“Media ilə qarşıdurmaya gedən heç bir məmur vəzifəsini qoruya bilməyib”
Oxunub: 4542
04 May 2018 | 17:10
“Media ilə qarşıdurmaya gedən heç bir məmur vəzifəsini qoruya bilməyib”

Azərbaycan mediasının hazırkı durumu, inkişaf perspektivləri, mövcud problemlərin həlli yolları, görülən və görülməli olan işlər media müstəxəssislərinin, habelə bu sahədə çalışan, media sektoruna ən müxtəlif  formada bağlı olan insanları düşündürən, onların maraq dairəsində olan bir məsələdir. Bu baxımdan Moderator.az olaraq Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli ilə söhbətimizdə bu və digər məqamlara aydınlıq gətirməyə çalışdıq.

 

-Müşfiq bəy, öncə Azərbaycan mediasının mövcud durumu ilə bağlı düşüncənizi bilmək istərdik. Ötən illərlə müqayisədə mediamızın hazırkı vəziyyəti nə dərəcədə qənaətbəxşdir?

 

-Mediamız  inkişaf yolundadır.  Son 10 il müddətində, əvvəlki dövrlə müqayisədə oturuşmuş, institutlaşmış, peşəkarlaşmış  KİV qurumları yaranıb. 90-cı illərdə, 2000-ci illərin əvvəllərində demək olar ki, hər həftə bir KİV qurumu yaranırdı, amma onlar qısa müddət ərzində sıradan çıxırdılar. Bu gün isə yeni  KİV qurumları yaransa da, onlar səhnəni tərk etmirlər. Onlar uzun müddət ərzidə fəaliyyət göstərirlər, dayanqlı olurlar. Belə uzunmüddətli fəaliyyət isə KİV qurumu üçün çox əlverişlidir. Çünki belə olanda onlar ixtisaslaşırlar,  peşəkar kollektiv formalaşdırarlar, fayda verə bilirlər. Bu, jurnalistlərə daimi iş yeri qazanmaq baxımından da yaxşıdır. İndi ölkə KİV qurumları  ümumi media nəzəriyyəsi ilə yanaşı, həm də beynəlxalq təcrübəni əxz ediblər. Medianı özünütənzimləmə strukturları da artıq formalaşıb, peşəkarlaşıb. Elektron media üçün Milli Teleradio Şurası, çap və onlayn media üçün Mətbuat Şurasının faliyyəti qənaətbəxşdir. Media dinamik, daimi inkişafda olan sahədir. Bu inkişafa uyğun olaraq problemlər də yaranır. İnternetin, sosial şəbəkələrin, onlayn medianın inkişafı alternativ informasiya mənbələrinə çıxış imkanlarını artırdığı üçün effektiv olsalar da, media standartlaının pozulması baxımından həm də müəyyən problemlər yaradıblar. Peşəkarlığın aşağı olması, informasiya əldə etmə və yayma prinsiplərinin intensiv şəkildə pozulması,  maliyyə dayaqlarının zəifliyi səbəbindən bəzən arzuedilməz qüvvələrin təsir dairələrinə düşmələri ciddi narahatlıq yaradır. Ümidverici haldır ki,  bizim dövlətimiz, dövlət başçımız medianın qayğılarının aradan qaldırılmasında maraqlıdır. Prezident İlham Əliyüv bütün dünyada medianın inkişafı ilə bağlı ən çox sərəncam imzalamış prezidentdir. Mən işimlə əlaqədar olaraq tez-tez müxtəlif beynəlxalq  toplantılara, konfranslara qatılıram. Oradakı müşahidələrim zamanı da əmin oluram ki, qlobal səviyyədə  medianın ciddi problemləri var, amma heç də bütün ölkələrdə medianın problemlərinin həll edilməsi üçün bu qədər çaba göstərilmir. Azərbaycanda medianın inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramı var, 2008-ci ildə medianın inkişafına dövlət dəstəyi konsepsiyası qəbul edilib. Bu konsepsiyanın qəbulundan sonra mediaya yardımın gösəilməsi, onun problemlrinin həlli sistemli proqram halına düşüb. Bu isə mediaya öz müsbət təsirini göstərir. Azərbaycan mediası bütün qayğıları ilə yanaşı inkişaf edən mediadır.

 

-Ölkə başçısı andiçmə mərasimində vurğuladı ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər kəskin tənqidi fikirlər səsləndiriblər və o, bunu alqışlayır. Bilmək istərdik ki, sizcə ölkə başçısının bu açıqlaması onun sağlam tənqidə müsbət yanaşmasının növbəti təsdiqi hesab edilə bilərmi və sizcə bütün məmur kontingenti prezidentin tənqidə olan münasibətindən ibrət götürməli, mətbuatın tənqidlərinə daha dözümlü yanaşma ortaya qoymalıdırmı?

 

-Təbii ki, ölkə başçısının bu münasibəti bütün məmurlara örnək olmalıdır. Istər Ümummilli lider Heydər Əliyevin, istərsə də hazırkı ölkə başçısı İlham Əliyevin prezidentliyi zamanında məmurların media ilə münasibətini tarazlaşdırmaq üçün dəfələrlə konkret addımlar atılıb. 90-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində Heydər Əliyev media ilə bağlı məmurlara çağırış da etdi. Bu, o zaman idi ki, dövlət tənzimləyəci qurumu – Mətbuat və İnformasiya Nazirliyi ləğv edilmişdi. Media özünütənzimləmə müstəvisinə yeni qədəm qoyurdu. Təbii ki, yeni sistemə keçidin müəyyən problemləri, çaşqınlıqları olur. Həmin vaxt media qurumlarına qarşı  total şəkildə məhkəmə prosesləri başlamışdı. O zaman Heydər Əliyev məmurlara çağırış etdi,  mediaya qarşı məhkəmə iddialarını geri götürəyə çalışdı. H.Əliyev başa düşürdü ki, media yenicə təzə müstəviyə keçir. Təbii ki, burada səhvlərin olması mümkündür. Və onun çağırışı ciddi effekt verdi.  

Mediaya qayğı siyasəti prezident İlham Əliyevin dönəmində də davam etdirilməkdədir. 2010-cu ildə jurnalistlərin diffamasiyaya görə məhkəmələrə cəlb edilməsi praktikasının aradan qaldırılması üçün xüsusi səyi oldu. Cənab prezident dəfələrlə bildirib ki, media mənim dostumdur və ölkədə ictmai nəzarət funksiyasının yerinə yetirilməsinə mühüm dəstək verir. Fikrimcə, prezidentin belə yanaşması mediaya çox ciddi dəstəkdir və inkişafı stimullaşdırır...

 

-Bəs sizcə məmur heyəti ölkə başçısının bu çağırışlarına lazımınca əməl edirmi?

 

-Məmur kontingenti çox zaman ölkə başçısının bu tövsiyyəsinə əməl edir. Amma təəssüf ki, bəzən bu çağırışları eşitməyən, medianın mahiyyətini anlamayan məmurlar da olur. Onlar media ilə bağlı müəyyən problemlər yaratmağa cəhd göstərirlər. Belələri anlamır ki, onlar əslində mediaya deyil, özlərinə problem yaradırlar. Normal işləmək üçün media ilə dost olmaqdan daha yaxşı variant yoxdur. Uzağa getməyək,  son 10 ilin arxivinə nəzər salaq. Bu dövrdə hansı məmur KİV üçün problem yaradıbsa, bu gün vəzifədə deyil. O adamlar ki, media ilə haqsız qarşıdurmaya gediblər, media ilə skandal törədiblər, onların heç biri vəzifədə  və gündəmdə deyil. Bu, digər məmurlar üçün də örnək olmalıdır.

 

-“Reket jurnalistlər”ə qarşı atılan bütün addımlara rəğmən məlum problemin tam olaraq həll edildiyini söyləmək mümkün deyil. Sizcə həm maarifçilik və ictimai qınaq, həm də sərt inzibati üsullarla mübarizənin tam olaraq sıradan çıxara bilmədiyi “reket jurnalistikası” öz yaşam gücünü hardan necə əldə edir?

 

-“Reket jurnalistlər” probleminin aradan qaldırlması üçün ölkəmizdə çoxtərəfli fəaliyyət gedir. Bunlardan birini Azərbaycan Mətbuat Şurası aparır. Mətbuat Şurasının tərkibində Şikayətlər komissiyası, “Reket jurnalistikası”na qarşı mübarizə komissiyası və s. fəaliyyət göstərir. Mətbuat Şurasının sədri Əflatun Amaşovun, həmçinin, Mətbuat Şurası İdarə Heyəti üzvlərinin  ortaya qoyduqları  qətiyyətli iradə nəticəsində ənənəvi mediada bu problem yüksək faizlə həll olunub. Müşahidələr göstərir ki,ənənəvi media sektorunda sıxışdırılan reket jurnalistlər onlayn mediaya transfer olunurlar. Onlayn mediada isə bu problemin həlli bir qədər problemlidir. Yəni problemin qanuni yolla həli üçün qanuni baza formalaşdırılmaıdır. Düzdür, bu məsələlər dolayısı yolla tənzimlənir. KİV haqqında qanunun 3-cü maddsində göstərilir ki, internet media da  KİV qurumlarıdır. Bu baxımdan ənənəvi KİV-lə yanaşı, onlayn media da KİV qurumu kimi bu qanunun çərçivəsində fəaliyyət göstərməlidir. Ancaq təəssüflər olsun ki, bir çoxları bunu anlamır.

Internet resursunun tənzimlənməsi ilə bağlı əlaqədar  qanunlara dəyişikliklər edilir. Bu proses 2013-cü ildə başlayıb. 2013-cü ilin may ayında CM-nin 147 və 148-ci maddələrinə əlavə və dəyişikliklər edildi. Orada götərildi ki, təhqir və böhranın yolverilməzliyi həm də internet üzərindən yayılan informasiyalara aiddir. 2015-2016-cı ildə CM-nə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edildi. Bunlar isə internet informasiya resurslarının tənzimlənməsini nəzərdə tuturdu. 2017-ci ildə isə məsələ köklü şəkildə həll olundu. 2017-ci ilin mart ayında “İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqında qanun”a ciddi şəkildə əlavə və dəyişikliklər edildi. Burada yayılması qanunla qadağan edilən informasiyaların təsnifatı verildi və qanunun pozulacağı halda hansı addımlar atılacağı dəqiq göstərildi. Bu, neqativ qüvvələrin internetdən sui-istifadə hallarına qarşı  mübarizə aparmağı asanlaşdırdı. Onlara qarşı mübarizənin hüquqi mexanizmi formalaşdı.

Amma nəzərə almaq lazımdır ki, “Reket jurnalistlər”ə qarşı mübarizənin effektiv alınması yalnız qanunlardan, inzibati qurumlardan, həmçinin medianın özünütənzimləmə qurumlarımdan – Mətbuat Şurasından, Teleradioa Şurasından, məhkəmələrdən asılı deyil. Mətbuat Şurası öz işini vətəndaşlardan gələn müraciətlər əsasında qurur. Yəni vətəndaşların da bu məsələdə aktivliyi olduqca vacibdir. Vətəndaşlar onlar haqqında əsassız informasiya verən media orqanlarından, internet informasiya resursundan  şikayət etməkdən çəkinməməlidirlər. Biz elə şəkildə mübarizə aparırıq ki, heç bir tərəf zərər çəkmir. Mətbuat Şurası məhkəmə qurumu deyil. Biz heç kimi asmırıq, kəsmirik, tutmuruq. Biz sadəcə ictimai qınaq edirik. Onlara izah edirik ki, bu cür neqativ əməllərlə məşğul olmasınlar. Təəssüf ki, bəzən ictimaiyyət bu məsələdə yardımçı olmaqdan çəkinir, şikayəti kiməsə qarşı pislik etmək kimi dəyərləndirirlər. Əgər vətəndaşlar bu cür media orqanlarından şikayət etməyə  “mərdimazarlıq etmək”, kimisə “işə salmaq” kimi yanaşırsa, yanılırlar.

 

-Zaman-zaman “reket jurnalistlər”in hansısa məmurlar tərəfindən himayə olunması ilə bağlı da informasiyalar ictimailəşir. Sizcə məmur –“reket jurnalist” əməkdaşlığının arxasında hansı maraqlar, hansı birgəfəaliyyət zərurəti dayanır?

 

-Ötən illərdə acı bir təcrübə ortaya çıxdı. Bəzi KİV-lərin adını Mətbuat Şurası  “qara siyahı”ya salmışdı. Lakin elələri var idi ki, biz onların məyyən mərhələdə müdafiə olunduqlarını görürdük. Sonradan üzə çıxdı ki, onların bəzisinin arxasında bədnam MTN-nin bəzi satqın ünsürləri dayanıb. Bəzən hansısa iş adamı, məmurlar bu cür adamlardan qorxaraq, çəkinərək ya geri çəkilərək onların fəaliyyətinə şərait yaradırlar, ya da hansısa maraqlarına görə onlara dəstək verməyə çalışırlar.

“Reket jurnalistikası”nın kökünün kəsilməsini istəyiriksə ona qarşı üçtərəfli mübarizə aparılmalıdır. Bunlar inzibati qurumlar, vətəndaşlar və medianın özünütənzimləmə qurumlarıdır. Əgər bu mübarizədə qeyd etdiyim vəhdətə nail olunarsa,o zaman “reket jurnalistikası”nın da kökünü kəsmək mümkündür.

 

-Müşfiq bəy, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd ediləcək. Bununla bağlı Moderator.az saytında silsilə məqalələr yer alır, “Şərq” qəzetində “Cümhuriyyətçi jurnalistlər” layihəsi, daha bir sıra media orqanında da müxtəlif araşdırmalar həyata keçirilir. Bütün bunlara rəğmən, ümumilikdə ölkə mediası bu tarixi hadisəyə, Cümhuriyyət dəyərlərinin təbliğinə lazımınca diqqət yetirirmi?

 

-Mən sizlərə, bu məsələyə xüsusi yer ayıran hər kəsə təşəkkür etmək istəyirəm. Bildiyiniz kimi, 2018-ci il “Cümhuriyyət ili” elan edilib. Mediamızda bununla bağlı yaxşı layihələr təqdim edilir. Qeyd etdiyiniz media orqanlarında, həmçinin bir çox media qurumlarında bu cür materiallar gedir. Bu, çox yaxşı haldır. Bəlkə də bunlar kiməsə qənaətbəxş görünməyə bilər. Lakin bu o demək deyil ki,  məsələyə kifayət qədər diqqət yetirilmir. Məsələ odur  ki, bu il kifayət qədər siyasi baxımdan aktiv ildir. Ölkədə prezident seçkiləri kimi siyasi proses  keçirildi. Şükürlər olsun ki, bu proseslərin çoxu xalqın istəyinə uyğun olaraq həll edildi və artıq tamamlandı. Hesab edirəm ki, may ayı və sonrakı aylarda media Cümhuriyyət məsələsinə kifayət qədər diqqət yetirəcək. Mən bu məsələyə diqqət ayıran, xüsusi rublika ilə çıxış edən bütün media qurumlarına təşəkkür edirəm. Bu məsələdə aktiv olmayan media qurumlarına da səslənərək onları bu işə dəstək verməyə çağırıram.

Cümhuriyyət quruculuğumuz bizim şərəf tariximizdir. Bu, yalnız Azərbaycan xalqı üçün qürurverci olan məsələ deyil. Azərbaycan Xalq Cümhuriyyəti Yaxın Şərqdə, türk və müsəlman dünyasında ilk demokratik cümhuriyyətdir. Indiki halda bunun təbliğinə, bu dəyərlərin yaşadılmasına, azərbaycançılıq ideyasının bir kəs daha ortaya qoyulması üçün əlimizdə böyük bir fürsət var.

Bizim torpaqlarımızın bir qismi məhz Cümhuriyyət dönəmində alınıb ermənilərə verilib. Biz o dövrdəki proseslərin mahiyyətini açıb göstəməklə, həm də bu gün də davam edən bir çox problemin kökünə aydnlıq gətirə bilərik. Odur ki, mən bu böyük və zəruri işə dəstək verən hər kəsə təşkkür edir və uğurlar arzulayıram.

 

Seymur Əliyev

Oxşar xəbərlər
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:08, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
13:00, Bu gün
Pensiya alanların NƏZƏRİNƏ: Bakı, Sumqayıt və Abşeron üzrə ödənişlər edildi
12:57, Bu gün
Sabah Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq - PROQNOZ
12:52, Bu gün
Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO
12:42, Bu gün
Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi
12:41, Bu gün
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından PERFORMANS - FOTOLAR
12:39, Bu gün
“AstraZeneca” peyvəndlərini geri alır, kimlər təhlükədə? - İnfeksionistdən açıqlama  
12:35, Bu gün
COP29-un prezidenti Rusiya Elmlər Akademiyasının nümayəndələri ilə görüşdü - FOTO
12:32, Bu gün
"Qarabağ" və "Neftçi" cərimələndi
12:30, Bu gün
Elçin Əmirbəyov İsrail XİN-in direktoru ilə görüşüb - FOTO
12:28, Bu gün
DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək
12:27, Bu gün
Anar Bağırov: "Naxçıvanda təqribən hər 20 min nəfərə bir vəkil düşür"
12:24, Bu gün
Ənənəvi bazarlar niyə tarixə qovuşur? - VİDEO
12:22, Bu gün
İcma İƏT sammitinin Qərbi Azərbaycanla bağlı qərarını alqışladı
12:18, Bu gün
Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub
12:15, Bu gün
Yerdə həyat belə yaranıb – Böyük sirr Qırmızı dənizin dibində açıldı
12:12, Bu gün
Bu məşhur dünya ulduzu əslən azərbaycanlı imiş
12:10, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanıldı
12:08, Bu gün
Qadın boksçulardan ibarət Azərbaycan millisi Almatıda hazırlıq keçəcək
12:05, Bu gün
Abşeronda iki evdən 3400 manatlıq qızıl oğurlayan qadın saxlanılıb
12:03, Bu gün
Bakı ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək
11:58, Bu gün
İstanbul aeroportunda qorxu dolu anlar: Təyyarə gövdəsi üzərinə eniş etdi - FOTO/VİDEO
11:55, Bu gün
İlham Əliyevin Rumen Radev ilə təkbətək görüşü olub - YENİLƏNİB + FOTO
11:52, Bu gün
"Mənim üçün utanmaq hissi yoxdur" - FOTO
11:48, Bu gün
Naxçıvanda vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir
11:42, Bu gün
Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
11:36, Bu gün
Üçüncü mikrorayon dairəsi yaxınlığında dəhşətli qəza: Üç maşın toqquşdu - VİDEO
11:30, Bu gün
Konfrans Liqasında ilk finalçı müəyyənləşir
11:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - FOTO
11:20, Bu gün
102 yaşlı veteran təltif edilib - FOTO
11:16, Bu gün
Paşinyan Rusiyaya getdi
11:14, Bu gün
Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir
11:00, Bu gün
Dövlət Komitəsi daha bir Beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
10:55, Bu gün
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
10:49, Bu gün
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
10:46, Bu gün
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - ALDANMAYAQ
10:46, Bu gün
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın daha bir tanınmış siyasətçisini axtarışa verdi - FOTO
10:34, Bu gün
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Mayın 9-dan... 
10:21, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR: pensiyaya tez çıxacaqlar – Sabiq nazir izah edir 
10:17, Bu gün
Ölən dostlarla bağlı YENİ TƏFƏRRÜATLAR: Bakıda məşhur hoteldə nə baş verib? - VİDEO
10:12, Bu gün
Bu gün Şuşaya köç başlayır
09:44, Bu gün
Azərbaycanlı jurnalist Harvardın məzunu oldu - FOTO
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
09:37, Bu gün
Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
09:24, Bu gün
"Real" "Bavariya"nı qəbul edəcək - Çempionlar Liqası
09:11, Bu gün
Oğlanlar evlənmək istəmirlər -SƏBƏB 
08:59, Bu gün
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08:45, Bu gün
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08:25, Bu gün
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
GÜNLÜK
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
AYLIQ
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
07 May 2024 | 17:10
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
07 May 2024 | 18:03
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
07 May 2024 | 17:59
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
07 May 2024 | 19:48
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
07 May 2024 | 17:30
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
07 May 2024 | 16:55
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
07 May 2024 | 17:35
27 yaşlı oğlan qəfil öldü - FOTO
07 May 2024 | 16:45
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
07 May 2024 | 16:50
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu