Amerikanın sabiq səfiri Azərbaycan hakimiyyətini "vurdu" -MÜSAHİBƏ
Oxunub: 11314
18 Aug 2013 | 20:39
Amerikanın sabiq səfiri Azərbaycan hakimiyyətini
Azərbaycanda prezident seçkiləri yaxınlaşdıqca bu mövzu istər yerli, istərsə də beynəlxalq dairələrdə daha intensiv müzakirə olunur. Maraqlıdır, Azərbaycanda seçkiöncəsi baş verən hadisələrə Qərbdə, ələlxüsus da okeanın o tayında münasibət necədir? Bütün bunları öyrənmək üçün "Azadlıq" radiosu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (1994-1997), hazırda George Mason Universitetinin professoru Riçard Kozlariçlə söhbətləşib. Moderator.az həmin müsahibəni təqdim edir:


- Putin və Obama arasında son vaxtlar soyuqlaşan münasibətlər nəzərə alınarsa, Vaşinqton Putinin Bakıya səfərindən narahat olubmu?


- Düşünmürəm ki, bu səfər Amerikada böyük diqqət cəlb edib. Regiondakı vəziyyəti bilənlər buna sadəcə, normal bir səfər kimi baxırlar. Burada söhbət əhalisinin bir qismi azərbaycanlı olan böyük qonşudan gedir. Onlar Rusiyada yaşayır və işləyirlər. İki ölkə arasında ümumi sərhədlər, ümumi problemlər var. Mənim bu regiondakı hadisələri izləyən dostlarım da bu səfərdə elə bir əhəmiyyətli məna görməyiblər.

"Azərbaycanı izləyənlər burada daha bir qüsurlu seçkidən narahatdır"

- Bəzi analitiklər bu səfərin Azərbaycandakı prezident seçkiləri baxımından əhəmiyyətli olduğunu vurğulayır. Onların fikrincə, Putinin səfəri bir növ İlham Əliyevin prezident kimi namizədliyinin qəbuludur...
- Bəzi Azərbaycan rəsmiləri mənə deyiblər ki, Bakı ehtiyatlı olmalıdır, çünki müxalifətin hazırkı namizədini Moskva dəstəkləyir. Məncə bu, bir az qeyri-ciddi söhbətdir. Mənə belə gəlir ki, Putinin səfəri Azərbaycanın daxili məsələləri ilə yox, iki ölkə arasındakı iqtisadi məsələlərlə bağlı olub.
- Bəs, Vaşinqtondakı siyasi dairələr Azərbaycan seçkiləri barədə nə düşünürlər? Onları hazırkı durum qane edirmi, yoxsa başqa ssenarilər gözləyirlər?
- Hazırda Amerika administrasiyasının özü tam təşkil olunub başa çatmayıb. Dövlət Departamentində, onun Avropa bürosunda bəzi mühüm postlar hələ də boş qalır. Məhz bu postları tutanlar Qafqazda, Azərbaycanda baş verənləri izləyirlər. Ümumiyyətlə isə, Qafqazı və Azərbaycanı izləyən siyasətçilər, əlbəttə, baş verənlərdən, xüsusilə də daha bir qüsurlu seçkinin mümkünlüyündən narahatdırlar.
Şəxsən mənim fikrimcə, ABŞ baş verənlər barədə, təkcə seçki yox, eləcə də başqa məsələlərdə, məsələn, mətbuat azadlığı, dini hüquqların pozulması məsələlərində daha fəal olmalıdır.
Kənar müşahidəçi kimi görürəm ki, vəziyyəti pisləşdirən proseslər gedir və əslində, vəziyyət xeyli risklidir. Məncə Azərbaycanın, mən də daxil olmaqla, dostları səslərini ucaltmalı və Azərbaycana açıq deməlidir: "Ətrafınıza baxın, görün əhali ilə düzgün davranmayanda, korrupsiya cilovlanmayanda, demokratik proseslər iqtisadi proseslər qədər inkişaflı olmayanda, bu, hansı nəticələrə gətirib çıxara bilər". Bu, tənqid deyil. Bu, yaxşı, səmimi dostun sözləridir. Biz bütün bunları deməliyik və daxili vəziyyətin mühümlüyünü qabartmalıyıq.

"Azərbaycan ABŞ üçün əvvəlki qədər əhəmiyyətli deyil"

- Son vaxtlar Bakı və Vaşinqton arasında münasibətlərin fəallaşması hiss olunur. Azərbaycanın müdafiə naziri Pentaqona səfər edir, Bakıya ABŞ rəsmiləri tərəfindən çoxsaylı səfərlər edilir, mətbuatda Azərbaycana müsbət yanaşmanı əks etdirən yazılar dərc olunur...


- İxtiyar sahibi mən olsaydım, müdafiə nazirinin Pentaqona seçkidən sonra səfərini daha çox alqışlayardım. Lakin indi, seçki ərəfəsində belə səfərlər siqnal göndərir. Azərbaycanla təhlükəsizlik əməkdaşlığının əhəmiyyətini kiçiltmədən, deməliyəm ki, məncə biz seçki ərəfəsində hər hansı siqnal göndərməməliyik.
Adamlar bu siqnallardan hökumətə dəstək verilməsi nəticəsini çıxara bilərlər, halbuki, bu səfərin əsl mənası bu deyil. Zənnimcə, müdafiə nazirinin səfəri bu ərəfəyə təsadüf etməməliydi. Çünki ortalıqda seçkilərlə bağlı müzakirə olunası başqa məsələlər, məsələn insan haqlarının pozulması kimi məsələlər var.
- Azərbaycan hakimiyyətində sanki belə bir təsəvvür formalaşıb ki, Azərbaycan Qərbə daha çox lazımdır, nəinki Qərb Azərbaycana. Çünki Azərbaycan strateji məkanda yerləşir, nefti-qazı var, Amerika ilə təhlükəsizlik sahəsində əməkdaşlıq edir və sair. Məhz buna görə də insan haqları kimi məsələlər arxa plana keçir...
- Razıyam, belə bir təsəvvür var. Bunu istər rəsmilərdən, istərsə də hökumətə bağlı olanlardan eşitmişəm.
Son iyirmi ildə münasibətlərin keyfiyyəti dəyişib. Azərbaycan indi Qərbə, Qərb isə Azərbaycana daha çox şey təklif etmək iqtidarındadır. Amma sırf analitik baxımdan bu təsəvvür bəlkə də iki-üç il bundan əvvəl həqiqətə yaxın idisə, indi belə deyil. Birincisi, Amerika Əfqanıstandan çıxma prosesindədir və bu mənada, NATO-nun əməliyyatlarına dəstək verən ölkə kimi Azərbaycanın əhəmiyyəti azalır. Açıq deyim ki, bunsuz Azərbaycan ABŞ üçün əvvəlki strateji əhəmiyyətinə malik olmayacaq.
İkinci məsələ enerji ilə bağlıdır. Avropanın qaza tələbatı artmır, maye qaz kimi faktorlar var, Avropada yerli qazdan istifadə sahəsində inkişaf gedir. Bu mənada Azərbaycan enerji baxımından da əvvəlki əhəmiyyətə malik deyil.
Hazırkı vəziyyəti beş il əvvəlki situasiya ilə müqayisə etsəm, deməliyəm ki, indi Azərbaycanın əhəmiyyəti daha azdır. Biri var, hansısa təsəvvürə malik olasan, bir də var özünü elə aparasan ki, cəzasız qalacağına inanasan. Söhbət jurnalistin mənzilinə gizli kamera qoymaq, sonra bunun vasitəsilə şantaj etmək, müxalifət nümayəndəsini həbsxanaya salmaq kimi hərəkətlərdən və sonra da belə düşünməkdən gedir ki, heç kəs buna fikir verməyəcək.
Məni İlham Əliyevin bir bəyanatı çox təəccübləndirdi. İndi yadımda deyil, söhbətin məğzi nə idi, lakin o dedi ki, Azərbaycan gələcəkdə tam demokratik bir ölkə olacaq. Yox. Gələcək indi baş verir. Bu, həmişə belə davam edə bilməz.
Azərbaycanın həm qlobal, həm də regional əhəmiyyəti azalır. ABŞ-ın və Qərbin dünyanın başqa yerlərində də prioritetləri var. Əgər Azərbaycana dost lazımdırsa, biz varıq, Azərbaycan partnyor istəyirsə, biz hazırıq. Lakin istəyirik ki, Azərbaycan Qərb demokratiyası olduğunu sözlərilə yox, davranışı ilə sübut etsin. Yəni, bunu öz əhalisinə münasibətilə göstərsin. Bu Azərbaycanın özünə lazımdır. Televizora baxırıq - Misiri, Suriyanı görürük. Orada baş verən hadisələrə baxıb düşünmək lazımdır ki, bunlar niyə baş verir. Daha bir qüsurlu seçki Azərbaycanda da vəziyyətin pisləşməsinə səbəb olmazmı?

"İlham Əliyev legitimliyinə görə narahat olmalıdır"

- Sizcə, İlham Əliyev üçüncü müddətə prezident seçilməsinin legitimliyindən narahat olmalıdırmı? Hakimiyyət indidən onun üçüncü müddətə seçiləcəyini təmin olunmuş məsələ kimi təqdim edir...
- Mən 1994-cü ildə Azərbaycanda olanda sual başqa cür qoyulmuşdu: SSRİ-nin keçmiş respublikaları - yenicə müstəqil olmuş dövlətlər sınaqdan salamat çıxa biləcəklərmi?
Çünki lazımi təsisatların, beynəlxalq mənada tam tanınmanın olmaması bu dövlətlərin legitimliyi sualını doğururdu. Azərbaycan fəxr etməlidir ki, bu gün ölkənin beynəlxalq legitimliyi heç bir sual doğurmur. Lakin düşünürəm ki, məsələyə daxildən baxanda İlham Əliyevin bu barədə müəyyən narahatlığı olmalıdır. Ən azı ona görə ki, onun hakimiyyəti illərində repressiyalar davam edir. Bu həm də ona görə edilir ki, adamlar legitimlik məsələsini sual edə bilməsinlər.

"Azərbaycanda itirilə biləcək çox şeylər var..."

- Demək istəyirsiniz ki, bloggerlərin və müxalifət fəallarının həbsxanaya salınması hakimiyyəti itirmək qorxusundan irəli gəlir?
- Bu, mənim şəxsi qənaətimdir. Mən bu kimi rəftarları dünyanın başqa ölkələrilə, legitimliyi öz vətəndaşları tərəfindən şübhə altına alınan rejimlərlə müqayisə edirəm. Və mən Azərbaycandan narahatam. İtirilə biləcək çox şeylər var.
İqtisadi baxımdam Azərbaycan öz qonşularından çox güclüdür. Doğrudur, Dağlıq Qarabağ problemi var. Hətta bu məsələdə də əhalinin dəstəyinə əmin olmayan hökumət lazımi addımları ata bilmir.
- Hakimiyyət isə gileylənir ki, nə üçün Qərb Qarabağ məsələsindən, qaçqınların hüquqlarından narahat deyil, hər dəfə daha kiçik məsələlərdən, məsələn, müxalifətin və ya siyasi fəalların hüquqlarından narahatlıq ifadə edir?
- Mən bu kimi söhbətləri 1992-ci ildən eşidirəm. Və mən bunu başa düşürəm. Biz və partnyorlarımız elə buna görə də münaqişənin diplomatik yolla həllinə çalışırıq.
Bilirsiniz, elə vaxtlar olub ki, münaqişənin həlli lap yaxında olub və qarşılıqlı kompromislər ortaya qoyulub. Lakin məsələnin uzadılması və bundan sonra da beynəlxalq birliyin günahlandırılması düzgün deyil.
Mən Yerevanı da, Bakını da nəzərdə tururam: "Uşaqlar, niyə özünüz razılığa gəlməyə çalışmırsınız?" Əvəzində onlar elə fikirləşirlər ki, biz və ya Rusiya Yerevana gedib Bakının sözlərini onlara çatdırmalıyıq. Amma qaçqınlardan narahatlığa gəlincə, biz əlbəttə, narahatıq.

"Heydər Əliyev bugünkü vasitələrə əl atmazdı..."

- Siz əsasən ata Əliyevlə işləmisiniz. Necə düşünürsünüz o, məsələn, opponentləri ilə rəftarda başqa cürmü hərəkət edərdi, yoxsa indiki siyasət elə onun siyasətinin davamıdır?
- Bu suala cavab vermək doğrudan da çətindir. Mən bayaq da dedim. Zaman da dəyişib axı... Mən onu deyə bilərəm ki, Heydər Əliyev özünün kimliyinə və legitimliyinə daha çox əmin idi. Demək istəmirəm ki, o, sözün bizim düşündüyümüz mənasında demokratik lider idi, lakin o, ölkənin həm daxili, həm də xarici vəziyyətini dəyişməyin zəruriliyini anlayırdı. Mən bilmirəm, o, bu gün başqa cürmü hərəkət edərdi, amma məncə, o, bəzi bugünkü vasitələrə əl atmazdı. O daha müdrik idi. Lakin bu mənim şəxsi qənaətimdir.

"Belə şeylər məni mat qoyur"

- Siz Azərbaycanda bugünkü müxalifət liderlərinin çoxunu Bakıda olduğunuz vaxtlardan tanıyırsınız. Həmişə belə bir inam olub ki, Qərb Azərbaycan müxalifətini dəstəkləmək istəmir, çünki müxalifət zəifdir, dağınıqdır və parçalanıb. Əvəzində hakimiyyətlə işləmək daha rahatdır, çünki hakimiyyət nə istədiyini bilir və əslində, hakimiyyət ölkənin real sahibidir...
- Mən Bakıda olduğum vaxtlarda da müxalifət bu cür giley bildirirdi. Yəni, "bizi niyə dəstəkləmirsiniz?" Bu da doğrudur ki, real hakimiyyətlə əməkdaşlıq etmək daha asandır. İnsanın da təbiəti belədir, beynəlxalq münasibətlərin də.
Azərbaycanda demokratiyanın və ya insan haqlarının vəziyyətinin yaxşı olmaması o demək deyil ki, ABŞ hökuməti Azərbaycanın daxili məsələlərinə müdaxilə etməldir.
Məncə, keçmişdə olduğu kimi, indi də ABŞ-ın başlıca mövqeyi mövcud pozuntulara hökumətin diqqətini cəlb etməkdir. Qoy, Azərbaycan ədalətli seçkilər keçirsin və hökumət xalqın iradəsilə seçilsin. Yoxsa, seçkiləri saxtalaşdırıb sonra Qərbi biganəlikdə günahlandırmaq düzgün deyil.
YAP rəsmilərindən biri mənə demişdi ki, Rüstəm İbrahimbəyov heç vaxt prezident ola bilməz, çünki o rejissordur. Yaxşı, lap tutaq ki, belədir. Onda imkan verin, o, Azərbaycana gəlsin, seçkidə iştirak etsin və Azərbaycan xalqı sözünü desin.
Amerikalılara desən ki, filankəs rejissordur və prezident ola bilməz, onlara çox qəribə gələr. Sən deyirsən ki, "filankəsdən prezident olmaz" və o biri tərəfdən əlindən gələni edirsən ki, bu prosesi mümkünsüz edəsən. Belə şeylər məni mat qoyur.

Azərbaycanda iqtisadi firavanlığın xeyrini kimlər görür?

- Azərbaycan hakimiyyəti həmişə diqqəti Misir, Suriya və hətta Türkiyə kimi ölkələrə çəkir ki, "baxın, belə olmasınımı istəyirsiniz?" Hakimiyyətin opponentləri isə deyirlər ki, əksinə, tezliklə dəyişiklik olmasa, Misirdəki, Suriyadakı kimi sabitsizlik olacaq. Kim haqlıdır?
- Kimin haqlı olduğunu həmişə tarix göstərir. Digər tərəfdən, bu ölkələrin heç birində baş verən hadisələr oxşar deyil. Qeyri-stabillik adamlara istədikləri lideri seçmək azadlığını verməyəndə, polis tərəfindən təqiblər olanda, azad mətbuat hakimiyyətlər tərəfindən susdurulanda ortaya çıxır. Halbuki, əsl demokratiyada bunlar olmamalıdır. İlham Əliyev Azərbaycanı demokratik görmək istəyirsə, sadaladığım pozuntular olmamalıdır. Hökumət indi etdiklərini davam etdirdikcə, demokratiya alınmayacaq. Yaxşı, deyirlər ki, iqtisadi firavanlıq var, amma bunun xeyrini kimlər görür?
- Əgər sizin bu gün İlham Əliyevlə görüşmək imkanınız olsa, ona hansı 3 məsləhəti verərdiz?
- İlk növbədə deyərdim ki, o, ölkəsinin belə inkişafı üçün fəxr edə bilər. Mən orada olanda, 1994-97-ci illərdə, bu kimi şeyləri heç təsəvvürə gətirmək də olmazdı. Azərbaycan ayaq üstdə dayanmaq qabiliyyətini artıq isbat edib.
İkincisi, deyərdim ki, siz bir prezident kimi, siyasi baxımdan ölkəni fərqli istiqamətə yönəldə bilərsiniz. Elə bir istiqamət ki, orada ölkənin iqtisadi nailiyyətlərinə yaraşan siyasi durum bərqərar olardı. Deyərdim ki, iqtisadiyyat sahəsində etdiklərini, siyasət sahəsində də etməkdən qorxmasın. Öz xalqından çəkinməsin.
Üçüncüsü, ona deyərdim ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin vaxtı çatıb. Elə bir şəkildə həll etməyin ki, qaçqınların problemləri həll olunsun və bu məsələ birdəfəlik gündəlikdən çıxsın. Bu, bəlkə də vəziyyəti İlham Əliyevin və ya başqalarının qorxduğu situasiyaya gətirib çıxarmadan dəyişmək üçün son imkandır.
Oxşar xəbərlər
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:23
Sənədsiz evlərlə bağlı YENİLİK
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:23
Sənədsiz evlərlə bağlı YENİLİK
02 May 2024 | 09:55
Bakıda mərkəzi yollardan biri bağlandı
02 May 2024 | 10:01
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib