Müstəqillik əleyhinə olan deputatlar 18 oktyabr sessiyasından sonra Mütəllibova nə deyiblər?
Müsahibə
Oxunub: 4958
18 Oct 2018 | 21:07
Müstəqillik əleyhinə olan deputatlar 18 oktyabr sessiyasından sonra Mütəllibova nə deyiblər?
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla 18 Oktyabr 1991-ci il tarixinədək keçmiş İttifaqda və respublikamızda baş verənlərlə bağlı geniş söhbətimizin davamında onun Komunist Partiyasının sonuncu qurultayında  Mixail Qorbaçova qarşı çıxışına məşhur general Lebedin reaksiyası, Ali Sovetin sözügedən tarixdəki sessiyası ərəfəsində  kimlərlə hansı məsləhətləşmələr aparılması, müstəqillik aktının qəbulundan sonra müstəqillik əleyhinə səs vermiş deputatların dövlət başçısı kimi onunla görüşüb nəsə etirazlarını bildirib-bildirməmələri və s. haqda danışdıq... 

- Ayaz müəllim, SSRİ-nin dağıdılması prosesindən danışdıqlarınızdan sonra  belə bir sual çıxır: Qorbaçov  elə öncədən SSRİ-ni dağıtmaq üçün gətirilmişdi hakimiyyətə, yoxsa  sonradan Qərb, ABŞ onu ələ alaraq buna yönləndirdi?..
- Hesab edirəm ki, Qorbaçov elə əvvəlcədən Sovetlər Birliyini dağıtmaq niyyəti ilə hazırlanmış bir kadrdı. Əvvəlcə onu Britaniyanın keçmiş baş naziri Marqarit Tetçer yoxladı, qonaq dəvət etdi, gəzdirdi və s. Sonra da Amerikaya xəbər verdi ki, onunla işləmək olar. Daha sonra Qorbaçov Reyqanla, ata Buşla məlum görüşləri keçirdi və bu minvalla nəhəng bir dövləti çökürtmək planı işə düşdü. Ona görə mən heç cür deyə bilmərəm ki, Qorbaçov  nə vaxtsa SSRİ-ni qorumağa çalışıb. Hər şey tamamilə əksinə idi. Onun üzünə də bir dəfə dolayısıyla sözümü dedim... 
Moskvada təkbətək görüşdə Qorbaçova dedim ki, Mixail Sergeyeviç, mən anlamıram sizin nə etmək istədiyinizi. Əgər sizin davranışlarınızın məntiqinə görə mənim düşündüklərim  baş verirsə, o halda siz bizi də him-cimlə bur başa salın, biz də işimizi buna uyğun quraq.  Yəni bu ölkəni doğrudan da sökürsənsə, açıq de, biz də  nə etdiyimizi bilək...

- Əgər Qorbaçov ABŞ-ın baş agenti kimi SSRİ-ni yıxmaq məqsədi güdürdüsə, onda belə çıxır ki,  1986-cı ildən üzü bu yana Almatıda, Vilnüsdə, Tiflisdə, o cümlədən Bakıdakı 20 Yanvar faciəsi zamanı da Kommunist Partiyasının bu sonuncu baş katibi İttifaqı qorumaq deyil, əksinə yıxmaq məqsədi ilə dinc etirazçıların üzərinə ordu yeridirdi. Yəni etirazları da, onlara qarşı güc tətbiqini də özü təşkil edirdi. Məqsəd partiyanı, ordunu gözdən salmaqla xalqın sovet dövlətinə qarşı etirazlarını daha da körükləməklə müttəfiq respublikaların ayrılma, yəni bu imperiyanın  dağılma prosesini gücləndirmək idi... Hamımızın yadındadır ki, 20 Yanvardan sonra yalnız Azərbaycanda deyil, bütün postsovet məkanında kommunistlərin kütləvi şəkildə partbiletlərini yandırması prosesi də başlandı... 

- Bəli, razıyam sizinlə. Qorbaçov xalqın, aşağı təbəqələrin başına  müxtəlif oyunlar, faciələr açmaqla dövləti içəridən zəiflədirdi. Həmin texnologiyanı son onilliklərdə məşhur Corc Soros davam etdirir: “rəngli inqilab”larla...  Bu prosesin hələ ikinci, üçüncü mərhələdə davam etdirilməsi də planlaşdırılıb. Belə oyunların ta ki, ABŞ-ın bütün planetdə öz sistemini bərqərar etməsinədək aparılması gözlənilir...
- Ayaz müəllim, 18 oktyabr 1991-ci il tarixli Müstəqillik barədə Konstitusiya aktının son müzakirəyə çıxarılacağı parlament sessiyası  ərəfəsində öz ən yaxın, etibarlı komanda üzvlərinizlə bir məsləhətləşmə apardınızmı?

- Demək olar ki, artıq həmin günlər bu məsələ ilə ciddi maraqlanmırdım. Çünki bilirdim ki, əsas etibari ilə öncədən düşündüyümüz müstəqillik aktının qəbulu öz həllini tapacaq. Odur ki, kimlərləsə oturub nəyisə məsləhət etmək  haqda düşünmürdüm...   

- Yəni  heç ehtiyat etmirdiniz ki, biz müstəqillik aktını qəbul etsək, buna Moskva nə deyər, birdən yenə üzərimizə qoşun yeridərlər və s.?

- Yox. Kimlərdəsə belə fikirlər var idi. Ancaq mən prosesləri nəzarətdə saxlayırdım. Moskvada kommunistlərin müttəfiq respublikaların müstəqiliyi məsələsinə münasibətni bilirdim. Kommünistlər bir küncdə, demokratlar bir az genişlikdə bu haqda mübahisələr edirdilər. Mənim hər iki tərəflə münasibətim var idi. Söhbətlər aparıb məsləhətləşirdik. Mənimlə də məsləhətləşənlər olurdu... Siyasi Büro üzvlərinin narahatçılığı göz qabağında idi... Amma mən də gözəl bilirdim ki, artıq əqidəli kommunistlər də İttifaqın çökməsinə qarşı nəsə etmək iqtidarında deyillər. Çünki  Qorbaçov  İttifaqın başına elə bir torba tikmişdi ki, 19 milyonluq partiya aciz qalmışdı...
- Bəs sizin ən yaxın silahdaşlarınız olan Tofiq İsmayılov, Məhəmməd Əsədov, İsmət Qayıbov kimi təcrübəli şəxslər nə deyirdi müstəqillik məsələsinə?..

- Onlar mənim silahdaşım kimi işin içində idilər, tez-tez məsləhətləşirdik və nə baş verdiyini  yaxşı bilirdilər... Və bir məsələni də vurğulayım ki, bizim, yəni mənim və inanıram ki, komandamın böyük əksəriyyətinin qəlbində Moskvadan, Qorbaçovdan böyük inciklik vardı. Sovet dövrünün son illərindəki faciələri xalqımızın başına Qorbaçov gətirmişdi.... Mən Moskvada Qorbaçov və onun yaxınlarıyla gülərüzlə rəftar etsəm də, onların xalqıma etdiyi zülmlərə görə içəridə ürəyim parçalanırdı... Və bir dəfə- 1990-cı lin iyulunda partiyanın sonuncu -28-ci qurultayında dözməyib birbaşa tribunadan Qorbaçovun üzünə ürəyimdəkilərin çoxunu dedim:

“Nə istəyirsiniz bizim xalqdan, nə vermisiniz, ala bilmirsiniz? Nə edib bu xalq sizə? Nəyə görə siz öz funksiyalarınıza belə məsuliyyətsiz şəkildə yanaşırsız?  Bu nə deməkdir? Siz deyirsiz ki, biz bir partiya olaraq keçmiş, 37 -ci il repressiya qurbanları qarşısında öz günahlarımızı etraf etməlyik. Bununla razıyıq. Lakin bu gün gözünüzün qarşısında Azərbaycan xalqı qırılır, diri-diri yandırılır, 200 mindən artıq soydaşımız (o vaxt hələ Qarabağdan qaçqınlarımız yox idi) öz dədə-baba torpağından qovulur, bir anda hər şeydən məhrum olur, sizsə buna göz yumursunuz. Və belə çıxır ki,  sovetlərin avtoritar keçmişi geridə qalıb, amma indi də yenidənqurma sayəsində qurmaq istədiyimiz demokratik cəmiyyətdə də repressiyalar baş varir. Yalnız Azərbaycanda 200 min qaçqın var. Onları sovet hökuməti qorumadı, müdafiə etmədi. İndi biz nədən danışırıq, nə fərqi var ki, dinc, günahsız insanlar öz vətənlərini, çörəklərini Stalin repressiyaları nəticəsində itirir, ya da xalqa qarşı demokratik repressiyalar dövründə?..” Bu sözlərdən sonra aləm dəydi bir-birinə. Məşhur general Lebed ayağa durub ideoloji katib, o zaman SSRİ üzrə masonların kuratoru olan Yakovlevin üstünə qışqırdı ki, ey yoldaş, siz deyin görüm, əslində kimsiniz... Mənim çıxışım Qorbaçov əleyhdarlarını ruhlandırırdı. Nitqim boyu neçə dəfə ayağa qalxıb yenidən əyləşirdilər... Həmin kəskin sözlərimdən sonra Qorbaçov Nazirlər Sovetinin sədri Nikolay Rıjkovu ayağa qaldırdı və birlikdə zaldan çıxdılar. Tab gətirmədilər...  

- Deyəsən, o vaxt həmin çıxışınızı televiziyada verməmişdilər?

- Bəli, məncə də verməmişdilər. Amma yadımdadır ki, o çıxışım o zamanki müxalifət tərəfindən yüksək qiymətləndirilmişdi. Cəbhəçilər məni Bakıda görəndə dedilər ki, Ayaz müəllim, heç gözləməzdik ki, riskə gedib Moskvada belə kəskin çıxış edəsiniz...

- Ayaz müəllim, 18 oktyabr 1991-c il tarixli sessiyada müstəqillik aktının qəbulundan sonra Azərbaycanın müstəqilliyi əleyhinə olan deputatlar sizinlə görüşüb nəsə dedilərmi, öz etirazlarını bildirdilərmi?..

(Davamı var)

Söhbətləşdi: Sultan Laçın

Fotoların müəllifi: Vasif Əlihüseyndir.
Oxşar xəbərlər
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"