Rafiq Əliyev: “Mütləq həqiqət ancaq Tanrıdadır” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 10268
19 Aug 2013 | 10:25
Rafiq Əliyev: “Mütləq həqiqət ancaq Tanrıdadır” - MÜSAHİBƏ

 

Yəqin ki, bu rubrika həm forma, həm də məzmununa görə çoxlarına qəribə gələcək. Bəlkə də çoxları bu rubrikanı çağdaş jurnalistikanın gərəksiz yeniliklərindən biri kimi dəyərləndirəcəkdir. Doğrudan da, bu günün dahilər ilə yanaşı, çoxdan əbədiyyətə qovuşan düşüncə nəhəngləri ilə bu xəyali söhbət, onların əsrlərin o biri üzündə qalan fikirlərini yenidən gün işığına çıxartmaq günümüzün prizmasından bir qədər qəribə görünür. Lakin bu da bir həqiqətdir ki, ən mükəmməl yenilik çoxdan unudulan köhnədir və bu mənada öz ideya və düşüncələri ilə bəşəriyyəti bu gün də heyrətləndirən fövqəlzəka sahibləri ilə hətta xəyali söhbətin belə oxucularımız üçün faydalı ola biləcəyi qənaətindəyik. Onu da qeyd edək ki, rubrikamızda dünyasını dəyişən müsahiblərimizin dilindən səsləndirilən fikirlər həqiqətən də onların özünə məxsusdur və söhbətdə adı keçən mütəfəkkirlərin müxtəlif əsərlərindən toplanılıb. Beləliklə də, “Dahilərlə söhbət” rubrikasının növbəti müsahibəsini sizə təqdim edirik. Rublikamızın növbəti müsahibi məşhur professor, dünya şöhrətli alim Rafiq Əliyevdir.

 

Müəllif: Rafiq müəllim, yəqin siz də razılaşarsınız ki, azadlıq hər bir xalq və ya hər bir insanın sahib ola biləcəyi ən böyük səadət, ən ali xoşbəxtlikdir. Bu, elə bir saədətdir ki, qalan bütün sevinc və səadətlərə onsuz nail olmaq mümkün deyil. Lakin azadlıq ona sahib olan hər kəsdən onu qorumaq üçün davamlı səy və mübarizə tələb edir. Bu baxımdan azadıq hər zaman yenidən qazanılması və anlamlandırılması gərəkən bir məfhumdur. Məhz bu səbəbdən də azadlıq hər bir xalqdan zaman-zaman ona layiqliyini qanı və canı bahasına təsdiqləməyi tələb edir. Lakin bu da həqiqətdir ki, bəzən azadlıq və anarxiya, azadlıq və əxlaq arasındakı sərhəddi müəyyənləşdirmək o qədər də asan olmur. İnsanların bir çoxu azadlığa özbaşınalıq, söz və əməl sərhədsizliyi kimi yanaşır. Halbuki, azadlıq hüquq olmaqla yanaşı, həm də məsuliyyətdir və bu məsuliyyət insandan başqalarının hüquq və azadlığına hörmət etməyi tələb edir. Bu baxımdan dünyadakı hər şey kimi azadlığın da bir sərhəddi var və ona sonsuz, məhdudiyyətsiz bir şey kimi baxmaq azadlığın öz mahiyyətinə ziddir. Maraqlıdır, sizcə bir insanın azadlığı harada başlayır və harada qurtarır? Bütövlükdə, Rafiq Əliyevə görə azadlıq nədir?

 

Rafiq Əliyev: Təbii ki, azadlığın həm ənənəvi ensiklopedik, həm də hüquqi tərifi var. Lakin yəqin ki, sizin üçün azadlığın ictimai-mənəvi əhəmiyyəti daha maraqlıdır. Mən azadlıq dedikdə ilk növbədə fərdi azadlığı nəzərdə tuturam. Hər bir millətin azad olması üçün onun hər bir fərdi azad olmalıdır. Əgər biz bu məsələdə “Qurani-Kərim”ə istinad etsək, deyə bilərik ki, mənim azadlığımın çevrəsi o yerdə başlayır ki, sizin azadlığınızın çevrəsi qurtarır. Mənim üçün “Qurani-Kərim” dünyadakı ən böyük mənəviyyat sistemidir. Bu, mənim üçün hər bir şeydən üstündür. Azadlıq o demək deyil ki, hər şey sənin üçün caizdir. Xeyr. Mənim azadlığım başqasının azadlığının başladığı sərhəddə qədərdir. Mənim azadlığım başqasının azadlığını məhdudlaşdırısa, ona qəsd edirsə, bu artıq azadlıq çərçivəsindən çıxır. Yoxsa bəzən görürsən ki, biri bir vəzifə sahibi olur, ona elə gəlir ki, hamını təhqir edə bilər. Nə istəyirsə edə bilər, özü üçün hər şey qura bilər, tikə bilər, amma başqaları acından ölməlidir. Hər kəs öz azadlıq çevrəsinin radiusunu bilməlidir. Vəzifəsindən, elmindən, bədii yaradıcılıq qabiliyyətindən asılı olmayaraq hər kəs bu radiusu bilməli, bunu dərk etməlidir. Dərk etməlidir ki, başqasının azadlıq çevrəsinə daxil olmasın. 

 

Müəllif: Bəs necə hesab edirsiniz, insanın öz azadlığını təmin etməsi, mənən və ruhən azad olması üçün nə lazımdır? İnsanın öz azadlığını qoruması üçün ehtiyac duyduğu əsas şey nədir?

 

Rafiq Əliyev: İnsan sözündə, fikrində, yaradıcılığında sərbəst olmalıdır. Gərək insanın ideoloji yükü olmasın. Bu azadlıq üçün çox vacibdir. Çünki ideoloji yük insanı hər zaman müəyyən dar bir çevrədə saxlayır. İnsan azadlığında ən toxunulmaz elementlərdən biri də onun mülkiyyət azadlığının toxunulmazlığı olmalıdır. Bu, toxunulmaz azadlıqlar siyahısında birinci yerdə dayanan məsələdir. Əgər bunu lokonik və düstur şəklində desəm, insanın hər şeydən öncə ümid azadlığı olmalıdır. İnsanın sabaha ümidi olmalıdır. Bu, çox vacibdir. İnsanın azad yaşaması üçün onun sabaha ümidinin olması vacibdir. İnsanın içində bir ümid, bir inam olmalıdır ki, sabah onu pis, qorxulu heç nə gözləmir. 

 

Müəllif: Məşhur rus yazıçısı Aleksand Belyayev deyirdi ki, şər hər zaman hər yerdə güclüdür və nə qədər üzücü də olsa hələ ki, yer üzündə bədxahlıq qalib gəlir. Doğrudan da, dünya tarixinə, bəşəriyyətin keçdiyi inkişaf yoluna nəzər saldıqda məlum olur ki, xeyir və şərin mübarizəsi başdan-başa bədxahlığın qalibiyyəti, şərin zəfəri ilə süslənib. Şübhəsiz, aldığı bütün yaralara rəğmən həyatda şər kimi xeyir də öz mövcudluğunu sürdürür. Lakin bu mövcudluq qanlı hərb meydanında ağır məğlubiyyətə uğrayan, param-parça olan bir ordunun qalıqları kimi insana güc və ümid deyil, yalnız məyusluq və çarəsizlik aşılayır. İnsanın xeyirin, ədalətin zəfəri ilə bağlı gözləntilərinin heç biri reallıqda özünü doğrultmur. Və bütün bunlara nəzər salarkən insan az qala bu qənaətə gəlir ki, Allah xeyirin qələbəsini istəmir. Doğrudur, bu saxta, aldadıcı qənaətdir. Amma bununla belə şərin zəfərinə şahid olduqca xeyirin zəifliyindən məyusluq duymamaq olmur. Və insan ürək ağrısı ilə dərk edir ki, xeyiri təmsil etmək, haqqın tərəfində olmaq insanı pis, arzuedilməz aqibətdən sığortalamır. Əksinə, çox zaman xeyirin yanında olmaq məğlubiyyətə bəri başdan imza atmaq demək olur. Lakin ləyaqətli insanları nəticə deyil, mahiyyətin özü maraqlandırdığından onlar hər zaman xeyirin yanında qərar tutur. Baxmayaraq ki, bu qərar çox zaman sonda hər kəsin faciəsi ilə nəticələnir. 

 

Rafiq Əliyev: Xeyirlə şərin mübarizəsi bildiyiniz kimi, əzəli-əbədi bir mübarizədir. Insan yaranan gündən bu mübarizə davam edir. Bəxtiyar müəllimin bir şeri var: “Xeyirlə şər arasında”. Bu şeir olduqca maraqlı və ibrətamizdir. Tam xeyir və tam şər yoxdur. Həm dünyada, həm müxtəlif ölkələrdə, həm də müxtəlif lokal toplumlarda xeyir və şər arasında mübarizədə qütblər o tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə sürüşür. Bu gün hesab edirəm ki, xeyirlə şər arasındakı mübarizədə hardasa bir neytrallıq var. Şəri sıfır qəbul eləsək, xeyiri də 1 qəbul etsək, o zaman demək olar ki, dünyanın durduğu yer 0,5-dir. Amma məndə belə bir qənaət var ki, bu gün dünyada hakimiyyətdə idealistlər olduğu üçün, meyl xeyir tərəfə daha çox sürüşür. Yəni bu, 0,5-dən xeyir tərəfə istiqamətlənib. Aidə xanım bir dəfə Amerikada olanda mənə bildirdi ki, dünya ədalətə hamilədir. Mən də bu qənaətdəyəm ki, dünya ədalətə hamilədir və bu gün ədalətə meyl daha çoxdur. Bu gün ərəb dünyasında baş verən prosesləri neft və s. amillərlə əlaqələndirənlər var. Amma mən əsla elə düşünmürəm. Lakin bunu da deməliyəm ki, mütləq ədalət də yoxdur. Mütləq xeyir də mövcud deyil. Hərdən buna ikili standart da deyirlər. Yəni lazım olanda xeyir, lazım olanda şərə əl atırlar. Amma ikili standart kütləvi deyil. Bu gün dünya xeyrə tərəf daha çox gedir. Nə qədər məsafə qət edəcək, dünyada idealistlər daha nə qədər hakimiyyətdə olacaq, bunu söyləyə bilmərəm. Amma hələlik bu gün vektorun istiqaməti xeyirədir. Mən belə düşünürəm. 

 

Müəllif: Rafiq müəllim, belə bir deyim var ki, qüvvətsiz ədalət şikəstdir və hər bir ədalətin əvvəlində və ya sonunda hökmən gücün himayəsinə ehtiyacı olur. Yəqin siz də təsdiq edərsiniz ki, günümüzün özündə belə bu deyimi isbatlayan kifayət qədər fakta rast gəlmək mümkündür. Ədalət nə qədər ali bir dəyər olursa-olsun, çox zaman onun özünü təsdiqləməsi məhz gücdən asılı olur. Ədalət məhz gücün himayəsi sayəsində layiq olduğu mərtəbə qərarlaşır. O yerdə ki, güc deyil, sadəcə ədalət var, orada ədalətin qələbəsi yalnız və yalnız taleyin mərhəmətindən asılı olur və tale çox nadir hallarda ədalətdən yana qərar verir. Bu baxımdan, istənilən ədalətin gücə söykənməsi məqsədəuyğundur. Çünki gücə istinad edən ədalətin qələbəsi şəksiz olduğu halda, gücdən məhrum ədalətin qalibiyyəti qeyri-müəyyəndir. Qeyri-müəyyənlik isə mübarizənin yarısını başlamadan uduzmaq deməkdir. 

 

Rafiq Əliyev: Məndən olsaydı, mən ədalətlə gücü bir yerdə işlətməzdim. Çünki bunlar mənim nöqteyi-nəzərimdə antipotdular. Ədalət olmayan yerdə güc işlədirlər. Ədalət olan yerdə güc lazım olmur. Amma kimsə ədaləti pozubsa, orda güc lazımdır. Lakin bu güc qanunun gücü olmalıdır. Bu güc ədalətin bərpası üçün gərəklidir. Ədalət o qədər böyük mənəviyyat kateqoriyasıdır ki, onu güclə bir yerdə işlətmək doğru deyil. Bunlar ayrı-ayrı şeylərdir. Xüsusilə də fərd üçün. Məsələn, məhəbbətdə ədalət. Burada hansı gücdən söhbət gedə bilər? Burada mən yalnız qol gücünü deyil, söz gücü və digər gücləri nəzərdə tuturam. Bu o qədər ülvi bir hisdir ki, burada heç bir gücdən söhbət gedə bilməz. Buna görə də, mən sizin yanaşmanızı qəbul etmirəm. Güclə ədalət bir yerdə olmamalıdır. Güc yalnız o zaman ədalətin yanında ola bilər ki, pozulan ədalətin bərpasına ehtiyac olsun. 

 

Müəllif: Rafiq müəllim, mənəvi dəyərlərin maddi dəyərlərdən üstünlüyü haqqında nə qədər yazılsa, nə qədər deyilsə də, maddiliyin bütün zamanlarda daha həlledici rol oynadığı inkaredilməzdir. Gerçəklik bundan ibarətdir ki, maddiliyə həqiqətən də tənqidi münasibət bəsləyən insanlar belə onsuz ötüşə bilməmiş, əksər hallarda məhz maddi baxımdan təminatsızlıqlarının qurbanı olmuşdular. Bu baxımdan maddiyyat da günah kimidir. Hər kəs ondan nə qədər qaçsa da, tamamilə onsuz ötüşmək heç kimə qismət olmur. Maddiyyat həm də həyatı, dünyanı daha doğru, daha fərqli aspektdən dərk etmək vasitəsi kimi də qəbul olunur. Hətta Maksim Qorki kimi nəhəng düha belə etiraf edir ki, həyatı yalnız qızıl dağının zirvəsindən doğru görmək mümkündür.

 

Rafiq Əliyev: Mən inanmıram ki, Qorki kimi böyük yazar hər şeyə maddiyyatın zirvəsindən baxsın. Mən burda bir şeydən çox qorxdum. Burada qızıl dağını Allaha yaxınlaşdırırlar. Allah belə şeyləri sevməz və buna əsla yol vermək lazım deyil. Allah maddiyyat zirvəsini sevməz. Həqiqəti daha dolğun görmək üçün ona Tanrı səviyyəsindən baxmaq lazımdır. Həqiqəti yalnız o səviyyədə baxan zaman aydın görmək mümkündür. Mütləq həqiqət ancaq belə bir baxışla aşkarlana bilər. Bildiyiniz kimi həqiqət də qeyri-səlis anlayışdır. Məsələnin elmi tərəfi də belədir. Həqiqət var, yarımhəqiqət var və s. Amma mütləq həqiqət ancaq Tanrıdadır. Və mən bu həqiqəti əsla qızıl dağının zirvəsinə qaldırmaq istəməzdim. Qətiyyən istəməzdim...

 

 

Seymur Əliyev (“Hürriyyət” qəzeti)

 

Oxşar xəbərlər
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
GÜNLÜK
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO