Sərdar Cəlaloğlu: “Namizədlər arasında özümə rəqib görmürəm” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 4211
30 Aug 2013 | 10:35
Sərdar Cəlaloğlu: “Namizədlər arasında özümə rəqib görmürəm” - MÜSAHİBƏ

Məlum olduğu kimi, ADP sədri Sərdar Cəlaloğlu prezident seçkilərinə qısa bir müddət qalmış  bir zamanda seçkilərində iştirak etməyə qərar verib. Bəlli bir müddətdir ki, gözləmə mövqeyi tutan və seçkidə iştirakı sual altında olan S.Cəlaloğlunun bu addımı, seçki ərəfəsindəki mövcud situasiyanın bir qədər də mürəkkəbləşməsinə səbəb olub. Belə ki, bir çox müxalif qüvvələrin Milli Şura ətrafında birləşdiyi bir zamanda bu qurumun əsas tənqidçilərindən biri sayılan S.Cəlaloğlunun seçkilərə qoşulması yalnız müxalif-iqtidar cəbhəsi arasında deyil, müxalif qüvvələrin öz arasında da kəskin rəqabətin reallaşacağından xəbər verir. Bundan başqa, müxalif qüvvələrin məğlub olacağı və onların seçkidə iştirakının seçki nəticələrinə təsir göstərməyəcəyi ilə bağlı ciddi ictimai rəyin mövcudluğu şəraitində S.Cəlaloğlunun seçkilərdə hansı məqsədlə iştirak etdiyi də maraq doğurur. Onun seçki platformasında yer alan problemlər, müəyyənləşdirdiyi hədəf və meyarlar da ictimai rəydə maraq doğuran əsas məsələlərdən biri hesab olunur. Odur ki, ADP sədri ilə söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməyə, onun seçkiyə münasibəti ilə daha yaxından tanış olmağa çalışdıq.

- Sərdar bəy, seçkidə iştirakla bağlı sərgilədiyiniz tərəddüdlü mövqeyə bu həftə son qoydunuz və seçkilərdə iştirak etməyə qərar verdiniz. Qərarınıza təsir göstərən həlledici amil nə oldu? Nə baş verdi ki, seçkidə iştirakla bağlı qəti qərar qəbul etdiniz?

- Bildiyiniz kimi, bu günə qədərki müddət ərzində namizədlərin irəli sürülməsi prosesi demək olar ki, başa çatdı. Bu müddət ərzində baxıb gördüm ki, mənim və ADP-nin Azərbaycanın perspektiv inkişafı, mövcud problemlərdən çıxış yolları ilə bağlı mövqeyimizə oxşar mövqe sərgiləyən heç bir namizəd olmadı. Bu baxımdan da qərar gəldik ki, partiyamıza məxsus orijinal fikirləri xalqa çatdırmaq, vəziyyətdən çıxış yolları ilə bağlı mövqeyimizi ortaya qoymaq üçün seçkilərə qatılaq. Bu, bizim seçkidə iştirakımıza həlledici təsir göstərən əsas amil oldu. Biz seçkiyə qatılan insanları iki yerə bölürük. Onlardan biri radikal dəyişikliklər tərəfdarı, digəri isə hakimiyyətin saxlanılmasına maraqlı olan qüvvələrdir. Biz üçüncü bir xəttin tərəfdarıyıq. Bu xətt isə Azərbaycanda demokratiyaya təcridi keçidi nəzərdə tutur. Buna fazalı demokratiya da deyilir. Hansı ki, ölkədə dəyişilmələrin olmasını dəstəkləyir, lakin bu dəyişikliklərin inqilabi yolla həyata keçirilməsini ziyanlı hesab edirik. Biz hakimiyyətin, mövcud sistemin yüzdəyüz dəyişilməsinin qəti əleyhinəyik. Bizim bu qənaətə gəlməyimizin əsas səbəblərindən biri Yaxın Şərqdə baş verən olaylar, avtoritarizmdən demokratiyaya keçid nəticəsində meydana çıxan qorxunc mənzərələrdir. Biz gördük ki, Yaxın Şərq xalqları inqilaba qalxdılar, dəyişikliklər etdilər, amma öz məqsədlərinə çatmadılar. Bu baxımdan biz cəmiyyətdə qoruyucu platformanın təmsilçiləri kimi prosesdə iştirak etmək niyyətindəyik. Bu baxımdan hesab edirəm ki, seçkilərdə iştirakla bağlı düzgün qərar vermişik.

- Lakin siyasilərin bir çoxu hesab edir ki, müxalif liderlər nəticəsi əvvəlcədən bəlli olan bir mübarizəyə qoşulmaqla özlərini məğlubiyyətə məhkum ediblər. Onlar bu baxımdan müxalif liderlərin prezident seçkilərindəki iştirakını lüzumsuz hesab edir. 

- Amerika təcrübəsi göstərir ki, hakimiyyətdə olan partiya iqtidarda iki seçki qalır. Buna baxmayaraq, Amerikada həmişə seçkilərdə iştirak edən hər iki tərəf milyonlarla vəsait qoyur, seçkilərə ciddi qüvvə sərf edir. Halbuki, Amerikanın öz təcrübəsi göstərir ki, adətən iqtidarda olan partiya növbəti seçkidə də qalib gəlir. O zaman sual meydana çıxır. Madam ki, belədir, niyə Amerikada müxalifət seçkiyə gedir? Türkiyədə Rəcəb Tayyib Ərdoğan 10 ildən artıqdır ki, baş nazirdir. Amma məgər Türkiyədə seçkilərə başqa partiyalar girmir? Və ya hər kəs bilir ki, hansı idman növündə çempion kimdir. Onda gərək heç bir idmançı yarışda iştirak etməsin və çempionla mübarizəyə qoşulmasın. Siyasətin özündə bir idman xüsusiyyəti var. Əgər çempion bəllidirsə və qalib gəlmək üçün onu yenəyin gərəkdirsə, bu mübarizədən imtina etməməlisən. Tərəf müqabili olmadan hər hansı şəxsi və ya qüvvəni qalib elan etməkdən şərəfsiz heç nə yoxdur. Tarixi təcrübə sübut edir ki, çox az sayda xalq olub ki, onlar böyük xalqlara qarşı mübarizədə son nəfərinə qədər qırılıblar. Lakin tarixdə qalib kimi məhz onlar qalıb. Məsələn, 300 spartalı ilə bağlı tarixi fakta nəzər salaq. 300 spartalı bir milyonluq orduya malik Daranın qarşısında dayanıb. Onlar bir həftəlik müqavimətdən sonra məğlub olublar. Lakin tarixdə qalib kimi Dara yox, həmin spartalılar qalıb. Bu cür nümunələrin sayını artırmaq olar. 

- Demək belə çıxır ki, bəzən nəticəsi bəlli olan mübarizədə iştirak etmək, sonucu öncədən bəlli olan bir savaşda hətta həyatın bahasına olsa belə fədakarlıq göstərmək lazım gəlir?

- Məşhurlardan birinin belə bir sözü var ki, əgər qəhrəmancasına mübarizə aparan və yaralanan bir şəxs düşmənə son zərbə vurmaq üçün bütün qüvvəsini səfərbər edirsə və həmin zərbəni vura bilmirsə belə, o, şəhid olur. Biz sizin dediyiniz kimi, məğlubiyyəti qabaqcadan bəlli olan seçkilərə getməklə şəhidlik yolunu seçirik. Biz şəhid olacağımızı bilirik, lakin bununla belə bu döyüşə giririk. Biz bilirik ki, buna görə bizi döyə və təhqir edən, həbs edə, hər cür təzyiqə məruz qoya bilərlər. Seçki prosesində bizim ünvanımıza hər cür hədyanlar deyə bilərlər. Lakin bununla belə bu mübarizədən imtina etmirik. Əslində şəhidlik yolu da məhz budur. İmam Hüseyn də görürdü ki, qarşı tərəfin gücü həddindən artıq çoxdur. Amma buna baxmayaraq o, həmin gücə qarşı 72 nəfərlə mübarizə apardı. Əgər hansısa qüvvə seçkidə qalib gələcəyindən yüzdəyüz əmindirsə, onda belə bir seçkidə iştirak etməyin özünün də heç bir mənası yoxdur axı. İlham Əliyev bilir ki, seçkini yüzdəyüz udacaq. Belə bir seçki nə dərəcədə demokratik sayıla bilər? Əsl seçkiyə gedən şəxs seçkinin nəticəsindən narahat olan adamdır. O bilmir ki, bu seçkilərdə udacaq, yoxsa uduzacaq. Əsl seçki budur. Bəziləri bildirir ki, madam ki, seçkilərdə məğlub olacayıq, niyə gedirik ki, bu seçkiyə? Mənsə soruşuram, madam ki, udacayıq, seçkiyə niyə gedirik ki? Çünki qalib qüvvə onsuz da qalibdir və cəmiyyətədə o, hakimdir. Belə olan halda seçkidə iştirak etməyin heç bir əhəmiyyəti yoxdur. Bu, yanlış bir yanaşmadır. 

- Sərdar bəy, seçki nəticəsində hansı hədəflərə çatmağı müəyyənləşdirirsiniz? 

- Seçki nəzəriyyəsinə görə, seçkiyə iki prinsiplə gedilir. Birincisi, məqsədə çatmaq üçün bütün üsul və vasitələrdən istifadə etmək. İkincisi, seçkilərdə seçki proseduru naminə iştirak eləmək. Yəni ikinci halda sən seçkidə ona görə iştirak edirsən ki, bununla göstərəsən ki, ölkədə seçki proseduru var, saxlanılır və fəaliyyət göstərir. Bizim indiki halda seçkiyə getməyimizdə əsas məqsəd seçki prosedurunun önəminə ictimai diqqəti cəlb etmək, bu prosedura olan inam və ümidi artırmaqdır. Biz xalqa göstərmək istəyirik ki, dəyişilmələrin seçkidən başqa forması ziyanlı və təhlükəlidir. Mən ölkədə demokratik prosedurlar uğrunda mübarizə aparmağı daha ciddi məqsəd hesab edirəm. Demokratik prosedurlar genişlənər və işləyərsə,  o zaman hakimiyyətə gəlmək ikinci dərəcəli məsələ olacaq. Yəni hakimiyyətə həqiqətən də bu hakimiyyətə layiq olan şəxslər gələcək. Lakin o ölkədə ki, heç kəs hakimiyyət uğrunda real və dəqiq mübarizə aparıla bilməz, deməli orda yalnız əlində güc olan şəxslərin anti-demokratik üsullarla hakimiyyətə gəlməsi mümkündür. Ona görə də seçki naminə, yəni prosedur naminə seçkiyə gedirik. Mənə elə gəlir ki, bu da bizi digər namizədlərdən fərqləndirən bir cəhətdir. Başqaları indidən seçkidə yüz faz qalib gələcəklərini iddia edir, bu yöndə müxtəlif bəyanatlar səsləndirir. Biz isə seçki prosedurunun əhəmiyyətini xüsusi olaraq qabartmaq üçün bu prosedurun verdiyi imkanlardan istifadə edərək xalqla təmas qurmaq istəyirik. 

- Ancaq bəzi siyasilər hesab edir ki, seçkilərdə başlıca məqsəd hakimiyyəti dəyişmək olmalıdır və bunun xaricində heç bir uğur təsəlli üçün əsas ola bilməz.

- Mübarizədə iki cür nəticə olur: maksimal və minimal. Maksimal nəticə təbii ki, hakimiyyətə gəlməkdir. Ancaq əgər maksimal məqsədə çatmayacayıqsa, o demək deyil ki, biz minimal nəticələrdən də imtina etməliyik. Yalnız ağılsız insanlar bu yolu tutar. Yalnız belə şəxslər hesab edir ki, əsas hədəfə çatmamışamsa, ikinci, üçüncü dərəcəli hədəflərdən də imtina etməliyəm. Çünki məhz ikinci, üçüncü dərəcəli hədəflər səni gətirib əsas hədəfə çatdıracaq. Bu gün partiyası olmayan, xalqın tanımadığı, xalq üçün çalışmayan bir adam birdən-birə necə iddia edə bilər ki, xalq məni seçməlidir? Hazırda namizədlərin bir çoxu məhz bu insanlardan ibarətdir. Halbuki, gərək ikinci və üçüncü dərəcəli vəzifələri yerinə yetirəsən ki, axırda gəlib bu vəzifənin də qarşısında dayanıb onu həll edəsən. ADP hesab edir ki, seçkidən əlavə və ikinci dərəcəli məqsədlərə çatmaq üçün də səmərəli istifadə etmək mümkündür. 

- Bugünə qədər namizədliyini irəli sürülən şəxslər arasında kimi özünüzə başlıca rəqib hesab edirsiniz?

- Qeyri-təvazökarlıq kimi səslənsə də, açıq şəkildə deməliyəm ki, ağlıma, təcrübəmə, Azərbaycan Xalq Hərəkatındakı iştirakıma, nəzəri hazırlığıma, dövlətə və millətə bağlılığıma görə özümlə müqayisədə kimsəni rəqib görmürəm. Əgər namizədlər arasında belə bir adam görsəydim, hökmən onun namizədliyimi müdafiə edərdim. Amma təəssüflər olsun ki, mən bu məsələdə özümə alternativ heç kimi görmürəm və elə buna görə də öz namizədliyimi irəli sürürəm. Mənə elə gəlir ki, vicdanı olan hər bir adam bunu etiraf etməlidir ki, bu məsələdə mənim üstünlüyüm göz önündədir. Mən yazdığım kitablarla, irəli sürdüyüm nəzəriyyələrlə, xalqın taleyi ilə bağlı məsələlərdə öz mövqeyimi açıq  şəkildə ortaya qoyan fikirlərimlə, xalqın və dövlətin əleyhinə olan hər hansı proyektdə iştirak etməməyimlə, həmişə fərdi maraqlarımı milli maraqlara qurban verməyimlə bu gün seçkidə öz namizədliyini irəli sürən şəxslərdən öndəyəm və bu mənada onların heç biri mənimlə rəqabət apara bilməz. Mən bundan əminəm və xalqıma inanıram. Əminəm ki, xalqımız qədirbilən xalqdır və bütün bunları hökmən qiymətləndirəcək. Bunu da xatırladıram ki, mən xalqın qarşısına bu gün çıxmamışam. Mən 25 illik ciddi siyasi təcrübədən keçəndən sonra xalqın qarşısına çıxaraq deyirəm ki, bu təcrübədən istifadə edərək sənə xidmət etmək istəyirəm. 

- Seçkidə səsləndirəcəyiniz əsas şüarlarla bağlı nə deyə bilərsiniz? ADP-nin orijinal dəsti-xəttini özündə ehtiva edən orijinal şüarlar olacaqmı?

- Bizim seçkilərlə bağlı iki şüarımız var. Bunlardan biri belədir: “Mənim proqramım sizin ümidlərinizdir”. Yəni mən öz proqramımı xalqın ümidləri əsasında formalaşdıracam. Mənim proqramımda geniş kütlələrin ümidləri öz əksini tapacaq. İkinci şüarımız isə budur: “Avropa Azərbaycanda başa çatır, demokratiya Azərbaycandan başlayır”. Yəni fiziki Avropa Azərbaycanda qurtarırsa, siyasi demokratiya Azərbaycandan başlayır. Bizi fiziki baxımdan Avropaya aid etmək o deməkdir ki, biz Avropa ailəsinin dəyərlərini bölüşdürməliyik. Yəni demokratiya başlamalıdır. 

- Seçki platformanız hansı məsələlərə həsr olunub?

- Seçkiqabağı təbliğatımda əsas xətlərdən biri dövlət-vətəndaş münasibətləri, cinayət-cəza münasibətləri, mükafat məsələləri və s-dir. Mən bu məsələlərdə yeni bir konsepsiya ilə çıxış edəcəm. Mən iqtidarı daha çox pisləmək və ya müxalifəti tərifləmək niyyətində deyiləm. Seçkidə bu şəkildə iştirak etməyəcəm. Mənim seçki platformamın mahiyyəti mövcud problemlərdən çıxış yolları ilə bağlı olacaq. Necə ədalətli cəmiyyət qurmaq olar, necə hüquqi dövlət formalaşdırmaq olar, demokratiyaya necə keçid etmək olar və s. kimi məsələlər öz əksini tapıb. Bunlarla bağlı mən konsepsiyalar hazırlamışam. Mənim qənaətim bundan ibarətdir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan vətəndaşı yenidən formalaşmalıdır. Bu üçü sinxron olaraq yenidən qurulmayacağı təqdirdə xalqın heç bir gözləntisi özünü doğrultmayacaq. Dəyişilmə şüarımız belədir: fərdi səviyyədə, milli səviyyədə, dövlət səviyyəsində dəyişilmə. Dəyişilmə yalnız hakimiyyət dəyişilməsindən ibarət ola bilməz. Əgər dəyişilmə yalnız hakimiyyət dəyişilməsindən ibarət olacaqsa, bu, xalqın mövcud durumunu yaxşılaşdırmayacaqdır. 

- Son vaxtlar Milli Şuranın vahid namizədi professor Cəmil Həsənliyə sui-qəsd cəhdləri gündəmdədir. Siyasilərin bəzisi iddia edir ki, sui-qəsd və təzyiqin məhz C.Həsənli üzərində qərarlaşması hakimiyyətin Milli Şura və onun namizədindən daha çox ehtiyat etdiyini göstərir. Sizcə baş verənləri bu şəkildə şərh etmək nə dərəcədə doğrudur?

- Məsələyə belə yanaşmaq gülüncdür. Ermənistandakı seçkilərdə o qədər də populyar olmayan bir liderə qarşı terror həyata keçirildi. Onda belə çıxır ki, Ermənistanda seçkilərdə qalib gəlmək üçün ən real namizəd məhz həmin şəxs idi. Halbuki, o, seçkidə bir və ya iki faiz səs toplaya bilərdi. Ferdinant elə bir ciddi fiqur deyildi ki, onun ölümü ilə dünya müharibəsi başlasın. Mənim özümü həbs ediblər. Onda belə çıxır ki, Azərbaycan iqtidarı ən çox məndən ehtiyat edir. Mənim həyatıma qəsd etdilər, beynimə qan sızdı. Amma C.Həsənliyə hələ heç nə etməyiblər. Məni isə küçədə 5-6 nəfər Heydər Əliyevin mühafizəçiləri döydülər. Nəticədə səhhətim üçün ciddi təhlükə yarandı. İndi mən çıxım deyim ki, mən o zaman Azərbaycanda ən qabaqcıl lider idim və hökumət məndən qorxduğu üçün belə bir addım atdı? Çoxlu jurnalistləri, gəncləri həbs ediblər, onlara təzyiqlər göstəriblər və s. Onda biz deməliyik ki, hakimiyyət bu insanların hamısından qorxur? Bu, sadəcə hakimiyyətin anti-demokratik mübarizə üsuludur. Hakimiyyət C.Həsənlinin nəyindən qorxur və ya nəyindən qorxmalıdır? Gəlin digər namizədlərlə, tutaq ki, elə mənim özümlə C.Həsənlini müqayisə edək. Baxaq görək ki, bunların hansı hakimiyyət üçün alternativ və daha ciddi narahatlıq mənbəyidir? Indi mənim hökmən öldürməli və ya döyməlidirlər ki, durum deyim ki, hakimiyyət C.Həsənlidən daha çox məndən ehtiyat edir? Bu, sadəcə olaraq ucuz bir piardır. Mənim bu cür piarlardan istifadə etmək məqsədim yoxdur. Ümumiyyətlə, hesab edirəm ki,  hər belə kiçik məsələni xüsusi qabartmaq cəmiyyətdə mənfi tendensiyalara səbəb ola bilər. Yəni bu kimi hallar real terrorlara, zorakılıqlara zəmin hazırlayır, insanları buna təşviq edir. Hətta əgər belə bir şey olmuş olsa belə, ağıllı müxalifət bunu gizlətməlidir. Əgər kiməsə hələ bir şillə vurmadıqları təqdirdə hər yerdə car çəkib onu öldürməyə çalışdıqlarını bildirirsə, bu özü mənfi tendensiyanı tətikləyir. Bu, həmçinin belə bir fikir oyadır ki, liderləri harda gəldi döymək və ya öldürmək olar. Bu, tamamilə yanlış bir yanaşmadır. “Kimi ki, döymürlər, deməli həmin şəxs məşhur deyil” məntiqi ilə yanaşsaq onda gərək dünyanın bütün alimlərini, siyasətçilərini döymək, həyatlarına qəsd etmək lazımdır. Belə olarsa onda dünya da həmin şəxslərin həqiqətən də böyük insanlar olduğunu qəbul edər.

- Bəs sizcə siyasi böyüklüyün əlaməti hansıdır?

- Böyüklüyün göstəricisi adama qarşı yol verilən zorakılıq və ya onun miqyası deyil. Əksinə, əsl böyüklük zorakı qüvvənin həmin şəxs qarşısında zorakılıqdan imtina etməsidir. Zorakı qüvvə həmin insana zor tətbiq etməməli, düşünməlidir  ki, belə bir şəxsə qarşı zor sərgiləmək, onu təzyiqə məruz qoymaq heyifdir. Brest qalasında 40 gün gizlənən və çoxlu sayda alman zabit və əsgərini məhv edən mayor Qavrilovu tutanda alman hərbi rəhbərliyi onu öldürməkdən imtina etdi. Dedilər ki, onu alman əsgərləri üçün nümunə saxlayacayıq. Biz alman hərbçilərinə göstərəcəyik ki, öz xalqı və dövləti üçün həqiqi qəhrəmanlıq göstərmək necə olur. Qavrilovu saxlayırlar və onu hər gün alman hərbçilərinin qarşısına çıxarıb döyüşçülərə nümunə kimi təqdim edirlər. Əgər sən həqiqətən də böyük şəxsiyyətsənsə, rəqibində də özünə qarşı rəğbət yarada bilərsən. Böyüklük budur. Nəinki ilk fürsətdə başına torba saldırıb özünü döydürtmək. 

- Proseslərin hansısa mərhələsində öz namizədliyinizi kiminsə xeyrinə geri götürməyiniz mümkündürmü?

- Belə bir deyim var: “yalnız dəlilər və ölülər öz fikirlərini dəyişmirlər”. Biz hər an öz qərarımıza yenidən baxa bilərik. Situasiyadan asılı olaraq qərarımız dəyişə bilər. ADP olaraq xalqın, dövlətin və ümummüxalifət maraqlarını təmin etmək niyyətində olan bir partiya kimi bizdən soruşa bilərlər ki, madam ki, məqsədin budur, niyə öz qərarında inad edirsən? Biz qərarımızı hər an dəyişə bilərik. Bunun üçün partiyanı Ali Şurası Məclisə belə bir səlahiyyət verib ki, lazım gələrsə partiyanın bu qərarına yenidən baxsın. Buna görə də hər şeyə bitmiş, başa çatmış bir şey kimi baxmaq olmaz. Ola bilsin ki, başqaları mənə görə öz namizədliyindən imtina etsin. Bildiyiniz ki, bu gün onlarla müxalif şəxs öz namizədliyini verib. Ola bilsin ki, onlar mənim təcrübəmi və qabiliyyətimi nəzər alıb mənim namizədliyimi dəstəkləsinlər. Əgər həqiqətən də namizədlər arasında Azərbaycanın milli maraqlarını müdafiə edən qüvvələr varsa, onların belə bir addım atacağı da istisna edilə bilməz. Hər şey ola bilər. Əgər fərdi qaydada özümlə müqayisədə üstün müxalif lideri görsəm, mütləq onun xeyrinə öz namizədliyimi geri götürəcəm. Amma hələlik belə bir şəxs görmədiyimə görə öz namizədliyimi vermişəm. İmza toplayıb qeydiyyatdan keçə və təbliğat kampaniyasına yetişə biləcəmsə, o mərhələdə də özümü göstərəcəyəm. Və əgər görsəm ki, məndən daha ağıllı, daha rasional mövqe nümayiş etdirən bir şəxs var, ən azından mənim mövqeyimə yaxın mövqe sərgiləyən biri var, o zaman öz namizədliyimi onun xeyrinə geri çəkəcəm. Mən müxalifətdə dublikatların, süni alternativlərin yaradılmasının hər zaman əleyhinə olmuşam. Bunu hamı bilir. Hər kəs yaxşı bilir ki, mən heç vaxt bu cür proyektlərə girməmişəm. Sədri olduğum partiyanı da bu cür proseslərdən kənarda saxlamağı bacarmışam. Əks tərəf süni alternativ istəsə belə, mən bu alternativdən imtina edəcəm. Mən heç vaxt belə bir rol oynamaram. Görsəm ki, həmin şəxs mənimlə oxşar mövqedədir, o zaman iki eyni mövqe sərgiləyən şəxsin seçkidə iştirakını vacib saymaram. Ali Məclisə bu qərara yenidən baxmaq səlahiyyəti verilib. Ali Məclisin Rəyasət Heyətinə belə bir səlahiyyət verilib ki, Məclisin adından növbəti qərarlar qəbul edə bilər. Bu baxımdan mənim seçkilərdə iştirakla bağlı qərarımı dəyişdirməyim və situasiyaya uyğun qərarlar qəbul etməyim mümkündür.

Seymur Əliyev (“Hürriyyət” qəzeti)





Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama