“İsa Qəmbərin vahid namizəd olmasına imkan verməzlər” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 5242
21 Jun 2013 | 12:14
“İsa Qəmbərin vahid namizəd olmasına imkan verməzlər”  - MÜSAHİBƏ


Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Publika.Az-a müsahibəsini təqdim edir

-BAXCP-nin prezident seçkilərinə hazırlıq prosesi necə gedir?

-Partiyanın Qurultayı bu yaxınlarda olub və Qurultayda konkret tapşırıqlar verilib. İndi isə ciddi hazırlıq işləri görülür. Artıq indidən Təşkilat məsələləri üzrə Katiblik müəyyən məsələləri görməyə başlayıb. İmza toplayacaq şəxslərin siyahısı artıq müəyyənləşib. Biz prezident seçkilərinə hazırlaşırıq. Çalışacağıq ki, bu seçkilərdə platforması bizə yaxın olan partiyalarla bir araya gəlib vahid namizədlə çıxış edək. Əgər belə bir razılıq əldə olunarsa, Ali Məclis yenidən məsələyə baxacaq və biz vahid namizədlə çıxış edəcəyik. Əgər bu mümkün olmazsa, o zaman biz seçkilərə müstəqil qatılacağıq.  

-Milli Şurada gedən proseslərə münasibətiniz necədir? 

-Faktiki olaraq Milli Şurada yeni adam yalnız Rüstəm İbrahimbəyovdur. İndiyədək olan illər əzrində Rəsul Quliyev, Lalə Şövkət, Əli Kərimli, İsa Qəmbər və digər qüvvələr müxtəlif adlar altında bir araya gəliblər. Ancaq nəticə olmayıb. Nəticənin olması da az gözləniləndir. Çünki xalq siyasi proseslərdən kənardadır. Bizim tələsməyimizlə deyil, gərək cəmiyyət özü inkişaf etsin. Gərək insanların şüur və siyasi düşüncə səviyyəsi elə mərhələyə çata ki, o zaman artıq keyfiyyət dəyişikliyi baş versin. Hələlik bizdə insanlar siyasi prosesləri yalnız kənardan seyr edirlər. Ona görə də bizdə siyasi hakimiyyət məsələsi ya hakimiyyət daxili ziddiyyətlər nəticəsində, yaxud da xarici qüvvələrin təzyiqi və təsiri nəticəsində baş verə bilər. Yəni, indiki halda xalq faktoru mövcud deyil. 

Xarici faktor isə indiki iqtidarın xeyrinədir. Ən azından ona görə ki, indiki iqtidar Qarabağ uğrunda müharibə etmir. Hakimiyyət iddiası olan komandanın isə Qarabağ uğrunda müharibə edib-etməyəcəyi məsələsi sual doğurur. Nəzərə alsaq ki, həmin komandanın tərkibində təmsil olunanların əksəriyyəti xalq hərəkatından gəlmiş insanlardır və onlar istənilən vaxt yeni hakimiyyətdən Qarabağın azadlığı üçün hərbi əməliyyatların başlamasını tələb edə bilərlər. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli isə mümkün deyil. Çünki ABŞ və Avropa İttifaqı erməni diasporu faktoruna görə heç zaman öz siyasətlərini dəyişməyəcəklər. Çünki indiyədək həmin ölkələrdə xeyli hökumət dəyişib, ancaq onların siyasətləri dəyişməyib. Bu da təbiidir. Çünki həmin dövlətlər erməni diasporu ilə qarşı-qarşıya gəlmək istəmirlər. Bu baxımdan da ABŞ və Avropa İttifaqı Ermənistana heç zaman təzyiq etməyəcək. Təzyiq edilmədiyi təqdirdə isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli mümkün olmayacaq. Münaqişənin həllində yeganə yol müharibə etmək qalır ki, bunu da hakimiyyətə gələcək qüvvə edərsə, o zaman böyük təzyiqlərə məruz qalacaqlar. İndi Qərb də maraqlıdır ki, Azərbaycanın siyasi həyatında xalq faktoru olmasın. İndi beynəlxalq mühit də iqtidarın xeyrinədir. Bu baxımdan da Milli Şuradan heç nə gözləmək olmaz. Digər tərəfdən isə Milli Şura yekcins qüvvə deyil, bu qurumda müxtəlif maraqlı qüvvələr təmsil olunurlar. Orada təmsil olunan qüvvələrin əksəriyyəti də Milli Şuraya hansısa maraqlar üçün qoşulub. Onlara deyilib ki, sizin orada olmağınız mütləq lazımdır. Misal üçün deyim ki, Milli Şurada təmsil olunan islamçılar İranpərəst qüvvələrdir. Bundan əlavə, Milli Şurada Rusiyapərəst və Qərbpərəst qüvvələr var. Bu qüvvələr isə bir-birləri ilə tamam ziddiyətlidirlər. Burada Rusiyanın böyük rolunun olduğu da görsənir. Əlbəttə ki, Rusiya bu qüvvələri hansısa demokratik vəziyyətin qurulması məqsədi üçün Milli Şuraya toplamayıb. Çünki Rusiya Azərbaycanda demokratik vəziyyətin qurulmasında heç vaxt maraqlı olmaz. Sadəcə olaraq Rusiya bu qüvvələrin vasitəsilə Azərbaycan hökumətindən nəsə qoparmaq istəyir. Rusiyanın əsas məqsədi odur ki, iqtidara təzyiq edə bilən güc yaratsın və onun vasitəsilə nəsə qopartsın. Düşünürəm ki, indi bir komanda ilə bir araya gələn Milli Şura vaxt gələcək ki, bir komanda ilə də dağılacaq. 

-Milli Şurada təmsil olunan siyasi partiya liderlərinin daha çox kimi ən şanslı və milli maraqlardan çıxış edən siyasi partiya lideri hesab edirsiz? 

-Birmənalı şəkildə deyə bilərəm ki, indi Milli Şurada təmsil olunan partiyalar arasında 1993-cü ildə hakimiyyətdən gedəndən sonra stabil mövqeyi ilə seçilən yeganə qüvvə Musavat Partiyasıdır. Müsavat hakimiyyətə hər zaman eyni məsafədə dayanıb. Ancaq digər müxalifət partiyalarında bu olmayıb. Misal üçün deyim ki, Əli Kərimli elə vaxtlar olub ki, hakimiyyətlə çox sıx əməkdaşlıqda olub və müəyyən dövrlərdə qaçıb kənarda dayanıb. Bunu Azərbaycan ictimaiyyəti, beynəlxalq güclər də çox yaxşı bilir. Ona görə də hesab etmirəm ki, Əli Kərimli Milli Şurada təmsil olunanlar arasında ən etibarlı partnyor kimi qəbul olunsun. Burada yalnız Musavat Partiyasının adını çəkmək düzgündür. Əslində Musavat özü də fərqindədir ki, Milli Şurada nə baş verir. Mənə elə gəlir ki, Müsavatın Milli Şuraya qatılmasında bir məqsəd var. Məqsəd də ondan ibarətdir ki, Əli Kərimli radikal çıxışları ilə Müsavatın bazasına aid olan radikal müxalif elektoratın bir hissəsinin səsini qazana bilib. Ancaq İsa Qəmbər Əli Kərimlinin zəif nöqtəsini bilir. Mənə elə gəlir ki, İsa Qəmbər Milli Şuraya qatılmasına baxmayaraq burada çox qalmayacaq. Çünki İsa Qəmbər çıxışlarında da qeyd edir ki, biz müəyyən məsələlərlə bağlı protokol imzalamalıyıq, vahid namizəd gəlib Bakıda oturmalıdır, Milli Şura milli maraqlara xidmət etməlidir və sairə. İsa Qəmbər həm də bu cür bəyanatları ilə dolayısı ilə deyir ki, Milli Şura milli maraqlara xidmət etməyə bilər və yaxud da etmir. Yəni, İsa Qəmbər Milli Şura ilə bağlı məsələdə müəyyən məsafə saxlayır. Ancaq Əli Kərimli isə Rüstəm İbrahimbəyova daha yaxın olmağa can atır. Əli Kərimli düşünür ki, birdən Rüstəm İbrahimbəyov hakimiyyətə gələr və ona nə qədər yaxın olsam, daha yüksək vəzifə qazana bilərəm. Ümumiyyətlə, Əli Kərimli hər zaman çalışıb ki. kiminsə himayəsinə sığınsın. İndi də Rüstəm İbrahimbəyovun himayəsinə sığınmaq istəyir. Əgər Əli Kərimli Rusiyanın oyununa tamamilə qatılarsa, o zaman İsa Qəmbər də Milli Şuradan imtina edəcək. Mənə elə gəlir ki, İsa Qəmbər bundan sonra da Əli Kərimlinin Rusiyapərəst və hakimiyyətə gəlmək üçün bütün şərtləri qəbul etməyə hazır olan bir siyasətçi olduğunu cəmiyyət açıb göstərəcək və onu ifşa edəcək. Düşünürəm ki, İsa Qəmbər çalışacaq ki, radikal müxalifətin tək lideri olaraq etibarını saxlasın və qalsın. Mən hər zaman da demişəm ki, çətin şəraitdə İsa Qəmbər düzgün qərarlar qəbul etmək imkanlarını itirsə də, ancaq adi şəkildə kifayət qədər ağıllı qərarlar qəbul etməyi bacaran siyasətçidir. Hesab edirəm ki, indi də İsa Qəmbər hər şeyi düzgün hesablayıb. 

Əminəm ki, İsa Qəmbər heç vaxt Etibar Məmmədovun taleyini yaşamaq istəməz. Mən qurultayda da söylədim ki, 1993-cü ilə Etibar Məmmədov fikirləşdi ki, elə müxalifətin əsas işi mövcud hakimiyyəti devirməkdir. O vaxt ana müxalifətin lideri olan Etibar Məmmədov Rusiyapərəst qüvvələrə dəstək verdi və bununla da cəmiyyətdə mövcud olan nüfuzunu yox etdi. İndi İsa Qəmbər bunun yaxşı fərqindədir. İsa Qəmbər yaxşı anlayır ki, əgər Rüstəm İbrahimbəyov prezident olarsa, o zaman o 2 il ərzində bütün strateji vəzifələrə Rusiyapərəst qüvvələri gətirəcək. İki ildən sonra isə demokratik seçki olsa belə, nə İsa Qəmbərin, nə də Əli Kərimlinin seçkini udmaq imkanları olmayacaq. Yəni, hakimiyyətə Rusiyapərəst qüvvələr gələcək. Bu xalq da həmişə güclünün yanında olmağı istəyir. Buna görə də xalq da Rusiyapərəst qüvvələrə dəstək verəcək. İnanmıram ki, bütün bunları İsa Qəmbər hesablamasın. Düşünürəm ki, İsa Qəmbər keçmiş səhvlərindən nəticə çıxararaq seçkilərə az müddət qalmış həmin qüvvələri ifşa edəcək. Mənim düşüncəmə görə, özünü Əbülfəz Elçibəyin davamçısı hesab edən şəxs saqqallı İranpərəst və yaxud da Rusiyapərəst qüvvələrlə eyni koalisiyada təmsil oluna bilməz. Mən həm də ona güvənirəm ki, AXCP ilə müqayisədə Müsavatda demokratiya daha çoxdur. AXCP ilə müqayisədə Müsavat Partiyasının rəhbərliyində də daha çox müstəqil fikirli insanlar təmsil olunur. Bu baxımdan da düşünürəm ki, milli qüvvələr son qərarın qəbul olunmasında öz sözlərini deyəcəklər. 

-Milli Şurada İsa Qəmbərin vahid namizəd olma şansı nə qədərdir?

-İsa Qəmbərin vahid namizəd olmasına imkan verməzlər. Çünki onlarda hələ əminlik yoxdur ki, Rusiya İsa Qəmbərə o dəstəyi verəcək. Ancaq bunlarda bir illuziya, əminlik var ki, Rüstəm İbrahimbəyova Rusiya dəstək verə bilər. Ancaq mən deyim ki, Rüstəm İbrahimbəyova bu dəstək o həddə olacaq ki, bununla hökumətə təzyiq edib iqtidarı Rusiyayönümlü güzəştlərə sövq etsinlər. Məsələ bundan artıq dərinə də getməyəcək. Ancaq bir qrup insanlar hələ də kabab olmaya-olmaya onun iyinə toplaşıblar. Həmin insanlar bir gün görəcəklər ki, boş yerə toplaşıblarmış. 

-Siz Milli Şurada kimin vahid namizəd olmasını istərdiniz?

-Mən vaxtilə Cəmil Həsənlinin Milli Şuraya vahid namizədliyini təklif etmişdim. Əgər doğrudan da, Milli Şura Rusiya yönümlü deyilsə, o zaman vahid namizəd də Cəmil Həsənli olsun. Düzdür, mənimlə Cəmil müəllim arasında müəyyən fikir ayrılıqları olsa da, ancaq tarixçi alim kimi əminəm ki, Cəmil müəllim milli maraqları heç zaman satmaz. Etiraf da edirəm ki, Cəmil Həsənli çox yaxşı tarixçi alimdir, ziyalıdır. Tarixçi alim kimi də Cəmil müəllim bunun necə böyük xəta olduğunu yaxşı başa düşər. Cəmil Həsənli həm də vaxtilə Əbülfəz Elçibəyin müavini, Xalq Hərəkatının üzvü olub. Yeri gələndə Cəmil Həsənlinin Azərbaycanda nüfuzu Rüstəm İbrahimbəyovdan çoxdur. Qoy Milli Şura Cəmil Həsənlini müdafiə etsin. Ancaq Rusiyanın buna imkan verməməsi göründü.

Görürsünüz ki, Əli Kərimli Cəmil Həsənli qala-qala Rüstəm İbrahimbəyovu müdafiə edir. Niyə? Çünki deyirlər ki, Rüstəm İbrahimbəyovun Rusiyadan dəstək almaq imkanı var. 

Mən bir daha deyirəm ki, bu düşərgə Rüstəm İbrahimbəyovun ətrafında yaranıb. İnsanlarda Milli Şuraya ona görə gedirlər ki, Rüstəm İbrahimbəyovu Rusiya göndərib. İnsanlarda şüur altı yaranan fikirlər bir mənalı şəkildə budur. Ona görə də burada Eldar Namazovun, Əli Kərimlinin, İsa Qəmbərin, Cəmil Həsənlinin və digərlərinin şansı yoxdur. Burada təmsil olunanların hamısı bilirlər ki, onlar Rüstəm İbrahimbəyovun ətrafına yığışıblar və yəqin ki, onun da namizədliyini irəli sürəcəklər.

Oxşar xəbərlər
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir