“Kadırov məndən xahiş etdi ki...” - Paşazadə ilə müsahibə
Oxunub: 1496
19 Feb 2019 | 16:46
“Kadırov məndən xahiş etdi ki...” -  Paşazadə ilə müsahibə
Moderator.az Milli Məclisin deputatı Cavanşir Paşazadə ilə müsahibəni təqdim edir:

- Rusiyada çeçenlərlə azərbaycanlılar arasında yaşanan insident böyük rezonans doğurdu. Əslində nə baş verir?

- Moskvada azərbaycanlılarla çeçenlər arasında müəyyən insident olub. Cənab Prezident İlham Əliyevin nəzarəti altında aidiyyatı strukturlar, Azərbaycanın Rusiyadakı səfiri, Şeyxülislam həzrətləri, Moskvadakı dostlarımız bu məsələnin həll olunması üçün mühüm işlər gördü. Hadisəni törədən azərbaycanlının evində yoxlamalar aparılıb. Yenə də "sapı özümüzdən olan baltalar”ın əməllərinin şahidi olduq. Bu hadisələrin törədilməsində şübhəsiz düşmənin əli var. İki Qafqaz millətini, dini əqidəsi bir olan, min illərlə dostluq ənənəsini yaşadan iki dost xalqın arasını soyutmaq ermənilərin bizimkilərin əli ilə vurduğu zərbələrdən biridir. Təbii ki, bizim insanlar buna getməməlidir. Azərbaycanlıların da, çeçen xalqının da içərisində öz millətinə mənfi təsir göstərməyə çalışan adamlar heç də az deyil. Öz xeyrini güdüb millətinə zərbə endirənlərin vətənpərvərliyə heç bir aidiyyatı yoxdur, onların yeganə məqsədi dövlətçiliyimizə xələl gətirməkdir. Azərbaycanın dövlət başçısının böyük reaksiyası və hadisəyə biganə qalmaması təqdirəlayiqdir. Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, eləcə də çeçenlər heç də az deyil. Çeçen xalqı həmişə, o cümlədən Qarabağ döyüşlərində bizə dəstək olub. Ulu öndər Heydər Əliyevin tapşırığı ilə Qarabağ hadisələri zamanı çeçenlərin müalicəsi və onlara yardım göstərilməsi həyata keçirilib. Bu gün də çeçenlərlə ölkəmizdə qardaşcasına yaşayırıq, onlar üçün Azərbaycanda heç bir problem yoxdur. Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov Azərbaycanda olanda məndən xahiş etdi ki, çeçenləri yığın gəlsinlər, görüşək. Çeçenləri dəvət elədik, onlara yemək ikram elədi, bir az onlarla məxfi danışdı, sonra mənim yanımda da söhbəti oldu. Çeçenlər həmin görüşdə bildirdi ki, Çeçenistanda və ya Azərbaycanda olmağımızın heç bir fərqi yoxdur, Azərbaycan xalqı bizə dəstəkdir, hər hansı ayrı-seçkilikdən söhbət gedə bilməz. Bu, belə də olmalıdır. Yaşanan insident artıq öz həllini tapıb, heç bir problem qalmayıb. Belə uydurmalar 3-5 nəfərin deyil, planlaşmış hərəkətlərdir. Biz qafqazlıyıq. Bir-birimizə dəstək oluruq və dəstək də olmalıyıq. Bu gün İlham Əliyev cənabları yürütdüyü siyasətlə, gördüyü işlərlə hamını özünə heyran qoymağı bacaran liderdir. Onun Azərbaycan daxilində gördüyü işlər, regionda həyata keçirilən nəhəng layihələrdə yaxından iştirak etməsi, günü-gündən artan nüfuzu bir sıra dairələri narahat etməyə başlayıb. Bu məqsədlə "həmvətənlərimiz”dən istifadə edirlər. Özü də bu işi xırda məvacib hesabına həyata keçirirlər. Belə addımları ilə özlərinə ətraf toplaya biləcəyini zənn edənlər yanılırlar. Bu gün Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı olan insanlar, fəal gənclərimiz onların kim olduğunu, hələ ölkədə yaşadığı dövrdə nə işlər gördüklərini çox yaxşı bilirlər. Həmin ünsürlər Azərbaycana qısqanclıqla yanaşan və özünü demokrat adlandıran ölkələrin ocağına benzin tökürlər. Təəssüf ki, bu hərəkətləri də namizərdcəsinə edirlər, ailə, uşaq və digər məsələləri ortaya atırlar. Bu, nakişilikdir. Mübarizə aparan şəxs gərək mərdi-mərdanə aparsın. Təbii, bir gün bu əməllərindən peşiman olacaqlar, amma onda da gec olacaq.

- İnsident baş verən gün belə informasiya yayıldı ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Moskvadakı davaya müdaxilə etdi və nəticədə tərəflər barışıq masasında əyləşdi. Təmaslar hansı formada quruldu?

- Bildiyiniz kimi, Şeyxülislam həzrətləri Qafqazın şeyxidir, Qafqaz Müsəlmanları İdarəsinin Qafqaz xalqlarının yaşadığı hər bir ərazidə təşkilatı var. O idarələr cənab Prezidentin dəstəyi ilə saxlanılır, ayrılan maliyyə vəsaiti hesabına həmin idarələr fəaliyyət göstərir. Ramzan Kadırovun atası, birinci prezident Əhməd Hacı Kadırov Şeyxülislam həzrətləri ilə tələbə yoldaşı olub, onların yaxşı əlaqələri, gedib-gəlişləri olub. Ramzan Kadırov özü Şeyxə "dyadya” – "əmi” deyə müraciət edir. Təbii ki, Şeyx öz nüfuzundan istifadə edərək barışıq üçün təmaslar qurdu.

- Çeçenlərlə azərbaycanlılar arasında yaşanan gərginliyin ermənilərin işi olduğunu vurğuladınız. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesini necə qiymətləndirirsiniz?

- Ermənistanda gedən proseslər, ölkə rəhbərliyində dəyişiklikdən sonra səslənən bəyanatlar göstərdi ki, sülhə qarşıdırlar. İlham Əliyev cənabları beynəlxalq konvensiyalara sadiq qalaraq, Azərbaycan torpalarının sülh yolu ilə qaytarılmasına nail olmağa çalışır. Gücdən asılı olsa, çoxdan torpaqlarımızı müharibə yolu ilə alarıq. Azərbaycan sülhün bərqərar olmasını istəyir. Ermənistanda Paşinyana qədər və ondan sonra aparılan siyasətin sülhlə bağlı olmadığını görürük. Bir dövlətin iqtisadiyyatının inkişafı üçün qonşu ölkələrlə normal münasibətlər qurması önəmlidir. İndi dövr başqadır, ölkələr gərək bir-biri ilə iqtisadi, siyasi və digər sferalarda qarşılıqlı əlaqə saxlayaraq, iqtisadiyyatını, hərbi sənayesini gücləndirsin. Həyat özü Ermənistanı sülhə məcbur edəcək. Çünki iqtisadiyyatı məhv dəcərəsindədir, sənaye, hərbi sahədə inkişaf yoxdur, bir dövlət nə qədər dilənçiliklə yaşaya bilər? Dünya onlara kredit ayırmır, turizm üçün şəraiti yoxdur, bütün sahələrdə qapalı olan bir ölkə kimi dövr özü ona diktə edir ki, belə yaşaya bilməzsən.

- Bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində "İnsan Qardaşlığı Qlobal Forumu” keçirildi, Şeyxlə yanaşı dünyanın nüfuzlu dini rəhbərləri, o cümlədən Roma papası Fransisk də iştirak elədi. Papa ilə hansısa müzakirələr aparıldı?

- Həmin tədbirdə mən də oldum, dünyanın 9 dini rəhbəri həmin foruma qatıldı. Din rəhbərlərinin bir növ hesabat tədbiridir və Şeyxülislam həzrətləri özü də iştirak etdi. Məxfi keçirilən bir tədbirdir və bu barədə mənim danışmağım doğru olmaz.

- İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin bir müddət öncə "Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikirləri geniş müzakirələrə səbəb olmuşdu. Cənub bölgəsini Milli Məclisdə təmsil edən deputat kimi bu fikirlərlə nə dərəcədə razılaşırsınız?

- Bu fikirlərlə tam razı deyiləm. Onlar, görünür, Azərbaycandan daha çox göstərici gözləyirlər. Çünki ölkəmiz sivil, inkişaf etmiş ölkədir. Ola bilsin, onların statistikası ilə müqayisədə azlıq təşkil edir. Lənkəran rayonun həm də dağ kəndləri mənim seçki dairəmə daxildir. Direktor müavinin bu fikirləri absurddur. Məktəblilərimizin geyimlərinə baxanda bilinir ki, valideyni necə əzizləyə-əzizləyə göndərir. Biz ailədə 12 uşaq olmuşuq, 9 bacımın hamısı təhsil alıb. Məktəbə getməmək anlayışı 50 il qabaq da olmayıb, bu gün də yoxdur. Bir bacım əmim oğlu ilə evli idi, Sumqayıtda "kranavşik”, kran işlədən idi. Bəlkə də xanım Haberli bizi istəyərək belə fikirlər deyir ki, qızlarımız daha çox savadlı olsun, yaxud da qonşu ölkələrin təsirini göstərmək niyyətindədir. Lakin biz artıq təsir altına düşən ölkə deyilik. Biz müsəlmanıq, amma sivil ölkəyik, məscidimiz də, kilsəmiz də, universitetlərimiz də, mədəniyyət evlərimiz də, teatrlarımız da var. Bəzən belə fikirlər səslənir ki, cənub bölgəsi müəyyən qədər təsir altındadır, amma bunlar yanlışdır, belə təsir yoxdur. Təbii ki, 20-25 il bundan qabaqkı vəziyyət nəzərdə tutulursa, əslində bu da təsir deyil. Dini təbliğat aydın şəkildə aparılmırdı, məscidlər yox idi. Vaxtilə mollaların moizələri zəif idisə, bu gün Azərbaycanın öz qəbul etdiyi proqramlar var və bunun əsasında da dini və elmi nöqteyi-nəzərindən insanların tələbatı ödənilir.

- Bəzən cəmiyyətdə mollaların savadsızlığı, intellektual səviyyəsinin aşağı olduğuna dair iradlar səslənir. Sizin qənaətiniz necədir?

- Molla kimdir? Molla, yəni çox bilən, öyrədici, mirzə. Rəhmətə gedən yaxınlarımızı ziyarət üçün qəbiristanlığa gedəndə tanımadığın birinə 3-5 manat verirsən ki, yasin oxu. O da çox vaxt oxuya bilmir. Saqqal saxlayıb, başına papaq qoyan hər kəs molla ola bilməz. Mollanı küçədə axtarmazlar. Bunun üçün məscidlər var. Söhbət qanuni məscidlərdən gedir, qanunsuz fəaliyyət göstərən məscidlər də var. Qeydiyyatdan keçən məscidlərdəki insanlar dövlətdən maaş alırlar, savadlıdırlar. Onlara müraciət etmək lazımdır. O insanlarla söhbət edəndə sənə düzgün yol göstərəcəklər. Digər tərəfdən, artıq bir neçə ildir ki, məscidlərdə moizə kitabları var. Bu kitablarda hər günün moizəsi yer alıb. Kitablarda ulu öndər Heydər Əliyev, bizim gələcəyimiz, vətənpərvərliyimiz, insanlar arasında münasibətlər, ümumilikdə bütün sahələrə aid məsələlərə dair moizələr var. Təzəpir və ya Göy məscidə gedib orada oxunan moizələrə qulaq asın. Orada bizim dövlətçiliyimizdən kənar heç bir şey eşidə bilməzsiniz. Cənab Prezident bu yaxınlarda Şamaxıda oldu. Bir qadın onun əlini öpmək istədi. Prezident onu qoymadı, əyilib özü onun əlindən öpdü. Başqa hansı prezident bunu edər? Başqa prezidentlər qadının əlindən yalnız birinci xanım kimi öpə bilərlər, ana kimi yox. Yəni bizim xəmirimiz belə yoğurulub. Biz beləyik. Bizim öz adətimiz var, ailəyə hörmətimiz var.

- Son zamanlar bir qrup insan sosial şəbəkələrdə qanuni oğruları cəmiyyətdə qəhrəman kimi təqdim etməyə çalışır. "Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin ölümündən sonra bu ənənə daha geniş hal alıb. Bu situasiya ilə bağlı fikirləriniz nədən ibarətdir?

- Əlbəttə ki, bu doğru bir şey deyil. Rövşən Lənkəranski ilə həmkəndliyəm, haradasa qohumluğumuz çatır, hələ atası, babası ilə şəxsi münasibətlərimiz vardı, amma bunun məsələyə aidiyyatı yoxdur. Məsələn, bu gün mətbuatı açanda az qala hər yerdə qarşımıza "Lotu Quli” haqqında xəbərlər çıxır. Lotu Quli olub Brejnev, Reyqan... O nə edib axı? Biz niyə onu gənclərimiz, uşaqlarımız üçün təbliğ edirik? Bu, hansı normaya uyğundur. Mən belə şeylərin təbliğinə doğru baxmıram.

- Sosial şəbəkələrdən istifadə edirsiniz?

- Xeyr. Sosial şəbəkələrdən istifadə etmirəm. Amma demək olar ki, bütün xəbər saytlarını yaxından izləyirəm.

- Bildiyimiz qədərilə sağlam həyat tərzinə üstünlük verirsiniz. Müsahibə üçün vədələşdiyimiz vaxta qədər piyada gəzəcəyinizi söylədiniz. Hər gün bir neçə km piyada gəzirsiniz?

- Ezamiyyətdə olmayanda, xüsusi bir işim yoxdursa, həmin vaxtı idmana sərf etmək istəyirəm. 11-12 kilometr piyada gəzməyə çalışıram. Eləcə də üzgüçülüyə vaxt ayırıram.

- Növbədənkənar parlament seçkilərinin olacağı barədə iddialar var. Növbəti dönəm üçün deputat olmaq niyyətindəsiniz?

- Yeni Azərbaycan Partiyasının əsgəriyəm, desələr evə get, gedərəm, desələr, namizədliyini irəli sür, sürəcəyəm.(Teleqraf.com)
Oxşar xəbərlər
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
GÜNLÜK
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB