəşkəsə getmək olmaz. Azərbaycan ordusu qalib ordudur.  Torpaqlarımızı axıra qədər azad etdikdən sonra  bu məsələlərə qayıtmaq olar.

- Sizcə müharibədən sonra, Dağlıq Qarabağın statusu və orada birgəyaşayış məsələsi necə olacaq?

- Hələ birinci baxmalıyıq ki, ermənilərdən orada qalan olacaqmı. Bəlkə ermənilər tamamilə köçüb getdilər və Qarabağ da adi rayonlar, şəhərlər kimi Azərbaycanın tərkibinə qatıldı. Lakin ermənilərə heç zaman inanmaq olmaz. Hərbçilərimizin əsir tutduğu erməni qadına burada mətbuat konfransı keçirildi. Orada dedi ki, mağazada işləyirmiş və ermənilər onu atıb gediblər. Halbuki sonradan məlum oldu ki, o, hərbidə tibb bacısı işləyirmiş.

- Ermənistan sanki Azərbaycanı təhrik edir ki, müharibə Dağlıq Qarabağdan kənara çıxsın və biz də Ermənistan ərazilərini bombalayaq? Bununla bağlı daxildən çağırışlar da var. Nəticəsi necə ola bilər?

- Ermənistan müharibənin əhatə dairəsini genişləndirmək istəyir. İstəyirlər ki, onlar bizim ərazilərimizə raket atdığı kimi, biz də Ermənistanın ərazisinə ataq, daha sonra burada müharibə böyüsün. Rusiya, Türkiyə və digər dövlətlər də bu müharibəyə  qarışsınlar, burada böyük bir  həngamə yaratsınlar. Bu mümkün  olan məsələ deyil. Müharibə Azərbaycanın üstünlüyü ilə gedir. Yəqin ki, yaxın zamanda azad olunmuş ərazilərdə dövlət başçısı tərəfindən bayraqlar sancılacaq. Ona görə də, erməni təxribatlarına uymaq lazım deyil. Dünya ictimaiyyəti guya heç nə olmamış kimi davranır. Beynəlxalq təşkilatlar da susur. Hətta İnsan Hüquqları Məhkəməsi dünən insan hüquqlarının qorunması ilə bağlı bəyanat verdi. Bəs 30 ildir harada idilər, məgər xəbərləri yox idimi baş verənlərdən? Bunlar boş şeylərdir. İnanıram  ki, ordumuz qalib ordu olacaq və Azərbaycan prezidenti bayraqları Şuşaya, Xankəndinə sancacaq.

- Dağlıq Qarabağın azad olunması iqtisadi baxımdan Azərbaycan üçün nə deməkdir?

- Çox böyük əhəmiyyəti var. Diqqət edirsinizsə, bir neçə gündür Suqovuşanın azad olunması ilə bağlı rayonların su ilə təminatında necə irəliləyiş oldu, problemlər aradan qalxdı. Bu, həm də həmin bölgələrdə kənd təsərrüfatının inkişafı deməkdir. Bu rayonlar turizm baxımından kifayət qədər əhəmiyyətlidir. Mənzərəsi gözəl, dağ-meşə, çayları var. Azərbaycan dövlətinin kifayət qədər valyuta ehtiyatı var, bu rayonların infrastrukturunu tikib düzəldəcək. Bunun Azərbaycan iqtisadiyyatına böyük təsiri olacaq.

- Bəs, dəymiş iqtisadi ziyan?

- Bildiyiniz kimi, baş prokurorun rəhbərliyi altında xüsusi istintaq qrupu yaradılıb. O vurulan şəhərlər və rayonlarla bağlı araşdırmalar aparılır, cinayət işləri qaldırılır, istintaq aparılır. Bizə dəyən ziyanın hamısı araşdırılır və gələcəkdə bununla bağlı beynəlxalq məhkəmə çəkişmələri olacaq. 30 ildə bizə nə qədər ziyan dəyibsə bunlar hamısı beynəlxalq məhkəmədə araşdırılmalıdır.
Oxşar xəbərlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
14:37, Bu gün
Kərim Vəliyev artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTOLAR
14:31, Bu gün
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
14:26, Bu gün
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
14:22, Bu gün
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
14:18, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:16, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə
14:14, Bu gün
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
14:08, Bu gün
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı