“Yaltaq", “sözəbaxan” olsaydım, “çətin adam” sayılmazdım”
Müsahibə
Oxunub: 6980
20 Nov 2018 | 13:22
“Yaltaq

“Televiziyalar ancaq yiyəsiz adamlara cavab verir”

 

“Elə istedadlılar var ki, çərçivədə olduqları üçün  “dombalaq aşmaq”dan başqa ortaya heç nə çıxara bilmir”

 

Əməkdar artist, müasir Azərbaycan satirasının tanınmış nümayəndələrindən biri Tahir İmanovla müsahibə üçün vədələşdiyimiz Sabir bağında görüşəndə, bu yerlərin yumor ustası üçün doğmalığından xəbərsiz idik. Məhz Tahir İmanovla söhbət əsnasında bəlli oldu ki, məşhur aktyorun uşaqlıq və gənclik illəri məhz burada – doğma Bakının ən qədim, özünəməxsus, gözəl guşərlərindən biri olan bu məkanda keçib.

Moderator.az olaraq əməkdar artistlə söhbətimizdə sənətkarın həyat və yaradıcılığı ilə bağlı daha bir çox maraqlı məqamlar üzə çıxdı.

 

I hissə burada: //moderator.az/news/247730.html

 

“Televiziyalara ən böyük cavabı xalq verdi”

 

-Telelivizyaları bu günə qədər kifayət qədər çox adam tənqid edib. Hansı ki, onların səsləndirdiyi tənqidlərin “məhvedici gücü”, kəsər və sərtliyi sizin səsləndirdiyiniz fikirlərdən daha sarsıdıcı olub. Ancaq nədənsə televiziyalar məhz sizin üzərinizdə dayanmağa, sizi hədəf almağa qərar verdi. Necə hesab edirsiniz, televiziyaların qəzəbinə onların deyil, məhz sizin gəlməyiniz nə ilə bağlıdır?

 

-Məsələ bundadır ki, televiziyalar ancaq yiyəsiz adamlara cavab verirlər. Mən isə onlara cavab verməyəcəm. Mən sözümü dedim. Ikincisi, mən kimə cavab verim? Bayağı musiqini və incəsənəti təbliğ edən  kanallara? O telekanallara ki, hələ də bilmir ki, Azərbaycanı işğal edən ölkə Azərbaycan yox, Ermənistandır? Cinsi bilinməyən aparıcıların çalışdığı, “Azərbaycan” yerinə “Azərbadcan” deyən aparıcıların yer aldığı telekanallaramı?

Televiziyalarla bağlı son hadisələr zamanı sosial şəbəkələrdə yer alan şərhlərin demək olar ki, hamısında insanlar mənə dəstəyini ifadə etdilər. Mən buradan onların hamısına öz minnətdarlığımı bildirirəm. Xalqın cavabından daha böyük, daha əzəmətli cavab ola bilərmi? Əsla!

 

“Müasir yumoristlərin etdiklərini edə bilmərəm, çünki...”

 

-Məlum qarşılıqlı tənqiddən sonra saytımıza açıqlama verən Şeyx Əbdül Mahmudbəyov  barışdırıcı mövqe sərgiləyərək televiziyaların bir verliş təşkil edərək elm adamlarını, o cümlədən sizi ora dəvət etməyi, birgə fikir mübadiləsi apararaq problemin araşdırılmasını, barışın əldə edilməsini təklif etdi. Bu təklifə sizin münasibətinizi bilmək istərdik?

 

-Bu cür təkliflər olub. Mən son 3 il ərzində televiziya rəhbərləri ilə bir neçə dəfə görüşmüşəm. Onlar mənə deyirlər ki, müasir yumoristlərlə ayaqlaş. Onların etdiklərini et. Belə etsən, sənin layihələrinə yer ayırarıq. Onlar deyirlər ki, məmurları tənqid etmə. Mən isə soruşuram: niyə bu şərtlər ölkə başçısı konsertlərimizə gələn zaman qoyulmurdu? Niyə onda tənqid etmək olardı, amma indi olmaz? O gündən bu günə nə dəyişdi? Yenə də ölkəmizdə həmin söz azadlığı, həmin demokratiya mövcuddur.

O ki qaldı, müasir yumoristlərə, mən onlarla ayaqlaşa bilmərəm. Onların etdiklərini mən bacarmıram. Yəqin ki, onlar da mənim etdiklərimi bacarmazlar. İkincisi, KVN janrı elə yaranıb ki, tənqid onun kökündə, nüvəsindədir. Əgər mən bu kökə, bu nüvəyə əl vursam, onda gərək janrı da dəyişəm. Klounluqla, təlxəkliklə məşğul olum. Onu isə bacarmıram. Çünki klounluğun özü böyük bir sənətdir.

 

“KVN “Molla Nəsrəddin”in davamçısıdır”

 

-KVN hər zaman bəzi məmurların parodiyası ilə məşğul olub, onların qüsurlu cəhətlərini, nöqsanlarını tənqid edib. Əslində KVN-nin bu fəaliyyətini həm də məmurlar üzərində ictimai nəzarət mexanizmindən biri hesab etmək oalrmı? Hansı ki, ölkə başçısı da, görkəmli ziyalılar da hər zaman ictimai nəzarətin önəminə diqqət çəkib, bunu neqativ amillərin ortadan qaldırılması və ifşası üçün zəruri sayıb...

 

-Təbii ki, KVN-lə bağlı mövcud stiasiya dəyişərsə, bu, ictimai nəzarət baxımından böyük rol oynaya bilər. Vaxtiylə oynayıb da.

KVN heç vaxt montaj olunmayıb. Hər şey efirə montaj olunmadan gedib. Hətta 1997-ci ilə qədər KVN AZTV-də yayımlanıb. 1997-ci ildə Zeynəb Xanlarova ilə bağlı parodiyanı oradan çıxarandan sonra A.Məmmədxanov AZTV ilə əməkdaşlığı dayandırdı və Space TV ilə əməkdaşlığa başladı. 2001-ci ilə qədər bu əməkdaşlıq davam etdi.

KVN bir aynadır. KVN “Molla Nəsrəddin”in bir davamçısı, analoqudur. Bunu mən deməmişəm. Bunu ümummilli lidrimiz başda olmaqla bir sıra böyük şəxsiyyətlər deyib. H.Əliyev konsertlərin sonunda bizimlə görüşlərin birində vurğuladı ki, siz Cəlil Məmmədquluzadə ilə M.Ə.Sabirin yolunu gedirsiniz. Bu, bizə verilən ən böyük qiymətdir. Hesab edirəm ki, həm C.Məmmədquluzadə, həm də M.Ə.Sabir fəth edilməyən zirvədir. Mən bundan sonra 100 il də yaşasam bunu edə bilmərəm. KVN- onlarla müqayisə etmək böyük bir mükafatdır. Bu, orden, medal səviyyəsində olan bir mükafatdır.

 

“Müasir yumoristlər tamaşaçıya ancaq bir cür “yemək” təqdim edir, biz isə...”

 

-Ölkədə yumor və satira ilə məşğul olanların sayı çoxalsa da, yumor və təbəssüm aclığı artmaqdadır. Sizcə bu təzadın səbəbi nədir?

 

-Sizin nəzərdə tutduğunuz şəxslər televiziya rəhbərliyinin şərtlərini qəbul ediblər. Siz elə bilirsiniz ki, onlar bəzi məmurları tənqid etməyiblər? Ediblər. Lakin sonra onların hamısını bir-bir çağırıb “başa saldılar”. Dedilər ki, filankəsləri tənqid etməyin,  onlar da bununla razılaşdılar. Bu səbəblə də  məcazi mənada desək, “dombalaq aşmaq”dan başqa ortaya heç nə çıxardı bilmirlər. Müasir yumoristlər arasında həqiqətən də istedadlı olan gəcnlər var. Lakin onlar müəyyən bir çərçivədə fəaliyyət göstərirlər. Onlar tamaşaçılara yalnız eyni cür “yemək” verirlər. Halbuki, KVN-də bu yeməyin salatı da, “pervisi” də, deserti də olur.

 

“Bizə güclünü deyil, “zəif bənd”in yanında yer almağı öyrədiblər”

 

- Sizcə kökündə, arxasında ciddi bir ideya, ciddi bir mesaj dayanmayan, insanları düşünməyə, həqiqəti görməyə, dərk etməyə, yaxşıya doğru dəyişməyə vadar etməyən yüngül yumoru insanların zövqünə və düşüncəsinə yönəlik mənəvi qəsd də hesab etmək mümkündürmü?

 

-Tamamilə haqlısınız. Bu gün televiziyalarda yer alan verilişlərin bir çoxu məhz bu cür verilişlərdir. Bilirsiniz mən bunları niyə deyirəm? Əgər Allah mənə ömür versə, qocalanda gənc nəsillər məndən soruşanda ki, o zaman televiziyada bu cür ciddi problemlər olanda niyə susmusan, onda mənim dilim uzun olsun. Deməsinlər ki, niyə faciəni görə-görə danışmamısan?

Güclü ilə olmağa nə var ki. Bu, işin, yanaşmanın ən asanıdır. Bizi həmişə öyrədiblər ki, zəif bəndin tərəfin saxla. Odur ki, bu haqsızlığı, bu bayağı musiqini ekrtanlarda görəndə susa bilmirəm. Mənim gözümün qabağına böyük şəxsiyyətlərimiz gəlir - Süleyman Ələsgərovlar, Vahid Adıgözəlovlar, Tofiq Quliyevlər... Onlar həyətimizdən tutmuş cəmiyyətimizə qədər harada bir nöqsan görürdülərsə, dərhal sözlərini deyirdilər? Nə olsun ki, sovet dönəmi idi, ideologiya başqa idi. Onlar sözlərini deyirdi. Ona görə də onlara şəxsiyyət deyilirdi. Ona görə də Heydər Əliyev onlara böyük hörmət bəsləyirdi. Çünki onların hər biri ayrı-ayrılıqda böyük şəxsiyyət idi. Indikilərin isə hamısı susur. Ona görə biz indi tək qalmışıq.

 

“Televiziya “çətin” və ya “asan” adamların deyil, istedadlı adamların yeridir”

 

Televiziyaların ünvanına tənqidlər hər yerdə səslənir. Yasda, toyda, hər yerdə. Lakin bu söhbətlər ancaq elə burada da qalır. Bu tənqidləri səsləndirənlər isə ziyalıları, ictimai xadimlər və s-dir. Ekran qarşısında, mətbuata açıqlamalarında isə televiziyalarda hər şeyin qaydasında olduğunu deyirlər. Bu qeyri-səmimilikdir. Həqiqəti görə-görə danışmamaq düşmənin vurduğu zərbədən daha zərərlidir. Çünki düşmən bütün bu nöqsanları görüb sevinəcək. Mənsə bir azərbaycanlı kimi bu nöqsanlara dözə, onları qəbul edə bilmirəm. Ona görə də danışıram. Danışanda isə deyirlər ki, Tahir İmanov “çətin adam”dır.  Onunla dil tapmaq çətindir. Bu sözün qarşısında isə mən onlara hər zaman bir sual vermişəm və bu sual hər zaman da cavabsız qalıb. Məgər televiziya çətin və “asan” adamların yeridir, yoxsa istedadlı və kreativ adamların yeridir? Bilirsiniz sənət aləmində nə qədər “çətin adamlar” olub? Amma dövlət onları heç vaxt “çətinliyinə”, yaxud “asanlığına” görə qiymətləndirməyib. Dövlət onlara istedadına, ortaya qoyduğu sənət nümunələrinə, əsərlərə görə qiymət verib.

Bəzilərinin fikrincə  yaltaq, haqlı da olsa, haqsız da olsa hər zaman başını önə əyən, susan, sözünü deməyən adam “asan adam”dır. Bunların heç birisi məndə yoxdur. Mən nə yaltaqlığı, nəə yalan danışmağı, nə də susmağı bacarmamışam.

Təbii, mən telekanalların hamısını nəzərdə tutmuram. AZTV, “Mədəniyyət” TV, İTV mənim izlədiyim, səviyyəli verilişlərin yer aldığı telekanallardır. Onlar tamaşaçılara baxımlı verilişlər təqdim edir.

 

“Musiqimizə, milli dəyərlərimizə daha dərindən sahib çıxmalıyıq”

 

-Ermənilərin zaman-zaman Azərbaycanın xalq mahnılarını oğurlaması, bunu özlərinə məxsus musiqi kimi təqdim etmələri halları olub. Sizcə musiqimizə, mənəvi dəyərlərimizə qarşı erməni hücumlarını önləmək üçün atılması gərəkən ən effektiv addm nə ola bilər?

 

-Ermənilərin bizim xalq mahnılarımızı  oğurlamasından vaxtaşırı olaraq danışılır. Hesab edirəm ki, əgər televiziyalarımız bizim xalq mahnılarımızı mütəmadi surətdə təbliğ etsəydi, o zaman bu sahədə də fərqli mənzərə formalaşardı. Bu gün təbliğ olunan mahnılar hansılardır? “Cancanadır cancana”, “Səni deyirlər” və s. Televiziyalar bunları təbliğ edir. Televiziyalar bir çox hallarda o mahnıları təbliğ edir ki, onların musiqi tariximizə aidiyyatı yoxdur. Bunu görən ermənilər təbii ki,  “Tello”dan tutmuş “Sarı gəlin”ə qədər bütün mahnılarımızı öz adlarına çıxacaq. 10-15 ildən sonra isə dünyada bir çoxları bunları erməni mahnıları kimi tanıyacaq. Çünki bizim efirlərimizdə bu mahnılar səslənmir.

Ermənilərin musiqimizlə bağlı bu təxribatlarını önləməyin ən effektiv yolu bu dəyərlərə sahib çıxmaq, onların təbliğinə xüsusi diqqət yetirməkdir.

Mən musiqiçi ailəsində böyümüşəm. Musiqiyə olan məhəbbət məndə uşaqlıqdan formalaşıb. S.Ələsgərov bizə həmişə deyirdi ki, əsl musiqiyə qulaq asın: Cabbar əmiyə, Xan əmiyə, Qara Qarayevə, Tofiq Quliyevə...

T.Quliyev bir mərtəbə aşağıda yaşayırdı. S.Ələsgərov deyirdi ki, T.Quliyev kimi melodik mahnıları yaza bilən ikinci bir bəstəkar axtarmayın. O, özü bəstəkar ola-ola T.Quliyev haqqında bu cür fikirlər səsləndirirdi. Bu insanlarda heç paxıllıq da yox idi. Onlar sənət aləmində böyük bir ailə, əsl şəxsiyyətlər idi. Heyf onlardan...

 

“Əgər indi babam yanımda olsaydı...”

 

İndiki məqamda yanımda babamın olmadığına çox heyfislənirəm. O olsaydı, indi televiziyalar haqqımda bu cür danışa bilməzdi. Cavab versəydilər belə, babam onlara elə bir “yağlı söz” deyərdi ki, bununla da məsələ bitərdi. Ona görə mən həmişə deyirəm ki, biz yiyəsiz qalmışıq. Biz Anar Məmmədxanovsuz qalmışıq, Heydər Əliyevsiz, Süleyman Ələsgərovsuz, Arif Mansurovsuz qalmışıq. Onların hamısı bizim ağsaqqallarımız olub. Bizə böyük dəstək olublar. Onlar olanda bizim heç bir problemimiz olmayıb.

A.Məmmədxanov komandanın lideri idi. Lider olan yerdə isə birlik olur. H.Əliyev konsertlərimizə gələndə kimsə haqqında mənfi fikir səsləndirmirdi. Arif Mansurov bizə ilk illərdə çox böyük dəstək verdi. Süleyman Ələsgərov da həmişə komandamıza mənəvi dəstək olub. Bu gün heç birisi yoxdur. Odur ki, kim nə istəyir edir.

 

“Bizə ən böyük dəstəyi Heydər Əliyev Fondunun I vitse prezidenti Leyla xanım Əliyeva verib”

 

-Tahir bəy, 2015-ci ilin may ayından müəyyən qadağalar, yasaqlarla üz-üzə qaldığınızı bildirirsiniz. O gündən bugünə qədər həmkarlarınız, sənət adamları tərəfindən KVN-i müdafiə edənlər, baş verənlərə öz etirazını bildirənlər oldumu?

 

-Təəssüf ki, xeyr. Onların heç biri bizə dəstək olmadı. Mən ona görə “heç biri” ifadəsini işlədirəm ki, yalnız tək-tük şəxslər bizə dəstək nümayiş etdiri. Onlar da bunu konsert ərəfəsində bildirdilər. Ən çox bizə dəstək olan Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla xanım Əliyeva,kinodramaturq Ramiz Fətəliyev və Çingiz Abdullayev olub. Bizə dəstək verən yaxın dostlarım da  olub. Mən onların zəhmətini itirmək niyyətində deyiləm. Məsələn, elə məmurlar var ki, onlar Heydər Əliyevin vaxtından bu günə qədər bizə dəstək olublar. Sadəcə, xahiş ediblər ki, onlaırn adını çəkməyək.

Millət vəkilləri də müəyyən vədlər verir. Lakin məsələ işə çatanda heç bir əməli addım atılmır. Bunların xaricində heç kim bizi axtarmır, nə yeyirik, nə içirik, ailələrimiz necə dolanır – bunlarla maraqlanmır. Heç elə bil ki, bu qələbələri qazanan biz olmamışıq.

Mən buna görə kiməsə minnət qoymaq fikrim yoxdur. Bu mənim borcumdur. Vətən mənim üçün ana, ana da vətən deməkdir. Mən anama, vətənimə necə minnət qoya bilərəm?

 

“KVN nikbin insanların yeridir, burada bədbinliyə yer yoxdur”

 

-KVN-lə bağlı mövcud vəziyyət, bu vəziyyətdən çıxış yolları ilə bağlı düşüncəniz nədən ibarətdir? Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə nə dərəcədə ümidlisiniz?

 

-Mən bədbin adam deyiləm. KVN-çilərin hamısı nikbin insanlardır. Biz bu nikbinliyi Anar Məmmədxanovdan öyrənmişik. Biz qanun çərçivəsində  öz mübarizəmizi aparacayıq. Biz indiki stuasiyanın mövcud olduğu televiziyalara qayıtmaq niyyətində deyilik. Biz çoxdan öz iş prinsipimizi dəyişmişik. Biz rus telekanalları ilə əməkdaşlıq qururuq və bu, uğurlu da alınır. Orada əsl peşəkarlar işləyir. Televiziyanın qapısında duran mühafizə xidmətindən tutmuş, televizyanın başında duran şəxsə qədər hər kəs peşəkardır. Bizim telekanallara gedin. Görün orada bəzi mühafizə xidmətinin əməkdaşları insanlarla necə danışır? İnsana Allahın salamını da vermir, onunla kobud şəkildə davranırlar. Axı Azərbaycan xalqı həmişə öz adət-ənənəsinə sadiq olan, qonaqpərvərliyi ilə seçilən xalq olub. Bunu necə unutmaq, bu cür gözəl ənənəni axı necə davam etdirməmək olar?

Biz fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Təbii ki, bura  məmurlarla mübarizə daxil deyil. Biz bəzi məmurlarla mübarizə apara bilmərik. Onlar bir düyməni basmaqla KVN-çilərin taleyini həll edirlər. Bizim elə “sehirli düyməmiz” yoxdur.

 

“O, hər zaman “yeni nəfəs”, “yeni dalğa” axtarırdı”

 

- Müsahibələrinizin birində mərhum Anar Məmmədxanovun sizi siniflərdə oynanılan KVN-lərdən seçdiyini qeyd etmisiniz. Sizcə yeni istedadların aşkarlanması, onların böyük səhnələrə gətirilməsi üçün bu gün də məlum ənənənin davam və inkişaf etdirilməsinə ehtiyac varmı?

 

-Mənim A.Məmmədxanovla və komandanın direktoru Leonid Rabinoviçlə ilk tanışlığın 189 saylı məktəbdə olub.

L.Rabinoviç Bakıda anadan olmuşdu, Azərbaycan dilində təmiz danışırdı. Mən gördüyüm ilk yəhudi idi ki, and içəndə “məscid haqqı”, “Quran haqqı” deyirdi.

Anar KVN hərəkatına çox böyük önəm verirdi. Özü məktəbləri bir-bir gəzib istedadlıları axtarırdı. Baxmayaraq ki, komanda artıq formalaşmışdı, orada bir-birindən güclü aktyorlar var idi. O, daim yeni nəfəs, yeni dalğa axtarırdı. Bunun nəticəsi kimi komandaya mən, Elçin Əziz, sonra Cabir İmanov, Murad Dadşov gəldi. Bu, A.Məmmədxanovun düzgün qurduğu strategiyanın nəticəsi idi. Siniflərarası, məktəblərarası KVN-lər keçirilirdi.

1994-cü ildə ilk dəfə olaraq Azərbaycan çempionatı keçirdi. Gəncədən bu yarışa üç komanda gəlmişdi. KVN bu cür populyarlıq qazanmışdı. Onların demək oalr ki, hamısı rus dilində oynayırdı. Çünki bu oyunun ən birinci şərti rus dilidir. Gedib Moskvada Azərbaycanı təmsil etmək istəyrisənsə, rus dilində təmiz danışmalısan.

Biz bu adət-ənənəni davam etdirdik və 2009-cu ildə Space kanalında “Yumor kuboku” adlı müsabiqə keçirdik. O müsabiqələrdən çoxlu sayda istedadlı uşaqlar üzə çıxdı. Onların əksəriyyəti televiziyalarda məşhur simalardır. Lakin təəsüflər olsun ki, onların heç biri nə “Yumor kuboku”nun, nə də bizim adımızı çəkmirlər. Biri də dilinə gətirmir ki, bizim Bəhram kimi, Cabir kimi, Elçin Həmidov, Azər Məmmədzadə kimi, Tahir kimi rəhbərlərimiz olub. Məşhur müğənni, “Eurovision-2011” qalibi Nigar Camal heç vaxt heç yerdə bildirməyib ki, o, bir neçə il “Parni iz Baku” KVN komandasının konsertlərində iştirak edib.

 

“Dayanmaq, durmaq fikrimiz yoxdur”

 

-Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir? Hansı layihələr üzərində çalışırsınız?

 

-Biz bu yaxınlarda məşhur məhəllə filminin üçüncü hissəsini çəkdik. “Məhəllə 3”-ə rejissor kimi “Yumor kuboku” məzunlarından İsmayıl Zeynalovu dəvət etdik. O, xalq artisti Azər Zeynalovun oğludur.  İ.Zeynalov Türkiyədə təhsil alıb, peşəkar rejissordur. A.Zeynalovun oğlu bu boyda film çəkib, bütün günü montajda oturur. Bu günə qədər bir dəfə də olsun Azər müəllim mənə zəng edib deməyib ki, “ona yaxşı bax”, “onda gözün olsun” və s. Çünki bilir ki, sənət başqa şeydir. Çünki özü bu çətinliklərdən keçib. Azər müəllimi görəndə ona öz minnətdarlığımız bildirəcəm ki, İsmayıl kimi vətənimizə layiqli bir oğul böyüdüb.

“Yumor kuboku”nda Azər müəlimin övladlarının üçü də iştirak edirdi. Onlar hər həftə yumoristik süjet təqdim edirdilər. O vaxt ağlıma da həlməzdi ki, “Məhəllə-3”-ü məzunlarımızdan biri çəkəcək. Mən bundan fərəhlənirəm. Demək ki, həyatı boşuna yaşamamışıq. Əgər özündən sonra kimisə qoyursansa, kiməsə nə isə qazandırırsansa, deməli, yaşadığın həyat səmərəsiz olmayıb.

Hazırda “Məhəllə-3” filminin montajı və rənglənməsi gedir. Bu mərhələ başa çatmaq üzrədir. Gələn ilin martına qədər səsləndirmə işlərini də bitirib,b tamaşaçıları çoxdan gözlənilən “Məhəllə-3”lə sevindirəcəyik.

Ənənəvi aprel konsertlərinin də hazırlıq işlərinə başlamışıq. Sonuncu konsertin 4 gün davam etdi və böyük ajiotaja səbəb oldu. Bizim fəaliyyətimizdə 7 gün də davam edən konsert olub. Amma sonuncu konsertdə bizi təəccübləndirən o oldu ki, televizyalarda heç bir reklamımız getmədi. Reklamlarımız sosial şəbəkələr vasitəsi ilə getdi. Biz Heydər Əliyev sarayında 4 gün konsert proqramı ilə çıxış etdik. Bu, çox böyük göstəricidir. Konsertə bir çox məmurlar da gəlmişdi. Bu, onu göstərir ki, KVN inkişaf edir. Tamaşaçılara yeni obrazlar bəxş edir.

Biz bundan sonra da bir yerdə durmayacaq, inkişafımızı davam etdirəcəyik. Və mən bu işdə bizə dəstək olan, bizim uğurlarımızı bölüşən xalqımıza bir daha öz dərin təşəkkürümü bildirirəm.

Habelə, mən fürsətdən istifadə edib bu müsahibəyə, peşəkarlığa görə sizə, Moderator.az saytına, bu saytın baş redaktoruna təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

 

Seymur ƏLİYEV

 

 

Oxşar xəbərlər
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:32
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 10:45
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 10:28
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
02 May 2024 | 11:05
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
02 May 2024 | 10:50
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
02 May 2024 | 10:32
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
02 May 2024 | 10:59
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib