“Xalqın Rüstəm bəyin müdafiəsinə qalxacağına inanıram...” - MÜSAHİBƏ
Oxunub: 5528
26 Jul 2013 | 13:38
“Xalqın Rüstəm bəyin müdafiəsinə qalxacağına inanıram...” - MÜSAHİBƏ

Milli Şuranın Beynəlxalq Komissiyasının sədri Gültəkin Hacıbəyli gündəmin aktual məsələlərilə bağlı “Azadlıq”ın suallarını cavablandırır: Moderator.az həmin müsahibəni təqdim edir.

 

- ABŞ konqresindəki son dinləmələri necə xarakterizə edərdiniz?

- Bu dinləmələr Azərbaycan hakimiyyətinə, müxalifətinə və xalqına açıq və ciddi mesaj idi. Bu mesajla ABŞ öz mövqeyini ortaya qoydu. Birinci mesaj dinləmələrin birbaşa Konqresin binasında keçirilməsi idi. Halbuki, Helsinki Komissiyası bu məqsəd üçün bir qayda olaraq, fərqli məkanlardan istifadə edir. İkinci və daha ciddi mesaj dinləmələrin adı idi.  “Troubled partner” ifadəsini “problemli tərəfdaş” kimi tərcümə etdilər, ancaq əslində, narahatlıq doğuran, qorxu yaradan tərəfdaş tərcüməsi orijinala daha yaxındır. Və ardınca, “Azərbaycanda artan avtoritarizm”. Bu artıq mövqedir və bu mövqenin müzakirələrdən öncə tədbirin adında ifadə olunması onun ciddiyyətindən və dəyişməzliyindən xəbər verir. Dinləmələrdə Azərbaycanda baş verən həbslər, repressiyalar, real vəziyyətlə bağlı ən detallı faktları daha çox təşkilatçı tərəfin dilindən eşitdik. Bu isə o deməkdir ki, hakimiyyət təmsilçilərinin nə deməsindən asılı olmayaraq, ABŞ siyasi dairələri Azərbaycandakı gerçək vəziyyəti heç də bizdən pis bilmir, bəzi hallarda isə, daha məlumatlıdırlar. Tədbirə Azərbaycan tərəfindən dəvətlilərin siyahısı da maraqlıdır. Dinləmələrə vətəndaş cəmiyyətinin təmsilçiləri - Leyla Əliyeva və Emin Milli, Milli Şuranın nümayəndəsi Eldar Namazov və prezidentliyə namizədi həbsdə olan REAL hərəkatının rəhbərliyindən Erkin Qədirli dəvət olunmuşdu. Fikir verirsinizsə, ənənəvi müxalifətlə dialoqa yox, daha geniş Milli Şura və vətəndaş cəmiyyəti formatına üstünlük verilir. Həm Leyla xanımın, həm də Emin bəyin Milli Şura üzvü olduğunu da nəzərə alsaq, Milli Şuranın nə qədər önəmli və beynəlxalq münasibətlər prizmasından nə qədər uğurlu, cəlbedici bir format olması bir daha öz təsdiqini tapır. İstər Eldar Namazov, istərsə də Erkin Qədirli Azərbaycanda sivil, demokratik alternativ fikri və qüvvələri yüksək səviyyədə təmsil etdilər və onların tutarlı arqumentlərinə cavab vermək qarşı tərəf üçün çox çətin idi. Konqresdəki dinləmələrin yekununda isə ortaya açıq və şəffaf mövqe qoyuldu: Azərbaycan yol ayrıcındadır və seçim etməlidir: Ya demokratiya və tərəqqi, ya da avtoritarizm və tənəzzül. Mən bundan açıq və birmənalı mövqe təsəvvür etmirəm. ABŞ daha öncə İlqar Məmmədovla bağlı qətnaməsində Avropa Parlamenti dediyi kimi öz sözünü dedi. Lakin, bu heç bir halda, son söz ola bilməz. Bu, demokratik dünyanın istək və gözləntisidir. Son sözü isə Azərbaycan xalqı deməlidir və bu sözü onun yerinə heç kim deməyəcək. Xalq öz seçimini etməlidir və açıq şəkildə bildirməlidir ki, nə istəyir. ABŞ-ın, Avropa Birliyinin mövqeyi, yəni beynəlxalq dəstək göz önündədir. Son bir-neçə ildə dünyada baş verən qlobal demokratikləşmə prosesi fonunda münbit siyasi situasiya yetişib. Hətta Rusiya da əvvəlki dönəmlərdə olduğu kimi hakimiyyəti müdafiə etmir, əksinə, şimal qonşumuz ilə münasibətlər ən gərgin dövrünü yaşayır. Müxalifətin birləşə bilməməsi haqqında arqument də Milli Şuranın yaranması ilə öz kəsərini itirib. Nəinki müxalifət, bütün geniş demokratik düşərgə birləşərək öz təşkilatını - Milli Şuranı yaradıb və millətimizin ən layiqli oğullarından birini - Rüstəm İbrahimbəyovu özünə lider seçib. Beləliklə, siyasi situasiyanın  bütün iştirakçıları  öz mövqeyini ifadə edib. İndi söz əsas oyunçunun - xalqındır.

 

Hakimiyyət təmsilçilərinin cavabları çox sönük və arqumentsiz təsir bağışlayırdı. Bunu nə ilə izah edərdiniz? 

- Onlar nə deyə bilərdilər ki? İnformasiyanın bir an içində bütün dünyanı dolaşdığı bir vaxtda, qlobal siyasətin Vikiliks, yəni, şəffaflaşma mərhələsinə qədəm qoyduğu bir zamanda, hakimiyyət təmsilçilərindən başqa hansı təqdimatı gözləmək olardı ki? Azərbaycan folklorunda bir süjet var. Adamı gedər-gəlməzə göndərmək. Nağıl qəhrəmanları öz rəqiblərindən qurtulmaq üçün onları gedər-gəlməzə yola salıb, sonra da adını yarıtmaz qoyurlar. Hakimiyyəti dinləmələrdə təmsil edənlərin vəziyyəti mənə o nağıl süjetini xatırlatdı.

 

Milli Şuranın vahid namizədi məsələsindəki kənar diskussiyalara necə son qoyulmalıdır, sizcə? 

- Milli Şura ideyasının müəllifi, bu layihənin yaradıcısı böyük ziyalımız, Azərbaycan xalqının fəxri olan Rüstəm İbrahimbəyovdur. Heç kim üçün sirr deyil ki, bu qədər fərqli, bəzi hallarda bir-birini qəbul etməyən qüvvələr Milli Şuraya, ilk öncə, Azərbaycan xalqının ən müqəddəs maraqları naminə, daha sonra isə Rüstəm bəyin adının, şəxsiyyətinin işığına yığışıblar. Mən Azərbaycanın bu qədər fərqli, çoxrəngli və çoxsəsli demokratik qüvvələrini belə həvəslə və şövqlə öz ətrafına yığa biləcək ikinci bir şəxs tanımıram. Ən azından, heç bir başqa ziyalımız Rüstəm bəyədək öz çiynini belə ağır yükün altına verməyib, heç bir siyasi iddiası olmadığı halda belə məşəqqətli yola çıxmayıb. İndiki halda Rüstəm bəyin Azərbaycanın demokratik qüvvələrinin vahid namizədi olmasından təbii heç nə ola bilməz. Qeyd etdiyiniz kənar diskussiyalar daha çox iki məqamla bağlı təbii narahatlıqdan qaynaqlanır. Birincisi, vətəndaşlıq məsələsilə bağlı məqam, ikincisi isə Rüstəm bəyin hal-hazırda Azərbaycanda olmamasından doğan əndişə. Mən bu narahatlıqları dilə gətirən dostlarımızı anlayıram. Ancaq düşünürəm ki, Rüstəm bəyin Rusiya vətəndaşlığına xitam verilməsindən sonra və onun Bakıya qədəm qoyduğu andan bu narahatlıqlar tam şəkildə aradan qalxmış olacaq. O andan etibarən, əlavə, ehtiyat və s. namizəd məsələləri ətrafında spekulyasiyaları cəmiyyətə də qəbul etdirmək çətin olacaq. Milli Şura özünün yekdilliklə seçdiyi vahid namizədini qeydə aldırmaq gücündə olmayacaqsa, seçki prosesinin demokratikliyini necə təmin edə bilər? Mərkəzi Seçki Komissiyasında öz imzasını, öz səsini qoruya bilməyən bir qurum ölkə boyu xalqın səsini necə qoruyacaq və xalq belə bir qüvvəyə güvənərmi? Vahid namizədin qeydiyyatına nail ola bilməyən demokratik qüvvələr ehtiyat namizədin qələbəsini necə reallaşdıracaq? Demokratik qüvvələrin vahid namizədinin qeydiyyata alınmaması bəri başdan seçki prosesinin legitimliyinə kölgə salacaq və hakimiyyətin ciddi seçim imkanı, alternativi olmayacağı təqdirdə bu səhvi edəcəyini düşünmürəm. Hakimiyyət bu səhvi etsə belə, xalqın Rüstəm bəyin müdafiəsinə qalxacağına inanıram. Əks halda, geri çəkilərək başqa bir namizədlə seçkiyə getmək cəmiyyətin dəstəyindən məhrum olmaq və bəribaşdan, məğlubiyyətlə barışmaq deməkdir. Bu mənim  mövqeyimdir. Rüstəm bəyin Rusiya vətəndaşlığına xitam veriləcəyi və tezliklə Azərbaycana qayıdacağı şərtilə bu mövqeyimdə qətiyəm: Ya Rüstəm İbrahimbəyov, ya da Rüstəm İbrahimbəyov!

 

Milli Şuranın demokratik qüvvələrin son şansı olması fikri ilə razısınızmı?

- Qətiyyən razı deyiləm. Bəşər tarixinin inkişaf tendensiyalarını az-çox bilən, dünyanı öz ağuşuna alan qlobal demokratikləşmə dalğasını müşahidə və təhlil edən hər kəs  anlayır ki, bu qarşısıalınmaz prosesdir. Mübahisələr, diskussiyalar, sadəcə, zaman məsələsi ətrafında ola bilər. Bu tendensiyanın mahiyyəti, istiqaməti artıq heç kimdə şübhə doğurmur. Bu baxımdan demokratik qüvvələrin, onların haqları uğrunda mübarizə apardıqları xalqların real, parlaq yüksəlişi və şansları hələ bundan sonra yaranacaq. Milli Şuranı və xüsusilə də, Rüstəm İbrahimbəyovu mən daha çox hakimiyyətin şansı hesab edirəm. Rüstəm bəy Azərbaycanda demokratiyaya dinc və ağrısız keçidi təmin edə biləcək ən uğurlu namizəddir. O, indi ölkənin demokratik qüvvələrinə rəhbərlik edir, ancaq uzun illər hakimiyyətlə səmimi, yaxın münasibətləri olub. Onun dostlarının, hətta ailə üzvlərinin əksəriyyəti müxalifətdə yox, hakimiyyətdə olanlar və ya hakimiyyətə loyal olanlar arasındadır. Odur ki, o, istəsə belə, heç vaxt qisasçı ola bilməz. Rüstəm bəyin 74 yaşı var. Həyatda bütün zirvələri fəth edib. Heç nəyə ehtiyacı yoxdur. İnsan bütün dünyanı gəzir, görür və anlayır ki, mənim xalqım fransızdan, almandan, kanadalıdan heç nəyi ilə əskik deyil, bəs biz niyə bu qədər sərvətlə, belə bir potensialla  xoşbəxt ola bilmirik? Niyə Azərbaycan müəllimi, həkimi, kəndlisi, tələbəsi alman, fransız, kanadalı həmkarının yaşadığı ləyaqətli həyatı yaşaya bilmir? Əslində, onun hisləri mənə çox doğmadır. Rüstəm bəyin də, Milli Şura üzvləri olaraq bizim də amalımız birdir. Biz insanların azad seçim hüquqlarının tanınacağı, müstəqil məhkəmələrin ədalətli, qanuni və vicdanlı qərarlar çıxaracağı, korrupsiyanın, yerlibazlığın, tayfabazlığın, haqsızlığın insanları əzmədiyi, şəxsiyyətini sındırmadığı, müəllimin, həkimin, təqaüdçünün normal, ləyaqətli, şərəfli yaşamını təmin edəcək qədər maaş, pensiya ala biləcəyi, normal təhsillə, səhiyyə xidməti ilə təmin olunan cəmiyyət qurmaq istəyirik. Elə bir cəmiyyət ki, orada məmurlar, vəzifə sahibləri hər an hər şeyini itirə biləcəyi, ailəsinin, yaxınlarının məhv edilə biləcəyi təhlükəsi ilə üzləşməyərək, başqalarının cinayətlərinə ortaq olmadan rahat insan ömrü yaşaya bilsinlər. Məgər Azərbaycan xalqı buna layiq deyil?!  

 


Oxşar xəbərlər
14:43, Bu gün
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
14:37, Bu gün
Kərim Vəliyev artilleriya bölmələrinin taktiki təlimini izlədi - FOTOLAR
14:31, Bu gün
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
14:26, Bu gün
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
14:22, Bu gün
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
14:18, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:16, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə
14:14, Bu gün
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
14:08, Bu gün
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
16 May 2024 | 15:45
22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ
16 May 2024 | 15:25
“WhatsApp+” ilə bağlı Azərbaycanda maraqlı statistika
16 May 2024 | 15:50
Zamanın tələbi: üzüqara ATƏT-in Minsk qrupu qapansın - TƏHLİL +FOTO
16 May 2024 | 15:55
ƏHALİYƏ SARI XƏBƏRDARLIQ - Mayın 17-də...
16 May 2024 | 15:30
Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanıldı