"Xaricdə Prezidentə, ailəsinə söyüş söydürənlərin hamısı hakimiyyətdədir..."
Oxunub: 2561
25 Jun 2020 | 17:51
Regiondakı gərginlik getdikcə aktiv fazaya keçir. Pandemiya və onun fəsadları beynəlxalq müstəvidə siyasi, psixoloji süstlük yaratsa da, nəinki işğalçı Ermənistanı cinayətkar əməllərindən çəkindirir, əksinə dalğasını daha da genişləndirib. Beynəlxalq güclər sanki erməni həyasızlığının qarşısında “aciz” görünür. Yaxud, böyük güclər bölgədəki maraqlarını təmin etmək üçün işğalçının regionda yaratdığı hərcmərcliyə göz yummaqda davam edirlər. Regionda erməni cinayətlərinin qurbanı olan, daim ikilistandartlı yanaşmalarla üzləşən Azərbaycan ictimaiyyətinin bu vəziyyətdən hansı çıxış yolları aradığı maraqla izlənir. Yaxud, Azərbaycan qarşısındakı baryerləri necə aşa bilər?
  
“Mübarizəni Prezidentlə bir yerdə davam etdirə bilsək,  prosesləri öz xeyrimizə dəyişə biləcəyik”
 

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev diqqəti Ermənistandakı hadisələrə çəkib, belə bir ərəfədə Azərbaycana qarşı yönələn təzyiqlərlə bağlı bir çox nüanslara toxunub.

- Hafiz müəllim, necə hesab edirsiniz, bu gün Ermənistandakı hadisələr və Paşinyanın hədəfə alınması regiondakı proseslərə necə təsir edir?

- Bu gün ziddiyyətli siyasəti ilə münaqişələrin mərkəzində dayanan Paşinyan öz erməni məkirindən istifadə edərək reytinq qazanmağa çalışır. O, gah özünü Dağlıq Qarabağın “sahibi” kimi reklam edir, gah oğlunu işğal etdiyi Qarabağa hərbi xidmətə göndərir,  gah arvadı ilə gedib Cıdır düzündə “tans” oynayır, seçki keçirir, gah da Şuşada parad keçirir. Bütün bunlar ictimai  rəyə hesablanmış addımlardır. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü məsələsi önə çəkdikcə, torpaqların azad edilməsi qəti şəkildə irəli sürüldükcə, Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək üçün aranı qarışdırır. Bir məsələ tam aydındır:  erməni quldurları heç vaxt Dağlıq Qarabağın Azərbaycana qaytarılması ilə razılaşmaq istəməyəcək. Bütün bunlar danışıqlar prosesində özünün təsdiqini tapıb. Eməni separatçıları bu gün də guya kimisə hakimiyyətə gətirmək üçün yeni oyunları ilə vaxtı uzatmağa çalışırlar. Bu gün Ermənistanda baş verənlər dünyanın diqqətini regionda aparılan işğalçılıq siyasətindən yayındırmağa yönəlib. Məsələ budur ki, Paşinyanın atdığı addımlar Ermənisanda çox böyük ziddiyyətlər yaradıb.

- Ermənistanda mövcud vəziyyətin gərgin olduğunu önə çəkən bəzi ekspertlər belə hesab edirlər ki, belə bir durumda ermənilərin işğaldan əl çəkməsi üçün  münbit şərait yetişə bilər. Sizcə bu, erməni terrorçusunu işğaldan çəkindirə bilər?

- Mən belə düşünmürəm. Çünki bu durum heç də onların işğalçılıq niyyətini azaltmır. İşğalçı Ermənistan törətdiyi cinayətlərə, qırğınlara rəğmən beynəlxalq təzyiqə, sanksiyaya məruz qoyulmadığı üçün çox da yaxşı yaşayır. Azərbaycan ərazilərini işğal edib orada qanunsuz işlər aparır, üstəlik daha da böyük iddialara düşüb. Ermənilərin hətta Gəncəyə, Bakıya da göz dikdiklərini bilirik. Ermənilər bu məkirli ideyalarla yaşayan bir millətdir. Azərbycanın tarixi torpağında özünə dövlət yaradıb, heç bir beynəlxalq hüquqa məhəl qoymadan qeyri-qanuni əməlləri ilə pərvazlanan düşmənin bu gün nəyinsə əziyyətini çəkdiyini düşünmürəm.

Bu faktdır ki, İrəvan Azərbaycanın tarixi torpağıdır.  Və bu da faktdır ki, ermənilərin əli ilə torpaqlarımız zaman-zaman işğal olunub . Azərbaycanlılar ermənilərin törətdiyi soyqırımlara məruz qalıb. Torpaqlarımız ilhaq olunub, rayon, kənd adlarımız dəyişdirilərək erməniləşdirilib. Amma elə həmin beynəlxalq təşkilatlar, güc dövlətləri Ermənistanın işğalçılıq siyasətinə göz yumur, ermənilərə yardımlar edirlər. 

Azərbaycana qarşı isə ikilistandartlar davam edir.

Bu gün erməni himayədarları Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi üçün söz sahibi olmasına imkan vermək istəmirlər.  Lakin biz Ermənistanda baş verən gərginliyin səbəblərini, işğalçının regionda - Azərbaycanda yaratdığı münaqişə aspektində təhlil etməklə prosesdən səmərəli istifadə etməliyik.
 
- Hazırda Ermənistandakı məlum vəziyyət onun Qərbə yönəlik siyasəti və daha çox Qərblə Rusiyanın region maraqları, Ermənistanı əldən verməmək uğrunda apardığı savaşın nəticəsi kimi dəyərləndirilir. Siz necə hesab edirsiz?

- Paşinyan, Qərbin regionda Rusiya ilə apardığı mübarzədə qalib gəlmək üçün ortaya atdığı layihədir. Qərbin Ermənistanda baş verən hadisələrə susqunluqla yanaşması bunu diqtə edir. Görünən odur ki, Ermənistan Avropaya inteqrasiya eləmək istəyir, Rusiya isə onu əldən buraxmır. Bu da Rusiya ilə Ermənistan arasında ziddiyyəti daha da artırıb. Ermənistan olmasa Rusiya regionda  heç nə edə bilməz. Rusiya istəyir ki, bütün Qafqazı əlində saxlasın , o cümlədən də ermənilərdən Bakıya təzyiq vasitəsi kimi istifadə eləsinlər. Rusiya Ermənistan vasitəsi lə regiona təsir edib, hətta Qarabağda öz hərbi qüvvələrini yerləşdirmək istəyir. Azərbaycanı təcrid vəziyyətində saxlayıb,” qapaz altı” etmək istəyirlər. Təbii ki, Azərbaycan bununla razılaşmır. Torpaqlarımız işğal olunub. Torpaqlarımızı işğaldan azad etmək üçün nə Qərbin, nə Rusiyanın, nə Cənubun sözü ilə oturub-durmalı  deyilik.  Biz ölkəmizi satqınlardan təmizləyib işğaldan azad etməliyik.  Özümüz, özümüzə yiyə durmalıyıq. Qərbin Avropanın qurduğu oyunlara fikir verməli deyilik. Torpaqlarımız işğalda ola-ola durub arsız-arsız “tans” oynamamalıyıq.

Hesab edirəm ki, beynəlxalq güclər arasında gedən bu maraq savaşının Dağlıq Qarabağ məsələsinə hansı təsirlərini verə biləcəyi ciddi şəkildə nəzərdən keçirilməlidir. Çünki bu yaranmış vəziyyətdə də Azərbaycanı kənarda saxlamaq üçün daxildə gərginlik yaratmağa cəhdlər edilir.  Azərbaycanda sabitliyin pozulmasına cəhdlər edilir.  Lakin biz Azərbaycanda sabitliyi qoruyub saxlaya bilsək, mübarizəni cənab Prezidentlə bir yerdə davam etdirə bilsək,  başlanılan prosesləri öz xeyrimizə dəyişə biləcəyik. 

- Dediyiniz yaranmış vəziyyətdən səmərəli istifadə edilirmi və Azərbaycan siyasi camiyəsi bu istiqamətdə nə dərəcədə aktiv, yekdildir?

- Təəssüf ki, daxilimizdə olan qüvvələr bizə vəziyyətdən maksimum istifadə etməyə imkan vermirlər.  Bu içimizdə yaşayan ermənilərin ölkəmizdə apardığı antiAzərbaycan siyasəti və hakimiyyətdə olanların ermənilərlə  “qohumluğu “ilə bağlıdır. 

 

- Hafiz müəllim, siz hər zaman bəzi qüvvələrin daxildə sabitliyi pozmağa çalışdığını qeyd edirsiniz. Kimdir daxildə çaxnaşma yaratmağa çalışan qüvvələr və özlərini nə ilə göstərirlər?

- Bu saat aranı qarışdırmaq istəyənlər, vaxtilə vəzifədən çıxarılan, uzaqlaşdırılan keçmiş məmurlardır. Əbülfəz Qarayev kimiləri işdən çıxarılandan sonra bunlar hərəkətə keçiblər. Belə bir durumda daxili qüvvələrin təxribatlara yol verməsinə imkan vermək olmaz. Təxribatlar  “qocaların”  hakimiyyətdən uzaqlaşdırılması və keçirilən parlament seçkilərindən sonra daha da güclənib.  İstəyirlər ki, ölkədə qarşıqlıq yaratsınlar.  Keçmiş nazirlər, icra başçıları, Prezident Aparatında Ramiz Mehdiyevin komandası, başda Zeynal Nağdəliyev olmaqla çox aktivləşiblər.  Onlar rayonlarda təxribat törədirlər, vəziyyəti gərginləşdirib, Azərbaycan xalqını narazı salmaq istəyirlər. Zakir Qaralov Gürcüstanda oturub Azərbaycan dövlətinin milyardlarla pulunu  xərcləyir, burada olan müəyyən qüvələrlə təmaslar qurur. Bu gün Ali Məhkəmənin sədri rayonlarda təxribat törədir. İşdən qovulan nazirlərin kadrları hökumətin içindədirlər və çox ciddi müqavimət göstərirlər.  Parlamentə təyin edilənlərin çoxu Ramiz Mehtdiyevin adamlarıdır. Zamanı gələn kimi hərəkətə keçəcəklər, yaxud da keçiblər.  Həmin o təxribatçıların biri xalqı it sirüsü adlandırb, Hadi Rəcəbli kimiləri milləti təhqir edir.

Biz o zaman döyüşü uda bilərik ki, Azərbaycanda sabitlik olsun, güclü ordumuz  qurulsun və ciddi əməliyyatlar keçirib torpaqlarımızı azad edək. Kim harda “boğuşur boğuşsun” torpaq bizimdir, lazımi anda hücuma keçib torpaqlarımızı terrorçulardan azad edə bilərik. Biz antiterror əməliyyatına hazırlaşmalıyıq. Amma belə hallar da var ki, bu gün xaricdə Azərbaycan prezidentinin mövqeyi güclənən kimi kimlərsə aranı qarışdırmağa başlayırlar.

- Azərbaycan-Rusiya sərhəddində yaranan insidentlə bağlı məsələlərin kökündə nə dayanır?

- Təbii ki, Azərbaycana gəlmək istəyən vətəndaşlarımızı vətənə buraxmaq lazımdır. Sadəcə olaraq, görünür ki, bu məsələdə də Azərbaycan daxilində rusiyameyilli qüvvələr hərəkətə keçdi. Rusiyameyilli adamlar istəyirlər ki, Azərbaycan vətəndaşlarını ölkəyə buraxmamaqla prezidentə qarşı mənfi fikir yaratsınlar. Bu hadisələri yaratmaqla xalqa Prezidentin öz xalqına sahib çıxmadığını aşılamaq istəyirlər. Burda çox ciddi təxribatlar var. Hökumət üzvlərindən izahat alınmalıdır ki, niyə sərhəddə belə bir vəziyyəti yaradırlar. Təbii ki, burda Rusiya-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr var. Çalışırlar ki, ölkədə böyük bir qarışıqlıq yaratsınlar. Rusiyanın Azərbaycana təzyiqini gücləndirmək istəyən qüvələr var. Azərbaycan hakimiyyətində, müxalifətində arvadı tərəfdən ermənilərlə qohumluğu olanlar bundan başqa nə edə bilər? Bu gün həmin ünsürlər birləşirlər. Təsəvvür edin ki, “bunlar” bir vaxtlar Həsənov Cəmillə düşmən idilər, indi bizdə məlumatlar ver ki, dostlaşıblar. Necə ola bilir ki, Prezidenti təhqir edirlər, gəlib nazir müavini olurlar. Xaricdə Prezidentə, ailəsinə söyüş söydürənlərin hamısı hakimiyyətdədir. Yaxud, bu qədər icra başçıları tutuldu bunların başında duran kim idi - Zeynal Nağdəliyev! Bunlar Azərbaycanı dünyada biabır etmək istəyirlər. Bu günlərdə elə Naftalanın keçmiş icra başçısı açıq şəkildə dedi ki, Zeynal Nağdəliyev YAP-çılara nifrət edir, deyir ki, onlar dələduzdur, quldurdur, siz onlara qoşulmayın”.
 
- Hafiz müəllim, belə bir çətin durumda Azərbaycan siyasi müxalifətinin məsələlər ətrafında sərgilədiyi mövqeni necə dəyərləndirisiz?

- Azərbaycan müxalifətinin bir hissəsi sabitliyi pozmaq üçün müəyyən dairələrlə əlbirdilər. Bu gün bizim özünə “ana”, “dədə” müxalifət deyən partiyaların əksəriyyəti Qərbin, Moskvanın təsiri altında olan hökumətdəki qüvvələrlə birləşiblər. Bu müxalifət  hökumətdə oturub dövlətin malını talayan məmurlardan heç nə ilə fərqlənmir. Məsələn, bu gün Həsənov Cəmil vaxtilə kitablarını nəşr etdirən hökumətin əsas adamı ilə  əmkdaşlıq edir. O, bizim kimi müxalifət partiyalarını saymır, çünki əmri yuxarılardan alır. Onlara hər cür şərait yaradıblar. Biz də müxalifətik, bizə niyə ev almırlar. Bizi Prezidenti dəstəklədiyimizə görə çörək üzünə həsrət qoydular. Məsələn, vaxtilə Əli İnsanovun da qatıldığı Dəyirmi Masada kimlərin olduğunu bilirsiz. Bu gün həmin qüvvələr fəallaşıb, ölkədə dövlət çevrilişi etmək istəyirlər. Bir qədər karantin rejimi ilə bağlı Yasamalda polislə vətəndaş arasında baş verən insitent niyə sizcə baş verdi. Həmin polislər ölkədə təxribat yaratmaq istəyən qüvvələrin əlindəki alətlər idi. Düzdür, polisin də içində yaxşıları var - çörək verəni var, dərman verəni var. Bütün bunların hamısı nəzərə alınmalı idi. Hadisələri təhlil edəndə qarışıqlıq yaratmaq istəyənlərin bir “sistem” yaratdığı bəlli olur. Ona görə də həmişə demişəm ki, korrupsiya ilə bağlı həbs olunanların hamısının pulları əllərindən alınmalıdır. Çünki həmin adamlar işdən çıxarılsalar da, həbs olunub cəza çəksələr də, uşaqlarını, arvadlarını xaricdə yerləşdirib, özləri burda qarışıqlıq salıb, kef etmək üçün pullarını qumar kimi oynadırlar.

Əli İnsanov deyir ki, bir neçə partiya ilə Koalisiya Hökuməti yaratmaq istəyirik. Soruşan lazımdır sən kimsən. Xalqın malını talayıb, buna görə neçə il həbs yatandan sonra indi gəlib camaata lider olmaq istəyirsən? Yaxud, Kərimov Əli, sən kimsən axı, öz çevrəndə bir partiya ilə əməkdaşlığa gedə bilməyən, hələ başqa məsələləri demirəm, siz bu xalqın yanında olmayan, yalnız öz maraqlarını güdən siyasətbazlarsız. Bəsdirin bu xalqı aldatdınız! Biz də müxalifətik. Niyə sizin qədər maliyyə imkalanlarına sahib deyilik? Amma bizim vətənimizə, prezidentimizə sevgimiz, mübarizə apararaq qazanmaq şansımız daha çoxdur. Bu gün Müsavat Partiyası olaraq bütün rayon təşkilatlarımızla birlikdə çox aktiv fəaliyyətə başlamışıq. Heç kəsə mövcud sabitliyi pozmağa imkan vermərik. Bütün siyasətçilər, ictimaiyyət olaraq Azərbaycanın çətin durumunda düşünməli, Pezidentin ətrafında birləşməliyik. Belə bir vaxtda umu-küsüyə yer yoxdur. “Mənə niyə vəzifə vermədi, niyə parlamentə seçilmədim” kimi maraqlarla çıxış etməyə haqqımız yoxdur. Çünki bir daha xatırladım ki, torpaqlarımız işğalda, beynlxalq ictimaiyyət bunu görməzdən gəlir, erməni quldurları işğal etdiyi ərazilərimizdə bildiklərini edirlər, sülh danışıqlarına gəlmək istəmir, bir tərəfdən pandemiya bəlası və bu vəziyyətdən Azərbaycana qarşı istifadə etməyə çalışan daxili və xarici qüvvələr. /ucnoqta/
Oxşar xəbərlər
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ