Elman Türkoğlu intihar etmiş oğlundan danışdı: “Onu ipdən öz əllərimlə ayırdım”
Müsahibə
Oxunub: 3748
25 Jun 2013 | 12:27
Elman Türkoğlu intihar etmiş oğlundan danışdı: “Onu ipdən öz əllərimlə ayırdım”
İyunun 18-də məşum intihar hadisəsi hamını sarsıtdı. KXCP üzvü Elman Türkoğlunun kiçik oğlu Məhəmmədəmin Həsənli özünü asdı. Ailə Məhəmmədəmini dəfn etmək üçün Masallıya apardı. Dünən Masallıdan Bakıya dönən Elman Türkoğlu ilə görüşmək üçün Texniki Universitetin yataqxanasına üz tutduq. Onunla yataqxananın həyətində söhbətləşmək qərarına gəldik. Elman bəy söhbətə rayondan Bakıya qayıdışı ilə başladı: 

- Təzəcə Bakıya qayıtmışam. Məhəmmədəminin məzarını ziyarət edib Bakıya döndüm. Ayın 27-sində burda - Texniki Universitetin yataqxanasının həyətində yas mərasimi təşkil edəcəyik. Düzü, müxtəlif ünvanlardan, hətta xaricdən də zəng edib başsağlığı verənlər olub. Hələ də zəng vururlar. Hər kəsə təşəkkürümü bildirirəm. Xüsusən qonşularıma təşəkkür edirəm ki, məni tək qoymadılar. Heç kəs inanmır. Ancaq nə etmək olar? Allah verən ömürdür, gedəni saxlamaq olmur. Deyirlər, kişi ağlamaz. Ancaq mən deyirəm ki, hamısı əfsanədir. İnsan ağlamasa ürəyi partlayar... 

Vallah, düzünü deyirəm. Çox ağladım. Necə oldu?!. Bir ata üçün çox çətindir bu ağrını çəkmək. Oğul itirən ataların nələr çəkdiyini indi başa düşürəm. Allah heç bir ataya bu cür sınaq qismət eləməsin. Çox çətin və çox ağrılı bir hadisədir.

- Elman bəy, hadisə necə baş verdi? Necə xəbər tutdunuz?

- Çox dəhşətlidir... Öz əllərimlə ipdən ayırdım onu. 56 yaşım var, birinci dəfə asılı vəziyyətdə ölmüş insan görürdüm. Mən ona çox azadlıq vermişdim. Böyük oğlum Elçibəyi dərslərini oxumayanda sıxışdırardım. Ancaq Məhəmmədəminlə o cür davranmamışdım. Onu azad böyütmüşdüm. Soruşurdu, ata, birdən attestat qiymətindən “iki” alsam nə deyəcəksən. Deyirdim, sən sıfır da alsan heç bir şey deməyəcəyəm. Mənə sənin can sağlığın lazımdır... Nə bilim, ürəyimə həmişə qəribə bir hiss gəlirdi ki, bu uşağa nəsə olacaq.

Altı ay qabaq bacım oğlu da özünü asıb intihar eləmişdi. Mənim fikrimcə, Məhəmmədəmin də ona görə özünü asdı. Bacım oğlu idmançı idi. Məhəmmədəmin də deyirmiş ki, onsuz yaşaya bilmirəm. Həmin hadisədən təsirlənibmiş. Bacım oğlu ilə Məhəmmədəmin qardaş kimi idilər. Bir-birlərini həddindən artıq çox istəyirdilər.

Hətta Məhəmmədəmin ölümündən 6 saat qabaq sosial şəbəkədə məlumat da yayıb. “Facebook”dakı səhifəsində “Allah, özümü öldürmək istəyirəm, amma bacarmıram”, “Allah, öldür məni, canım qurtarsın” sözlərini yazıb.

Bacım oğlu rəhmətə gedəndə həyətdəki heyva ağacının yanına getdim. Gördüm, Məhəmmədəmin heyva ağacının arxasına keçib sakit-sakit ağlayır. Öz-özünə deyirdi ki, bibioğlu, məni niyə tək qoydun? Mən də gələcəm deyirdi. Tutub dedim ki, ay bala, sən nə danışırsan? Sözü yayındırdı. Bir dəfə də anasına deyib ki, mən bibim oğlunun yanına gedəcəyəm. Hadisə olan günü səhər tezdən yuxudan ayıldım. Həmin vaxt Məhəmmədəmin də yuxudan ayıldı. Zarafatla dedi ki, ata maaşımı verəcəksən? Xərcləməyə pul istəyəndə hər dəfə elə deyərdi. İki manat istədi, dedim ki, sənə dörd manat verəcəm. İstəmirdi, ancaq məcburən 4 manatı ona verdim. Həmin günü 4 manatın 2 manatını xərcləmişdi. 2 manatı da artıq qalmışdı. Axşam da qalan 2 manatı mənə qaytardı. Dedim ki, oğul, onu sənə vermişdim ki, xərcləyəsən. Dedi, ata, xərcləməmişəm, ona görə də qaytarıram.

Qəribə uşaq idi, hamının işinə yarayan, mehriban, düz danışan idi. Həmin günü də dənizə getmişdi dostları ilə. Orda da deyib ki, bu, mənim dənizə son gəlişimdir. “Facebook” səhifəsində yazıbmış ki, bu gün mənim dənizə son gedişim oldu. Mən onun profillərini bilirdim. Özünə bir neçə dənə profil açmışdı. Ancaq əlavə bir dənə də təzə profil açıb və orada məni “bloka” salıb ki, yazdıqlarını görməyim. Bilirdi ki, ürəyim xəstədir. Ona görə istəmirmiş ki, oxuyub pis olam.

Həmin günü işdə çox narahat idim. Hamı soruşurdu ki, ay Elman, sənə nə olub axı? Deyirdim, bilmirəm, nədənsə özümü çox narahat hiss edirəm. Bacım da zəng vurub narahat olduğunu dedi. Mən də cavabında qayıtdım ki, mənim də ürəyim sıxılır. Hər gün qəzetləri oxuyardım. Həmin gün heç qəzet də oxumaq istəmədim. Uşaqlar qəzeti gətirib məlumatları oxuyurdular, fikrimi öyrənmək istəyirdilər. Ancaq mən deyirdim ki, sıxılıram və heç bir xəbərlə maraqlanmaq istəmirəm, heç bir qəzeti də oxumaq istəmirəm.

Elə bil, ürəyimə dammışdı. Hər gün evə gec gələrdim. Təxminən 10-dan sonra evdə olardım. Amma həmin günü evə tez gəldim. Hardasa saat 7-dən sonra evə çatmışdım. Məhəmmədəminlə bir yerdə yemək yedik. Həmin axşam Məhəmməd çox az yemək yedi. Çıxıb eşikdə gəzəndən sonra qayıdıb evə gəldi. Tez-tez evə gəlib-gedirdi. Evdə oturub telefonu əlində oynadırdı. Birdən evə nəzər saldı, xəyala daldı. Sonra yenə evdən getdi. Gedəndə “sağ olun” dedi.

Bir manat götürüb, onun 80 qəpiyinə ip alıb. Əvvəlcə həyətdə oturub öz-özünə danışırmış. Heç kim də başa düşməyib. Daha sonra ayaqyoluna gəlib. Kəndiri bağlayıb. Yuxarı qalxıb, boğazına keçirib ipi. Daha sonra özünü aşağı buraxıb. Mən də ayaqyoluna tez-tez gedib gələrdim. Ancaq bu dəfə 10 dəqiqə idi ki, ayaqyoluna getmirdim. Daha 10 dəqiqə də keçəndən sonra dedim ki, bu uşaq harada qaldı. Anası qışqıranda gəlib gördüm ki, özünü asıb. Mən 20 dəqiqə ərzində neçə dəfə istədim ki, ayaqyoluna gedim, ancaq elə bil görünməz qüvvə məni saxlayırdı.

Əvvəlcə elə bildim ki, uşağı bıçaqlayıblar. Həyətə düşmək istəyəndə dedilər ki, özünü asıb. Gətirib evdə uzatdım. Başladım ağzından nəfəs verməyə. Saat 1-dən 3-ə kimi ona nəfəs verdim. Boynu sınmışdı. Elə bilirdim ki, ölməyib. Hər dəfə nəfəs verəndə həmin nəfəs geri qayıdırdı. Mən də elə bilirdim ki, yaşayır. Halbuki boynu sınmışdı. Qayıdan nəfəs mənim verdiyim nəfəs imiş. Əvvəl şübhələnirdim. Amma sonra divarda ayaqlarının izini gördüm. Ondan sonra bildim ki, uşaq özü- özünü asıb. Əminəm ki, bibisi oğluna görə özünü asıb. Dostlarına da bu barədə deyibmiş. Ancaq mənə heç kim heç nə deməyib.

- Böyük oğlunuz necə hadisədən xəbər tutdu?

- Elçibəy əsgərlikdədir. Məhəmmədəmin rəhmətə gedən günü yas yerinə gəldi. Komandiri hadisə barədə internetdən oxuyub və Elçibəyə deyib ki, qardaşın intihar edib. Daha sonra ona icazə veriblər. Gecə yasa gəlib çatdı. Çox qürurlu idi. Əgər o, iki saat da gec gəlsəydi, mənim ürəyim partlayacaqdı. Hər dəfə də deyirdi ki, ata ağlama, mən varam. Mənə dayaq oldu. Bakıya qayıdanda da ağır yol qəzasından qurtardıq. Maşında nasazlıq var idi. Yol gələrkən birdən maşın dayandı. Çətinliklə də olsa qəzadan qurtardıq. Hətta gəldiyimiz maşın partlaya da bilərdi. Ancaq Allah bizə kömək oldu, bizi qəzadan xilas etdi. Heç kim xəsarət almadı.

- Bildiyimizə görə, sizin də həyatınız çətinliklə keçib. Övladlarınızı da çətinliklə böyütmüsünüz. Yəqin ki, çətinliklə böyütdüyünüz övladınızı itirmək sizə çox ağır gəlir...

- (Gözləri dolur...) Mənim öz həyatım çox çətin keçib. Bunu hamı bilir. Çətinliklə böyümüşəm. Öz əlimin zəhməti ilə dörd qardaşımı və anamı saxlamışam. Bütün dərslərimi də yaxşı oxuyardım. Bircə riyaziyyatdan başqa. Övladlarım da dünyaya gələndə demişdim ki, qoymayacağam ki, uşaqlarım korluq çəksin. Özüm bir şalvarı illərlə geyinirdim, amma uşaqlarıma tez-tez paltar alardım. Özüm kasıb olmuşdum, istəmirdim ki, balalarım da kasıb olsun. Evdəki əti uşaqlara yedizdirərdim, özüm yeməyin suyunu yeyərdim. Onların tərbiyəsinə xüsusi diqqət ayırırdım. Artıq qalan pulu da həmişə özümə qaytarardı. Mən onlara yüksək səviyyədə tərbiyə vermişdim. Hətta deyirdim ki, əlində yük olan böyüklərə kömək edin. Mənim sözümdən çıxmazdı. Çox ağırdır. Mən uşaqlarımdan doymamışam. Həyatım türmələrdə, mitinqlərdə keçib. Məhəmmədəmini o qədər çox istəyirdim ki, gözümdən kənara qoymaq istəmirdim. Elə bilirdim ki, başına nəsə iş gələcək. Narahat idim. İçki içən deyildi, siqaret çəkməzdi. Dönəri və lüləkababı çox sevərdi. Üzərində halal markası olan ət yeyərdilər.

Məhəmmədəmin dostumun qızına deyikli idi. Dostumun qızı ilə göbəkkəsdi etmişdik. Elə bilirəm ki, indi qapı açılacaq, yenə də Məhəmmədəmin evə girəcək. Hələ də inanmıram. Böyük oğlum Elçibəy mənə dayaqdır, təsəllidir. Oğlanlarımın ikisi də yalanı sevməzdilər, heç vaxt da yalan danışmazdılar. Mən onlara bu cür tərbiyə vermişdim. Demişdim ki, yalan danışmaq qeyrətsizlikdir. Dediyi vaxtda evə qayıdıb gələrdi. Heç vaxt da yalan danışmazdı.

Məhəmmədəmin yuxuya gedib yatmayınca mən yatmazdım, gözümə yuxu getməzdi. Hamıya kömək etmişəm. Qonşulara da hər dəfə kömək etmişəm. 21 il bir-biriylə danışmayan insanı barışdırmışam. Hamıya kömək etdim, öz oğluma kömək edə bilmədim. Yanıram. Ömrümün sonuna qədər də yana-yana qalacam. Bıçaqlasaydılar bəlkə, bu qədər mənə təsir etməzdi. Asılmaq nə imiş, ilahi? Çox çətindir.

Deyirəm, ya Rəbbim, əgər mənə o biri dünyada pay düşürsə onu bacım oğluna və Məhəmmədə verirəm. Onları Allaha tapşırıram. Yerləri cənnətlik olsun... Onu da deyim ki, bəzi saytlarda oğlumun ölümü ilə bağlı yalan məlumatlar yayırlar. Mən həmin saytları məhkəməyə verəcəyəm. Yazılanların hamısı yalandır, böhtandır. Mən bilirəm ki, oğlum bacım oğluna görə özünü asıb. Onun divardakı ayaq izlərini də görəndən sonra buna daha çox əmin oldum. (teleqraf.com)
Oxşar xəbərlər
00:46, Bu gün
"Kreml etnik almanları Rusiya ordusu sıralarına şirnikləndirir" - "The Telegraph"
00:31, Bu gün
Mayın tam ayı bu iki bürcə ən çox təsir edəcək
00:29, Bu gün
Gürcüstanda Venesiya Komissiyasının xarici agentlər haqqında qanunla bağlı rəyi tənqid edilib
00:27, Bu gün
Cennifer Lopez Azərbaycanda çıxış edə bilər
21 May 2024 | 23:53
Azərbaycanda general-mayor İŞDƏN ÇIXARILDI
21 May 2024 | 23:42
Deputat rəqib deputatın burnunu belə dişlədi - ŞOK GÖRÜNTÜ
21 May 2024 | 23:39
Bir il öncə Rusiya ordusunun fəaliyyətini sərt tənqid edən top-general həbs edilib
21 May 2024 | 23:35
Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib
21 May 2024 | 23:27
Abdullahianın dəfn tarixi və yeri açıqlandı
21 May 2024 | 23:04
Təyyarə hava boşluğuna düşdü, 70-dən çox yaralı və ölən var
21 May 2024 | 23:00
Avropa Liqasında 939 milyon avroluq final
21 May 2024 | 22:56
U-23 Avropa çempionatının qalibi: Revanş hissi ilə alışıb-yanırdım
21 May 2024 | 22:55
"Rəisinin həlak olmasının dörd qəribəlikləri" - "Türkiye" nəşri
21 May 2024 | 22:50
15 yaşlı oğlan dostlarını maşınla gəzdirdi - Atası həbs edildi
21 May 2024 | 22:27
Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir
21 May 2024 | 22:25
Ukrayna Müdafiə Nazirliyi: Ukrayna Rusiya hərbi gəmisini vurub
21 May 2024 | 22:23
İranlı rəsmi: “Prezidentin helikopterinin ardınca uçurduq, birdən...” - Şok detallar
21 May 2024 | 22:22
"Çelsi" klubu baş məşqçisi ilə yollarını ayırıb
21 May 2024 | 22:21
Çeçenistan rəhbərinin oğlu nazir oldu
21 May 2024 | 22:20
Avropa İttifaqı Zelenskinin legitimliyinə şübhə etmir
21 May 2024 | 22:12
Jerar Depardye jurnalisti yumruqlayıb
21 May 2024 | 22:05
Dilan və Engin haqqındakı şikayətini geri götürdü
21 May 2024 | 22:02
Yaponiya tarixində iz qoyan yeganə qaradərili samuray
21 May 2024 | 21:55
Azərbaycan səfiri Filippinin xarici işlər katibinin müavini ilə COP29-u müzakirə edib
21 May 2024 | 21:53
Azərbaycanda DƏHŞƏT: Ana üç uşağını ZƏHƏRLƏDİ
21 May 2024 | 21:38
Həndbol üzrə XXX Azərbaycan kubokunun oyunlarına start verilir
21 May 2024 | 21:35
Dövlət Komitəsi və Penitensiar Xidmət arasında birgə tədbirlər planı imzalanıb
21 May 2024 | 21:34
Paşinyandan yeni təyinat
21 May 2024 | 21:23
Prezident İlham Əliyev Volodimir Zelenski ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib
21 May 2024 | 21:00
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
21 May 2024 | 20:58
Almaniya Ukrayna üzərində Rusiya raketlərini vura bilər?
21 May 2024 | 20:57
Limonun üzərinə qaynar su tökün – Faydalı MƏSLƏHƏT
21 May 2024 | 20:38
AVRO-2024: İngiltərə millisinin ilkin heyəti açıqlanıb
21 May 2024 | 20:37
Ağalarov Bakıya CeyLo-nu gətirmək istəyir - 8 milyonluq festival
21 May 2024 | 20:24
Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan Regionlararası Forumunda iştirak edib
21 May 2024 | 20:23
"Muğan Bank"ın əmlakları ilk dəfə hərraca çıxarılır
21 May 2024 | 20:22
Sumqayıtda 62 yaşlı fəhlə iş zamanı ölüb
21 May 2024 | 20:21
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 8 şübhəli həbs olunub
21 May 2024 | 20:01
Zemfira Məhərrəmlinin “Çox kiçikdir bu dünya...” adlı kitabı işıq üzü gördü
21 May 2024 | 19:49
Ermənistan və Ukrayna parlamentlərinin sədrləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
21 May 2024 | 19:45
11 qadını zorlayıb öldürən manyak MƏHKƏMƏDƏ
21 May 2024 | 19:35
Naxçıvanda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
21 May 2024 | 19:27
Almaniya kansleri İrana başsağlığı verib
21 May 2024 | 18:51
Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə dəhşətli partlayış - VİDEO
21 May 2024 | 18:40
İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin olunub
21 May 2024 | 18:34
Zahid Oruc: ”907-ci maddənin müəllifləri bizə silah satmayanda Belarus dövləti..”
21 May 2024 | 18:27
Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq
21 May 2024 | 18:18
“Ağlayıb deyir ki, məni niyə qoyub getdin, ana?”
21 May 2024 | 18:16
Nigar Camalın qızı çempion oldu
21 May 2024 | 18:14
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib
21 May 2024 | 18:12
Sabah Əfv Məsələləri Komissiyasının yekun iclası keçiriləcək, sənədlər təqdim olunacaq
21 May 2024 | 18:08
"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edildi
21 May 2024 | 18:04
Hacıqabulda məktəbli qız qızılcadan öldü
21 May 2024 | 17:59
Bakıda narkokuryer tutuldu - VİDEO
21 May 2024 | 17:56
Dəmirçiyan Qazaxın torpaqlarını Ermənistana verən Azərbaycan rəhbərinin hansı qiymətli əşyalarını oğurladı?..
21 May 2024 | 17:54
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
21 May 2024 | 17:50
BDU Türkiyənin Atatürk Universiteti ilə əməkdaşlığa başlayır - FOTO
21 May 2024 | 17:47
Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq
21 May 2024 | 17:45
Bu il “İstanbul Etnokültür Festivalı”nda Azərbaycan milli mədəniyyətinə dair təqdimat olacaq - FOTO
21 May 2024 | 17:38
Rusiyanın Xarkov vilayətində hücum planı nədən ibarətdir? - "The Economist"
21 May 2024 | 17:35
BDU-dakı dördgünlük tibbi aksiya başa çatdı - FOTO
21 May 2024 | 17:30
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
21 May 2024 | 17:25
İlham Əliyev agentliklə bağlı fərman imzaladı
21 May 2024 | 17:22
"Sahil" stansiyasında eskalator niyə dayanıb? - Rəsmi AÇIQLAMA + FOTO
21 May 2024 | 17:20
Türkiyənin Mərmərə Universitetinin rektoru BDU-da - FOTO
21 May 2024 | 17:15
Allahşükür Paşazadə İranın ölkəmizdəki səfirliyində olub - FOTO
21 May 2024 | 17:13
“Evdə bir yerdə olanda dava düşür”
21 May 2024 | 17:05
ETX məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirdi
21 May 2024 | 17:00
Mayın 5-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
21 May 2024 | 16:56
Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA
21 May 2024 | 16:54
BDU-da təlim: “Prokrastinasiya: tənbəlliyə qalib gəl” - FOTO
21 May 2024 | 16:46
Kiloqramı 3 manat 70 qəpiyə satılan ət: Onu kim yeyir? 
21 May 2024 | 16:44
Alen Simonyan: "Mövcud demarkasiya xəttinə yenidən baxılmayacaq"
21 May 2024 | 16:42
İlan sancması zamanı nə kimi tədbirlər görmək lazımdır? - VİDEO
21 May 2024 | 16:40
Sərhədləri Aşan Səslər: Türk və Azərbaycan Harmoniya Gecəsi!
21 May 2024 | 16:37
Ceyhun Bayramov Əli Baqiri Kani ilə telefonla danışdı - YENİLƏNİB
21 May 2024 | 16:35
Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır: Makron narahatdır - TƏHLİL + FOTO
21 May 2024 | 16:28
Yaylağa köç etmək istəyən fermerlər üçün qeydiyyat müddəti başa çatır - KTN
21 May 2024 | 16:22
"Cinayətkar rejimin rəhbəri araqçınlı donuz da ola bilər..." - Medvedev
21 May 2024 | 16:16
Bəzi rayonlara yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
21 May 2024 | 16:09
Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb
21 May 2024 | 16:04
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi - FOTOLAR
21 May 2024 | 16:02
İsveç Krallığında Rəsulzadə konfransı - FOTOLAR
21 May 2024 | 15:58
Şəhriyarın qadınlarla bağlı açıqlaması tənqid olundu - VİDEO
21 May 2024 | 15:52
BDU-da akademik Nizami Cəfərovun tərcüməsi ilə nəşr olunmuş kitabın təqdimatı - FOTO
21 May 2024 | 15:46
Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
21 May 2024 | 15:41
BƏT-lə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb - FOTO
21 May 2024 | 15:35
BDU ilə Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti arasında anlaşma memorandumu imzalandı - FOTO
21 May 2024 | 15:30
Məşğulluq üçün verilən əmlakın satışı: Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA + FOTO
21 May 2024 | 15:25
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
21 May 2024 | 15:20
“Qız Qalası” su qovşağının açılışı: Azərbaycanla İran əlaqələrinin yeni dövrü - TƏHLİL + FOTO
21 May 2024 | 15:15
Əməkdar artistin səhhətində problem yarandı – VİDEO
21 May 2024 | 15:10
Hindistan vətəndaşlarına qarşı dələduzluq edən pakistanlı SAXLANILDI - VİDEO
21 May 2024 | 15:05
Əziz Orucovun həbs müddəti uzadıldı
21 May 2024 | 15:00
BDU tələbələri üçün fintex startaplarına dair infosessiya keçirilib - FOTO
21 May 2024 | 14:56
"Bu, siyasi partiya institutunun inkişafında böyük bir töhfə vermiş olacaq" - Niyaməddin Orduxanlı
21 May 2024 | 14:52
Mərhum Xalq artistinin xanımı reanimasiyaya yerləşdirildi: "Ümidimiz Allahadır"
21 May 2024 | 14:48
Azərbaycan yazıçısı Ümumdünya Yazıçılar Təşkilatının katibi seçilib
21 May 2024 | 14:44
Əqli Mülkiyyət Agentliyində təlim keçirilib
21 May 2024 | 14:40
28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təqdim olunacaq
GÜNLÜK
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 01:49
Putin müşavirini işdən qovdu
21 May 2024 | 01:51
Çində zəlzələ oldu
21 May 2024 | 01:50
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
AYLIQ
21 May 2024 | 12:19
"Şuşanın dağları"nı yaradan bəstəkarımızın qızından MARAQLI AÇIQLAMALAR:"O bağda 100 adam da ayaqüstə dursaydı..."
21 May 2024 | 08:00
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
21 May 2024 | 01:49
Putin müşavirini işdən qovdu
21 May 2024 | 01:51
Çində zəlzələ oldu
21 May 2024 | 01:50
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
21 May 2024 | 09:19
Ət alarkən bunlara DİQQƏT EDİN
21 May 2024 | 08:18
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
21 May 2024 | 09:45
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
21 May 2024 | 08:44
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
21 May 2024 | 06:57
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO