"Elçibəy həmin rus hərbi əsirlərin Rusiyaya verilməsindən imtina etmişdi, ancaq..."
Oxunub: 7938
29 Jul 2020 | 15:29
Sabiq prezidentin köməkçisi: “Azərbaycan ərazilərinin işğalının səbəbkarı Rusiyadır. Rusiya həm Qafqazda, həm də digər keçmiş sovet respublikalarında sabitliyin olmasında maraqlı deyil”

Cənubi Qafqazda hərbi-siyasi vəziyyət daha da mürəkkəbləşib. İyulun 12-də Ermənistan ordusunun Tovuz rayonu istiqamətində yeni ərazilərin işğalına cəhdindən sonra regionda gərginlik yenidən artıb və vəziyyət hər an nəzarətdən çıxa bilər.

Ermənistan-Rusiya birgə təlimlərinin keçirilməsi, bundan qısa müddət sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin Naxçıvan, Bakı, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində hərbi təlimlərə hazırlaşması indi regionu əsas şərtləndirən amillərdir.

Bu mövzu ətrafında suallarımıza Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin köməkçisi işləmiş siyasi analitik Oqtay Qasımov cavab verib.

- Oqtay bəy, Azərbaycan və Türkiyə ordusunun Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda təlimləri başlayır. Ermənistanın Tovuz rayonuna hücumundan sonra regionda gərginləşən hərbi-siyasi atmosfer fonunda bu təlimləri necə şərh edə bilərsiniz?

- Mən, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın ciddi və dərin formada inkişaf etdirilməsini vacib sayıram. Son illər bu istiqamətdə müəyyən addımların atılmasına başlanılıb. Bu ilin fevralında Türkiyə prezidenti Ərdoğanın Bakı səfəri zamanı da hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi haqda razılaşmalar əldə edildi. İndi atılan addımlar, birgə hərbi təlimlərin bünövrəsi də o zamandan qoyulub.

Azərbaycan cəmiyyətində birgə təlimlərə yüksək diqqətin cəlb edilməsi həm də onunla bağlıdır ki, 17 gün əvvəl Tovuz rayonunda Ermənistan ordusu növbəti təxribatı törətdi. Azərbaycan tərəfi 12 hərbçi itirsə də, bu hücumun qarşısı alındı. Düşmənə müəyyən qədər zərbə də endirildi, dayaq məntəqələri və canlı qüvvələri sıradan çıxarıldı. Amma görünən odur ki, etibarlı hərbi müttəfiqə ehtiyacımız var və bu, Türkiyədir.

Mən, bu təlimləri yüksək qiymətləndirirəm. Hesab edirəm ki, hərbi sahədə əməkdaşlıq dərinləşdirilməlidir.

Təlimlərə də ciddi ehtiyac var. Türkiyə hərbi sistemi və təcrübəsinin Azərbaycan ordusunda tətbiqinə də ehtiyac böyükdür. Həm təcrübə mübadiləsi, həm də türk mütəxəssislərin Azərbaycan hərbçiləri ilə təlimləri faydalıdır.

Türk ordusu dünyanın ən güclü ordularından biridir, NATO-da ikinci ordu sayılır. Bu ordu müasir silahlarla ən müasir hərbi strategiya əsasında döyüşlər aparmaq imkanına malikdir. Bunu Türkiyənin Suriya, Liviya və İraqda apardığı əməliyyatlar da təsdiqləyir. Bu mənada bizim ordumuzun türk ordusundan yararlanacağı, təcrübə qazanacağı çox şeylər var.

Liviya və Suriyada dronlardan istifadə etməklə keçirdiyi əməliyyatla türk ordusu dünya hərb tarixinə töhvələr verib. Bu mənada, düşünürəm ki, biz türk ordusundan effektiv idarəetməni öyrənməliyik və Azərbaycan ordusunda yeni nəsl zabitlərin potensialından istifadə edilməlidir. Hansı ki, bu zabitlər Türkiyə və digər qabaqcıl ölkələrdə müəyyən təcrübə keçiblər.

Orduda effektiv idarəetmə və koordinasiya sisteminə keçməlidir. Bu istiqamətdə bizə ən ciddi dəstək verəcək ölkə Türkiyə ola bilər. Təlimlər bu baxımdan əhəmiyyətlidir.

Azərbaycanın güclü bir orduya ehtiyacı var. Cəmiyyətimiz belə bir ordunun hazır olması, işğaldakı ərazilərimizin məhz bu ordunun sayəsində işğaldan azad edilməsini gözləyir. Düşünürəm ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi və indiki anda hərbi təlimlərin keçirilməsi bu işlərə töhvə verəcək.

- Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri Ermənistan və Rusiyanın birgə təlimlərindən sonraya təsadüf edir. Bu, qarşı tərəfə cavab kimi qəbul edilə bilərmi?

- Əslində hər şey açıqdır. Rusiya həm Qafqazda, həm də digər keçmiş sovet respublikalarında sabitliyin olmasında maraqlı deyil. Rusiya Cənubi Qafqazda sabitliyi və demokratiyanın inkişafını arzu etmir. Əgər burada sabitlik olsa, demokratiya inkişaf etsə və region ölkələri arasında əməkdaşlıq yaransa, Rusiyanın bu bölgədə qalmasına ehtiyac olmayacaq. Moskva bunu başa düşür və bu səbəbdən də bölgədə münaqişə ocaqlarını mümkün qədər inkişaf etdirərək öz təsirini saxlamağa çalışır.

Tovuzda baş verənlər də bunun bariz nümunəsidir. Türkiyə prezidenti Ərdoğan da açıq bildirdi ki, bu hücum Ermənistanın təkbaşına edəcəyi hərbi addım deyildi. Əslində bu, Rusiyanın qlobal prosesin içində olub, öz kənarında yerləşən ərazilərdə varlığını saxlamaq cəhdədir.

Ermənilərin hücum etdiyi Tovuz rayonu Azərbaycan, Türkiyə, eləcədə Avropa üçün vacib məntəqədir. Bu məntəqədə strateji enerji dəhlizi var. Buradan Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, habelə Bakı-Tbilisi-Qars dəmir yolu keçir. Ümumiyyətlə, dünyaya çıxışımız olan yeganə magistral yol bu istiqamətdədir. Xüsusilə, Cənub Qaz Dəhlizi bu ərazidən keçir - hansı ki Rusiya əvvəllər də bu layihəyə müsbət yanaşmırdı, bunu özünün “Şimal Axını” layihəsinə alternativ hesab edirdi. Bu mənada Rusiya bu layihələrə mane olmağa çalışır.

Əslində Türkiyənin indiki anda Azərbaycanla birgə təlimlərə başlaması “Azərbaycan tək deyil, Azərbaycanın da müttəfiqləri onunladır”, - mesajı kimi anlaşıla bilər. Bildiyiniz kimi, hələ ermənilərin Tovuzdakı təxribatı zamanı Türkiyə Respublikasının Prezidenti, Xarici işlər və Müdafiə nazirləri bunu açıq bəyan etmişdilər. Hətta bizdən bir qədər də qətiyyəli göründülər. Türkiyənin bu addımı Azərbaycanın düşmən qarşısında tək olmadığına dair bir mesajdır.

- Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin birgə təlimindən sonra bölgədə Azərbaycanı sevməyən qüvvələrin aqressivlik nümayiş etdirmə ehtimalı varmı?

- Onsuz da Rusiya imkanı olduğu qədər Azərbaycana pislik edib. Torpaqlarımızın işğalının səbəbkarı da Rusiyadır. Çox müsbət haldır ki, cəmiyyətimiz artıq bu reallığı qəbul etməyə başlayıb.

1992-1993-cü illərdə Dağlıq Qarabağda erməni silahlı qüvvələri içərisində Rusiyanın 164 və 167-ci dviziyaları vuruşub.

Əlavə edim ki, 1992-1993-cü illərdə Dağlıq Qarabağ istiqamətində döyüşlər zamanı xeyli rus hərbçisi əsir götürülmüşdü. O dövrdə Azərbaycanla-Rusiya arasında aparılan danışıqlarda istiqamətlərin biri də Qarabağda əsir götürülən rus hərbçilərinin azad edilməsi idi. Prezident Elçibəy bu şəxslərin Azərbaycan ədalət məhkəməsi tərəfindən mühakimə ediləcəyini bildirərək onların Rusiyaya verilməsindən imtina etmişdi. Demək istəyirəm ki, Rusiya Azərbaycana etmək istədiklərini edib. Əslində Tovuzda baş verənlər də bunun davamı idi. Ordumuz da imkanı çatana qədər bunun qarşısını aldı. Bununla belə, bilməliyik ki, hər şey bizim özümüzdən, müdafiə sistemimizin necə qurulacağından asılıdır. Biz qarşımızdakı düşməni doğru qiymətləndirməliyik. Yəni onların imkanlarını və resurslarını real hesablayarq müvafiq addımlarımızı atmalıyıq.

- Bununla bağlı təklifiniz nədir?

- Hesab edirəm ki, Azərbaycanın müdafiə və xarici siyasət sistemində ciddi dəyişikliklər olmalıdır. Düzdür, Xarici işlər naziri dəyişdirildi və biz bunun nəticəsini yaxın gələcəkdə görəcəyik. Çünki peşəkarlar və yeni düşüncədə olan, dünyanın dili ilə danışa biləcək şəxslər bu işlərə rəhbərlik etməlidir.

Həmçinin Müdafiə Nazirliyi sistemində keçmiş SSRİ-dən qalma sistem mənim qənaətimcə, özünü doğrultmur. Hesab edirəm ki, bizim müdafiə sistemimiz effektiv sistemə keçməlidir. Həm təbliğati, həm də döyüş hazırlığı baxımından. Ordumuzda peşəkarlıq səviyyəsi gücləndirilməli, düşmən doğru qiymətləndirilməli və müasir səviyyədə hərbi kadrlar yetişdirilməlidir. Bu kadrlar müasir silahlarla necə davranmağı bilməli, onu ustalıqla tətbiq etməlidirlər.

İctimaiyyət də bilir ki, Azərbaycanın həm hücum, həm də müdafiə sahəsində kifayət qədər etibarlı, müasir silahları var. Deməli, əsas diqqət bu silahların peşəkar hərbçilər tərəfindən istifadə edilməsinə yönəlməlidir.

Eyni zamanda Müdafiə Nazirliyi sistemində işlər müasir səviyyədə qurulmalı, effektiv idarəetmə və koordinasiya sisteminə keçilməlidir. SSRİ-dən qalma sistem müasir hərb taktikası fonunda işə yaramır. Müasir döyüşləri necə aparmağı qardaş Türkiyə son bir neçə ildə həyata keçirdiyi əməliyyatlarla isbat edib.

- Rusiyanın indiki mərhələdə Qarabağ münaqişəsində rolunu necə qiymətləndirirsiniz və hansı addımlar ata bilər?

- Rusiya son prosesdə yaxasını kənara çəkərək açıq müdaxilələr etmədi. Sadəcə, “Əba altında zopa göstərmək” siyasətini yeridir. Çünki Rusiya həm Ermənistanı öz təsir dairəsində saxlamağa çalışır, həm də Azərbaycanı əldən buraxmaq istəmir. Azərbaycan da Rusiyanın könlünü qıracaq addım atmayıb. Əslində Rusiyanın hansısa istəkləri olubsa Azərbaycan bunu diqqətə almağa çalışıb. Və onun maraqlarına zərər gəlməsinə rəvac verməyib. Eyni zamanda Azərbaycan özünün strateji maraqlarından da vaz keçməyib. Bu mənada Rusiya ilə işləmək lazımdır. Bu səbəbdən bir daha vurğulayıram ki, müdafiə və xarici siyasət sistemində bizim düşmənlərimizin kifayət qədər təsirləri var.

Bildiyiniz kimi, Rusiya Xarici işlər naziri Lavrov erməni əsillidir və ermənilərin birmənalı müdafiəçisidir. Üstəlik, proseslərin dalana dirənməsinin səbəbkarlarından biri də Lavrovdur. Lavrov həm Ermənistanla, həm də Rusiyada olan erməni diasporu ilə sıx əlaqələrə malikdir. O, Rusiya Erməniləri İttifaqının sədri Ara Avramiyanla yaxın dostdur, bir çox hallarda onun ofisində görünür. Bu, məsələlərin hansı səviyyədə olmasının göstəricisidir.

Bildiyiniz kimi, münaqişənin həllinə dair Rusiyanın “Kazan prinsipləri” adlı təklifləri var idi. Sənəddə bəzi məqamlara Azərbaycan, bəzi məqamlara isə Ermənistan etiraz etdi. Əslində sənəddə dəyişikliklər ediləcəyi, təkmilləşdirmə aparılacağı mesajları verilsə də, sonradan məlum oldu ki, Sergey Lavrov sənədə heç bir dəyişiklik etmədən yenidən müzakirə masasına gətirib. Hesab edirəm ki, bu kimi məsələlər diqqətə alınmalıdır. Bilinməlidir ki, Rusiyanın Ermənistanla yaxın əlaqələri var, bir çox hallarda Ermənistan üzərindən Azərbaycan, Gürcüstan, Türkiyə və İran siyasəti müəyyən olunur. Yəni Ermənistan üçün Rusiya önəmli ölkədir. Bütün hallarda biz dövlət olaraq öz maraqlarımızın qorunması üçün nə tələb olunursa, onu da etməliyik.

Sözsüz ki, Rusiya bölgənin nəhəng dövlətidir, qlobal miqyasda sözü keçən ölkədir. Amma Azərbaycan da hər şeyi Rusiya istədiyi üçün güzəştə gedəsi deyil. Xüsusilə, ərazi bütövlüyü məsələsində. Dünyada bilməlidir ki, Azərbaycanın mövqeyi nədən ibarətdir.

Biz həm də cəmiyyət-dövlət, müxalifət-iqtidar həmrəyliyinə nail olmalıyıq. Əsas odur ki, hədəfimiz olsun və problemin üzərinə sistemli gedib həll etməyə başlayaq.

- Oqtay bəy, hazırda şirin su dünyada bir nömrəli problem kimi ortaya çıxır, quraqlıq təhlükəsinin olduğu bildirilir. Azərbaycanda da şirin su ilə bağlı çətinliklər artıq başlayıb. Sizcə, ölkəmizdə yaranan bu problemi həm də Dağlıq Qarabağla əlaqələndirmək mümkündürmü?

- Bəli, son aylar ölkəmizi təhdid edən məsələlərdən biri də şirin su ehtiyatıdır. Ölkə başçısının yanında da su qıtlığına dair müşavirə keçirildi. Nəzərə almaq lazımdır ki, bizim içməli su ehtiyatlarımızın böyük qismi işğal edilən ərazilərdə qalıb. Bu, həm Laçın-Kəlbəcər ərazisində olan böyük dağ çaylarıdır ki, onlar içməli su mənbələridir. O cümlədən suvarma sistemlərində istifadə edilə biləcək su anbarları işğal edilən ərazilərimizdədir. Bu, həm “Xudafərin” hidroqovşağı, həm də “Sərsəng” su anbarıdır.

Azərbaycanın təhlükəsizliyini təhdid edən ikinci problem olaraq bu məsələ həllini tapmalıdır. Bunun da həlli Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Odur ki, bütün bu məsələlər kompleks halında qiymətləndirilməli və tədbirlər görülməlidir.

Reyting.az
Oxşar xəbərlər
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB