"İndi sazişdə nəzərdə tutulmayan 4 körpü məsələsi ortaya çıxdığından ciddi müzakirələr başlayıb"
Oxunub: 7778
11 May 2020 | 20:34
Son zamanlar ölkə ictimaiyyətinin ən çox müzakirə etdiyi mövzu 2016-cı ildə İranla Azərbaycan arasında bağlanan “Xudafərin” sazişidir. Müxalif qruplar bu sazişə qarşı çıxdıqları halda, iqtidaryönülmülər onu diplomatik uğur adlandırırlar. Bəs biz bu iki yanaşmadan hansına daha çox inanmalıyıq?
 
Millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevin qapısını da məhz bu suallara aydınlıq gətirmək üçün döydük. Xatırladaq ki, “Xudafərin” sazişinin müzakirəyə çıxarıldığı ilk gün “MM niyə bu sazişə imza atıb” sualıyla BAXCP sədrinə müraciət etmişdik, o isə belə bir sənədin parlamentdə ratifikasiya olunduğunu xatırlamadığını demişdi. Sonradan isə sazişin MM-də ratiikasiya olunduğu, hətta müzakirələrdə Qüdrət bəyin də iştirak etdiyi ortaya çıxmışdı. Deputatla söhbətə də elə bu “yer”dən başladıq. 

Beləliklə, BAXCP sədri Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, “Xudafərin” sazişinin müzakirələrində iştirak etdiyiniz məlum olub. Mövzuyla bağlı çıxışınızda sazişi  müdafiə   etmisiniz. O müzakirələri  xatırlamamağınız nə ilə bağlı idi? 
 
- Əvvəla, siz o sualı verəndə İrandan işğal olunmuş ərazilərimizə  çəkilən körpülər barədə rəsmi Bakı ilə Tehran arasına bağlanan sazişdən bəhs etmişdiniz. Mən də elə bir sazişin MM-də müzakirəyə çıxarıldığını xatırlamadığımı, araşdırılmasına ehtiyac olduğunu demişdim. Sazişi diqqətlə oxusanız, orda hər hansı körpü tikintisindən söhbət getmədiyini görə bilərsiniz. Bu sənəddə Araz çayı üzərində tikilən iki hidroqovşağın inşasının davam etdirilməsindən söhbət gedir. 
 
 İkincisi, müzakirələrin üzərindən 4 il keçir. O vaxtdan indiyədək paramentdə yüzlərlə müqavilə təsdiq  etmişik. Sözsüz ki, müzakirə olunan bütün məsələləri yadda saxlamaq mümkün deyil və mən xarici səfərlərdə olduğum zaman da hansısa sənəd təsdiq oluna bilər. İnsan ən çox ciddi polemikaların yaşandığı müzakirələri yadda saxlayır. O dövrdə sazişə münasibət birmənalı olduğundan nə  deputatlar arasında, nə də cəmiyyətdə ciddi mübahisələr  olmayıb.   
O dövrün KİV-nə baxsanız, saziş barədə məlumatların, hətta mənim Sazişin MM-də müzakirəsi  zamanı etdiyim çıxışın mətninin media qurumlarında dərc olunduğunu görə bilərsiniz. Bu sazişi hazırda ciddi tənqid etməyə başlamış şəxslər  də o zaman bunu normal qarşılayıblar. İndi sazişdə nəzərdə tutulmayan 4 körpü məsələsi ortaya çıxdığından ciddi müzakirələr başlayıb. 
 
- Aydındır. Yəni deyirsiniz ki, üzərindən 4 il keçəndən sonra müqavilədə nəzərdə tutulmayan bəzi nüanslar ortaya çıxdığından saziş yenidən gündəmə gəlib.
 
- Bəli. Son dövrlərdəki müzakirələr o zaman qızışdı ki, mətbuatda, sosial şəbəkələrdə İranın Dağlıq Qarabağa yanacaq satdığı ortaya çıxdı. Xankəndindən çəkilən bir videoda çox sayda İran maşınlarının Dağlıq Qarabağa yanacaqla yanaşı, koronavirus daşıdığını sərt tənqid edən bir erməninin sözləri Azərbaycanda ciddi gərginliyin yaşanmasına səbəb oldu. Çünki ortaya çıxan faktlar İranın Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına hörmət etmədiyini ortaya qoyurdu. Bu da haqlı olaraq, bizim cəmiyyətdə xeyli qəzəb doğurdu və İran səfirliyi bununla bağlı açıqlama verdi ki, “yox, bu, yanlışdır, bizim münasibətləri korlamaq istəyirlər”. Halbuki kadrlarda hər şey aydın görsənirdi. 
Bundan başqa, Dağlıq Qarabağa səfər edən xarici jurnalistlər, blogerlər də bu faktı təsdiq edən məlumatlar yayırlar. Onlar da Dağlıq Qarabağda ən çox İranın yük maşınları ilə qarşılaşdıqlarını yazırlar. Daha sonra, Cənubdan gələn məlumatlarda da təsdiq olunurdu ki, İran doğrudan Dağlıq Qarabağdakı separatçı rejimə ciddi şəkildə dəstək verir, onlarla ticari əlaqələr qurub. Bunun ardınca körpü məsələsinin ortaya çıxması istər-istəməz rezonansa səbəb olmalıydı və oldu. 
 
- Yəqin ki, 4 ildən sonra yenidən gündəmə gətirilən bu sazişlə bir daha tanış ola bildiniz. İndi bu sazişə münasibətiniz necədir? 
 
- Müzakirələr yenidən qızışanda mən sazişi bir daha oxudum və bir daha əmin oldum  ki, müqavilə Azərbaycan dövlətinin maraqlarına cavab verir. Sual verə bilərsiniz ki, biz əgər o hidroelektrik stansiyadan özümüz istifadə edə bilməyəcəyiksə, onda tikilməsinə niyə razılıq veririk? Deyə bilərsiniz ki, torpaqlar azad olunandan sonra bunu tikmək olardı. Mən şəxsən bu sazişə onunla haqq qazandırıram ki, Arazın o tərəfində bizim soydaşlarımız  və müsəlmanlar  yaşayır. Biz bilirik ki, onlar doğrudan da susuzluqdan əziyyət çəkirlər. Hətta xatırlayırsınızsa, Urmiya gölünün  quruması ilə bağlı biz də ciddi  narahatçılıq keçirirdik. Ora azərbaycanlıların vətənidir, torpağıdır. O gölün quruması böyük bir ərazidə ekoloji fəlakət yaradacaqdı. Bu baxımdan cənublu soydaşlarımızın Arazın suyundan istifadə etməsinə görə biz ancaq sevinə bilərik. Biz başqalarını müsəlman həmrəyliyinə çağırdığımız halda başqa cür davrana bilmərik.   Cənubdakı soydaşlarımızın   rifahını düşünmək də bizim borcumuzdur.  Dövlət maraqları baxımından  İran həmin sazişdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib. Sazişdə üçüncü dövlətin o su ehtiyatlarından istifadəsi birmənalı şəkildə qadağan olunur. Sözsüz ki, o tipli su bəndlərinin, hidroelektrik stansiyalarının üzərində  texniki xidmət üçün  körpü olmalıdır. Ona görə ki, hidroelektrik stansiyalar vahid tikinti kompleksidir. Bununla belə, əgər hidroelektrik stansiyanın başa çatmasından sonra Dağlıq Qarabağın içərilərinə doğru erməniər yol çəklibsə və bu yoldan İran istifadə edirsə, bu, əlbəttə, müqavilənin şərtlərinin pozulmasıdır və Azərbaycan buna görə İranı Beynəlxalq məhkəməyə verə bilər. Azərbaycan hökuməti bu faktlar varsa onu aşkar edib tutarlı sübutlar toplamalı, (bilirsiniz ki, inid bizim sputniklərimiz var və onlar vasitəsilə bunu yoxlamaq mümkündür) İrana rəsmi nota verməli, etiraz etməli və təcili olaraq sepparatçı rejimlə əlaqələrin dayandırılmasını tələb edilməlidir.
Kəndlərin su altında qalması məsələsi də cəmiyyətdə çox müzakirə olunan məsələdir. Bilirsiniz, o kəndlərdə nəinki evlərin qapı, pəncərələri, dam örtükləri, hətta daşları sökülüb satılıb. Yəni  o kəndlərdə heç nə qalmayıb, ancaq  ərazi qalıb. Mən şəxsən bilmirəm ki, neçə kənd su altında qalıb. Kim verib o məlumatı ki 3 kənd su altında qalıb? Görünür, bunu sputniklə müəyyənləşdiriblər. Amma yenə də düşünürəm ki, bu su elektrik stansiyasından gələcəkdə Azərbaycan da istifadə edəcək və Arazın suyundan faydalanacaq. 
 
- Açığı, mən də kəndlərin su altında qalması barədə irəli sürülən arqumentlərlə razılaşmadım. Söhbət erməni işğalı altında qalan və darmadağın edilmiş kəndlərdən gedir. Doğrusu, erməniyə qalmağındansa, su altında qalması mənə daha faydalı göründü.
 
- Bəli, o da var. Bir də açıq söyləmək lazımdır, İranla müqayisədə Azərbaycan kiçik dövlətdir. Qonşu dövlət təkidlə bunu istəyirsə ki, mənim suya ehtiyacım var,  dövlətlər biri-birinin marağını nəzərə almalıdır və biri-birinə güzəştə getməlidir. Yəni siyasətdə, xüsusilə də beynəlxalq münasibətlərdə konstruktiv olmaq   çox  önəmli məsələdir. İndi bəzi adamlar hay-həşir, çığır-bağır salıblar, amma yenə də deyirəm, dövlətlərarası münasibətlərdə gərək, qonşu dövlətin də marağını nəzərə alasan. Xüsusilə də  bundan faydalanan sənin öz soydaşlarındırsa. 
 
 - Bayaq özünüz də dediniz ki, hökumətin əlində 3 sputnik var. O qədər xərc çəkib kosmos ölkəsi olmuşuq. Kosmosdan hər şeyi aydın görmək olar ki, yol çəkilib, çəkilməyib, yaxud oradan keçən maşınlar hara gedir? Niyə hökumət bu məlumatı əldə edib İranın qarşısına qoymur?
 
- Bu barədə Xələf Xələfovun açıqlaması var. Dünən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynov da açıqlama verdi. Düzdür, orada bütün detallar açıqlanmır. O yolla bağlı açıqlama yoxdur. Amma o açıqlamalardan mən belə başa düşdüm ki, hələ o işlər davam edir, başa çatmayıb. Yəqin ki, bununla bağlı növbəti açıqlamalar olacaq. Amma mən o hay-həşir salan adamlara da demək istəyirəm ki,  torpaqlarımızın 20%-nin 30 ildən artıq bir müddətdə  işğal altında qalması hər kəsi narahat edir. Amma bu  məlumat 2016-cı ildə  gedibsə və o zaman geniş rezonanas doğurmayıbsa, deməli,  hamı bu layihə ilə tanış olub və görüblər ki, bu, Azərbaycanın maraqlarına uyğun bir layihədir və ona görə də səslərini çıxarmayıblar. Amma indi Milli Şura adlanan qrup  xüsusi tapşırıqla hücuma keçib, Sazişə qarşı böyük kampaniya başladıblar. 
 
- Amma gəlin, razılaşaq ki, nəzarət edə bilmədiyimiz coğrafiya barədə bağlanan müqavilənin bu cür mübahisələrə yol açması da gözləniləndir. Rəsmi Bakı İranla bağladığı bu sazişin şərtlərinə nə dərəcədə əməl olunub-olunmadığına necə nəzarət edə bilər? 
 
- Mən  düşünürəm ki, hazırda Azərbaycan çəkinmədən,  açıq şəkildə Qarabağın azad olunması üçün İrandan dəstək istəməlidir. Deməlidir ki, sən bizə  torpaqların işğaldan azad olunması üçün kömək et. Bununla da bütün söhbətlərə də son qoyulsun. İran da Azərbaycanla səmimi dostluq münasibətləri qurmaq istəyirsə, Qarabağın azad olunması üçün Azərbaycana ciddi dəstək verməlidir. Yəni bəhanələr axtarmamalıdır. Bəhanə axtarmağa qalsa, hər kəs özünün müəyyən hərəkətinə haqq qazandırmaq üçün istədiyi qədər bəhanə tapa bilər. Mən hesab edirəm ki, bununla əlaqədar olaraq biz İranla daha sıx işləməliyik. Necə ki, hazırda Rusiya ilə əməkdaşlıq edirik. İranla da əməkdaşlığımız təkcə iqtisadi sahədə olmamalı, siyasi-mədəni əlaqələrlər də yaxşılaşdırılmalıdır.  Mədəniyyət Nazirliyi İranla sıx əlaqələr qurmalıdır. İranın elə bir kəndi, yaşayış məntəqəsi olmamalıdır ki, bizim incəsənət xadimlərinin camaatla görüşü olmasın, konsertlər təşkil etməsin. Xalq mədəni səviyyədə, dil baxımından birləşməlidir. Coğrafi sərhədlər məsələsi önəmli deyil.   Mən bir təkliflə də çıxış etmişdim ki, Azərbaycan torpaqlarını işğaldan azad etsə  Avrasiya İttifaqına bizimlə bərabər Türkiyə və İran da  qoşula bilər. İran da oranın üzvü olsa, həmin Avrasiya İttifaqının Avropa İttifaqı modelində vahid vətəndaşlığı olsa (necə ki Avropa İttifaqının vahid vətəndaşlığı var), bu  bizə və cənublu soydaşlarımıza eyni ittifaqda birləşmək imkanı qazandırar. Ona görə də bu məsələlərə daha geniş yanaşmaq lazımdır. Amma yenə deyirəm, İranın Ermənistanla qardaşlaşma siyasətinə  biz etirazımızı bildirməliyik  və    müsəlmançılığa, haqqa-ədalətə söykənməyən bu siyasəti kəskin tənqid etməliyik. İran tənqiddən nəticə çıxarmalı, öz siyasətinə yenidən baxmalıdır.
 
- Yəni təndiq dostlar və ya dostluqları möhkəmləndirmək üçündür, deyirsiniz?
 
- Bəli.
 
- Son zamanlar Paşinyan hakimiyyətinin İsraillə münasibətlərini yaxınlaşdırması, Təl-əvivdə səfirlik açması İranda ciddi qıcıq yaradır. Sizcə, bu, İranın bizimlə bağlı siyasətinə nə dərəcədə təsir edə bilər?
 
- Mən həmişə demişəm, Rusiya və İran Ermənistandakı siyasi hakimiyyətdən narazı qala və oradakı hakimiyyəti dəyişmək istəyə bilərlər, amma onlar hakimiyyətdən narazı olduqlarına görə özlərinin regional siyasətlərini dəyişməzlər. İranın regional siyasəti odur ki, müstəqil və güclü Azərbaycan dövlətinin yaranmasının qarşısını alsın  və hesab edir ki, bu konflikt qaldıqca  belə də olacaq, Azərbaycan ondan asılı vəziyyətdə qalacaq. Rusiya da eyni mövqedədir. Yəni onların dövlət siyasəti belədir. Amma onlar başa düşmürlər ki, xalqımız bunu görür və zamanında cavabı ola bilər. Bizimlə səmimi dost olmaq lazımdır. Nə qədər ki gec deyil, onlar yalnış mövqelərindən geri çəkilməlidirlər. Mən hərdən mətbuatda görürəm;  bizimkilər sevinirlər ki, Ermənistanda hökumətlər dəyişdi, Sarkisyan getdi, Paşinyan gəldi, Köçəryan getdi, Sərkisyan gəldi. Amma bu, heç nəyi dəyişmir. Səhər lap Yerevanın küçələrində ermənilər bir-birini qirsalar da , bu, heç nəyi dəyişməyəcək.
 
- Sözsüz. Amma məsələ burasındadır ki, son zamanlar dünyada baş verən hadisələr, xüsusilə neft qiymətlərinin aşağı düşməsi hən İranı, həm Rusiyanı zəiflədir. Artıq onların regional proseslərə nəzarət imkanları da tükənir. Üstəlik, ABŞ və müttəfiqlərinin hər iki dövlətə basqıları da artır. Hər iki ölkəyə tətbiq olunan sanksiyalarla yanaşı Qara dəniz və Barents dənizində hərbi təlimlərin keçirildiyini görünürük. Sanki Rusiyanı küncə sıxışdırma siyasəti yürüdülür. Eyni şəkildə İran da Yaxın Şərqdən sıxışırılaraq çıxarılır. Bu proseslər həmin ölkələrin Azərbaycana təzyiqlərini də azalda bilərmi?
 
 - Təbii ki, iqtisadi cəhətdən güclənmə demokratiyası zəif olan, yaxud olmayan böyük dövlətlərin imperialist maraqlarını artırır. Bunu biz Rusiyanın və İranın təcrübəsində daha yaxşı görə bilərik. Necə ki, son 10 ildə neftin qiyməti əvvəllər heç olmayan səviyyəyə qalxdı, hətta bəzi hallarda 149 dollara çatdı, Rusiya və İran da dünyanın əsas neft ixrac edən ölkələri kimi çox böyük gəlirlər əldə etdilər. Dərhal da onların imperialist iddiaları artdı, dünya da bunu gördü. Ona görə də indi Rusiyanın və İranın zəiflədilməsi siyasəti aparılır. O tipli təlimlər Rusiyanı qıcıqlandırıb, məcbur edəcək ki, hərbi xərclərini artırsın. Rusiya hərbi xərclərini artıracağı təqdirdə iqtisadiyyatı daha da zəifləyəcək. Bilirsiniz ki, Rusiyanın qeyri-neft sektoru güclü deyil. O, bu sektorda qazandıqları ilə azalan neft gəlirlərini kompensasiya edə bilməyəcək.  Rusiyanın iqtisadiyyatına pandemiya da bir tərəfdən ziyan vurur. Amma nə qədər zəifləsələr də, rus xalqı yerində qalır.  Ac xalqın əlində nüvə silahı özü də bir təhlükədir. Ona görə də burada balansı tapmaq lazımdır: necə edək ki, Rusiya dünya üçün bir təhlükəyə çevrilməsin. Bütün hallarda bu istiqamətdə iş gedir. Amma bu mülahizələrə güvənib xarici siyasət qurmaq olmaz. Bir vaxtlar rəhmətlik Vəfa Quluzadə də tez-tez deyirdi ki, Rusiya dağılır. Yəni bu gözlənti ciddi siyasətçinin işi deyil. Onlar zəifləyəcək və buna görə Azərbaycan güclənəcək kimi fikirləri mən qəbul etmirəm.  Azərbaycanın güclənməsi üçün ölkədə mütləq ciddi sosial- iqtisadi, məhkəmə-hüquq islahatları həyata  keçirilməlidir. Bu islahatlar aparılmasa, biz güclü iqtisadiyyat qura bilməyəcəyik.   Güclü iqtisadiyyat, hərbi potensial olmasa, sən necə güclü dövlət ola bilərsən? 
 
- Amma siz də bu sözlərinizlə istisna etmirsiniz ki, bizimlə problemi olan dövlətlərin zəiflədiyi bir şəraitdə ciddi islahatlar aparmaqla Azərbaycan güclənə bilər. Hər halda Sinqapur təcrübəsi göstərir ki, güclü olmaq üçün ərazi böyüklüyü, əhali sayının çoxluğu ikinci dərəcəli məsələdir. Bir dövlət ağıllı iqtisadi siyasətilə də dünyada sözü eşidilən gücə çevrilə bilər. 
 
- Əlbəttə. İsrailin də ərazisi bizdən xeyli kiçik, əhalisinin sayı bizim qədərdir - 10 milyon. Amma İsrail 80 milyonluq İrana, 240 milyonluq Ərəb dünyasına meydan oxuyur. Niyə? Çünki güclü iqtisadiyyatı, hərbi qüdrəti var. Yeri gələndə 80 milyonluq Türkiyəyə, 80 milyonluq İrana da meydan oxuyur.   Özünü nüvə dövləti elan etməsə də, hamı bilir ki, İsrailin nüvə silahı var və arxasında da Amerika Birləşmiş Ştatları kimi  nəhəng dövlət durur.  Ona görə də   əgər güclü iqtisadiyyatın və hərbi potensialın, buna paralel olaraq güclü hərbi-siyasi müttəfiqin varsa, sən güclüsən. Əks halda, qonşular zəiflədi, mən güclənəcəm, bu, mənim üçün qəbul olunmazdır.
 
- Sizcə, son zamanlar Azərbaycanda aparılan islahatlar bu məqsədə xidmət edirmi? Xüsusilə DTX-nın apardığı əməliyyatlar insanlarda bu ümidin yaranmasına səbəb olub. Prezident İlham Əliyevin Baş Prokuroru dəyişməsi və yeni Baş Prokuror qarşısında qoyduğu bəzi tələblər də bu ümidi artırdı. Sizcə, bu ümidlər özünü doğruldacaqmı?
 
 -Son vaxtlar çox ciddi şəkildə sual olunur ki, niyə Dövlət Təhlükəsizliyi Xidməti korrupsiya iə mübarizə aparmalıdır?  Respublika Prokurorluğunda Korrupsiyaya qarşı Mübarizə  Baş İdarəsi var, onun da əməliyyat idarəsi bu tədbirləri hazırlayıb, həyata keçirə bilər. Söhbət gizli çəkilişlərdən gedir.  Mən bunu 1-2 dəfə demişəm,  bundan siyasi manipulyasiya etmək istəyirlər. Artıq korrupsiya Azərbaycanda dövlət təhlükəsizliyi üçün ciddi  təhdidə çevrilmişdi. İş o yerə gəlib çatıb ki, pandemiya dövründə Heydər Əliyev Fondunun kasıb insanlara göndərdiyi sovqatı da, işsizləri ictimai işə cəlb etmək üçün ayrılan vəsaiti də mənimsəyirlər. Bəzi icra hakimiyyətləri artıq bütün əndazəni aşıblar, tamahkarlıqlarının heç bir sərhədi yoxdur. Mədəniyət Nazirliyində baş verən rüsvayçılıq haqqında isə danışmağa dəyməz.Pul qarşılığında mədəniyyət nümunələrini, tarixi abidiləri satan mənfur elementlər dövlət idarəetməsinə doluşub bu millətin keçmişini silib gələcəyinə böyük zərbə vurmaqdadırlar. Bu, artıq bizim dövlətçiliyimiz üçün böyük bir təhlükəyə çevrilib. Ona görə də Prezident DTX -nı bu missiya ilə görəvləndirib. Amma mən bir hüquqşünas, krminologiya elmini öyrənmiş bir adam kimi deyirəm ki, cinayətkarlığa qarşı mübarizədə  ilk dövrdə sərt cəza tədbirləri həmin o cinayətkarlığın səngiməsinə səbəb olur, amma o cinayətkarlığı doğuran səbəb və şərait ardan qalxmırsa, insanlar tez br müddətdə sərt dövrün tələblərinə uyğunlaşırlar və proses yeni vüsət alır. Vəziyyət bir az da pisləşir. Niyə? Çünki məmurlar daha çox rüşvət almağa başlayır və bunu belə əsaslandırır ki, mənim ifşa olunmaq təhlükəm var.  İnstitusional islahatlar həyata keçirilməsə,iqtisadi,sosial, məhkəmə-hüquq islahatları aparılmasa, vəziyyət bir azdan daha da pisləşəcək. Mən iqtidar mətbuatından oxudum, Biləsuvarda 150-yə qədər kiçik fermerin torpaqlarını məhkəmə qaydasında tutub əlindən alıblar. Əgər məhkəmə bu cinayətin iştirakçısına çevrilirsə və məhkəmələr müstəqil deyilsə, (Azərbaycanda mülkiyyətin təminatçısı rolunda məhkəmələr çıxış etməlidir) o zaman hansı xarici investor Azərbaycana pul qoyar? Hətta daxildə oğurluq yolu ilə pul toplayan insanlar belə, o pulları bura qoymurlar. Niyə? Onu məhkəmə qaydasına qoruya biləcəklərinə güvənmirlər. Ona görə, deyirəm ki, iqtisadi və məhkəmə islahatları həyata keçirilməlidir. (ovqat.com)
 
(ardı var)
Oxşar xəbərlər
15:26, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
GÜNLÜK
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB