"Görürsən 14-15 yaşından qızları artıq “zanit” edirlər ki, bu mənimdir..."
Oxunub: 2780
14 Jan 2019 | 14:34

Moderator.az tanınmış əmək qəhrəmanı, pambıqçı, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı, ilk çağırış Milli Məclisin (MM) üzvü Tərlan Musayevanın oxu.az-a müsahibəsini təqdim edir:

- Keçmiş olsun, eşitdik ki, bir neçə ildir səhhətinizdə problemlər yaranıb. İndi necəsiniz, özünüzü necə hiss edirsiniz?

- Görünür, yaşla əlaqədardır. Artıq yaşlanırıq, problemlər də yaşa dolduqca yaranır. Düzdür, elə bir stressli vəziyyətimiz olmayıb, amma cavan vaxtlarımdan ürəyimdə bir az sıxıntı var idi. Görünür, işlə, gərginliklə əlaqədar yaranmışdı, artıq yaşa dolanda da özünü büruzə verdi.

Dörd ayda iki dəfə ürəyimdən əməliyyat olundum, stend qoyuldu ürəyimə. Şükür, yaxşıyam indi, səhhətim yaxşıdır, özümü normal hiss edirəm.

- Müalicələriniz davam edirmi?

- Gedir. Əvvəl üç aydan, sonra altı aydan bir, indi isə ildə bir dəfə yoxlamadan keçirəm. Həkimim axırıncı yoxlamada məsləhət bildi ki, artıq bir dəfə bəs edər. Sonra onkoloji problemim yarandı, onunla bağlı da əməliyyat olundum. Vaxtında yoxlamalardan keçirəm. Şükür, yaxşıyam.

- Həkimlər Azərbaycan mütəxəssisləridir, yoxsa kənardandır?

- Öz həkimlərimizdir, savadlı, cavan, Türkiyədə oxumuş uzman uşaqlardır. Allah hamısından razı olsun!

- Müalicə, müayinə, əməliyyat xərcləriniz də, yəqin ki, az olmayıb. Maddi yardım edilməsi üçün dövlətə, imkanlı şəxslərə müraciət etdinizmi, köməklik göstərən oldumu?

- Xeyr, hamısı öz şəxsi vəsaitimlə olub. Doğrusu, heç müraciət də etməmişəm. Öz şəxsi vəsaitimilə özümü, çox şükür ki, vəziyyətdən çıxarmışam. Həm prezident təqaüdü alıram, həm də deputat pensiyası. Düzdür, əməliyyatlar vaxtı bir az çətinlik çəkdik, amma sağ olsunlar,  dostlar, qohumlar kömək etdi.

İki ildə üç dəfə əməliyyat olunmaq asan məsələ deyil, ailə üçün də bir qədər çətinlik yaratdı. Amma bunu da ötüşdürə bildik, təqaüdüm, pensiyam müalicələrimə yetir, min şükür.

- Bu, son 20 ildə Sizinlə artıq üçüncü müsahibəmizdir. İkinci müsahibəmizdən də hardasa 14-15 il ötür. O vaxt müsahibəni evinizdə almışdıq, o zamanlar övladlarınız hələ balaca, məktəbli idilər. Səhv etmirəmsə, üç övladınız var.

- Bəli, üç övladım var. Böyük qızım həkimdir. Ailə qurandan sonra uşaqları dalbadal olduğu üçün analıq məzuniyyətini də dalbadal götürüb, hazırda məzuniyyətdədir.

Allah saxlasın, Allah hamıya qismət etsin, iki nəvəmiz var. İkinci qızım Həsrət ADPU-nun Azərbaycan dili və ədəbiyyatı (filologiyanı) fakültəsini qurtarıb, hazırda AZƏRTAC-da idman (gənclər) müxbiri kimi çalışır.

Üçüncü övladımız da əvvəl universiteti qurtardı, bu il isə magistraturaya daxil olub, ingilis dili sektoruna. Hazırda magistraturada təhsil alır.

- Nəvələriniz qızdır, yoxsa oğlan?

- Biri qızdır, biri oğlan.

- Övladlarınızın üçü də qızdır. Heç olubmu ki, buna görə həyat yoldaşınız,  yaxud onun ailəsi, yaxınları tərəfindən hansısa tənə ilə qarşılaşasınız? Bilirsiniz ki, ailələrdə “oğul, oğlan sevdası” bəzən bir çox problemlərə səbəb olur...

- Bu cür problemlər bizdə heç vaxt yaşanmayıb. Çünki bizdə, şəxsən mən tərəfdə uşaq lap az olub, yoldaşım tərəfdə isə ailələr böyük, çoxuşaqlı olub. Ona görə bu problem bizdə yaşanmayıb. Biz, sadəcə, həmişə arzulamışıq ki, övlad olsun, heç vaxt qız-oğlan deyə, sonalamamışıq.

Şəxsən mənim böyük övladım, qızım dünyaya gələndə yeddi qurban kəsmişik. Heç vaxt qəlbimizdə də belə bir nisgil dolanmayıb ki, niyə oğlumuz olmayıb. Böyük qızımın övladı olanda yenə də  şükürlə demişik ki, oğlan, qız, fərqi yoxdur, təki sağlam övladı olsun. Biz yenə də deməmişik ki, niyə qız, niyə oğlan?

Allahın verdiyi paydır, Allah hamıya dadızdırsın övlad payını. Şəxsən mən övlad ayrımına yaxşı baxmıram, bunu edən insanları da qəbul etmirəm, düzgün deyil. Yaxşı qızı, qeyrətli qızı Allah hamıya qismət eləsin təki.

- İstərdim ki, bu sualıma tam səmimi cavab verərdiniz (təbii ki, bütün cavablarınız səmimidir), bəs kürəkəninizlə aranız necədir, ona qayınanalıq edirsiniz, aranızda qayınana-kürəkən problemi yaşanır?

- (gülür) Vallah, kürəkənimdən çox razıyam, çox. Onu öz doğma balam kimi çox istəyirəm, amma eyni zamanda, aramızda qayınana-kürəkən rəsmiyyəti də var. Kürəkənim çox savadlı oğlandır.  Beş dil bilir. Dünyagörüşlü, çox müasir oğlandır, ailəcanlıdır, övladcanlıdır.Yəni mənə bir qız anası kimi nə lazımdır? Öz ailəsinin qeydinə qalsın, evinə bir loxma çörəyini gətirsin. Min şükür, çox razıyam ondan.

- Kürəkən kimlərdəndir, qohumlardandır, öz tərəflərinizdən, Bərdədən, Laçındandır?

- Elə bir tərəfdən laçınlıdır. Evlənəndən sonra bilmişik ki, bir tərəfi laçınlıdır. Amma özü Bakıda doğulub, boya-başa çatıb, gözəl bir ailənin övladıdır. Evlilik məsələsinə də qarışmamışıq, doğrusunu deyim ki, gənclər özləri bir-birini görüb, bəyənib, biz  də “Allah xeyir versin” demişik. Bizim seçimimiz olmayıb, övladımızın öz seçimi olub.

- Yeri gəlmişkən, son illər xüsusilə qızların valideynləri tərəfindən zorla nikaha, evliliyə məcbur edilməsi halları artıb ki, bu da cəmiyyətdə ciddi narahatlıqlara səbəb olub.

- Doğrusu, həm mən, həm də yoldaşım uşaqlarımıza lap əvvəldən sərbəstlik verdik. Yəni qız olmalarına baxmayaraq, onlara azad seçim etmək imkanlarını verdik. Ancaq, əlbəttə, yoldaşım evin böyüyü, ağsaqqalı kimi bunu da dedi ki, elə ailə ilə qohum edin ki, səhəri gün biz də pis vəziyyətə qalmayaq.

Eyni zamanda, demirik ki, uşaqlarımız bizi yoldan keçənin birinə qohum eləsinlər. Onlar özləri də düşünürlər, fikirləşirlər ki, bəli, atamı da tanıyırlar, anamı da tanıyırlar, biz bunları elə adamlarla qohum etməliyik ki, pis vəziyyətdə qalmayaq.

Çünki bəzən elə ailələrin övladları gedir boşanır ki, adam təəccüblənir, nazir qızı da boşanır, nazir oğlu da boşayır. Biz də övladlarımıza demişik ki, bir halda ki, azad seçim vermişik, o zaman belə şeylər olmasın, bunlar bizim də başımıza gəlməsin.

Nümunəvi bir ailə kimi istəyirik ki, sizin də ailəniz nümunəvi olsun. Tərbiyəniz nümunəvi olduğu kimi, ailəniz də nümunəvi olsun. Sizin də öz övladlarınız sizinlə fəxr eləsin. Siz necə biz valideynlərinizlə fəxr edirsiniz, sizin də övladlarınız sizinlə, sizin ailənizlə fəxr eləsin.

Onları sıxmırıq, həmçinin, bizimlə qohum olmaq istəyən ailələr bir böyük kimi bizə ağız açanda başa salırıq, deyirik ki, övladımızın əgər qəlbinə yatmırsa, övladımızın ürəyi istəmirsə, onu məcbur edə bilmərik. Çox da sizinlə ünsiyyətimiz tutur, onun da gərək qəlbi tuta.

Eyni zamanda, sualınızın digər hissəsinə gəlincə, çox təəssüflər olsun ki, son illər respublikamızda boşanmaların sayı həddindən artıq çoxdur.

Şəxsən mən də bir insan, bir qadın kimi, bir ana kimi bundan çox narahat oluram. Tanıdığımız ailələr də var, tanışlarımız da var, qohumlar da var, qızları bir uşaqla boşanıb gəlib oturub ata evində. Bu, yaxşı əlamət deyil. Bu, o valideynlər üçün də narahatlıqdır, o cavan üçün də narahatlıqdır, əzab-əziyyətdir. Heç vaxt istəmərəm ki, bu, hər hansı bir valideynin başına gəlsin. 

Lap yaxşı vəziyyətdə olan gənclərin də bəzən görürsən ki, ünsiyyəti tutmur, boşanırlar. Əslində, problem də onun evsizliyində, onun çörək tapmamağında, onun yaxşı dolanmamağında deyil. Baxırsan ki, əla dolanan ailədir, amma münasibət, ünsiyyət tutmur. Odur ki, gənclərin seçim məsələsində valideynlər də fikirləşməlidirlər.

Valideynlər də fikirləşməlidirlər ki, zorla evliliyə məcbur eləmək olmaz. Ay nə bilim, o ailənin vəziyyəti yaxşıdır, qızımı verim, getsin bu ailəyə, belə, olmaz. Qızım burada qulağıdinc yaşayacaq, bilmək olmur axı onu. Tale elə gətirir ki, o cavanların münasibəti, ünsiyyəti tutmur. Bunu bir az uzun fikirləşmək lazımdır.

Tələsmək olmaz, cavanlar yetişməlidir, bişməlidir, püxtələşməlidir, pisi-yaxşını seçməlidir. Düzdür, vaxt, yaş sarıdan itiririk, yəni valideyn kimi narahat oluruq ki, övladımızın yaşı keçir, amma bir tərəfdən də deyirik ki, yox, qoy, bunu da fikirləşsin, qoy, öz ağlı, öz düşüncəsi də olsun.

Cavanlar özü oturub-duranda pis-yaxşı cəhətlərini özləri yaxşı biləcək, mən yox. Mən gedib oturub-durası deyiləm ki? O, özü seçməlidir, görməlidir ki, ünsiyyəti, münasibəti tutur-tutmur, özünü idarə edə bilir, idarə edə bilmir. Övlada seçim etmək imkanı verməyəndə, zorla ailə qurmağa məcbur edəndə bu problemlər hamısı belə xırda şeylərdən irəli gəlir, yaranır, ailələr dağılır.

Biz böyüklər də nəzərə almalıyıq, bilməliyik ki, bəli, cavanlara sərbəstlik verməliyik. Şəxsən heç zaman bunun əleyhinə olmamışam.

Üzr istəyirəm, qız anasıyam, deyirəm, qızım, yoxla, bil, gör xoşuna gəlir, ya yox. Gəlmirsə, deyir ki, ürəyimə yatmır. Yatmadı, yatmadı, nə edə bilərəm ki?! Lap onun atası-anası mənim xoşuma gəlsə də, mən məcbur eləmirəm uşağımı. Həm yoldaşım, həm özüm seçim məsələsində onlara sərbəstlik vermişik.

- Bəs qızların təhsildən yayındırılması kimi ağrılı bir məsələyə necə baxırsınız? Valideynlər niyə belə edirlər?

- Özünüz də bilirsiniz ki, kənd qızıyam, rayonla əlaqəmiz sıxdır, gedirik-gəlirik. Lap qohumda da rastımıza çıxıb, qonşuda da. Hətta yoldaşım tərəfdən bir qohumu lap uşaqkən ərə verilirdi, onu da elçilik zamanı bir ağsaqqal kimi çağırmışdılar. Yoldaşım dedi ki, bu, uşaqdır, bunu niyə verirsiniz indidən? Yoldaşım buna qəti etirazını bildirdi, məsləhət görmədi. Söhbət ondan gedir, yəni məcbur deyil ki, qız uşaqlarının hamısı ali məktəb, yaxud kollec, texnikum qurtarsın.

Elə qızlarımız var, bu dəqiqə heç hərf də tanımır, heç dünyagörüşü də yoxdur. Kəndlərdə elələri var ki, heç məktəbə də getmir. Amma həqiqət naminə deməliyəm ki, sovetlər vaxtı belə şeylər yox idi, ən azı məcburi orta-natamam təhsil almalı idin. Yəni səkkiz, doqquzuncu sinfi qurtarmalı idin. İndi heç onu da qurtaran yoxdur.

Görürsən ki, 14-15 yaşından qızları artıq “zanit” edirlər, bəli, bu, mənmdir, oğluma alacağam, yaxud da qızımı verəcəyəm buna, ona. Şəxsən bunlara qəti şəkildə yaxşı baxmıram. Bəli, cavanlar oxumalıdırlar, təhsil almalıdırlar. Misal üçün, mənim uşaqlarım, kiçik övladım həddin artıq oxumağa maraqlıdır. Universiteti qurtardı, dedi, yox, bundan da artıq təhsil almalıyam.

Qarşısına məqsəd qoydu, özü də öz biliyinə, öz savadına getdi ən yuxarı balla magistraturaya, Neft Akademiyasının magistraturasına daxil oldu, özü də ingilis dilində. Bilirsiniz, indi gənclər gözüaçıq böyüyürlər. Biz o vaxt gəzirdik, çox görürdük, bunlar amma oturduqları yerdə internetlə, nə bilim, sosial şəbəkələrlə hər yerdən xəbər tuturlar, dünyanın hər yerindən məlumatları var.

Ona görə  istəyirlər ki, daha yaxşısını əldə eləsinlər. Gözüaçıq böyüyən uşaqlar, dünyagörüşü olan gənclər daha çox həyatdan yaxşı şeylər götürmək istəyirlər. 

Zamanında 23 ölkəni gəzmişəm. Eyni zamanda, hər hansı bir ölkəyə gedəndə o ölkənin iqtisadiyyatı, mədəniyyəti, ərazisi, əhalisi haqqında yazırdılar, əlimizə verirdilər ki, məlumatımız olsun. Amma indikilər açır telefonu, girir istədiyi yerə, baxır, görür, beş dəqiqənin içində dünyanın hər yerindən məlumat əldə edir.

Tutaq ki,  filan ölkədə yaşamaq daha yaxşıdır, filan ölkədə  filan ali məktəb var, orada yaxşı ali təhsil almaq olar və sairə. Övladlara belə seçim etmək imkanı vermək, onları sıxmamaq lazımdır.

Əlbəttə, bunu gizlətmirəm, qızlarımın xarici ölkələrə getməyini heç vaxt istəməmişəm. Bunu da mənə həmişə irad tuturlar ki, özün bu qədər dünyagörüşlü insansan, deyirəm, yox, ailə qursun, ailə ilə gedib yaşasın, ondan sonra lap işləsin, bunun əleyhinə deyiləm.

Amma onlar nə qədər himayəmizdədir, ailə qurmayıblar, biz cavabdehik onların hər bir hərəkətinə, hər bir dolanışığına. Ailə qurandan sonra, bəli, etiraz eləmirik, getsin, yaşasın, burada yaşamır, xaricdə yaşasın, harda xoşdur onun üçün, orada yaşasın, işləsin.

- Siz Azərbaycanın adı dillər əzbəri olmuş əmək qəhrəmanısınız, pambıqçısınız. Rayona, kəndə gedib gələndə, pambıq sahələrinin yanından keçəndə yenidən pambıq yığmaq, kombaynın sükanı arxasına keçmək heç ürəyinizdən keçirmi?

- Artıq o yaş dövrüm keçib, doğrusu. Həyatda nə əldə eləmişəmsə, torpaqla eləmişəm. Həyatım torpaqla bağlı olub. Əlbəttə, rayona gedəndə (bizə də ən yaxın rayon Yevlaxdır) Yevlaxın, Bərdənin ərazisinə ayaq basanda məndə elə bil ki, bir həyəcan başlayır, ürəyimdə bir döyüntü yaşanır. 

Yəni qəriblikdən doğmalığa gedən bir insan kimi. Yol boyu sahələrə, tarlalara baxıram, keçmişimi xatırlayıram. Vaxt var idi pambıqçılığa geniş yer verilirdi, ölkəmiz daha çox pambıqçılıqla məşğul olurdu. Bərdənin ərazisinin də çoxu pambıqçılıq idi.

Amma sovetlər dağılandan, müstəqillik əldə edəndən, torpaq islahatlarından sonra hər kəs özü, öz şəxsi mülkiyyəti olduğu üçün istədiyini əkir. Bir hissəsini bağ edib, bir hissəsini tərəvəz edib, bir hissəsini maldarlıq edib, bir hissəsini obyekt edib və sairə. Baxıram o böyük ərazilər, o ucu-bucağı görünməyən yerlər artıq hamısı başqa sahələrə bölünüb,  yəni insanlar artıq təkcə pambıqçılıqla məşğul deyil.

Yoldaşım da, təbii ki, işdən çıxandan sonra Bakıda yaşayır, amma buna baxmayaraq, rayonda fermer təsərrüfatımız var, yoldaşımın qardaşları o işlə məşğuldurlar. Taxıl da əkirlər, pambıq da əkirlər, maldarlıqla da məşğuldurlar, tərəvəzçiliklə də.

- Sizdən heç məsləhət alırlarmı?

- Təbii ki, məsləhətləşirik. Yoldaşım iqtisadçıdır, mən aqronomam. Qaynım kənd təsərrüfatı mütəxəssisidir, ancaq yeri gələndə məsləhətləşirlər ki, torpağın hansı hissəsini pambıq edək. Keçən il pambıq eləmişik, bu il taxıl edəkmi? Məsləhətləşirik ki, o torpaq münbitlikdən çıxmasın.

- Sizin həyatınızda, uğurlarınızda mərhum dövlət başçısı Heydər Əliyevin xüsusi rolu və əməyi var. Onu necə xatırlayırsınız, yaddaşınızda necə qalıb?

- Bu həyatda nə əldə eləmişəmsə, nə qazanmışamsa, xoş günlərim, xoş illərim də, yaddaqalan nə varsa, hamısı ulu öndərimizin adı ilə bağlıdır.

Bunu həyatım boyu demişəm, deyəcəyəm də. Ailəm də, övladlarım da ona borcludur,  övladlarımın beyninə də bunu yeritmişəm. Mənim, adi bir kənd qızının sovetlər dövründə 15 respublikada, hətta sovetlərdən kənarda da tanınması ulu öndərimizin adı ilə bağlıdır. O dövrün, o nəslin adamları da yaxşı bilir ki, ulu öndər əmək adamlarına yüksək qiymət verirdi. Onların biri də mən olmuşam. 

Məni də daha çox fərqləndirirdi o zəhmət adamlarının içində. Bunu özüm də hiss edirdim, ətrafım da bilirdi. Niyə? Birincisi, övlad kimi. Məni övladı qədər çox istəyirdi.

O, məni ata kimi bağrına basanda, mənim alnımdan öpəndə o istəyi hiss edirdim. Mən nənə himayəsində böyümüş bir qız idim. Təkanım, köməyim, arxam, kimsəm olmamışdı. Allah deyir ki, səndən hərəkət, məndən bərəkət. Ehtiyac ucbatından o ağır sənəti seçmişdim, maraq sonra gəlmişdi. Eyni zamanda, mənə göstərilən qayğıdan məsuliyyət hiss eləmişdim.

O məsuliyyəti o qədər çiyinlərimdə hiss eləmişdim ki, bağlanmışdım o peşəyə və o məsuliyyətin altında vicdanımla çalışmışdım. Vicdanımla çalışdım ki, bax, mənə dövlətin rəhbəri bu hörməti qoyur, hökumət bu hörməti qoyur, bundan da artıq işləməliyəm.

20 il o ağır zəhmətin içində işlədim, ruhdan düşmədim. Həyatımı, sağlamlığımı qoydum işimə. Şüarım daha da yaxşı, daha da çox işləmək idi. Elə bil çox işlədikcə rahatlıq tapırdım. Hətta məni cavan yaşlarımdan irəli aparmaq, vəzifələrə qoymaq istədilər, amma hamısından imtina elədim.

Dedim ki, bu işimlə tanınmışam, sevilmişəm, seçilmişəm, dövlətim də, dövlətimin rəhbəri də bu işimlə mənə hörmət qoyub, bu sadə peşəmdə də çalışacağam. Bir az yaşlananandan sonra vəzifələrə getdim.

Amma adamlar var idi, bəli, çalışırdı ki, tanınsın, getsin kolxoz sədri, getsin raykom katibi olsun.  Amma bunlar mənim beynimə də girmirdi. Məni harada, hansı işə qoyublarsa, elə bil gəlib məcburi, xahiş-minnət edib qoyublar.

Kiminsə arxasınca düşməmişəm ki, ay aman, filankəsəm, məni yaxşı işə qoy. Sözümün canı odur ki, Heydər Əliyevin mənim həyatımda böyük rolu olub. İnkişafımda da, ondan sonra tanınmağımda da, sevilməyimdə də.

Mən bunları heç zaman itirmərəm. Bu gün yediyim çörək də onun çörəyidir. Bugünkü Tərlan da Heydər Əliyevin yetişdirdiyi Tərlandır. Ulu öndər respublikada iki zəhmət adamına üstünlük, qiymət verirdisə, onu qiymətləndirirdisə, biri mən idim. O, ikinci dəfə hakimiyyətə gələndə də yenə axtardı məni, tapdı.

O bilirdi, uzaqdan da izləyirdi ki, mən əliyevçiyəm, əqidəmdən dönən insan deyiləm. Heydər Əliyevin birinci hakimiyyətindən sonra beş rəhbər dövrünü işlədim, buna baxmayaraq, yenə  əliyevçi əqidəsindən dönən insan olmadım.

Ailəmi də, övladlarımı da bu ruhda tərbiyə etmişəm və onlar da bilirlər ki, bəli, mənim tanınmağım, ölkədə seçilməyim, sevilməyim, hamısı bu insanın adı ilə bağlıdır.

- Bəzən görürsən və bu, yaşadığımız dövrün reallığıdır ki, bir çoxları bir balaca kənarda qalan, vəzifədən uzaqlaşdırılan kimi, dərhal üz çevirirlər öz keçmişlərinə, əqidələrindən dönürlər, onlara yaxşı mənada dayaq olan insanlara sədaqətsizlik göstərir, opponentlik edirlər.

- Bu, mənim əqidəmə zidd olan bir məsələdir. Əqidəsiz insanlara da həm nifrət eləmişəm, həm onlara bədbəxt bir insan kimi baxmışam. İnsan birsifətli olar. Bir neçə sifəti olan insan insan deyil. Elə insanlar həyatda heç nə qazanmırlar, həmişə itirirlər.

20 ildir heç bir yerdə işləmirəm, heç bir vəzifə daşımıram, oturmuşam evimdə. Yoldaşım da 10 ildir oturub evdə. Ancaq biz heç vaxt bugünkü iqtidardan incik deyilik ki, nəyə görə bizi yada salmırlar, nəyə görə bizi hansısa işə dəvət eləmirlər. Bunlar bizim əqidəmizə zidd olan məsələlərdir.

Çünki yenə deyirəm, biz heç vaxt vəzifə üçün çalışan insanlar olmamışıq. Ya yoldaşım, ya özüm zəhmətkeş insan olmuşuq. Öz zəhmətimizlə irəliləyən insan olmuşuq. Bu gün də dövlətimiz müstəqildir, fərasəti olan yaşayır, özü üçün nəsə qazanır. Gərək elə gedib hökmən dövlətin hər hansı məmuru, yaxud da maddi-məsul şəxsi olasanmı? Belə şeylərə yaxşı baxmıram.

Düzü, heç müraciət də etməmişəm ki, mənə niyə vəzifə vermirsiniz, mənə niyə iş vermirsiniz. Milli Məclisdən ayrılanda mənim 45 yaşım var idi, onda deputat pensiyasına da yaşım çatmırdı, uşaqlarım çox körpə idilər. Ancaq mən uşaqlarımın tərbiyəsi ilə məşğul oldum.

Hələ heç onda ali məktəbə girməmişdilər, orta məktəb uşaqları idilər. Bizim yükümüz də, qayğılarımız da ondan sonra artdı, əslində. Çox problemlərlə, çox çətinliklərlə qarşılaşdıq, ancaq bunu yenə narazılıqla qarşılamadıq. Çalışdıq, vuruşduq, torpaq becərdik, belə-belə vəziyyətdən çıxdıq.

Dönə-dönə Allah razı olsun, çox-çox minnətdaram, ulu öndərimizin layiqli davamçısı İlham Əliyev cənabları hakimiyyətə gələndən sonra mənə prezident təqaüdü verdi, dediyim kimi, çünki o zaman yaşım çatmırdı pensiya almağa.

Bunun özü də vəziyyətimizin düzəlməsinə kömək etdi, sonra isə pensiya yaşım çatdı və artıq deputat pensiyası alıram. İndi vəziyyətimiz yaxşıdır, şikayət etmirəm. Yenə deyirəm, mən Heydər Əliyevin çörəyini yeyən bir insanam. Mən Heydər Əliyevin yeddi qat nəslinə hörmət qoymağa da qabiliyyətim çatan və əqidəmdən dönməyən bir insanam.

Elə bilirsiniz ki, bizə təkliflər olmurdu? Ancaq o insanlar da artıq çəkildilər, bildilər ki, bəli, Tərlan əliyevçidir, ailəsi də əliyevçidir, ona görə nə Heydər Əliyevə, nə İlham Əliyevə  xəyanət edən insan deyil.

Ruhu şad olsun Heydər Əliyevin, qəni-qəni Allah rəhmət eləsin, Allah  İlham Əliyevə də, ailəsinə də uzun ömürlər, can sağlığı versin.

Allah onları və məmləkətimizi, müstəqilliyimizi qorusun, var etsin! 

Oxşar xəbərlər
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi