Hikmət Hacıyev: "Danışıqlar prosesi Ermənistana güzəştdir" - MÜSAHİBƏ
Oxunub: 1777
04 Sep 2018 | 13:38
Hikmət Hacıyev:
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oxu.az-a müsahibə verib:

- Hikmət müəllim, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi hazırda hansı mərhələdədir? Bir müddət öncə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən danışıqlar prosesində irəliləyişlərin olduğu bildirilmişdi.

Konkret hansı irəliləyişlərdən söhbət gedir, yoxsa bunlardamı yenidən vaxt udmaq, yola vermək xatirinə deyilmiş sözlərdir?

- Əvvəla, biz Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində o zaman irəliləyişlərdən danışa bilərik ki, Azərbaycanın işğal olunmuş ərazilərindən işğalçı Ermənistan qoşunları çıxarılsın və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması təmin olunsun. 

İrəliləyiş bundan ibarət ola bilər. Amma prosesin özünə nəzər saldıqda gördüyümüz kimi, bir neçə ay öncə Ermənistanda böyük bir siyasi böhran yaşandı. Bu, əslində, qaçılmaz idi. Azərbaycan dəfələrlə bildirdi ki, məhz Ermənistanın illərdir yeritdiyi siyasətin nəticəsidir ki, bu ölkə öz ambisiyalarının girovuna çevrilib və regionda özünütəcrid vəziyyətində olan dövlətdir.

Ermənistan tərəfi danışıqlar prosesində müəyyən-qeyd şərtlər qoymağa çalışırdı, məsələn, belə bir şərt qoyurdu ki, danışıqlarda qondarma rejim də iştirak etməlidir və sair. Nəhayət, məlum siyasi böhran dalğasında hakimiyyətə gələn Nikol Paşinyan rejimi reallığı anladı və Azərbaycanın qəti mövqeyini bir daha görmüş oldu.

Bundan sonra Ermənistan tərəfi gəlib özü danışıqlar masasında əyləşdi ki, format da eyni formatdır. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqlar prosesində iştirak etdilər və ilkin mərhələ Brüsseldə oldu. Yəni, danışqların gündəliyi nədir, nə müzakirə olunur və “Yol xəritəsi” nədən ibarətdir, bunlar hər kəsə çox yaxşı bəllidir.

Bu minvalla razılıq əldə olunub ki, bu ay Nyu-Yorkda BMT-nin Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri səviyyəsində növbəti görüş keçirilsin və mövcud gündəlik əsasında müzakirələr aparılsın. Ermənistanda cari vəziyyət hələ də gərgindir, daxili siyasətdə hələ də ziddiyyətli proseslər cərəyan etməkdədir.

Amma Ermənistanın daxili siyasətində baş verən hadisələr danışıqlar prosesinin irəliyə aparalmasına və davam etdirilməsinə mane olmamalıdır. Danışıqlar prosesi öz axarında davam etməlidir.

- Nyu-York görüşü necə, sülh  prosesini sürətləndirə, ona müsbət ton verə bilərmi? Çünki 25 ildən çoxdur ki, Azərbaycan cəmiyyəti danışıqlar prosesinin müsbət sonluqla bitəcəyinə ümid edir, ancaq hər bir görüşdən sonra verilən, səsləndirilən bəyanatlar bu ümidləri artırmaq əvəzinə, onları bir qədər də azaldır...

- Qarşıdan gələn görüş əsnasında hər hansı bir əlahiddə hadisənin baş verəcəyini, açıq söyləsək, bəlkə də, gözləmək düzgün olmazdı. Ermənistan tərəfi hazırda danışıqlarda proseslə daha yaxından tanış olmaq kimi mövqe sərgiləməkdədir. Belə ki, məlum aprel hadisələrindən sonra Ermənistanda yeni siyasi təyinatlar olub, o cümlədən, xarici işlər naziri dəyişdirilib və bu baxımdan, onlar proseslə daha yaxından tanış olmaq istəyirlər.

Azərbaycanın mövqeyi ondan ibarətdir və hər zaman onu qeyd edir ki, substantiv və intensiv danışıqlar olmalıdır. Tamamilə razıyam ki, Azərbaycan xalqı, hər bir kəs bu danışqların 25 ildən çox müddətdə davam etməsindən yorulub və nəhayət, hamı real nəticələr gözləyir ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun.

Bu, haqlı və obyektiv bir yanaşmadır. Ancaq Ermənistanın əvvəlki rejimlərinin fəaliyyətində belə bir yanaşmanı görürdük ki, onlar qəsdən danışıqları uzatmaq  və Azərbaycan torpaqlarını ilhaq etmək (anneksiya) siyasətini həyat keçirmək xəttini yürüdürlər. Danışıqlar prosesində hər hansı bir ümid yeri olan kimi, onlar tərəfindən dərhal gərginlik yaratmaq - istər siyasi, istər hərbi müstəvidə - cəhdləri özünü göstərirdi.

Ermənilər, Ermənistan tərəfi müxtəlif provakasiyalara ələ atmaqla, prosesin irəliyə getməsinə imkan vermirdilər. Təbii ki, bu cür yanaşma, mövqe heç cür qəbul edilə bilməzdi və edilmir də. Ona görə Azərbaycan israrlı şəkildə vurğulayır ki, substantiv və intensiv danışıqlar olsun. Yəni, ortalıqda olan konkret gündəlik əsasında danışıqlar prosesi davam etdirilərək, mərhələli həll yolu vasitəsilə münaqişənin nizamlanmasında irəliləyişə nail olunsun.

Münaqişənin mərhələli həll olunması isə Ermənistan qoşunlarının mərhələli şəkildə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Bu, beynəlxalq hüququn tələbidir. Bu, Azərbaycan  xalqının haqlı tələbidir. Bu BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinin tələbidir.

Qeyd edim ki, elə həmsədrlərin mandatının əsasını da BMT Təhlükəsizlik Şurasının həmin məlum qətnamələri təşkil edir.

- Azərbaycan cəmiyyətinin azlıq təşkil etməyən kəsimində belə bir mövqe və fikir var ki, mərhələli həll yolu, mərhələli həll planı Azərbaycanın xeyrinə olmaya bilər. Yəni, beş rayonun (Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının) geri qaytarılması fonunda  Şuşa, Laçın, Kəlbəcərin taleyi məsələsində yenidən qeyri-müəyyənliklər qala və sonda bu bölgələr Ermənistanın tam rəsmləşdirilmiş ilhaqı ilə nəticələnə bilər. Siz bu haqda nə deyərdiniz?

- Ümumiyyətlə, danışıqlar prosesində Azərbaycanın ərazi bütövlüyü məsələsi hər hansı bir müzakirə mövzusu və sövdələşmə obyekti ola bilməz. Bu, dövlətimizin başçısı tərəfindən dəfələrlə qeyd edilib. Bu, Azərbaycanın qəti və birmənalı mövqeyidir. Yəni, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. 

Biz onu da yaxşı başa düşürük ki, proses çox mürəkkəbdir. Münaqişənin çoxlu fəsadları var, hələ də bir çox problemlər mövcuddur. Ona görə də Ermənistan tərəfi bir paketlə münaqişənin həll olunmasını iddia edirdi. Bu isə qeyri-konstruktiv yanaşma idi, Azərbaycan tərəfi hesab edir ki, münaqişə mərhələli həll olmalıdır.

Bu mərhələdə Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə Ermənistan qoşunlarının çıxarılması, sülh və sabitlik ab-havasının yaradılması, ən vacibi - hərbi risk amilinin aradan qaldırılması və münaqişənin siyasi həlli üçün zəmin yaradılması kimi bir yanaşma vardı.

Eyni zamanda, bu mərhələdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının birgəyaşayışını özündə ehtiva edən idarəetmə sisteminin yaradılmasıdır ki, bu, Azərbaycanın sərhədləri daxilində olmalıdır. Yəni, konsepsiya bundan ibarətdir.

- 90-cı illərin ortalarında münaqişənin tənzimlənməsi ilə Rusiya, konkret olaraq, Vladimir Kazimirov tərəfindən Böyük Sülh Sazişinin (BSS) hazırlanması və imzalanması yönündə təkliflər səsləndirilirdi, səhv etmiriksə, hələ ilkin layihə də ortaya atılmışdı.

Ancaq bu Saziş (layihə) ən çox Azərbaycan tərəfini qane etmədiyi üçün gündəmdən çıxarıldı. İndi necə, ehtimal olunan sülh sazişinin, sülh razılaşmasının ilkin variantı üzərində hansısa işlər gedirmi və bu sülh bizim gözlədiyimiz sülh olacaq, yoxsa?

- Belə böyük layihələrdən danışmaq hələ bir qədər erkən olar. Çünki hazırda danışıqlar prosesinin – ilkin prinsiplər bəllidir - parametrlərinin hazırlanması üzərində işlər gedir və müzakirələr davam edir. Amma görünən tərəf ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri də dəfələrlə deyiblər, dövlət başçıları səviyyəsində dəfələrlə bəyanatlar verilib ki, mövcud status-kvo qəbuledilməzdir.

Status-kvo işğala əsaslanan bir vəziyyətdir. Mövcud status-kvonun dəyişdirilməsi həmin işğal faktının aradan qaldırılmasını özündə ehtiva edir. Biz səslənən bəyanatlara, aparılan müzakirələrə baxsaq, görərik və hər məqamda da vurğulanır ki, işğal faktı aradan qaldırılmalıdır. İşğal faktının aradan qaldırılmasından sonra biz hərbi risk amilini aradan qaldırmış, bunun ardınca isə münaqişənin dinc yolla həlli üçün zəmin yaranmış oluruq.

- Necə hesab edirsiniz, dünyadakı mövcud hərbi-siyasi reallıqlar münaqişənin əlalətli həllinə imkan verirmi, verəcəkmi?

- Bilirsiniz, Azərbaycan respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Azərbaycanın qəti və birmənalı mövqeyi bundan ibarətdir.

Eyni zamanda, Azərbaycanın danışıqlar prosesində iştirakının qayəsini bu təşkil edir ki, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərdən çıxarılsın, məcburi köçkünlərin hüquqları bərpa olunsun və onlar öz torpaqlarına geri qayıtsın.

- Proseslər hərb variantını gücləndirmir ki?

- Təəssüflər olsun ki, Ermənistandakı əvvəlki rejimlərin fəaliyyətinə nəzər yetirsək, görərik ki, onlar prosesi pozmaq üçün daim hərbi-siyasi xarakterli təxribatlar edirdilər. Məsələn, 2014-cü ilin noyabr ayında Parisdə dövlət başçıları səviyyəsində görüş keçirildi və müzakirələr aparıldı.

Onun ardınca Ermənistan rəhbərliyi Yerevana döndüyü anda Azərbaycanın işğal olunmuş ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirildi, 40 mindən artıq şəxsi heyət bu təlimlərə qatıldı. Həmçinin, məlum helikopter insidenti baş verdi. Bu, ondan xəbər verir ki, Ermənistan tərəfi prosesi pozmaq üçün davamlı şəkildə bu kimi təxribatlara əl atırdı. 

Ancaq Azərbaycanın mövqeyi bu məsələdə aydındır və bu mövqe beynəlxalq hüquqa əsalanan xarakter daşıyır. Yəni, Azərbaycan BMT nizamnaməsi ilə təsbit olunmuş hüquqlarını özündə saxlayır. Bu hüquqlar özünümüdafiə hüquqlarıdır.

Azərbaycan tərəfi hesab edir ki, danışıqlar prosesi sonsuza qədər davam edə bilməz. 25 illik danışıqlar prosesi, əslində, Ermənistana edilən ən böyük güzəştdir: hansı ki, bizim torpaqlarımız işğal altındadır, hansı ki, bizim məcburi köçkünlərimiz  öz torpaqlarına qayıda bilməyiblər, onların mülkiyyəti məhv, talan edilib, mədəni-tarixi-dini abidələrimiz yerlə-yeksan olunub.

Bu şəraitdə Azərbaycanın danışıqlar prosesində iştirak etməsi, sülh yoluna üstünlük verməsi, əslində, bu illər ərzində Ermənistana ən böyük güzəştidir.

Ona görə Azərbaycan Respublikası BMT nizamnaməsi ilə təsbit edilmiş hüquqlarını, ən əsası, özünümüdafiə hüququnu özündə saxlayır.
Oxşar xəbərlər
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 11:58
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 12:15
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 11:55
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
01 May 2024 | 12:20
TƏBİB-də yeni təyinat
01 May 2024 | 11:58
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
01 May 2024 | 12:10
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi