\"Düşünürəm ki, dünyanı cənginə alan bu virus o “viruslar”ı da məhv edəcək...\" - VİDEO
Oxunub: 2770
03 Apr 2020 | 13:57
\
Aprelin 3-ü çağdaş ədəbiyyatımızın tanınmış nümayəndəsi, şair, tərcüməçi Zakir Fəxrinin doğum günüdür. Onunla əlaqə saxlayıb, həm ad gününü təbrik etdik, həm də bu gərgin dönəmlə, yaradıcılığa,  ədəbiyyata münasibətilə bağlı fikirlərini öyrəndik:

- Zakir bəy, pandemiya və karantin günlərində doğum gününüzü necə qeyd etmək fikrindəsiniz?

- Təşəkkür edirəm, təbrik üçün. Amma həqiqətən, doğum günlərinə heç aludə deyiləm. İnandırım sizi, ad günü yadıma da düşmür. Ancaq dostlar zəng vuranda bilirəm ki, hə, ad günüm imiş. Mənim ən böyük ad günüm o vaxt olar ki, torpaqlarımız azad olunsun, Qarabağ qaytarılsın.

- Pandemiya, COVID-19 virusu və mənəviyyatdakı viruslar... Hansını daha təhlükəli hesab edirsiz?

- Toplumu, cəmiyyəti yaşadan dəyərlərdir. Son zamanlarda əsl dəyərlər məhv olub. Bütün bu şoular, bəsit verilişlər insanları yormuşdu. Virtual dünya, smartfonlar, sosial şəbəkələr insanlara mənfi təsir göstərir, məncə. Əslində, bu sadaladıqlarım özlüyündə yaxşı şeylərdir, amma müsbət cəhətdən yanaşa, düzgün istifadə edə bilmirik. Yaradıcı düşüncə yox, fikir yox...

Hazırda təhsil onlayn sistemə keçib, məktəblər bağlanıb. Məncə, canlı dərslə onlayn dərs arasında çox böyük fərq var. Ənənəvi üsulda tədrisin yerini heç cür verə bilməz.

Bir məsələ də var ki, koronavirus dünyanı silkələdi. Dünya çox bəsitləşib, ruha qida verən çox az şeylər qalıb. Həmişə deyirəm, həyat təkcə atılıb-düşməkdən ibarət deyil. Mənəvi tərəfləri də diqqətdə saxlamaq lazımdır. Düşünürəm ki, dünyanı cənginə alan bu virus o “viruslar”ı da məhv edəcək.

- Şair olmaqla yanaşı, həm də tərcüməçisiniz. Azərbaycanda tərcümə problemilə bağlı nə düşünürsüz?

- Dünya ədəbiyyatında bəyəndiyım, anladığım, ruhuma yaxın şairlərin şeirlərindən bir neçəsini seçib dilimizə çevirirəm... Sətri tərcümədən (orijinaldan) poetik tərcüməyə... Sözbəsöz çevirəndə heç bir məna, anlam olmur – yəqin mənimlə razılaşarlar... Bizdəki qəm-qüssə, kədər anlayışı avopalılarda tam başqadır...

Azərbaycan Dövlət Tərcümə Mərkəzində sistemli şəkildə, çox peşəkar səviyyədə dəyərli əsərlər tərcümə edilir. Tərcümə qohumbazlıq, tanışlıq qəbul etmir, əsas sözü mətn deyir.

-  Yaradıcılığınız daha çox irfani notlar üzərinə qurulub. İstərdim bir az da bundan danışaq.

- Tərki-dünyalı mövzulu yazılarım bəzən qınaq obyekti olur, amma mən dünyanı bu cür görür, bu cür qəbul edirəm. Hazırda görünən odur ki, həqiqətən də ədəbiyyat elə budur. Bunlar öncəgörənlik deyil, həqiqətdir. Dünyanı anlamaq, dərindən başa düşmək üçün sufiləri anlamalısan, onların elmini bilməlisən. Böyük sufi Əbu Hamid əl-Qəzalinin çox gözəl sözü var. Deyir, “Sənin olan yalnız gəmi qəzaya uğrayanda itirməyəcəyindir”. İnsan gec, ya tez o nöqtəyə çatır. Yazdıqlarımın hamısı yaşadıqlarımdır. Yaşamışam, hiss eləmişəm və öyrənmişəm. 

- Gənc nəsildə keçmişi inkar meyilləri güclüdür. Bu haqda nə düşünürsünüz?

- O gənclərə sual vermək lazımdır ki, gələcək nə deməkdir? Yaşamadığımız günü necə dəyərləndirə bilərik?  Fantastik əsər başqa şeydir. Arzular, xəyallar, qurama, fantaziya... Yazı yazanda keçmişə söykənirik. Keçmişi danmaq olmaz. Bu dəqiqə dünyada ən bahalı şey nədir? Klassik əşyalar, klassik əsərlər. Axı gələcək hələ gəlməyib ki, üzünü-gözünü görmüş olaq, dəyərləndirək... Sadəcə ehtimal edə bilərik... Əgər keçmiş önəmli deyilsə, niyə o qədər qiymətlidir? Bu özünü inkar etməkdir. Hissi, duyğusu olan, dünyanı anlayan adam keçmişi inkar etməz. Hərə öz məqamından aşağı yuvarlana bilər, amma ondan yuxarıya çıxa bilməz. Hər yazı yazan, sözə qısılmış insana hörmətim var, amma baxır qədərinə...
Dünyanın heç bir yerində bu qədər ağrılı həqiqət yoxdur. Görün, biz nə müsibət içərisindəyik ki, Sabir, Mirzə Cəlil yaradıcılığı bu gün də müasirdir, aktualdır. İndi gör, o kişilər nələr görüblər...

- Az qala hər qələm adamının özünə müəllim seçdiyi bir ədib olur. Sizdə bu kimdir?

- Məni heç kim ədəbiyyata gətirməyib, hamısı öz taleyim, öz yazımdır. Mən göylərə bağlı adamam. Bir dəfə uşaq ikən toyda Yaqub Məmmədova qulaq asırdım. Gördüm, ancaq Füzulidən oxuyur. Məndə elə qısqanclıq yarandı ki (gülür)... Beləcə, başladım yazmağa. Hərə bir bəhanəylə cızır ömür yolunu. Zərurət təsadüfdən də doğulur.

- “Nə üçün yazırıq?” sualına sizin cavabınız nədir?

- Niyə yazırıq, bilmirəm. Amma mən aya, ilə 20-30 şeir yazanları başa düşmürəm. Necə ola bilər, axı? Əksinə, bəzən 5 ildə 3 şeir yazırsan, ya yox. Şair var, 50 cildlik kitabı var, amma içində bir şeir tapmırsan.
 
- Texnologiyaya münasibətiniz necədir?

- Məhəmməd peyğəmbər deyib ki, elm Çində olsa da, ardınca gedin. Elm qüdrətli məfhumdur. Elmsiz dünya olmaz. Çox istərdim ki, Azərbaycanda kitaba, elmə qayıdış ola.

- Məşhur “Qalmaz belә, qalmaz dünya” şeiriniz və ona yazılmış mahnı çox məşhurdur. Onun maraqlı bir yaranma tarixçəsi var, yəqin ki...

- Musiqi 1990-cı ildə bəstəkar, tarixçi Rauf Məmmədov tərəfindən bəstələnib. Amma şeir daha əvvəl, təxminən 1980-ci ildə yazılıb.

Qarabağ hadisələrinin qızışan vaxtıydı, 20 Yanvar faciəsindən çox az vaxt keçmişdi. Bir gün kefsiz oturub əlyazmalarımı vərəqləyirdim. Rauf Məmmədov da gəlmişdi. Cızma-qaralamalardan birini görüb götürdü. Oxuyandan sonra məndən tam variantını istədi. O vaxt ağlıma heç nə gəlməmişdi, açığı. Heç mahnıdan da xəbər tutmamışdım. Sırf təsadüf nəticəsində söhbətlərin birində mahnının adını eşidib Zeynəb Xanlarovanın ifasında dinlədim.

Bir məsələni də deyim ki, mahnının sözlərində bəzi dəyişikliklər edilib. Çünki o vaxt hələ Sovet İmperiyasının tərkibindəydik. Senzura qılıncının dalı da kəsirdi, qabağı da. Hətta bəziləri hesab edir ki, bu, xalq mahnısıdır, folklor nümunəsidir. Bundan başqa, indi bəzi müğənnilər mahnını muğam hissəsini düz oxumurlar.

- Yaradıcılıqla bağlı nələrsə planlaşdırmısınız?

- Plan dövlətdə olar, insanda, yaradıcılıqda olmaz ki (gülür). Heç bilmirəm sabaha sağ çıxacam, yoxsa yox. Bir vərəqdi, bir də mən, görək, nə olacaq (yenə gülür).

- Maraqlı söhbət üçün təşəkkür edirəm, Zakir bəy! Qəzetimizin kollektivi adından bir daha sizi təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıram!

- Çox sağ olun, var olun! Allah sizi də, qəzetinizi də virusdan qorusun (gülürük).

P.S. Zakir Fəxrinin sözügedən şeirini və ona bəstələnən mahnını Zeynəb Xanlarovanın ifasında təqdim edirik:

Qalmaz belә, qalmaz dünya.

Bığ yeri tәrlәyәn igid,
Girәvә hәrlәyәn igid,
İçindә çәrlәyәn igid,
Qalmaz belә, qalmaz dünya.

Sığınar bir xәlvәt döşә,
Qorxar baxtı bәndә düşә.
Boynunu bükmə, bənövşə,
Qalmaz belә, qalmaz dünya.

Könül verməzlər şər vaxtı
Arxanca bir qərib baxtı...
Qara qızın qara baxtı
Qalmaz belə, qalmaz dünya.

Övladların çıxdı naşı,
Qəm yükünü özün daşı,
Axma, anamın göz yaşı,
Qalmaz belə, qalmaz dünya. (525-ci qəzet)
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama