"Vücudum imkan verirsə niyə ondan istifadə etməyim..." -Dilarə Kazımova
Oxunub: 3211
31 Mar 2018 | 23:17
“Həyat yoldaşımla 1 ildən çox dost olmuşuq, özü hər şey elədi ki, onun yanında olum və ona ərə gedim. Bir müddət sonra biz evləndik. Keçmiş həyat yoldaşımı sevirdim, çünki kişi həmişə sevdiyi qadının yanında olanda və həmişə dəstək verəndə ona bağlanırıq, istər-istəməz dəyişirik. Gözlənilmədən münasibətlərimizin sehri pozuldu, ərim məni həddən artıq qısqanmağa və qadağalar qoymağa başladı. Təəssüf ki, ayrılmağa qərar verdim, çünki təzyiqlərə dözə bilmədim. Məncə, təzyiq hər iki tərəfi bədbəxt edir”.

Moderator.az xəbər verir ki, bu sözləri publika.az-a müsahibə verən müğənni Dilarə Kazımova deyib.

- İngilis dilində albom buraxmaq hər ifaçının bacardığı iş deyil. Çünki Azərbaycanda ingilisdilli mahnıların dinləyici sayı çox azdır. Bu baxımdan risk etdiyinizi demək olar. Dilarə xanım, Kiyevdə albom çıxartmaq ideyası necə yarandı?

- “Eurovision”dan sonra bir neçə Avropa ölkəsi məndən ingilis dilində mahnılar istəmişdi ki, radiolarda səsləndirsinlər. Bundan sonra qərara gəldim ki, albomu ingilis dilində çıxardım. Çünki mahnılarımın Avropa və Amerika ölkələrində də dinlənilməsini çox arzu edirdim.

“Eurovision”dan sonra çoxları elə fikirləşir ki, istirahətə getmişdim, halbuki, bu albomun üzərində çalışırdım. Albom Kiyevdə hazırlandığı üçün tez-tez oraya getməli olurdum. 11 mahnıdan ibarət olan albom bir neçə ilə başa gəldi. Nəhayət ki, 2017-ci ilin oktyabrında işıq üzü gördü.

- Mahnıların bəstələri və sözləri kimə aiddir?

- Bizə bir neçə mahnı təqdim olunmuşdu, onlar arasında üslubumuza ən uyğun olan Rozjden Anusi adlı bəstəkarın mahnıları idi. Mənim üçün bütün mahnıları o yazıb, sözlərini isə demək olar ki, birlikdə işləmişik. Muğam ladlarından və boğazlarında da istifadə etdim ki, milli kolorit olsun.

- Təəssüf ki, albom ölkəmizdə istədiyiniz marağı doğura bilmədi.

- Bir neçə Avropa ölkəsində istədiyim diqqəti gördüm, xüsusilə Ukraynada. Orada bir neçə dəfə konsert proqramı ilə çıxış etmişəm. Əslində bu albom sırf xarici dinləyicilər üçün yazılmışdı. Bu səbəbdən də bizdə böyük reaksiya doğurmadığı üçün şikayətlənmirəm. Heç kimi qınamıram ki, niyə o mahnıları dinləmirlər. Çünki hamı ingilis dilini başa düşmür.

- “Kəklikotu” filmin soundtreki üçün səsləndirdiyiniz “Dəm” isə qısa müddətdə böyük populyarlıq qazandı.

- Bu mahnı kino ilə tandem olaraq çox yaxşı alınmışdı. Mahnı ekran işinin daha təsirli olmasına kömək etdi. “Dəm”in sevilməsinin digər amili odur ki, meyxana tərzində idi. Bilirsiniz ki, meyxana da bizdə çox sevilir.

- “Dəm”dən sonra sizə meyxançılardan duet təklifi edilməyib ki?

- Hələ ki, yox.

- Xalq artisti Aygün Kazımovanın Namiq Qaraçuxurlu ilə duet oxuması hamıda təəccüb doğurmuşdu, amma sevildi. Bəs siz meyxanaçılarla duet oxuyarsınız?

- Sonuncu duetim“Yalnız səni gözlədim”dir. Bu, Murad Arifin öz mahnısıdır, birlikdə oxumağı o, təklif etdi. Kompozisiyanı çox bəyəndim və razı oldum. Hazırda kiminləsə duet oxumaq planım yoxdur, amma meyxananı çox sevirəm və dinləyirəm. Qafiyələri bədahətən ard-arda düzmək asan iş deyil. Bu istedaddır.

Hazırkı yaradıcılıq planlarıma əsasən Azərbaycan dilində mahnılar oxumaq daxildir. İstəyirəm ki, bir müddət solo fəaliyyət üzərində çalışım, Azərbaycan dilində bir neçə mahnı yazdırım, duetlərə daha sonra keçim.

- Dilarə Kazımova necə ailədə böyüyüb? Uşaqlıqda da müğənni olmaq istəyirdiniz?

- Uşaqlıq illərimin yarısı Rusiyada, yarısı da Azərbaycanda keçib. Rusiyada Anton Pavloviç Çexov gimnaziyasında oxuyanda xorda çıxış edirdim, solist idim. Amma müğənni olmağı düşünmürdüm, ya psixoloq, ya da rəssam olmaq istəyirdim. Bakıya gələndən sonra İncəsənət Gimnaziyasına daxil oldum və rəssamlığı bitirdim. Qeyd edim ki, Səttar Bəhlulzadə babamın qardaşı olub, rəssamlıq istedadı ondan gəlir.

Oxumağı xoşlayırdım, amma bu işlə ciddi şəkildə məşğul olmaq fikrim yox idi. Təsadüfən “Bakı Payızı” mahnı müsabiqəsinin elanını gördüm və qatılmağa qərar verdim. Bu müsabiqə bütün həyatımı dəyişdi. Amma ikinci mərhələyə keçə bilmədim. Düzü mahnını çox pis oxumuşdum, heç bir musiqi təhsilim də yox idi. Sonra səsimin tonallığını yoxlamaq üçün konservatoriyaya getdim, orada Maya Rəsulova adlı pedaqoqla tanış oldum. O, məni inandırdı ki, konservatoriyaya getməliyəm, opera səsim var. Onda özüm də şokda düşmüşdüm. Mən hara, opera hara?

Evə gəlib anamla məsləhətləşdim, onun razılığını alandan sonra səsim üzərində hazırlaşmağa başladım. Bir il ciddi hazırlıqların nəticəsində konservatoriyaya daxil oldum.

- İndi də rəsmlər çəkirsiniz?

- Əvvəllər çəkirdim, indi yox. Rəsmlərdə özümü yetəri qədər ifadə edə bilmirəm, hiss edirdim ki, nə isə çatışmır. Mahnılarda isə bütün hisslərimi və ağrını göstərə bilirəm.

- Çimərlik geyimlərində olan şəkillərinizi cəsarətlə sosial şəbəkələrdə paylaşırsınız və bu, müzakirələrə səbəb olur. Hamının bədəniniz haqqında danışması sizi narahat etmirmi?

- Narahat etmir, çünki bədənimi sevirəm, onun ideal formada qalması üçün çox idman edirəm. Əlbəttə ki, genetikanın da rolu var. Məsələn, nə qədər yesəm də, kökəlmirəm. 4-5 gün hərəkət etmədən yeyib-içim gərək ki, kökəlim. Çox hərəkətli insan olduğumdan çəkimlə bağlı problemim olmur. Bilirəm ki, bu sözümə görə qadınlar mənə nifrət edəcək (gülür). Amma öz üzərində çalışmasan, istədiyin nəticəni əldə edə bilməyəcəksən.

Ümumiyyətlə, dərimə, saçıma qulluq etməyi və özümdən zövq almağı sevirəm. Dekoltesi və ya dərin yarığı olan paltar alanda bədənimi göstərmək haqqında fikirləşmirəm. İlk növbədə diqqət edirəm ki, üstümdə çox yaxşı qalsın və mənə yaraşsın.

- Qocalıq fobiyanız var?

- İndi zahiri görkəmimdən razıyam, hər şey xoşuma gəlir. Bilirəm ki, necə görünməyim məndən asılıdır. Amma o da həqiqətdir ki, nə qədər idman etsən də, qocalıqdan qaça bilməzsən. Qocalmaqdan qorxsam da, özümü indidən daxilən ona hazırlayıram.

İstəməzdim ki, indi 15 və ya 25 yaşım olsun. Yaşadığım hər ilimlə fəxr edirəm. Bu yaşıma çatana qədər beynimdə çox dəyişikliklər olub, yaşa dolduqca müdrikləşdiyimi və daxili harmoniyaya qovuşduğumu hiss edirəm. Bədənimin 5 müxtəlif yerində döymə var, 6-cısı da yəqin ki, harmoniya ilə bağlı olacaq. Hər bir işdə balansı qorumağa çalışıram.

- Sənət üçün soyunmaq lazımdır?

- “Eurovison” mahnı müsabiqəsində çıxışım üçün bağlı paltar seçmişdik. Xariciləri deyirdi ki, sənin gözəl ayaqların var, niyə onları göstərmədin? Onlara izah edirəm ki, bu müsabiqədə oxuduğum mahnı ilə qısa və açıq paltar geyinə bilməzdim. Çünki mahnıda çox ağır mesajlar var idi.

Əgər vücudum imkan verirsə niyə ondan istifadə etməyim? Ola bilsin ki, şəkillərim Azərbaycan üçün bir qədər açıq-saçıqdır. Lakin vulqar deyillər. Soruşanda da çoxu etiraf edir ki, şəkillərim xoşlarına gəlir.

Xaricdə müğənninin seksual klip və fotolar çəkdirməsi onun piarının bir hissəsi sayılır. Bu, artıq qurulmuş sistemdir. Xaricdə yaşasaydım, çox rahatlıqla bu yolu gedərdim. Mənim daha da açıq-saçıq şəkillərim var, lakin paylaşmıram. Çünki bilirəm ki, bizdə o şəkillər kəskin tənqid olunacaq.

- Qınaqlar sizi qorxudur?

- Qorxmuram, onsuz da şəkillərimi paylaşandan sonra tənqid olunmuşdum. Tənqid də olmalıdır, gördüyün iş ya yaxşı, ya da pis enerji verməlidir. Əgər heç bir reaksiya doğurmursa, deməli, insanlar üçün maraqlı deyilsən, xarizman yoxdur. Məni ya sevsinlər, ya da sevməsinlər. Sevildiyimi hiss edirəm, çünki həqiqətən də heç kimə pislik etmirəm və bumeranqa inanıram. İnanıram ki, insanlara olan sevgim bumeranq kimi özümə qayıdacaq.

- Sizi başqa hansı xüsusiyyətlərinizə görə sevirlər?

- Ola bilsin ki, müsbət enerjini hiss edirlər (gülür). Emosional insanam, hərdən bir qədər sərt və çılğın ola bilərəm. Lakin dərhal peşman oluram və kiməsə səsimi qaldırdığı üçün üzr istəyirəm. Belə hallar adətən işlə bağlı olur, işdə çox məsuliyyətli və tələbkar insanam.

- Bəs nəyə görə nifrət edirlər?

- Yəqin ki, sərbəst yaşaya bilməyən qadınlar şəkillərimə baxanda mənə nifrət edir. Qadınlar bədənimi yox, mənim kimi sərbəst ola bilmədikləri üçün məni qısqanırlar. Səbəbi odur ki, istədiyim sözü deyə bilirəm, istədiyim şəkli çəkib instaqramda paylaşıram, qərarlarımı özüm verirəm, heç kimdən çəkinmirəm, heç kimdən asılı deyilən, heç kimdən qorxmuram və qaçmıram.

Biz tez-tez “Başqaları nə deyər?” sualı ətrafında fikirləşirik, özümüzü ikinci plana atırıq. İnsan başqaları üçün yaşamamalıdır, birinci özünü nəzərə almalıdır. Demirəm ki, doğmalarımızın fikirlərinə laqeyd yanaşaq, sadəcə özümüzü sevməyi öyrənməliyik.

Başa düşürəm ki, mentalitetimiz qadınlara həddən artıq müstəqil olmağı icazə vermir. Amma sənətin də öz qayda-qanunları var. Başlıcası, mən sənətə soyunaraq gəlməmişəm, 2002-ci ildən bəri musiqiçi kimi fəaliyyət göstərirəm. Nə qədər mahnılarım var...

- Həyatda nə istədiyini bilən qadınsınız?

- Bütün qadınlar kimi hərdən mən də nə istədiyimi bilmirəm. Yuxarıda dediyim kimi, əsas daxili rahatlıq, harmoniya və balansa nail olmaqdır. Zaman mənə “Heç vaxt bunu etmərəm” deməməyi öyrədib. Qarşılaşdığımız istənilən situasiya mənə nə isə öyrədir.

- Mənəvi rahatlığa necə nail olursunuz?

- Yoqa ilə məşğul oluram, onda rahatlıq tapıram, sanki başqa bir dünyaya ayaq basırsan, ritmini və həyat tempini yavaşlatmağa başlayırsan. Kənardan elə görünə bilər ki, biz sakit oturmuşuq və heç nə etmirik. Amma içimizdə ağır bir iş gedir. Hər zaman eyni ovqatda qalmaq mümkün deyil, əsəbiləşdiyim və narazı qaldığım məqamlar olur. Çalışıram ki, hirsimi və neqativ enerjimi başqasına göndərməyim.

İnsanların başqalarının dalınca danışması və pislik etməsinin səbəbi daxili dünyalarının dayaz olmasından irəli gəlir. İstər psixoloqlar, istər həkimlər, istər astroloqlar, istər yoqlar, istərsə də şamanlar həmişə deyir ki, insanın əməlləri zamanla onun üzündə əks olunur. Xüsusilə də onun-bunun dalınca danışmağı sevən qadınların ifritə və qəddar ifadəsi olur. Belə qadınların üzünə baxan kimi xasiyyətini müəyyən edə bilirsən.

Heç vaxt istəmərəm ki, içimdə paxıllıq və kiməsə pislik etmək istəyi yaransın. Bu cür hisslər orqanizm üçün də zərərlidir, hətta sonradan xərçəngə çevrilə bilər.

Başa düşürəm ki, ideal olmaq mümkün deyil, amma bacardıqları qədər hisslərinə nəzarət etsinlər. Xanımlarımıza məsləhət görərdim ki, heç kimə pislik etməsin, neqativdən uzaq olsunlar və özlərinə yaxşı baxsınlar.

- Seksuallıqla vulqarlıq arasındakı incə xətti necə gözləmək lazımdır?

- Gözəllik kobud olmamalıdır. Bədən və üzdə olan qüsurların aradan qaldırılmasına normal baxıram, amma hər şeyin də bir həddi var.

Mənə həmişə deyirlər ki, çox qısa şortik geyinsəm də, vulqar görünmür. Öz fotosessiyalarıma baxanda çalışıram ki, obyektiv olum. Deyə bilmərəm ki, onlar çox vulqardır, əksinə olduqca estetik alınır.

- Sizcə, kişi sevdiyi xanımın bədəni ilə, yoxsa ağlı ilə fəxr etməlidir?

- Qadını bütün olaraq sevməli, fəxr etməli və dəstək olmalıdır. Qadının azadlığını əlindən alıb onları sındırmamalıdır. Ona görə ki, sınmış qadın heç kimə lazım deyil. Bizim kişilər xanımlarını evdə qoyurlar, özləri isə üz tutur əyləncə məkanlarına. Deyirlər ki, arvadla kluba, restorana getmək olmaz.

Kişi öz xanımına qarşı həmişə diqqət göstərməlidir, onu maddi baxımdan hər şeylə təmin etməlidir. Qadın isə öz növbəsində kişiyə müsbət enerjisini ötürməlidir. Kişi evə gələndə rahatlıq və sakitlik axtarır, qadın da əri evə gələndə elə etməlidir ki, hər şey qaydasında olsun, onu xalatda yox, gözəl saç düzümündə və paltarda qarşılamalıdır.

- Sizi öz qadağaları ilə “boğmaq” istəyən kişi olub?

- Bəli, “Oxuma”, “Ora getmə”, “Onu etmə” deyən olub.

- Keçmiş həyat yoldaşınızı nəzərdə tutursunuz?

- Həyat yoldaşımla bir ildən çox dost olmuşuq, özü hər şey elədi ki, onun yanında olum və ona ərə gedim. Bir müddət sonra biz evləndik. Keçmiş həyat yoldaşımı sevirdim, çünki kişi həmişə sevdiyi qadının yanında olanda və həmişə dəstək verəndə ona bağlanırıq, istər-istəməz dəyişirik. Gözlənilmədən münasibətlərimizin sehri pozuldu, ərim məni həddən artıq qısqanmağa və qadağalar qoymağa başladı. Təəssüf ki, ayrılmağa qərar verdim, çünki təzyiqlərə dözə bilmədim. Məncə, təzyiq hər iki tərəfi bədbəxt edir. Xoşlamıram ki, kimsə məni sıxsın, qadağalar qoysun, sərbəst olmağa öyrəşmişəm.

- Yəni insanın əsl xarakteri onunla eyni evdə yaşamağa başlayanda sonra üzə çıxır?

- İnsan vurulanda üç ay hormonlar qalxır, bu da eyforiya yaradır. Hormonlar isə həmişə yüksək səviyyədə qala bilməz, üç aydan sonra isə yavaş-yavaş normaya düşməyə başlayır. Bu zaman gözün açılır və qarşı tərəfin nöqsanlarını görə bilirsən. Demək istədiyim odur ki, adamlar dəyişmir, sadəcə hormonlar qalxdığı üçün biz o nöqsanları görə bilmirik.

- Təklik sizi yorur?

- Yox, özümlə darıxmıram, mütləq bir məşğuliyyət tapıb başımı qatıram.

- Sizi toy müğənnisi adlandırmaq olar?

- Yox, çünki toyu əvvəldən axıra qədər oxumuram. Məni çağıran toy yiyəsi bilir ki, hansı üslubda oxuyuram və ona uyğun mahnılar sifariş verir. Şadam ki, insanlar toya kimi çağırdığını yaxşı bilir.

- Azərbaycanlı sənətçilərin bir çoxu türk vətəndaşları ilə ailə qurur. Sizcə, azərbaycanlı kişilərin müğənni ilə ailə qurmaq istəməməsinin səbəbi nədir?

- Türkiyədə sənətçi ilə ailə qurmağa normal yanaşırlar. Hətta həyat yoldaşımın anası müğənni olduğumu biləndə çox sevinmişdi, mahnılarımı paylaşırdı, onunla indiyə qədər çox yaxşı münasibətdəyəm.

Özünə inanan kişi sevdiyi qadının sənətçi olmasını problemə çevirməyəcək. Münasibətlərin möhkəm olması üçün inam olmalıdır. Müğənni olmaq onun pozğun olması demək deyil axı. Bütün müğənniləri eyni sıraya qoymaq olmaz.

- Sizin bəy nəslindən olduğunuz doğrudur?

- Bəli, ulu babam, nənəmin atası Məşədi Kazım Bakının məşhur bəylərindən olub. Hətta Keşlədə onun adına küçə var. Nənəm biz uşaq olanda tez-tez atasından danışırdı, onların neft buruqları olub. Sovet dövründə onları babamın əlindən almaq istəyiblər, amma babam vermək istəmədiyi üçün sənədləri gizlədib. Polislər nə qədər axtarsa da, o sənədləri tapa bilməyib.

- Bilirəm ki, səyahət etməyi sevirsiniz. Növbəti səfəriniz hara olacaq?

- Bali, Şri-Lanka və Tailandda olmuşam. Bu ölkələrin əsrarəngiz təbiəti var. Şamanlarla söhbət etmək və mənəvi cəhətdən kamilləşmək üçün Tibetə getməyi çox istərdim.

- Tanınmış bəstəkar Etibar Əsədli, xanəndə Sahib Əsədli və sizin birlikdə Xocalı soyqırımı haqqında hazırladığınız “#613” layihə təsirli alınmışdı. Belə bir layihə ərsəyə gətirmək ideyası necə yarandı?

- Bu təklif “Bumerang Label” şirkətindən gəldi. Sonra mahnının müəllifi Etibar və onun atası ilə görüşdük və danışdıq. Mahnını oxumaq mənim üçün çox ağır idi, çünki Xocalıda törədilən kadrlar gözümün önündən keçirdi. Orda vəhşicəsinə qətlə yetirilən uşaqların nə yaşadıqlarını təsəvvür edəndə günlərlə özünə gələ bilmirsən, az qalır ki, dəli olasan. Musiqinin ilk notlarından titrəməyə başladım. Birinci dəfə mahnını Etibarın müşayiəti ilə atasının ifasında eşitmişdim və ağlamağa başladım. “#613” mahnısı ilə dünyaya öz etiraz səsimizi çatdırmağa, terrora “stop” deməyə çalışdıq.

Klipi çəkəndə tək mən yox, bütün yaradıcı heyət göz yaşlarını saxlaya bilmirdi. İnşallah bu vəhşilikləri törədənlər cəzasız qalmaz...
Oxşar xəbərlər
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:53, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
GÜNLÜK
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 17:31
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 17:31
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO