“Paşinyanın köhnə daşları yerindən oynatmaq cəhdi yeni gərginliklərə yol açacaq” - MÜSAHİBƏ
Müsahibə
Oxunub: 6962
06 Jun 2018 | 11:04
“Paşinyanın köhnə daşları yerindən oynatmaq cəhdi yeni gərginliklərə yol açacaq”  - MÜSAHİBƏ

Son vaxtlar Ermənistan və Qarabağda baş verən etiraz aksiyaları, düşmən dövlətin baş nazirinin  gerçəkləşdirdiyi bəzi səfərlər, habelə Qarabağ problemi ilə bağlı danışıqların gələcəyi ilə əlaqədar səslənən müəyyən iddialar və s. ölkəmizdə də siyasilər tərəfindən diqqətdə saxlanılmaqda, müxtəlif rakurslardan şərh edilməkdədir. Moderator.az saytı olaraq tanınmış politoloq Nəzakət Məmmədova ilə söhbətimizdə bütün bu məsələlərə aydınlıq gətirməklə yanaşı, hadisə və proseslərin mümkün inkişaf trayektoriyasını da müəyyənləşdirməyə çalışdıq.

 

-Nəzakət xanım, Ermənistanın baş naziri Paşinyan hakimiyyətə yeni gəlməsinə baxmayaraq, siyasi müstəvidə nəzərəçarpacaq dərəcədə fəallıq nümayiş etdirməyə cəhd edir. Onun bəzi ölkələrə səfərləri, keçirdiyi görüşlər buna nümunədir. Maraqlıdır, Paşinyanın bu səfərlərini Ermənistanın maraqları baxımından nə dərəcədə faydalı hesab etmək olar?

 

-Son günlərdə Ermənistanda və Dağlıq Qarabağda Qarabağ klanı ilə qarşıdurma dərinləşib. Paşinyan bildiyimiz kimi, ilk səfərini Azərbaycan torpaqlarına, sonra Gürcüstana etdi. Baxmayaraq ki, bundan əvvəl də elə ən birinci Soçiyə getdi və Putinlə görüşdü, lakin bu, rəsmi səfər statusu daşımırdı.Lakin əminliklə demək olar ki, Paşinyanın hər üç səfəri iflasa uğradı. Putinlə görüşdə Rusiya onu Qərbin yeni vassalı olan baş nazir olaraq qəbul etdi. Bu, ona bənzəyirdi ki, Rusiyanın bir quberniyasının başçısını Putinin iradəsi əleyhinə dəyişib, yerinə başqasını qoyublar. Bu görüşdə heç bir qarşılıqlı etimad formalaşmadı, olması mümkün də deyildi. Paşinyan Putini Rusiyaya münasibətdə Ermənistanın əvvəlki mövqeyində qalacağına inandıra bilmədi.

 

-Sizcə Paşinyanın Qarabağ səfərində başlıca məqsəd nə idi?

 

-Dağlıq Qarabağa olan icazəsiz səfər də oradakı separatçı ermənilərə əslən buradan olan Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Ermənistanın onlara dayaq duracağına inandırmaq idi. Bu səfər də iflasa uğradı. Gördüyümüz kimi, Paşinyan oradan qayıtdıqdan sonra qarşıdurma yarandı. Bu da Paşinyanın istədiyinə - Qarabağ və Ermənistan erməniləri arasında həmrəyliyə nail ola bilmədiyini göstərir. O, əlbəttə ki, Sarkisyanın əlaltısı, Rusiya hərbi kəşfiyyatının agenti Saakyanın özünə yaxın olan şəxslə əvəzlənməsinə çalışır. Çünki faktiki olaraq 30 ildir ki, Qarabağ və Ermənistan vahid sistem halına gəlib. Dövlət idarəetməsində Qarabağ bir mühüm qoldur.

Ermənistanın xaricdəki səfirliklərində ən azı Qarabağın bir separatçı nümayəndəsi əyləşir. Hakimiyyətin qanunlarından biri idarəetmənin monolitliyinin təmin olunmasıdır. Orada kiçik bir çat böyük fəsadlara yol aça bilər. Görünür ki, Paşinyan da öz himayəçilərindən göstəriş alıb ki, Rusiyanın agenti və Sarkisyanın əlaltısı Saakyan hakimiyyətdən uzaqlaşdırılsın. Qərb Qarabağ məsələsini yeni, özünə uyğun formata keçirmək istəyə bilər. Paşinyanın Qarabağ separatçı icmasını danışıqlarda tərəf kimi tanıtmaq istəməsi, Rusiya XİN rəsmisinin mətbuat konfransında bununla bağlı suala emosional cavab verməsi buna verilən reaksiyanın təzahürüdür. ABŞ prezidenti Trampın prezident Əliyevə yazdığı məktubda münaqişənin yaxın aylarda həllinə olan inamını ifadə etməsi də diqqətəlayiqdir.

Bütün bunlar onu göstərir ki, Qərb danışıqlar prosesini öz nəzarətinə almağa, onu yeni formatda, Rusiyadan daha az asılı şəkildə həll etməyə çalışa bilər.

Paşinyan da fürsətdən istifadə edərək Qarabağ icmasını danışıqlara qoşmaq, Saakyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyir. Dağlıq Qarabağ ermənilərinə danışıqlarda tərəf kimi çıxış etməyin müqabilində Saakyandan qurtulmaq təklif olunur. Son iğtişaşlar da bununla bağlı ola bilər.

 

-Sizcə Paşinyanın ona verilən təlimata uyğun olaraq ortaya qoyduğu yeni siyasi dəst-xətt Ermənistan və Qarabağ daxilindəki gərginliyi artıra, yeni qarşıdurmalara səbəb ola bilərmi?

 

-Ümumiyyətlə, Paşinyanın köhnə daşları yerindən oynatmaq istəməsi Ermənistanda və Dağlıq Qarabağda sabitsizliyə yol açacaq. Əgər o qarşıda qoyduğu məqsədlərə nail olmasa, çox güman ki, tam müvəffəq ola bilməyəcək, cunki qarşısında Rusiya kimi nəhəng var, ölkəsi böyük xaosa süruklənəcək.

Hər bir halda istər Yaxın Şərqdə, istər kecmis sovet respublikalarında bas verən çevrilişləri onlardan heç birinə rifah və sabitik gətirməyib. Ermənistan kimi yoxsul, Rusiyadan tam asılı ölkənin isə buna nail olmaq şansı ümumiyyətlə yoxdur.

Ermənistanda Rusiya və onun əlaltısı Qarabağ klanı çox güclüdür. Onlar həm ölkənin maliyyə rıcaqlarını əllərində saxlayır, eyni zamanda Sarkisyan tərəfdarları parlamentdə üstün vəziyyətdədir. Bununla belə onların nüfuzunu zəiflətmək savaşı başlayıb. Belə ki, 2008-ci il martın 1-də baş verən hadisələrlə bağlı cinayət işləri yenilənib. Burada əsas cinayətkarlar Qarabağ klanı üzvləridir.

Cəbhə xəttində əvvəllər Qarabağ erməniləri Ermənistandan olan hərbçiləri aşağılayırdılar. İndi isə əksinə proseslər baş verə bilər. Bu, düşmən ordusunun mənəvi-psixoloji durumunun xeyli aşağı düşməsinə təsir edəcəkdir.

 

-Ermənistan baş nazirinin Gürcüstana səfərini hansı konteksdən dəyərləndirmək daha düzgün olar?

 

-Qeyd etdiyiniz kimi, Paşinyan Gürcüstana da səfər etdi, separatçı Axalkalakiyə baş çəkdi. Yəni o, baş nazirliyinin ilk səfərlərini iki qonşu ölkə - Azərbaycan və Gürcüstandakı separatçı ermənilərə baş çəkməklə onlarla həmrəylik nümayiş etdirdi. Lakin bu səfərlərdə istədiyinə nail ola bilmədi. Abxaziya dəmir yolunun bərpası vasitəsilə ölkəsini blokadadan çıxarmağa nail ola bilmədi.

Onun bu diplomatik uğursuzluqları Qarabağ danışıqlarında da zəif durumda olacağını güman etməyə əsas verir.

Hər bir halda danışıqların yeni formata keçirilməsi uzun illərdir irəliləyiş olmayan bu sahədə dinamika yarada bilər. Lakin bu yeni formata keçid baş verərsə, bunun ölkəmizin xeyrinə olan şərtlər daxilində həll olunması ən vacib məsələdir.

 

-Sizcə danışıqların yeni formata keçirilməsi Azərbaycanın maraqlarına zidd olasa, rəsmi Bakı bu yeniliyi hansısa formada əngəlləyə bilərmi?

 

-Əgər Qərb danısıqları yeni formata keçirmək istəsə və bu, Azərbaycanın maraqlarına zidd olarsa, Azərbaycan Rusiya və Türkiyə yaxınlaşmasından Ermənistana təzyiq kimi istifadə edə bilər. Hər bir halda Azərbaycanın manevr imkanları hazırda Ermənistandan daha genişdir, çünki o, daimi müttəfiqlik öhdəlikləri ilə öz əl-qolunu bağlamayıb. Gah Rusiya, gah Qərbin forpostuna çevrilən Ermənistandan fərqli olaraq, Azərbaycan heç bir daimi ittifaqda iştirak etmir və istənilən an siyasi kursunu istədiyi səmtə yönəldə bilər. Bu baxımdan heç bir güc mərkəzi Azərbaycanı Qarabağdan imtina etməyə məcbur edə bilməz. Hər halda Ermənistan Rusiya ilə müttəfiq olduğu zamanlar bunu edə bilmədisə, indiki geosiyasi ziddiyyətli durumda olduğu zaman heç edə bilməz.

 

-Qərbin və Rusiyanın Qarabağ məsələsində toqquşan maraqlarının Azərbaycan-Ermənistan Silahlı Qüvvələri arasındakı təmas xəttində də özünü hiss etdirməsi mümkündürmü?

 

-Ermənistanın hazırkı əsas qayğıları Qərb sistemində möhkəmlənmək və etimad qazanmaq, eyni zamanda Rusiyanın həmlələrindən qorunmaq, onunla ittifaqdan mümkün qədər az zərərlə çıxaraq Qərblə yaxınlaşmaqdır.

Bu proses onu sonu görünməyən bir macəraya yuvarlayıb. Belə bir zamanda Qarabağ məsələsində Rusiya və Qərb qarşıdurması kəskinləşə, cəbhə bölgəsində atəşkəs daha tez-tez pozula, hətta qısamüddətli lokal döyüş əməliyyatlarına keçə bilər.

 

Seymur Əliyev

 

Oxşar xəbərlər
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
GÜNLÜK
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…