Əflatun Amaşov: “Bizə düşmən kəsilənlər də var”
Oxunub: 1745
13 Feb 2018 | 10:03
Əflatun Amaşov:  “Bizə düşmən kəsilənlər də var”
Millət vəkili: “Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir”

Azərbaycan jurnalistlərinin  martın 10-da keçiriləcək VII qurultayına çox az bir zaman qaldığı ərəfədə Mətbuat Şurasının sədri Əflatun Amaşov “Yeni Müsavat”ın qonağı olub. 

Əflatun Amaşovla müsahibəni təqdim edirik:

- Əflatun bəy, Mətbuat Şurasının növbəti qurultayı təyin olunub. Martın 10-da jurnalistlər Mətbuat Şurasının sədrini və İdarə Heyətini seçəcəklər. Bu, həssas bir dönəmə təsadüf edir. Mətbuat Şurasının qurultayından ölkə mediası, ölkənin ictimai-siyasi həyatı nə gözləsin? Azərbaycan jurnalistlərini necə bir qurultay gözləyir?

- Bəli, martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Bu qurultayda Mətbuat Şurasının rəhbərliyi və  İdarə Heyətinin üzvləri yenidən seçiləcək. Yəqin ki, xəbəriniz var, Mətbuat Şurasının İdarə Heyəti jurnalistlərdən, internet resursları nümayəndələrindən, eyni zamanda ictimaiyyət nümayəndələrindən formalaşır: 8 nəfər jurnalist, 6 nəfər ictimaiyyət nümayəndəsi, 3 nəfər isə internet resurslarının  nümayəndələrindən seçiləcək. Seçim jurnalistlərindir. Artıq Təşkilat Komitəsi yaradılıb və bu komitə qurultayın hazırlıq işlərini icra edir.

- Necə gedir hazırlıq?

- Hələ ki qurultaya bir aya yaxın vaxt var.  Jurnalistlər hazırda çox aktivdirlər, istər sosial şəbəkələrdə, istər ayrı-ayrı qəzetlərdə fikir mübadiləsi aparırlar. Bu kifayət qədər maraqlı və təqdirəlayiqdir. Artıq bu gün günortaya qədər 50-ə yaxın redaksiya öz nümayəndələrini təqdim edib. Eyni zamanda İdarə Heyətində kimləri görmək istəyirlərsə, onların da adlarını təqdim ediblər. Yəqin ki, yaxın vaxtlarda bu hazırlıq  işləri bitəcək, sonra texniki məsələlər müzakirə olunacaq.

- Jurnalistlər ən dinamik, ən məlumatlı, eyni zamanda ən iddialı bir zümrədir. Bu baxımdan hər hansı gərginlik gözləyirsinizmi?

- Burada sizinlə söhbət etdiyim müddətdə belə ayrı-ayrı insanlar müraciət edirlər ki, İdarə Heyətinə necə düşə bilərlər, anketlərdə onların adı salınıbmı...

- Anketlərə adların salınmasının seçilmə şansı baxımından hər hansı bir önəmi varmı?

“Mətbuat Şurası heç zaman dövlət orqanı olmayacaq”

- Əlbəttə. Anketlərdə olan şəxslərin sayı təxminən 100-150 arası olur, bəzi məqamlarda 200-ə çıxır. Onlardan kimin adı daha çox hallanırsa, həmin şəxslər namizədlər sırasında olur. Hər redaksiya 8 nəfər jurnalistlərdən, 6 nəfər ictimaiyyət nümayəndələrindən, 3 nəfər isə internet resurslarının  nümayəndələrindən  olmaqla, öz namizədlərini verirlər. Sonra bunlar ümumiləşdiriləcək. Ən çox səs toplayan namizədlər-  24 nəfər jurnalistlərdən,  18  nəfər ictimaiyyət nümayəndəsi, 9 nəfər isə internet resurslarının  nümayəndələrindən həmin siyahıya daxil olunacaq. Qurultayda jurnalistlərə 51 nəfərin namizədliyi təqdim olunacaq. 51 nəfər arasından  İdarə Heyətinə 17 əsas üzv, 5  əlavə üzv seçiləcək. Bu 5 nəfər ehtiyat üzvlərin 2-si jurnalist, 2-si ictimaiyyət nümayəndəsi, 1-i isə internet resurslarının  nümayəndəsi olacaq. Jurnalistlər kimi münasib bilsələr anketdə işarə edəcəklər, Səs Komissiyası həmin anketləri araşdırıb ümumi nəticəni qurultay iştirakçılarına təqdim edəcək.


- Əflatun bəy, Mətbuat Şurasının statusu kimi önəmli bir məsələ də gündəmdədir. Siz bununla bağlı parlamentdə çıxış etmisiniz. İndiyə qədər Mətbuat Şurası kimi nüfuzlu, media cameəsini özündə birləşdirən bir qurum qeyri-hökumət təşkilatı statusundadır. Yeni statusun verilməsinə zərurət nədən yaranır? Bəziləri bundan narahatlığını səmimi şəkildə etiraf  edir. Bəziləri qərəzli şəkildə bunu qara rəngdə göstərməyə çalışırlar ki, mətbuata dair məhdudlaşdırıcı, səlahiyyəti yüksək olan bir qurum yaradılır. Bununla bağlı fikirlərinizi bölüşə bilərsinizmi?



- Maraqlı bir  məsələyə toxundunuz, təşəkkür edirəm. Mən düşünürəm ki, Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir. Hazırda şura 300-ə yaxın KİV-i və jurnalist təşkilatlarını birləşdirir. Bu, kifayət qədər böyük rəqəmdir. Gəlin ona nəzər salaq ki, dünyada mətbuat şuralarının uğurları hansı parametrlərlə ölçülür. Birincisi, şura cəmiyyətdə nə dərəcədə populyardır,  insanlar nə dərəcədə mətbuat şuralarına müraciət edirlər. Bizə qonşu ölkələrdə mətbuat şuralarına il ərzində 5-10 şikayət daxil olur. Gürcüstanda 17 şikayət, Rusiyada 30-a qədər, Ukraynada 20-yə yaxın şikayət alır  mətbuat şuraları. Azərbaycan Mətbuat Şurasına isə il ərzində təxminən 800-1000 arası müraciət olub. Biz artıq 600-dən çox müraciəti araşdırmışıq. Deməli, insanlar Mətbuat Şurasına inanırlar, ona görə də, bizim quruma müraciət edirlər, kömək gözləyirlər. Deməli, cəmiyyətdə Mətbuat Şurasına inam var.

“Artıq Azərbaycan mətbuatında yeni bir mərhələ başlayır. Bu mərhələdə Mətbuat Şurasının fəaliyyəti başqa bir müstəvidə qurulmalıdır”

Mətbuat şuralarının fəaliyyəti başqa bir meyarla da ölçülür.  Bu meyar odur ki, ölkə hakimiyyəti quruma nə dərəcədə inanır, ölkə mətbuatı fəaliyyətini nə dərəcədə həmin qurumla görə bilir. Bu yaxınlarda prezidentin köməkçisi Əli Həsənovun çıxışında da vurğulandı ki, dövlət televiziyalarla və radiolarla bağlı fəaliyyətini Milli Televiziya və Radio Şurası  vasitəsilə həyata keçirir. Media ilə bağlı bu siyasətini isə Mətbuat Şurası vasitəsilə reallaşdırır. Mətbuat Şurasının müəyyən qurumlarla təmasları, dəfələrlə ölkə prezidenti ilə görüşməsi, dövlət rəhbərinin Şuranın İdarə Heyəti üzvlərini qəbul etməsi, müəyyən müzakirələrin aparılması - bütün bunlar Azərbaycan Mətbuat Şurasının həm cəmiyyət, həm də hakimiyyət tərəfindən qəbul olunduğunu sübut edir. Buna görə də Azərbaycan Mətbuat Şurası kifayət qədər uğurlu layihə hesab olunur.

Siz sualınızda qərəzli olanlara da toxundunuz. Bu yaxınlarda “Müxalifət” qəzetinin redaktoru Rövşən Kəbirli bir yazı hazırlayıb, Meydan TV-də işıqlandırmışdı. Yazı  ondan bəhs edir ki, guya jurnalistlərin qurultayının məhz martın 10-da keçirilməsi əvvəlcədən hazırlanmış bir plandır. Prezident seçkilərindən əvvəl Azərbaycan Mətbuat Şurası qurultay keçirəcək  və o qurultayda ölkə rəhbərliyinə dəstək nümayiş etdiriləcək.

- Elə bir plan gerçəkdən varmı? Olsa belə, qəbahətmi?



- Mətbuat Şurası müstəqildir. Şura Azərbaycanda  siyasi yönündən asılı olmayaraq bütün KİV-lərin birləşdiyi bir qurumdur. Mətbuat Şurasının bu qurultayı əvvəldən planlaşdırılmışdı. Mən hətta “Report” informasiya agentliyinə müsahibə verərkən demişdim ki, bizim qurultayımız yazda keçiriləcək. Belə qərara gəldik ki, qurultayı martın 10-da keçirək. Çünki martın 15-də Azərbaycan Mətbuat Şurasının yaranmasının 15 illiyi tamam olur. Biz istəyirik ki, martın 15-nə qədər  MŞ-nin növbəti qurultayını keçirək, ayın 15-də təşkil olunacaq  mərasimə yeni bir tərkiblə qatılaq. Və bu prosesdə çox maraqlı məqamlar baş verir... Azərbaycan Mətbuat Şurasının vikipediyada səhifəsi var, orada yazılıb: “Tabeçilik -  Azərbaycan Respublikasının prezidenti”. Bir müddət bundan əvvəl kimlərsə Mətbuat Şurasının vikipediya səhifəsinə daxil olub və orada belə bir dəyişiklik edib. Ancaq bu, gerçəkliyə uyğun deyil və təxribatdır. Bununla da  Mətbuat Şurasını daha çox iqtidaryönlü olmaqda, qeyri-müstəqil olmaqda ittiham edənlərin əlinə bir əsas verirlər. Bundan başqa, sosial şəbəkələrdə  Mətbuat Şurasına etiraz edənlər var. Mətbuat Şurası hansısa media orqanlarının fəaliyyətində qüsurlar görüb aşkar etdikdən sonra bizə düşmən olan kəslər də var. Əlbəttə, həyat davam edir. Mətbuat Şurası bundan sonra da fəaliyyət dəst-xəttinə sadiq qalacaq.

 - Biz Mətbuat Şurasının statusu məsələsinə də toxunduq. Bunu dəyişmək təşəbbüsü hansı ehtiyacdan doğdu?

 - Bayaq qeyd etdiyim kimi, Mətbuat Şurası cəmiyyətdə qəbul olunan təşkilatdır. Dünyada mətbuat şuralarının fəaliyyətini araşdırdıqda görürük ki, Böyük Britaniyada, İtaliyada, Lüksemburqd, Litvada  medianın özünütənzimləməsinə yönələn xüsusi qanunlar var. Onlar öz fəaliyyətlərini qanun əsasında  qururlar. Eyni zamanda Mətbuat Şurasının qəbul etdiyi qərarların mexanizminin daha çevik olmasında həmin yuridik sənədlər kifayət qədər mühüm rol oynayırlar. Mən demirəm ki, biz Azərbaycanda jurnalistləri, KİV-ləri cəzalandıracağıq, cərimələyəcəyik. Ancaq ayrı-ayrı ölkələrdə, məsələn, İsveçdə Mətbuat Şurasının büdcəsinin mühüm bir hissəsi KİV-lərin cərimələnməsi hesabına formalaşır. Kanada Mətbuat Şurası büdcəsinin bir hissəsini şikayət edən tərəfin ödədiyi məbləğ hesabına formalaşdırır. Avstriya Mətbuat Şurasının büdcəsinin 100 faizi dövlət tərəfindən maliyyələşdirilir. Ancaq qanunla idarə olunan mətbuat şuraları müstəqilliklərini saxlamaqdadırlar.

 - Azərbaycanda fəaliyyət göstərən Mətbuat Şurası indiyə qədər qanunla idarə olunmurdu ki?

 - Bu gün Azərbaycan Mətbuat Şurası qeyri-hökumət təşkilatı statusundadır və QHT-lərlə bağlı qanunvericilik əsasında öz fəaliyyətini qurur. Ancaq artıq Azərbaycan mətbuatında yeni bir mərhələ başlayır. Bu mərhələdə Azərbaycan Mətbuat Şurasının fəaliyyəti başqa bir müstəvidə qurulmalıdır. Onun qəbul etdiyi qərarlar da çevik olmalıdır, onların icrası kifayət qədər operativ və kifayət qədər sanballı təsir bağışlamalıdır. Mətbuat Şurasının büdcəsinin formalaşması və digər məsələlər bizi belə bir qanun layihəsi ilə çıxış etməyə məcbur etdi. Mən Mətbuat Şurasının sədri olaraq, həm də Milli Məclisin üzvü kimi parlamentdə bu məsələni qaldırdım. Bu da bəzilərini təşvişə sala bilər ki, Mətbuat Şurası dövlət qurumu olacaq, Mətbuat və İnformasiya Nazirliyi funksiyasını yerinə yetirəcək?  Narahatlığa əsas yoxdur,  heç zaman Mətbuat Şurası dövlət qurumu ola bilməz, olmayacaq.   O, hər zaman müstəqil  qurum kimi qalacaq, seçim jurnalistlərin olacaq, bütün qərarlar qurultayda qəbul ediləcək, ərsəyə gələcək qanunla tənzimlənəcək.


- Əflatun bəy, Mətbuat Şurasının qurultayı ərəfəsində bəzi tənqidlər, hətta çağırışlar da var. Bəzi həmkarlarımız çağırış edirlər ki, Mətbuat Şurasının rəhbərliyi, İdarə Heyəti tamamilə istefaya getsin. Hətta dostlarımızdan biri də belə bir çağırış etmişdi. Bu çağırışlara  necə baxırsınız?

- Birinci çağırışlardan başlayaq... Əlbəttə, bunu edən dostumuz Mehman Əliyevlə biz çörək kəsmişik, bərabər səfərlər etmişik, bir-birimizi kifayət qədər yaxından tanıyırıq. Mən elə bilirəm ki, bunlar medianın inkişafı ilə bağlı fikir müxtəlifliyindən doğan məsələlərdir. Çünki Mətbuat Şurası hələ yeni yarananda iqtidar və müxalifətyönlü jurnalistlər hətta bir məclisdə iştirak etmirdilər. Ayrı-ayrı jurnalistlərin nə qədər cərimələri var idi, o cümlədən sizin nəşrə də cərimələr kəsilmişdi. Artıq o mərhələ arxada qaldı. Mən demirəm ki, Mətbuat Şurası işə qarışdı və bunu həll etdi. Ancaq yeni bir dönəmin yaranmasında Mətbuat Şurası mühüm rol oynadı. Ölkədə jurnalistlərin həmrəyliyinin yaranmasında, jurnalistikanın inkişafında, vətəndaş-jurnalist, hakimiyyət-media münasibətlərinin formalaşmasında Mətbuat Şurası həqiqətən böyük rol oynadı. O zamanlar biz düşündük ki, hansı yolla getmək münasib ola bilər? Biri əvvəlki yol idi. 2000-ci ilə qədərki dövrdə, çoxlu mitinqlər, piketlər, etirazlar və xarici donorlardan qrantlar... Qrantlar da daha çox siyasi yönümlü təşkilatlara, KİV-lərə  ayrılırdı. Yardımlar əsasən müxalifətyönlü jurnalistikaya, hakimiyyətdən narazı olan tərəflərə edilirdi. 

Belə  məqamda biz Mətbuat Şurasında dostlarımızla düşündük ki, yolumuzu necə quraq?   Yardımı xaricdən, yoxsa  öz dövlətimizdən alaq... Ona görə də, kütləvi informasiya vasitələrinin inkişafına  dövlət dəstəyi konsepsiyası üzərində işlənildi. O konsepsiyada nəzərdə tutulan məsələləri həyata keçirmək üçün Fond  yarandı. İndi sizin qəzet də, ayrı-ayrı nəşrlər də oradan layihələr alır. Eyni zamanda jurnalistlərin sosial problemlərinin həlli üçün 2010-cu ildə Mətbuat Şurasının binasının açılışında cənab prezidentə xahiş olundu ki, jurnalistlərin sosial problemlərinin həlli məqsədi ilə bina tikilsin.


“Jurnalistika artıq dəyişdi, aqressivliyi də bir qədər korşaldı”

Sadaladıqlarımın fonunda jurnalistika dəyişdi, daha peşəkarlaşdı,  bir qədər aqressivliyini müsbət mənada  itirdi. Aqressivlikdə bir qədər korşalma getdi. Jurnalistika artıq dövlət tərəfindən maliyyələşdi. Bir var ki, xaricidən pul alıb öz dövlətinə qarşı aqressiv mövqe tutasan, onu yolverilməz tərzdə aşağılayasan,   bir də var öz dövlətin tərəfindən maliyyələşəsən, halal haqqından alasan...

Qeyd etdiyimiz nüanslar reallaşdı, artıq 400 nəfərə yaxın jurnalist ev alıb. Nəyə görə jurnalist ev almasın? Vaxt çox sürətlə gedir və mən əmin deyiləm ki, Azərbaycan KİV-ləri nə vaxtsa varlanacaq, öz əməkdaşlarını bu qədər evlə təmin edə biləcək. Bütün bu nüanslar kənarda Azərbaycan mediasına münasibəti dəyişdi. Artıq jurnalistlər piketlərə getmədilər, öz dövlətləri ilə əməkdaşlığa üstünlük verdilər, dövlət səviyyəsində mükafatları qəbul etdilər. Bu da kənar qüvvələrə xoş gəlmədi. Onların istədiyi aqressiv jurnalistika dövrü arxada qaldı. İndiki Azərbaycan mətbuatının modeli budur.  Mətbuat Şurası yaranandan bu sayaq medianın modelini hazırlayan əsas qurumdur.


- Ona görə deyirlər ki, Mətbuat Şurasının İdarə Heyəti tamamilə istefa versin?

- Söhbət ona gəlir... Azərbaycan   mətbuatı bu gün peşəkar mətbuatdır. Əvvəlki dövrlərə baxanda bu gün Azərbaycan mediası həm daha peşəkardır, həm də ümummilli maraqlarda birləşə bilən bir mediadır. Nəyə görə Amerika mediası ümummilli maraqlarda birləşə bilsin, ancaq biz birləşməyək? Nəyə görə Böyük Britaniyanın, Fransanın, Almaniyanın mediası Avropa dəyərlərini əsas götürərək birləşə bilsin, ancaq biz Azərbaycanda bunu bacarmayaq?!  Belə bir məqamda ümummilli maraqlar, vətənpərvərlik və digər məsələlər istər daxildə, istər kənarda ayrı-ayrı adamları qane etməyə bilər. Mən elə bilirəm ki, söhbət məhz jurnalistikanın o sayaq olmaması ilə bağlıdır.  Jurnalistikanın mövcud olan modelinin istənilməməsi ilə bağlıdır.

- Əflatun bəy, Mətbuat Şurası rəhbərliyinə namizədliyinizi verəcəksinizmi, yoxsa istefa verəcəksiniz?

...

(davamı var...)
Oxşar xəbərlər
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”