Eldar Namazov Moskva səfərinin yekunlarından danışdı - MÜSAHİBƏ
Oxunub: 7498
05 Aug 2013 | 15:59
Eldar Namazov Moskva səfərinin yekunlarından danışdı - MÜSAHİBƏ


Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov Moskva səfərindən qayıdıb. E.Namazov görüşün nəticələri, prezident seçkində Milli Şuranın iştirakı, vahid namizəd ətrafında yaranan problemlərlə bağlı “Yeni Müsavat”a müsahibə verib. Moderator.az həmin müsahibəni oxucularına təqdim edir.

 

- Dünən Moskva səfərindən qayıtdınız. Səfərin necə nəticələnməsi barədə bilmək istəyirik. Necə ümumiləşdirmə aparmaq olar? Kimlərlə görüşdünüz?

 

- Bu, bir işgüzar səfər idi. Ona görə də çox detallara varmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, səfərin qarşısında hansı məqsədlər qoyulmuşdusa hamısına nail olundu. Təbii ki, bütün məsələlər qarşıdan gələn prezident seçkiləri, seçkilərə hazırlıq işləri ilə bağlı idi. Rüstəm müəllimlə xeyli müzakirələrimiz oldu. Eyni zamanda, beynəlxalq məsləhətçilər qrupunun üzvləri ilə də müzakirələrimiz oldu. Seçki kampaniyasında beynəlxalq ekspertlər də bizim işimizin qurulmasına köməklik edirlər. Bir sıra digər görüşlərim də oldu. Hər halda, səfərin nəticələrindən məmnunam.

 

- Moskvadan Avropaya səfərə gedəcəkdiniz. Amma Bakıya qayıtdınız. Nə səbəbdən bu görüşlər alınmadı?

 

- Burada görüşlərin alınmamasından söhbət getmir. Mən Avropaya dəvətliyəm, səfər etməyi də əslinə qalsa, lazım bilirəm. Mənə lazım olan işlərin və nəticələrin böyük bir qismi artıq əldə olundu. Ona görə də mən Azərbaycanda təşkilati işlərin sürətləndirilməsini daha vacib sayıram. Müəyyən bir bir-iki günlük pəncərə olanda mütləq Avropaya da baş çəkəcəm. Hər halda, Avropada nəzərdə tutulan işlərin xeyli hissəsi bu günlərdə öz həllini tapıb. Ona görə də imkan yaranıb ki, qalan vaxtı daha çox Bakıdakı işlərə sərf edim.

 

- Milli Şuranın üzvü Zəfər Quliyev Rüstəm İbrahimbəyovun vətəndaşlıq məsələsinin avqustun 10-a qədər müsbət həll olunacağına ümid etdiyini bildirir. Bu problem həll olunmasa, Milli Şura namizədini dəyişdirə bilərmi?

 

- Birincisi, bu, Rüstəm müəllimin ərizəsinə baxılması prosesi təbii ki, Rusiya müvafiq dövlət strukturlarının daxili işidir və biz tam bu prosesə müdaxilə edə bilmərik. Məndə olan detallı məlumata görə, bu proses həlledici bir mərhələdədir və onun həllini gözləyirik. Burada bir vacib məqamı nəzərə almaq lazımdır: Bəzi iqtidara yaxın mətbuatda bu məsələ ilə bağlı Rüstəm müəllimə qarşı müəyyən ittihamlar irəli sürülür ki, bu məsələ nəyə görə ləngiyir? Məsələnin qoyuluşu tamamilə yanlışdır. Ona görə ki, ümumiyyətlə, vətəndaşlıqla bağlı məsələlər adətən yarım ildən bir ilə kimi vaxt aparan bir məsələ olur. O, çox sürətlə, bir neçə həftədə həll olunan məsələ deyil. Biz özümüz, demokratik düşərgənin liderləri də bu məsələdə vəziyyəti vaxtı ilə düzgün qiymətləndirməmişik. Yəqin ki, biz Milli Şuranı da vaxtında elan etsəydik, Milli Şuranın vahid namizədini də yubanmadan elan etsəydik, Rüstəm müəllimin bu problemi həll etmək üçün iki-üç ay vaxtı olardı. Ancaq biz yalnız iyul ayının əvvəllərində Milli Şuranın vahid namizədini seçdik. Kifayət qədər aydın bir məsələni uzada-uzada gec qərar verdik. Faktiki olaraq Rüstəm müəllimə iki ay yox, üç ay yox, təqribən bir aydan bir az artıq vaxt qoyduq ki, məsələni sürətlə həll etsin. O, təsir imkanlarından istifadə edib prosesi sürətləndirir və demək olar ki, bu proses artıq həlledici mərhələyə çatıb. Mən sizə əminliklə deyə bilərəm ki, söhbət Rüstəm müəllim kimi beynəlxalq nüfuza malik olan insandan getməsəydi, həmin şəxsin vətəndaşlıq məsələsi ən tezi altı aydan sonra həll olunardı. Rüstəm müəllim bütün imkanlarından istifadə edib bu prosesi xeyli dərəcədə sürətləndirib. Ümid edirik ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq. Ancaq ən pis variantlar da artıq mətbuatda səsləndirilir. Hansısa məsələlər haqqında düşünmək və düşünməmək qadağası yoxdur, bu məsələdə hər kəs sərbəstdir. Mən özüm də hesab edirəm ki, siyasi proseslərə hazırlaşanda, siyasi proseslərə qatılanda hər bir lider gərək bir neçə ssenari ətrafında düşünsün, optimal, orta və çətin variantları da hesablasın. Buna çox təbii baxıram. Ancaq bir qurumun rəsmi hansısa bir məsələ ilə bağlı müzakirə edib qərarlar çıxarması üçün vaxt limiti olur. Hesab edirəm ki, bizim vahid namizədimizin hələ lazımi sənədləri əldə edib Azərbaycana qayıtmaq imkanı kifayət qədər böyükdür. İşimizi də bu istiqamətdə planlaşdırırıq.

 

- Ancaq sizin özünüzün də Milli Şuranın namizədi ola biləcəyinizlə bağlı ehtimallar səslənir. Ola bilərmi ki, Rüstəm bəy sizin namizədliyinizi irəli sürsün? Bunu ehtimal edirsinizmi və necə qəbul edərsiniz bu təklifi?

 

- Mən artıq dedim. Bizim üçün iki məsələ prioritetdir. Birincisi, Rüstəm müəllimin vahid namizəd kimi bütün sənədlərinin qaydaya salınması və seçki elan olunan kimi Milli Şuranın təşəbbüs qrupunu formalaşdırıb onun namizədliyinin irəli sürülməsi məsələsidir. İkinci prioritet də Milli Şuranın fəaliyyətinin gücləndirilməsidir. Bu sahədə də xeyli görüləsi işlər var. Biz hamımız bu Milli Şuranın potensialının tam hələ istifadə edilməməsindən narahatıq. Bunun da obyektiv və subyektiv səbəbləri var. Yaxın zamanlarda bu iki istiqamətdə işləri sürətləndirmək və gücləndirmək lazımdır. Biz Milli Şuranın təşkilat komitəsinin mitinq komitəsi ilə birgə iki iclasını keçirmişik. Tiflis səfəri bir neçə müddətlik bu işi dayandırdı. Ancaq biz yaxın günlərdə bərpa edib onu sürətləndirməliyik, gücləndirməliyik. Mən başqa namizəd mövzusunda açığı, danışmağı nə məqsədəuyğun sayıram, nə də həvəsliyəm. O cümlədən elə özümlə də bağlı.

 

- Prezident seçkilərinin vaxtı bir həftə əvvələ keçirildi. Buna ekspertlərin münasibəti birmənalı deyil, fərqli yanaşmalar var. Siz necə dəyərləndirirsiniz situasiyanı?

 

- Bu, bir siyasi gedişdir. Hakimiyyət anlayır ki, Milli Şuranın vahid namizədi onun üçün çox böyük təhlükədir. İlk dəfə olaraq demokratik düşərgə bir araya gəlib seçkilərdə vahid namizədlə iştirak edir. Elə məqamda bu, baş verir ki, hakimiyyətin həm ölkə daxilində, həm ölkə xaricində dayaqları xeyli zəifləyib. Mən əminəm ki, bu qərarın arxasında siyasi motivlər dururdu. İlk növbədə vahid namizədin ikili vətəndaşlıqla bağlı ərizəsinə baxılmasını biz sürətləndirməyə çalışırıq. Hakimiyyətsə seçkinin vaxtını daha da azaltmağa çalışır. Halbuki seçkiləri bir həftə qabağa deyil, geriyə də çəkmək olardı və belə təkliflər də var idi. Ancaq hakimiyyət öz siyasi maraqlarına uyğun olaraq qərar qəbul etdi. Bu, bir daha sübut edir ki, Azərbaycanda bütün dövlət qurumları əslinə qalsa, partiya qurumları kimi, bir partiyalı sistemin elementləri kimi fəaliyyət göstərir. Rejimə hansı qərarlar sərfəlidirsə, dövlət qurumları da elə o qərarları da verirlər. Bu, Azərbaycanda antidemokratik mühitin olmasının bariz nümunəsidir.

 

- Dörd-beş günə rəsmi seçki kampaniyası başlayır. Özünüz də bildirdiniz ki, siyasi proseslərə qatılan lider bir neçə ssenari ətrafında düşünsün. Milli Şurada da kifayət qədər tanınmış siyasi liderlər toplaşıb. Avqustun 10-na qədər Rüstəm bəyin vətəndaşlıq məsələsi həll olunmazsa, Milli Şuranın atacağı cəld və konkret addım hansı olacaq?

 

- Mən Milli Şuranın adından danışmaq səlahiyyəti olan şəxsəm.  Hətta bunu nəzərə alaraq da, yalnız Milli Şuranın qəbul etdiyi qərarlar çərçivəsində danışa bilərəm. Hansı qərarları Milli Şura gələcəkdə qəbul edəcəksə, bunu yalnız qurum özü müəyyənləşdirir, yalnız ümumi müzakirələrdən sonra bu haqda danışmaq olar. Mən sizə tam əminliklə deyə bilərəm ki, qeyd etdiyiniz kimi, Milli Şurada kifayət qədər təcrübəli, siyasi prosesləri yaxşı bilən insanlar, liderlər var. Düşünürəm ki, hansı qərar qurumun fəaliyyətinin gücləndirilməsinə və prezident seçkilərində demokratik qüvvələrin şanslarını artırmağa kömək edəcəksə, o addımlar atılacaq. Demokratiyaya keçidi təmin etmək üçün gərəkli olan addımların atılacağını düşünürəm.

 

- Rüstəm İbrahimbəyovun ikili vətəndaşlığı məsələsi ən azı, özünə bəlli idi. Milli Şura isə mayın 28-də yaranıb və vətəndaşlıqdan çıxmaq üçün minimum altı ay seçkilərdən sonraya düşür. Bunu da hesablamaq çətin deyildi. Əvvəlcədən yaranacaq problem ətrafında bir qədər ciddi düşünüb risklərdən sığortalanacaq addım ata bilməzdimi Milli Şura üzvləri? Qurumda toplaşan onlarla siyasi lider nədən birdən-birə bu qədər səhv edə bildi? Nə baş verdi ki, seçki kampaniyasının başlamasına sayılı günlər qalsa da, hələ də qeyri-müəyyənlik var?

 

- Əslinə qalsa, burada səhvdən söhbət getmir. Biz vahid namizədi tamamilə düzgün seçmişik. Fikir verin, səsvermə zamanı yalnız bir adam bitərəf olub və bütün üzvlər bu namizədə səs verdilər. Bu, özü onu göstərir ki, seçim tamamilə düzgün seçimdir. Mən düşünürəm ki, burada problemin kökündə dayanan odur ki, Milli Şuranın özünü yaranmasını ləngitmişik. Milli Şura yaranandan sonra da vahid namizədin müəyyənləşməsi prosesində ləngitmə oldu. Problemin yaranması bu amillə bağlıdır. İkili vətəndaşlıq məsələsinə təbii baxmaq lazımdır. SSRİ dağılandan sonra yüz minlərlə azərbaycanlının iki pasportu vardı. Bu, həmin insanlara aiddir ki, onların Azərbaycanda, eyni zamanda Rusiyada da daimi işləri, yaşayış yerləri var idi. Sovetlər birliyi çərçivəsində bu, adi hal idi. Sovetlər birliyi dağılandan sonra on beş ölkənin vətəndaşlarının əksəriyyətində avtomatik olaraq iki pasport oldu, belə bir hal çox geniş yayılıb. Rüstəm müəllimin də belə bir vəziyyətdə olması təbiidir. O, həm SSRİ Kinematoqrafçılar İttifaqının, eyni zamanda, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri idi. Bu, özü problem deyil. Problem odur ki, məsələnin həllinə çox az vaxt verildi. İyulun əvvəllərində vahid namizədin adını çəkdik, o da prosesə başladı. Bunu iki ay əvvəl də etmək olardı. Onda belə vəziyyət də yaranmazdı. Bütün bunlara baxmayaraq, yenə də Rüstəm müəllim öz şəxsi nüfuzundan istifadə edib bu prosesi o dərəcədə sürətləndirib ki, ümid edirəm, biz lazım olan vaxtda həmin sənədləri əldə edib prosesə vahid namizədlə qatıla biləcəyik.

 

 

Oxşar xəbərlər
11:00, Bu gün
Tehranın Azərbaycanla bağlı daha bir QORXUSU budur - ŞOK AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:10
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək